İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə35/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   31   32   33   34   35   36   37   38   ...   142

IX. Minayə
 
 
Yelqovanlar yeli qovdular, amma tuta bilmədilər, duzəkənlər duzu əkdilər, amma göyərdə bilmədilər.
Bu tayfalar öz adlarını gördükləri işlərə görə yox, görə bilmədikləri işlərə görə aldılar.
 
***
İşdən evə qayıdanda Coni maşını təzə açılmış marketin yanında saxladı, evə nəsə almaq istəyirdi.
Pori isə şüşəni aşağı salıb maşında oturmuşdu, onu gözləyirdi.
Coni Səmoşun cib telefonuna zəng eləyib evə nə lazım olduğunu soruşdu. Səmoş isə cavab vermək
əvəzinə: “Coni, sən hardasan?” – deyə soruşdu.
Coni yanıb-yaxılırdı. Bir halda soruşursan, deyim də, qəssab dükanından şərq tərəfdə, təzə marketin
qabağında, qəzet köşkündən 2 metr 77 santim aralıda, üzü qərbə dayanmışam. Harda olduğumu
dəqiqliyi ilə təsvir eləyə bildimmi? Qadın, sənin nəyinə lazım mənim harda olduğum? Harda
olduğumu bilməsən, evə nə lazım olduğunu deməyəcəksən? Bir dəfə soruşulana cavab ver də!
Telefonu söndürüb marketə düşdü, siqaret və çörək alıb çıxanda telefonu zəng çaldı, telefonu
çıxartmaq istəyəndə diziylə nəyəsə toxundu, xırçıltı eşidildi, nəyisə qırdığını başa düşdü. Başını
qaldırıb baxdı, orta yaşlı qadındı, saçlarının yarısını tutduğu sifətində hirs və heyrət dolu ciddi ifadə
var idi. Coni qadının əlindəki sellofan torbada olan yumurtaları qırmışdı.
Qadın onun üstünə düşdü, sənin fikrin hardadır? Gözün görmür? Bütün yumurtalarımı qırdın! Otuz
dənə yumurta vardı burda!
Coni dilxor oldu. Neyləməli, heç yerdən ziyana düşdüm. Zəng eləyən kim idisə, məni xərcə saldı.
Otuz yumurta. Biri on beş qəpikdən, eləyir dörd manat əlli qəpik. Al beş manatını, çıx get. Gözün
görmür, fikrin hardadır nə demək? Gözüm də əla görür, fikrim də harda olmalıdırsa, ordadır!
Qadın ona uzadılan beş manata dəvə nalbəndə baxan kimi baxırdı. Birdən baxışlarından alov
saçılmağa başladı, yaramaz adam! Yumurtalarımı qıran sən, hələ bir başıma da qışqırırsan?! Nəyimə
lazımmış sənin pulun? Dəysin təpənə!
Coni qızarıb-bozarır, əsəblərini idarə eləyə bilmirdi. Allahım, mənə səbir ver! Deməyinizin adı
nədir? Yumurtalarınızı qırmışam deyə sizin üçün neyləməliyəm? Bəlkə dalıma mindirib bütün şəhəri
gəzdirməliyəm? Sizə ziyan vurmuşam, ziyanı da ödəyirəm. Qadın, başqa nə istəyirsən?
Daş qayaya rast gəlmişdi, qadının bircə addım da geri atmaq fikri yox idi. Yaramaz hərif, baş-gözünü
niyə qızardırsan? Məni qorxutmaqmı istəyirsən? Yumurtalarımı qırıbsansa, canın çıxmalıdır, boynun
sınmalıdır, düşməlisən marketə, otuz dənə yumurta alıb, gətirib mənə verməli, üzr istəməlisən. Sənsə
bağırırsan, dişlərini qıcayırsan! Sən canavarsan, ya insan?
– Mənim canım çıxsın, boynum sınsın? – Coninin gözləri hədəqəsindən çıxmışdı. – Baxın, xanım,
etiraf eləməliyəm, tamamilə düz tapıbsız, mən insan deyiləm, canavaram. Arvadlarımı döyə-döyə
zərif məxluqların alınlarının ortasından, qulaqlarının dibindən nallamaq sahəsində böyük təcrübə
qazanmışam. Çıxın gedin, özünüzə də yazığınız gəlsin, mənə də. Yoxsa alnının ortasından birini
nallaram, bir də üç gündən sonra huşun gələr başına!
– Ay səni, əclaf! Demək, arvadlarını döyürmüşsən, qoçuluq eləyirmişsən, məni də döyə biləcəyini
zənn eləyirsən? Daş o zərif məxluqun başına ki, sən onun qulağının dibinə nallayıbsan!
Belə deyən kimi də qolaylanıb yumurta torbasını Coninin üzünə necə çırpdısa, sanki bomba partladı,


torba hardansa cırıldı, Coninin üz-gözü yumurtaya bulaşdığından görmür, nə baş verdiyini anlaya
bilmirdi. Əllərini qabağa uzadıb onu vuranı axtarırdı, qadın isə bu dəfə torbanı Coninin sol üzündən
vurub ikinci bombasını da partlatdı. Sonra da bir qədər geri çəkilib yerində səntirləyən Coninin
sinəsindən təpiklə necə vurdusa, Coni arxaya uçub, səkinin kənarındakı alçaq ardıc kolunun içində
oturdu.
Qadın ona yaxınlaşdı, yumurta torbasını başına vurub: “Yaramaz hərif, – dedi, – gördünmü nallayan
necə nallayır? Mən hər gün bu vaxtlar bu marketdən alver eləyirəm. Qulağının dibi gicişsə, bura
gələrsən, yenə nallaram! Dörd manat əlli qəpiyim də haramın olsun! Bağışlamıram, o dünyada it
sifətində yanıma gələcəksən, mən də səndən dörd manat əlli qəpiyimi tələb eləyəcəyəm!”
Bütün bunlar o qədər ani oldu ki, Pori yalnız heyrətlə baxmaqla kifayətləndi, bir də onda ayıldı ki,
Coni oturub ardıc kolunun içində. Dostunun yanına qaçıb onu koldan çıxartdı, Coni canavar kimi
dişlərini qıcayır, dəsmalla yumurta qalıqlarını üz-gözündən təmizləyirdi.
– Azından yan-başıma min dənə tikan batıb! – nərildəyirdi. – Bu zəhrimarın nə qədər tikanı olurmuş?
Bəs sən hardaydın? Gözlərini bərəldib o əclaf qadının məni necə döyməsinə baxırdın?
– Coni, məncə, tikanlar sənin yanına yox, beyninə batıb! – Pori incidi. – Mən hardan bilim, sənin
əclaf qadının öhdəsindən gələ bilməyəcəyini? Olmaya ikimiz, köməkləşib bir qadını döyməliydik?
Coni, sən zərif məxluqları döyürsən, neyləyirsən, bu sənin öz işin, mənsə heç vaxt onlara əl
qaldırmaram!
Coni özünə təsəlli verirdi. Eh, nə isə, sabah bura gələr, əclaf qadının qulağının dibinə iki-üçünü
nallaram! Göstərərəm ona nallamaq necə olur! Yoxsa yubkalı bir şeytan namımı iki paralıq eləsin,
adımı-sanımı yerə soxsun, mən də bunu qəbul eləyim? Eləmərəm!
Pori çiyinlərini çəkdi, nə bilim, məncə, sən namının iki paralıq olması ilə barışmalısan. Mən o qadını
gördüm, yenə də bura gəlsən, təzədən səni ardıc kolunun üstündə oturdacaq. Sən ona heç nə göstərə,
əclaf qadının heç harasına nallaya bilməyəcəksən.
Bilirsən, Pori, dava vaxtı mənimki gətirmir, qarşımdakını görə bilmirəm. O vaxt elçiliyə gedəndə
qayınpedərim güp, bura atılırdı, gup, ora atılırdı, ha çalışırdım, görə bilmirdim. Nə yumruq atdım,
boşa çıxdı. Oğraş da zıpladı! Nəyi vardı! Burda da özün gördün ki, yumurta üz-gözümü örtmüşdü,
görə bilmirdim. Yoxsa görsəydim ha, itin qızına birini vurardım, qalxardı göyə, şəhərin üstündən
uçub gedər, meşənin ətəyində yerə düşərdi.
Pori başını yırğaladı.
– Nəsə inanmıram.
– Nəyə? – Coni aşkarca incidi.
– Vurmağına.
– Vura bilməzdim?
– Bəlkə də vurardın, amma dediyin qədər qalxmazdı.
Coni dostundan incidi. Maşını sürməyə taqəti olmadığından, daha doğrusu, yanına batan tikanların
hesabına oturacaqda əməlli otura bilmədiyindən maşını o sürməli oldu. Evə gəldilər, burda da Səmoş
onları sorğu-suala tutmuşdu. Coni, sənə nə olub? Bu nə üst-başdır?
Coni cavab verə bilmir, qızarırdı, dostuna yazığı gəldi, onu bu vəziyyətdən xilas eləmək üçün:
– Ardıc kolunun içinə yıxıldı, – dedi, – yan-başına tikanlar batıb.
– Bəs üz-gözündəki, paltarlarındakı yumurta qalıqları nədir? – Səmoşu başa salmaq, xüsusilə də
aldatmaq asan iş deyildi. – Olmaya kolda qarğa yuvası var imiş, bu da ağzı üstə yuvanın üstünə
yıxılıb?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə