İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   34   35   36   37   38   39   40   41   ...   142

duzəkən, özün əzizləmək istəyirdin, mən də qəlbini qırmaq istəmədim. Olmaya səni məcbur eləyirəm?
Gəlmə!
Coni gecəyarısı ayaqyoluna gedib qayıdanda qonşu otağın qapısı ağzında ayaq saxladı. Qəlbiylə
bacarmırdı, ayaqları onu az qala sürüyərək Minayənin otağına aparırdı. İçəri keçəndə Minayənin
yatmadığını gördü, qadın səssizcə gülürdü. Demək, gəldin. Mən sənin dabbaqda gönünə bələdəm,
gələcəyini bilirdim. Hə, Coni, orda quruyub qalma, istədiyin qədər əzizləyə bilərsən.
Daha gözləmədi, soyunub yatağa girdi. Keçmiş arvadına sahib olduqca da heyrətlənirdi. Az qala iki il
birlikdə olmuşdular, amma bircə dəfə də olsun ondan belə qızğınlıq, belə ehtiras, istilik görməmişdi,
qadın ehtirasdan alışıb-yanırdı. Sakitləşəndən sonra qadına deyirdi:
– Sən arvadım olanda belə deyildin, elə bil əvvəlki qadın deyilsən.
– Əvvəlki qadınam, – Minayə yorğun səslə dedi. – Sadəcə kişilər əlləri çatan, istədikləri vaxt sahib
ola biləcəkləri qadına dəyər verməzlər. Oğurluq eşqlər yaşayanda, başqalarının arvadlarıyla yatanda
daha çox həzz alarlar.
Coni otaqdan çıxanda varlığını sonsuz xəcalət hissi bürümüşdü. Səmoşu oyatmamaq üçün qapını
ehmalca açıb, barmaqlarının ucunda otağa girdi. Yorğanı qaldırıb yatağına uzandı. Həmişə olduğu
kimi arvadının bədənindən gələn xoş qoxu onu həyəcanlandırmadı. Əksinə, bu qoxunu duyduqca bir
az bundan əvvəl keçmiş arvadının çılpaq bədəni gözlərinin qarşısına gəlir, bu bədənə necə sahib
olmasını xatırlayır, daha çox xəcalət çəkirdi.
– Hardaydın? – arvadının yuxulu səsi eşidildi.
– Səncə, harda ola bilərəm? – səsindəki həyəcanın onu ələ verəcəyindən qorxurdu. – Ayaqyolunda.
– Yarım saatdı neyləyirdin orda?
– Ayaqyolunda neyləyirlərsə, onu da eləyirdim. Sancılamışdım! – başqa bəhanə tapa bilmədi.
– Orda çox səs-küy salma, bacımı yuxudan oyadarsan.
Səhərisi ikilikdə qalanda Minayə ona dedi: “Şəxsən mənə ləzzət elədi, elə bilirəm, sənin də
narazılığın olmadı. Ürəyincə əzizlədin”. “Səni görüm lənətə gələsən! – pıçıltıyla dedi. – Onda məni
gözləmədin, əbləhin birisinə qoşulub getdin, namusumu, şərəfimi iki pulluq elədin! İndi də alnımın
ortasına bir oğraşlıq damğası vurdun!” “Coni, sən riyakar adamsan! – Minayə ilan kimi fışıldayırdı. –
Səni zorlamı gətirib yatağıma saldım? Gələn sən, mən günahkar oluram? Gecə oğraş olmurdun, kef
çəkirdin, amma gündüz oldu, günəş doğdu, sən də oğraş oldun? Coni, siz kişilərin hamınızın içində
bir oğraşlıq var. Mən Budkaya qoşulub gedəndən az sonra onun həyatında başqa qadının olduğunu
hiss elədim. Bir qadınla, həm də mənim kimi qadınla bircə ay belə yaşamağa dözmədi, yenisini
axtarıb tapdı. Özümə söz verdim. Bir halda belədir, mən də özümə başqasını axtarıb tapacağam.
Amma Budkadan fərqli olaraq, mən onu başqasıyla yox, öz keçmiş ərimlə aldatdım. Bir kişi nə vaxtsa
başqasının arvadını tovlayıb yoldan çıxarırsa, bir şeyi unutmamalıdır, nə vaxtsa onun da arvadını
başqa bir kişi tovlayıb yoldan çıxardacaq”. “İndi nə deyirsən? Yəni nə vaxtsa Səmoşu da başqa kişi
tovlayıb yoldan çıxaracaq?” “Tovlayacaq, ya Səmoş o başqa kişini tovlayacaq, mən bilmirəm.
Bildiyim bircə odur, sən gecə mənə boşaldığın kimi, mən indi qarnımda sənin toxumlarını daşıdığım
kimi, nə vaxtsa başqa bir kişi də ona boşalacaq, qarnında onun toxumlarını daşıyacaq!” “Başını
kəsərəm!” – Coni xırıltılı səslə dedi. “Bu nəyi dəyişəcək? Sonrası da, sən hardan xəbər tutacaqsan?
Qadınlar belə işləri kişilərdən daha yaxşı bacarırlar”.
Minayənin dediklərini soyuq başla bir daha götür-qoy eləyir, əmisinin qisasını almaq üçün Rusiyaya
gedəndə Tanyanın ona dediklərini xatırlayırdı. O da keçmiş arvadının dediklərinə oxşar sözlər
deyirdi. “Bunu mənə bir rus qızı da deyib”, – ixtiyarsız olaraq dilləndi. “Aha, – keçmiş arvadının


sifəti işıqlandı, – başa düşdüm. Qan davası üçün Rusiyətə gedəndə şiri öldürüb şərəfinizə düşən
ləkəni təmizləmək əvəzinə, rus qızları ilə kef çəkirmişsən?” “Bəs, səncə, neyləməliydim? Rus
qızlarını görəndə arxama baxmadan qaçmalıydım?” “Yox, niyə qaçırsan? Neyləməliydinsə, onu da
eləyibsən. Amma o qız da düzünü deyib. Sən orda rus qızını yatağına salanda mən də Budkaya yox
demirdim, istədiyini eləməsinə icazə verirdim!” “Alçaq qadın! – sonsuz nifrətlə dedi. – İyirmi gün-
filan boş söhbətmiş. Mən gedən kimi Budkaya sifariş göndəribsən, onunla yatağa giribsən. Bəs mən
vaxtında qayıtsaydım, necə olacaqdı?” “Heç necə, – keçmiş arvadı etinasız halda dedi, – sən mənə
xəyanət elədiyin kimi, mən də sənə xəyanət eləmişdim. Sən rus qızıyla yata bilərdinsə, mən niyə
Budkayla yatmamalıydım? Sən getdiyin gün gəldi, mən çağırıb eləməmişdim, hardansa eşidibmiş.
Dedi, öldürsən də, getmərəm. Mən də fikirləşdim, niyə öldürməliyəm, adam neçə illərdir arxamca
sürünür, niyə yox deyim? Niyə canavar kimi qanmazın birisinin ciyərini yandırmayım? Bax belə,
Coni, bekara fışıldayıb eləmə, yandırdım ciyərini!”
Ağzı açıla qalmışdı. Keçmiş arvadına baxır, o günləri xatırlayıb həyəcanlanırdı. Onda arvadının onu
qoyub getməsinə nə qədər hirslənmişdisə, indi bir o qədər sevinirdi. Nə yaxşı cəhənnəm olub
getmişdi.
Aradan bir gün keçəndən sonra yenə də ayaqyoluya getmək üçün otaqdan çıxdı, amma dəhşət hissiylə
dərk elədi ki, ayaqları onu ayaqyoluna yox, keçmiş arvadının otağına aparır. Minayə artıq onu
gözləyirdi, onun necə yaxınlaşdığını görüb astadan, razılıqla gülürdü. Bəs gəlməyəcəkdin, xəcalət
çəkirdin, bəs alnının ortasına oğraşlıq damğası vurulmuşdu? Gəl, Coni, gəl, dünya beş günlükdür.
Keçmiş arvadı bu gecə də ona həzz dolu anlar yaşadır, onu növbəti dəfə heyrətə salırdı. Sanki bunun
daha istənilən, cəzbedici, seksual olması üçün Budkaya ərə getməsi lazım imiş, getmiş və ordan
başqa bir qadın olaraq qayıdıb gəlmişdi. Minayə də heyifsilənirdi, Səmoş şübhələnməsəydi, səni
səhərə kimi buraxmazdım. Amma yorğunam, dava-dalaş istəmirəm. Geyin, qurulan, cum arvadının
yanına.
Nə qədər sakitcə, pəncələrinin ucunda yerisə də, yenə də arvadı xəbər tutdu. Yorğanın altına təzəcə
girmişdi ki, soruşdu:
– Sənin sancın kəsmədi?
– Hələ yox.
– İndiyə kimi heç sancıladığın olmamışdı. Nə oldu birdən-birə sancıladın?
– Nə bilim? – Coninin dili dolaşdı. – İndiyə kimi sancılamırdımsa, bu o demək deyil ki, bundan sonra
da sancılaya bilmərəm.
Arvadı isə ona qulaq asmırdı, artıq şirin mışıltısı eşidilirdi.
Coni səhərisi çayxanada Poriyə deyirdi, heç vaxt Qobinin aramızda olmamasına indiki kimi
heyifsilənməmişdim. Adam yer üzündən oğraşların sayını azaldırdı. Heç bilirsən, alnının ortasından
vurulmalı nə qədər oğraşlar əmələ gəlib?
Pori onun dediklərindən bir şey başa düşmürdü, fikri-zikri qayınanasının yanındaydı. Artıq bu
qadının çıxıb öz evinə gedəcəyinə ümidini itirmişdi ki, Əfi ona şad xəbər verdi. Böyük qardaşıma
zəng eləmişəm, bu gün gəlib anamı aparacaq. Sanki Poriyə dünyanı verdilər, son günlərdə bunca şad
xəbər eşitdiyini xatırlamırdı. Doğrudan da nahara yaxın arvadı zəng eləyib dedi ki, qardaşım gəlib
anamı apardı. Mənimlə görüşmək üçün bağçaya gəlmişdilər. Anam sənə də salam dedi.
– Anan mənə salam dedi?
– Deməz?
– Guya bilmirsən, əlbəttə, deməz.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə