İstiqlal və Suverenlik Tofiq Köçərli



Yüklə 226,26 Kb.
Pdf görüntüsü
səhifə7/9
tarix24.02.2018
ölçüsü226,26 Kb.
#27568
1   2   3   4   5   6   7   8   9

məsələsində can-ciyər olmuşdu (Almaniyanın Qafqazda nümayəndəsi fon Kross 

Azərbaycan  Cümhuriyyətinin  müvəqqəti  paytaxtında  -  Gəncədə  olarkən, 

müstəqil  Azərbaycan  dövləti  tərəfdarı  olduğunu  və  “bu  dövlətin  paytaxtı  olan 

Bakının  tezliklə”  azad  edilməsini  ürəkdən  arzuladığını  bildirmişdi.  Đkisindən 

biridir:  ya  fon  Kross  öz  hökumətinin  Azərbaycan  siyasətindən  xəbərdar  deyil-

miş, ya da niyyətlərini gizlədirmiş). 

Rusiya  “Əlavə  müqavilə”  ilə  Türkiyə-  Azərbaycan  qoşunları  tərəfindən 

Bakının  azad  olunmasının  qarşısını  almaq  niyyətində  idi.  Ancaq  yanılmışdı. 

Bakı  uğrunda  həlledici  çarpışmalar  hələ  qabaqda  idi.  Bakını  azad  etmək 

əzmində Azərbaycan dönməz idi. Azərbaycan liderləri yaxşı başa düşürdülər ki, 

“Bakısız Azərbaycan - başsız bədəndir” (M.Ə.Rəsulzadə). 

Azərbaycan  hökuməti  27  avqust  tarixli  “Əlavə  müqavilə”dən  xəbər  tutan 

kimi,  M.Ə.Rəsulzadə  Đstanbulda  Azərbaycan  hökuməti  adından  Almaniyanın 

Türkiyədəki səfirliyinə və digər dövlətlərə e’tiraz notası verdi. Notada deyilirdi: 

bu  məsələ  “Azərbaycan  üçün  yalnızca  tövsii-ərazi  məsələsi  təşkil  etməyib,  bir 

həyat  və  məmat  (ölüm  -  T.K.)  qaziyyəsi  şəklini  iqtisab  eyləmişdir”.  Həm  də 

M.Ə.  Rəsulzadə  sentyabrın  6-da  Gəncəyə  baş  nazir  F.X.  Xoyskiyə  teleqram 

vuraraq həyəcan  siqnalı verdi:  “Bakı  alınmasa,  hər şey  bitdi. Əlvida,  Azərbay-

can!”. 

Diplomatik  addımlarla  yanaşı  Azərbaycan  hökuməti  Bakının  azad 



edilməsini sür’ətləndirmək üçün mümkün olan bütün əməli tədbirləri həyata ke-

çirdi və sentyabrın 15-də Bakı azad edildi. 

Azərbaycan hökuməti Bakıda fəaliyyətə başladıqdan sonra da Rusiya Bakı 

uğrunda,  Almaniya  isə  Bakı  neftindən  pay  uğrunda  mübarizəni  dayandırmadı. 

Sentyabrın  20-də  Rusiya  Xarici  Đşlər  Komissarlığı  Türkiyəyə  nota  göndərərək 

“Rusiya  Respublikasının  ən  mühüm  şəhərlərindən  biri  olan  Bakının” 

tutulmasına  e’tirazını  və  bununla  da  əlaqədar  Rusiya-Türkiyə  arasında  sülh 

münasibətlərinin  dayandırılmasını  bildirdi.  Almaniyanın  Rusiyadakı  Baş 




konsulluğuna  notada  isə  Almaniyanın  Bakı  barəsində  öz  27  avqust  öhdəliyinə 

əməl etməməsi nəzərə çatdırıldı. 

Həmin günlərdə Türkiyə Sədri-ə’zəmi Təl’ət paşa Berlində idi. Mirzə Bala 

Məmmədzadənin yazdığına görə Təl’ət paşa sentyabrın 23-də Almaniya ilə gizli 

bir  protokol  imzalayır:  Türkiyə  öz  qoşunlarını  Azərbaycandan  çıxartmağa 

boyun  olur,  əvəzində  isə  “Almaniya  Azərbaycan  Đstiqlalının  Rusiya  tərəfindən 

tanınmasını tə’min edəcəyinə söz verir”. 

Protokolu  imzalayanlar  müxtəlif  məqsədlər  güdürdülər.  Təl’ət  paşa 

Türkiyənin  Birinci  Dünya  Müharibəsində  artıq  uduzduğunu,  istər-istəməz  qo-

şunlarını  Bakıdan  və  bütün  Azərbaycandan  çıxartmaq  məcburiyyətində 

qalacağını  başa  düşərək  Azərbaycanın  müstəqilliyini  saxlamağa  kömək  etmək 

istəyirdi. Almaniya isə müstəqil Azərbaycan dövlətini tanımamaqda davam edir, 

ancaq  indi,  27  avqust  sazişindən  fərqli  olaraq,  türk  qoşunlarının  Bakıdan 

çıxarılması hesabına Bakı neftindən pay qoparmaq ümidinə düşür. 

Təl’ət  paşa  Berlində  Rusiyanın  səlahiyyətli  nümayəndəsi  Đoffe  ilə  də 

görüşür.  Đoffe  iddia  edir  ki,  “Qafqazda  müsəlmanlar  yalnız  Türkiyənin  təzyiqi 

altında  müstəqil  dövlət  yaradırlar  və  əgər  türklər olmasa,  onlar  Rusiyaya  meyl 

göstərməkdə davam edərdilər”. Fikrini “sübut” üçün Đoffe Təl’ət paşaya belə bir 

“tutarlı  dəlil”  gətirmişdi:  “Qafqaz  müsəlmanları  şiədirlər,  siz  türklər  isə 

sünnisiniz”. 

Rusiya Türkiyəni olduqca ağır bir vəziyyətə düşdüyünü yaxşı bilirdi. Ona 

görə Đoffe Türkiyənin nümayəndələri ilə danışıqlarda ultimatum xətti seçmişdi. 

Ultimatum  Rusiyanın  Türkiyəyə  verdiyi  rəsmi  notaların  da  dili  idi.  Oktyabrın 

10-da  verilən  notada  deyilirdi  ki,  Türkiyə  “Bakı  və  bütün  Zaqafqaziyanı 

Almaniyanın tanıdığı Gürcüstanın sərhədlərinə qədər və Osmanlı imperiyasının 

hüdudlarına qədər Sovet hakimiyyətinə verməlidir”. 

Deməli,  27  avqust  müqaviləsindən  fərqli  olaraq  Rusiya  indi  təkcə  Bakını 

deyil,  bütün  Azərbaycanı  istəyirdi.  RSFSR  bununla  kifayətlənmir,  Rusiyadan 

ayrılıb  müstəqilləşən  Azərbaycanın  hökumətini  “fırıldaqçıların  yerli  saxta 



hökuməti”  adlandırır.  “Azərbaycan  istiqlalının  Rusiya  tərəfindən  tanınmasını 

tə’min  edəcəyinə”  Almaniyanın  verdiyi  söz  isə  və’d  olaraq  qalır.  Bu  şəraitdə 

Türkiyə qoşunlarını Bakıdan və bütün Azərbaycandan çıxartmağa razılıq versə 

də həmin ərazilərin bilavasitə Rusiyaya verilməsi tələbini rədd etdi. 

Bu  səbəbdən  Rusiya  Türkiyə  ilə  danışıqları  kəsdiyini  bildirdi.  Lakin 

hadisələr  Rusiyanın  maraqları  məcrasında  cərəyan  etmədi.  Rusiya  və  Almani-

yanın Bakı maraqları indi bilavasitə Antantanın mənafeləri ilə toqquşdu. 

Almaniya-Türkiyə  bloku  Birinci  Dünya  müharibəsində  məğlub  oldu. 

Bununla beynəlxalq vəziyyəti son dərəcədə ağır və çətin olan Azərbaycanın və-

ziyyəti  daha  da  mürəkkəbləşdi.  Çünki  Azərbaycan  Cümhuriyyəti  real  hərbi 

kömək  aldığı,  başqa  sahələrdə  də  yardımına  güvəndiyi  müttəfiq  Türkiyənin 

köməyindən  məhrum  olurdu.  Digər  tərəfdən,  bir  təhlükədən  yaxa  qurtarmamış 

Bakını və bütün Azərbaycanı yeni təhlükə - Antanta təhlükəsi yaxalayırdı. 

Cahan müharibəsinin məğlub dövləti kimi Türkiyə 1918-ci il oktyabrın 30-

da  Mudros  barışığını  imzalamağa  məcbur  oldu.  Müqavilənin  şərtlərinə  görə 

Türkiyə öz qoşun hissələrini Bakıdan, Azərbaycandan və bütün Zaqafqaziyadan 

çıxarmalı,  Bakını  müttəfiq  qoşunlar  tutmalıydı.  Bakının  tutulması  Đrandakı 

ingilis qoşunlarına tapşırılmışdı. 

Bu  elə  bir  vaxt  idi  ki,  artıq  Bakıda  Azərbaycanın  dövlət  bayrağı 

dalğalanırdı.  Artıq  Azərbaycan  Cümhuriyyətinin  hökuməti  Bakıda  fəaliyyət 

göstərirdi. 

Müttəfiq  dövlətlər  bütün  bunlardan  yaxşı  xəbərdar  idilər.  Lakin  onlar 

Mudros barışığını bağlayarkən, Azərbaycan Cümhuriyyətinin mövcud olmasına, 

Azərbaycan  milli  hökumətinin  Bakıda  fəaliyyət  göstərməsi  faktına  məhəl 

qoymamışdılar.  Özlərini  kiçik  xalqların,  onların  suverenliyinin  himayəçiləri 

sayan  müttəfiq  dövlətlər  Azərbaycan  hökumətinə  tamamilə  saymazyana 

yanaşmış, Azərbaycanın nəinki razılığı, hətta xəbəri belə olmadan Bakı şəhərini 

tutmağı qət etmişdilər. Antantanın Bakını tutmaq qərarı böyük dövlətlərin kiçik 




Yüklə 226,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə