qədər olan sərhədlərdə Rusiya hüdudlarına, Rusiyaya məxsus olan Qafqaza
gəlmişəm...”
Azərbaycan başqa bir ciddi problemlə də üzləşmişdi. Tomson özü ilə
Đrandan Bakıya Biçeraxovun kazaklardan ibarət dəstəsini gətirmişdi. Biçeraxov
isə Bakıya gələr-gəlməz Azərbaycan hökumətinə meydan oxumağa başlamışdı.
Onun yaydığı vərəqələrdə Bakının “rus vətəndaşları təkrar ana vətənə (Rusiyaya
- T.K.) iadəsi ilə təbrik” edilir və onlar “əziz əzabkeş Rusiya” naminə işləməyə
çağırılırdı. Müttəfiq qoşunların və Biçeraxovun gəlişindən qanadlanan
monarxiyapərəst rus təşkilatları həyasızcasına və yekəxanalıqla, M.Ə.Rəsulza-
dənin yazdığına görə, “azərbaycanlılara e’lan etdiyiniz istiqlaldan istinkaf
ediniz (istiqlaldan çəkinin! - T.K.) və sizin üçün şəfaət edəlim!” deyorlar və
müvəqqətən təşkil edəcəkləri hökuməti-məhəlliyədə azərbaycanlılara bilnisbə
daha mühüm bir mövqe tə’min edəcəkləri lütfünü də ayrıca” qeyd edirdilər.
“Erməni təşkilatının xüsumət və inadı isə daha bariz idi” (Bakıdakı rus təşkilat-
larının Azərbaycan milli hakimiyyətinə qarşı belə düşmən mövqe tutmasına heç
bir əsas yox idi. Burada rusların hüquqları tapdalanmırdı, onlara ögey münasibət
bəslənmirdi. Hətta çar Rusiyasının Xarici Đşlər naziri S.D.Sazonov Đstanbulda
Ə.M. Topçubaşova demişdi: “Qafqazdan gələn rus mə’murları gürcülərin
Tiflisdən qovduqları rus mə’murlarına tatarların Yelizavetpolda (Gəncədə -
T.K.
) və digər yerlərdə yaxşı münasibət bəsləmələrindən fərəhlə” danışırlar.
Azərbaycanda ruslara münasibət məsələsi Azərbaycan istiqlalının qəddar
düşməni olan general A.Đ.Denikinin də diqqətini cəlb etmişdi. Denikin sonralar
yazmışdı: “Azərbaycanda, hökumətin açıq türkpərəstliyinə baxmayaraq, rus
ünsürü tə’qib olunmurdu”. Hökumət “burada öz qabiliyyətini tətbiq etmək
istəyən ruslara vəzifə tutmaqda və işləməkdə maneçilik törətmirdi”).
Öz içində yaşayan milli azlıqlara, qonşu xalqlara Azərbaycan xalqının,
mehriban münasibəti, çətin anlarda onlara mərhəmət göstərməsi xalqımızın
mühüm xüsusiyyətlərindən biridir. Xalqımız belə mərhəmətli olmaqdan bə’zən
əzab çəksə də, iliyinə və qanına işləmiş insani mərhəmət duyğusunu həmişə uca
tutmuşdur).
Nuru paşanın komandanlığı altında türk ordusunun Bakıdan çıxması və
müttəfiq qoşunların Bakıya girməsi ilə əlaqədar Azərbaycanda yaranmış çətin
və böhranlı vəziyyətdə F.X.Xoyskinin başçılıq etdiyi Azərbaycan hökuməti
dözümlülük göstərir, mə’yusluğa qapılmır, milli mənafe keşiyində mətanətlə
dayanır, siyasi manevrlər etmək məharəti göstərir, dövləti inamla idarə edir,
Azərbaycanı demokratik yolla inkişaf etdirir, Məclisi-məb’usan (parlament)
təşkil edir və s. Məclisi-məb’usan başda F.X.Xoyski olmaqla koalisyon
hökumət yaradır. Bütün bu proseslər müttəfiq komandanlığın gözləri qarşısında
baş verir və komandanlığın mövqeyinə güclü tə’sir edir.
Müttəfiq dövlətlər komandanlığı çox qısa bir müddət ərzində Azərbaycan
xalqının müasir, sivil, yüksək mədəniyyətli bir xalq olmasını başa düşmüşdü.
Üzeyir bəy Hacıbəyovun şəhadəti: “Đngilislər bizim içimizə girərkən özlərini
vəhşi bir heyvan qarşısına çıxmış bir ovçu vəziyyətində saxlamaq ehtiyatına heç
bir lüzum olmadığını bir-iki gündən sonra kəmali-təəccüblə anladılar və
haqqımızda bəsləməkdə olduqları nəzər və təsəvvüratın bilməməzlik və ya
düşmən təbliği nəticəsi olaraq xəta və yanlış olduğunu da dərk etdilər; əminəm
ki, bunu da dərk etdilər ki, istibdad altında tərəqqi və təalidən cəbrən məhrum
və cəhalətə məhkum edilmiş olan bir millət, azad olduqdan sonra çox çəkməz
ki, aləm mədəniyyət bazarlarında öz milliyyətləri təqazası ilə əmələ gəlmiş
mədəni mətalarını ənzari-bəşəriyyətə təqdim ilə mədəniyyəti qoca olan
millətləri də heyran qoyarlar”.
Noyabrın ortalarında F.X.Xoyski hökumətini “yalnız türk komandanlığının
intriqası ilə təşəkkül etmiş bir hökumət” sayan Tomson dekabrın 28-də belə bir
rəsmi bəyanat verdi: “F.X.Xoyskinin sədrliyi altında təşkil olunmuş koalisyon
Azərbaycan hökuməti Azərbaycan hüdudlarında yeganə qanuni hakimiyyətdir,
müttəfiq komandanlıq bu hökumətə tam kömək edəcəkdir”.
M.Ə.Rəsulzadənin yazdığına görə bu bəyannamə “Bakı mühitində böyük
bir inqilabi-əfkara mucib oldu. O vəqtə qədər komandanlığın mədihəxanı bulu-
nan rus və erməni mətbuatı şimdi, bir gün əvvəl təbcil etdikləri məqam, şətm və
küfürlər yağdırmağa başladılar...
Rus təşkilatları bu vəziyyətə yalnız qəzetə nəşriyyatı ilə müqabilə etməklə
iktifa etmədilər. Müttəfiq komandanlıq əleyhinə bir taqım tərtibati - inqilabiyyə
dəxi təvəssül etdilər... Bunun üzərinə on ayaq olanlardan bir kaç adam tovqif
edildi və Ənzəliyə sürüldü”. Azərbaycan hökumətinin tələbi ilə “Biçeraxov
alayı aldığı 48 saətlik bir möhlət zərfində Bakını tərkə məcbur olduğu kimi,
erməni məfrəzələrinin inhilalı dəxi təqərrür etdi.”
Tomsonun bəyanatı, habelə 1919-cu il yanvarın 22-də Bakıya gəlmiş
Balkanlarda və Qafqazda ingilis qoşunlarının baş komandanı general C.Mil-
tonun “Đngilis hökuməti Azərbaycan hökumətini Azərbaycan ərazisində yeganə
qanuni hakimiyyət kimi tanıyır” bəyanatı antiazərbaycan qüvvələrin köpünü
almaq, milli hakimiyyətin mövqelərini möhkəmləndirmək və Azərbaycan
suverenliyini tə’min etmək üçün olduqca əhəmiyyətli idi.
Lakin bütün bunlar hələ Azərbaycanın rəsmi tanınması deyildi.
Azərbaycanın və Rusiya ərazisində yaranmış digər dövlətlərin tanınması məsə-
ləsində müttəfiq dövlətlər bir növ gözləmə taktikası seçmişdilər. Onlar bu
məsələyə “rus məsələsi”nin tərkib hissəsi və “rus məsələsi”ndən asılı bir məsələ
kimi yanaşır, onu “rus məsələsi”ndən kənarda və müstəqil bir məsələ kimi həll
etmək istəmirdilər. ABŞ prezidenti V.Vilson 1919-cu il mayın 28 də Parisdə
Ə.M.Topçubaşova açıq demişdi: Azərbaycan məsələsi “rus məsələsindən əvvəl
həll edilə bilməz”.
Kolçak sovetləri sıxışdırıb möhkəmləndikcə müttəfiq dövlətlər Rusiya
ərazisində yaranmış dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyi
məsələsinə baxmaqdan yayınırlar. Hətta iyun ayında müttəfiq dövlətlər özünü
“Rusiya dövlətinin ali hökmdarı” e’lan etmiş Kolçakı ümumrusiya hakimiyyəti
kimi tanımaqla faktiki olaraq Azərbaycan, habelə Gürcüstan, Ukrayna və digər
yeni dövlətlərin müstəqilliyindən imtina edirlər. Paris sülh konfransında
Azərbaycan nümayəndə hey’ətinin başçısı Ə.Topçubaşov 1919-cu ilin
sentyabrında N. Yusifbəyova yazdığı kimi, müttəfiq dövlətlər “bütün vasitələrlə
Kolçak hökumətini və Könüllü ordunu möhkəm müdafiə etməkdə davam
edirlər. Və bolşeviklər üzərində “qələbə” qazanıldıqca müttəfiqlərin vahid
Rusiyanın yenidən yaradılacağına inamı artır. Həm də bu məqsəd naminə kiçik
xalqların azadlıq və müstəqilliyi qurban verilir”.
Güman etmək olar ki, Kolçak, ya Denikin Sovetlər üzərində qələbə çalsa,
Antanta Azərbaycanın və digər yeni dövlətlərin tanınması məsələsini
gündəlikdən ümumiyyətlə, çıxaracaqdı. Lakin müttəfiq dövlətlərin Kolçaka,
Denikinə bəslədikləri ümid puç olur. Onlar Rusiya imperiyası ərazisində
yaranmış dövlətlərə, o cümlədən Azərbaycana münasibətlərini dəyişməli
olurlar.
Azərbaycan Cümhuriyyəti hökumətinin, onun Paris sülh konqresindəki
nümayəndə hey’ətinin fəal, çevik və səriştəli siyasəti bir sıra beynəlxalq
amillərlə birlikdə (birinci növbədə Rusiyada hadisələrin Qərbin gözlədiyinin
əksinə cərəyan etməsi və bununla əlaqədar Azərbaycanın müstəqilliyinin Qərbin
maraqlarına cavab verməsi) Qərb dövlətlərinin Azərbaycanın müstəqilliyini
tanıması üçün zəmin hazırlayır.
1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Đngiltərə
Xarici Đşlər naziri Kerzonun təklifi ilə Azərbaycanın, habelə Gürcüstanın
müstəqilliyini de-fakto tanıdı.
Bu, böyük qələbə idi. Azərbaycan Cümhuriyyəti istiqlalının tanınması
uğrunda mübarizənin zəfər günü idi. Minnətdarlıqla qeyd olunmalıdır ki,
Azərbaycan müstəqilliyinin beynəlxalq aləmdə tanınmasında Đngiltərə hökuməti
təşəbbüskar və fəal rol oynamışdır. Elə həmin günlərdə F.X.Xoyski
“Đngiltərənin və onun demokratiyasının Zaqafqaziya cümhuriyyətlərinin
müstəqilliyinin tanınmasına qızğın surətdə kömək” göstərməsini xüsusi
vurğulamışdı.
Paris sülh konfransı Ali Şurasının Azərbaycanın müstəqilliyini
tanımasından RSFSR xəbərdar idi. Ancaq, deyəsən, Ali Şuranın bu qərarına
qarşı Rusiya heç bir xüsusi diplomatik demarş etməmişdi.
Yuxarıda demişik, bir də təkrar edək:
Rusiya Azərbaycan Cümhuriyyətinin müstəqilliyini eşitmək belə istəmirdi,
onun müstəqilliyinə təcavüz edir, suveren hüquqlarını tapdalayırdı. Buna
baxmayaraq, Azərbaycan Cümhuriyyəti yaşamaqda davam edir, onun
beynəlxalq vəziyyəti yaxşılaşır və möhkəmlənirdi. Gündən-günə aydın olurdu
ki, Azərbaycan ətrafında yeni beynəlxalq siyasi ab-hava yaranır, RSFSR-in
Azərbaycan siyasəti tam iflasa uğrayır.
Belə bir şəraitdə RSFSR gözlənilməz bir addım atdı: 1920-ci il yanvarın 2-
də RSFSR Xarici Đşlər komissarı Çiçerin Azərbaycan hökumətinə
radioteleqramla müraciət edərək, Denikin əleyhinə iki ölkə arasında hərbi saziş
bağlamaq haqqında dərhal danışıqlara başlamağı təklif etdi.
Lakin bu ciddi təklifdən daha çox təbliğat xarakteri daşıyan manevr, həm
də Azərbaycan hökumətinə hədə idi. Notada deyilirdi: “Azərbaycana və
Azərbaycan xalqına nə qədər ki, gec deyil Denikinə qarşı mübarizəyə başlamaq
çağırışı ilə müraciət edirik. Azərbaycan dövləti və onun əməkçi siniflərinin
sosial-siyasi mənafelərinin düzgün başa düşülməsi Azərbaycanı bizim
təklifimizə razılıq verməyə məcbur edəcəkdir” (məcbur edəcəkdir! - T.K.).
Azərbaycan Cümhuriyyətinin mövcud olduğu bir il yeddi ay ərzində ilk
dəfə idi ki, RSFSR Xarici Đşlər Komissarlığı Azərbaycan Hökumətinə müraciət
edir və ilk dəfə nəhayət, “Azərbaycan dövləti” məfhumunu dilinə gətirirdi.
Azərbaycan dövləti Rusiya ilə hər iki dövlətin müstəqilliyi prinsipinə
əsaslanan münasibətlər yaradılmasına çox maraqlı idi və dəfələrlə bu barədə öz
mövqeyini açıq bəyan etmişdi. Azərbaycan Dövlət Müdafiə Komitəsi
radioteleqram Bakıda alınan gün, yanvarın 6-da ona öz prinsipial münasibətini
müəyyənləşdirdi: “Azərbaycan Cümhuriyyəti hökuməti müstəqil, asılı olmayan
dövlətin hökuməti kimi Sovet Rusiyası ilə qarşılıqlı münasibətlər yaratmaq
haqqında danışıqlara başlamağa hazırdır” (Denikinə qarşı hərbi saziş haqqında
deyil, məhz iki ölkə arasında münasibətlər yaratmaq haqqında danışıqlar!).
Bu direktivə uyğun olaraq və Çiçerinin notasının tonunu üzə vurmadan
F.X.Xoyski Çiçerinə cavab verdi ki, Azərbaycan hökuməti başqalarının
Azərbaycan xalqının daxili işlərinə qarışmaması və başqa xalqın daxili həyatına
qarışılmaması prinsipini rəhbər tutur. Ona görə Azərbaycan hökuməti “özünün
daxili həyatını quran rus xalqının mübarizəsinə müdaxilə etməyi yolverilməz
sayır”. Bununla birlikdə F.X.Xoyski bildirdi: “Azərbaycan Cümhuriyyəti
hökuməti danışıqlar yolu ilə rus və Azərbaycan xalqları arasında hər iki dövlətin
suverenliyi
prinsipinə
əsaslanan
mehriban
qonşuluq
münasibətləri
yaradılmasına hazırdır”.
Belə aydın və dəqiq mövqe RK(b)P MK Siyasi Bürosunu da, Çiçerini də,
necə deyərlər, cin atına mindirdi. Siyasi Büro qərara aldı: “Xalq Xarici Đşlər
Komissarlığına tapşırılsın ki, Azərbaycan hökuməti barəsində çox böyük
təmkinlilik və e’timadsızlıq siyasəti yeritsin”.
Nə üçün?
“Çünki o (Azərbaycan hökuməti - T.K.) Denikinə qarşı birgə hərbi
əməliyyat aparmaq təklifimizdən imtina etmişdir...”
Xarici Đşlər Komissarlığına tapşırıldı ki “Azərbaycan hökumətinin bu cür
davranışına qəti protest” etsin.
Azərbaycan hökumətinin Denikin barəsində xətti yeganə düzgün xətt idi.
Həqiqətən də Denikin məsələsi Rusiyanın daxili işi idi. Digər tərəfdən,
Azərbaycanla Sovet Rusiyası arasında heç bir diplomatik, siyasi əlaqə yox idi.
RSFSR hökuməti Azərbaycanı tanımamaqda davam edirdi. Belə bir şəraitdə
“Denikinə qarşı birgə hərbi əməliyyat aparmaq” təklifi tam məntiqsizlik idi.
Məntiq də, beynəlxalq hüquq da tələb edirdi ki, Azərbaycanın iki dövlət
arasında dövlətlərin suverenliyi prinsipi əsasında münasibətlər yaratmaq barədə
təklifinə konkret münasibət bildirilsin. Ancaq elə bil heç belə birmə’nalı prinsi-
pial təklif olmayıbmış!
Yanvarın 23-də Çiçerinin Xoyskiyə göndərdiyi cavab notasında da həmin
təklifdən vaz keçilirdi. Bunun əvəzində millətlərin öz müqəddəratını tə’yin
etmək hüququ haqqında ümumi mülahizələr təkrar edilir, eyni zamanda
Finlandiya ilə Polşanın müstəqilliyi, Sovet hökumətinin başqırdların, qırğızların
və keçmiş Rusiya imperiyasının digər xalqlarının geniş muxtariyyətini tanıması
qeyd olunurdu.
Bəs, başqırdların və b. “geniş muxtariyyəti” ilə öyünən Çiçerin artıq bir il
yeddi aydı mövcud olan və artıq Antanta tərəfindən de-fakto tanınan
Azərbaycan Cümhuriyyətinə nə verirdi - müstəqillikmi, “geniş muxtariyyətmi”?
Yayğın və’ddən başqa heç bir şey: “Azərbaycana münasibətdə də onun
(sovet hökumətinin - T.K.) başqa xalqlara bəslədiyi ümumi prinsiplər dönmə-
dən tətbiq olunacaqdır”.
Nə zaman, hansı şəkildə?
Cavab yox idi. Ancaq notada belə bir xəbərdarlıq var idi: “Məgər mə’lum
deyilmi ki, Denikin və onunla bağlı bütün ünsürlərin proqramı vahid, bölünməz
Rusiyanı keçmiş hüdudlarında bərpa etməkdə və həm də Azərbaycanın hər cür
müstəqilliyini tam məhv etməkdən ibarətdir. Məgər nazir Xan Xoyskiyə
sirdirmi ki, Denikinin qələbəsi çar üsuli-idarəsinin, həm də Azərbaycan hü-
dudlarında sadəcə bərpası olacaqdır”.
Nə deyəsən, ilk baxışda belə təsəvvür yarana bilər ki, Çiçerin xoşniyyətli
imiş və Azərbaycan istiqlalı qayğısına qalırmış, Azərbaycan istiqlalına
tərəfdarıymış!
Başqa bir notasında Çiçerin xalqların öz müqəddəratını tə’yin etməsi
hüququnun RSFSR üçün “sarsılmaz prinsip” olduğunu bir daha qeyd etməklə
bildirmişdi ki, Azərbaycanın tanınması sovet Rusiyası və Azərbaycan arasında
qarşılıqlı münasibətlərə aid müxtəlif məsələlər üzrə mürəkkəb danışıqlar
nəticəsində ola bilər.
Bununla əlaqədar F.X.Xoyski martın 7-də Çiçerinə yazmışdı: “Əgər
xalqların öz müqəddəratını tə’yin etməsi hüququ Sovet hökuməti üçün sarsıl-
maz prinsipdirsə, bu hüquq hər cür məsələlər üzrə mürəkkəb və uzunsürən
danışıqlardan asılı ola bilməz..., zira prinsip, həyata keçirilməsi üçün danışıqlara
möhtac deyil və bu və ya başqa ekvivalent almaq üçün amil olmamalıdır, əks
təqdirdə həmin hüquq prinsip xarakterini itirir və imperialist dövlətlərinin
addımbaşı istifadə etdikləri alətə çevrilir”.
Xoyskinin bu notasına cavab verilmədi. Prinsip haqqında belə sarsıdıcı
həqiqətə cavab vermək, əlbəttə, asan deyildi. Ən başlıcası isə RSFSR Azər-
baycanı yenidən işğal etməyi qət etmişdi və Azərbaycana qarşı hərbi müdaxilə
hazırlayırdı. Çiçerin dalbadal notaları ilə Azərbaycanın diqqətini bu müda-
xilədən yayındırmaq, hərbi təcavüzü nə iləsə əsaslandırmaq istəyirdi.
Azərbaycan RSFSR-in bəd niyyətlərini yaxşı bilirdi. Ancaq nə etmək
olardı, əks tərəf güclü və amansız idi. Ona hərbi müqavimət göstərmək gənc
Azərbaycan üçün o zamankı şəraitdə qeyri-mümkün idi.
Sovet Rusiyası Azərbaycanı istila etdi. Müstəqil Azərbaycan Cümhuriyyəti
süqut etdi.
Ancaq Đstiqlal ruhu, Đstiqlal məfkurəsi yaşadı. Azərbaycan dövləti
yaradıcılarının Azərbaycanın müstəqilliyi və suverenliyinə sadiqliyi, bunun
üçün maksimum mümkün olanı etmələri, bu yolda barışmaz mövqeləri
tariximizə əbədi həkk olundu.
1923-cü ildə M.Ə.Rəsulzadə yazmışdı: “Azərbaycanın bu qədər fəlakətlər
nəticəsində əldə etdiyi bir qazanc varsa, o da bu istiqlal fikrinin rüsuxidir. Şimdi
istiqlal və hakimiyyəti-milliyə sevdası ilə yaşayan bir Azərbaycan gəncliyi
vardır ki, ÇK-nın amansız e’damlarına rəğmən, gecə-gündüz çalışıyor, ilk fürsət
və imkanı bəkləyib duruyor. Bu fürsət gəlincə o, meydanə çıxacaq və o zaman
yanıq könlündə atəşin cizgilərlə mə’nən mənquş bulunan bayrağı maddətən
yüksəldərək deyəcək ki:
- Əvət, bir kərə yüksələn bayraq bir daha enməz!”
Bu ümid, bu inam, bu arzu çin oldu. Azərbaycan xalqı Azadlıq meydanına
çıxdı. Đstiqlal bayrağını yenidən ucaltdı, Azərbaycanın Đstiqlalını bərpa və e’lan
etdi.
Azərbaycan Respublikası - Azərbaycan Cümhuriyyətinin varisidir. Đftixarla
deyə bilərik ki, varis sələfinin müstəqillik və suverenlik prinsipini hər şeydən
əziz və hər şeydən uca tutur.
Tam əsasla deyə bilərik ki, bu gün müstəqil Azərbaycan dövləti dünyanın
tam sərbəst, suveren siyasət yeridən dövlətlərindən biridir. Azərbaycan
Prezidenti Heydər Əliyev hər hansı başqa dövlətin öz iradəsini Azərbaycana
qəbul etdirmək cəhdini qətiyyətlə rədd edir, Azərbaycanın suverenliyini heç bir
güzəştsiz qoruyur.
Dostları ilə paylaş: |