7
məqsədi kimi inkişaf və tərbiyə məqsədləri də müasir dərsin atributları
hesab olundu.
Məktəb təcrübəsinin təhlili göstərir ki, müəllimlərin böyük
əksəriyyəti tədris prosesində yalnız təhsil məqsədlərini həyata
keçirməyə çalışır, onun inkişafetdirici və tərbiyəedici məqsədlərinə
əhəmiyyət vermirlər. Buna görə də bütün təhsil idarəetmə orqanlarının
və pedaqoq-alimlərin fəaliyyətləri 45 dəqiqəlik dərsin əsas bələdçisi
olan müəllimin hazırlanmasına və onun işinin səmərəli olmasının
təşkilinə yönəlməlidir.
«Ġnteraktiv» termini «dialoq, qarĢılıqlı fəaliyyət göstərmək»
kimi izah olunur. Fəal, interaktiv təlim metodları və üsullarının tətbiqi
tədris prosesini xeyli intensivləşdirir, onu hər bir şagird üçün daha
əhəmiyyətli və maraqlı edir, dərsdə fəallığın maksimum artmasına
zəmin yaradır, bununla da təlimin inkişafetdirici aspektini nəzərəçarpan
dərəcədə gücləndirir. Təlim-tərbiyə prosesində interaktiv təlim
metodlarının tətbiqi şagirdlərdə müstəqil düşünmək, sərbəst rəy
söyləmək, başqasının fikrinə münasibət bildirmək, qərar qəbul
olunmasında iştirak etmək və sair bu kimi xüsusiyyətlərin təşəkkülünə
bilavasitə kömək etməklə tənqidi təfəkkürün formalaşmasına,
müstəqillik və çeviklik amillərinin güclənməsinə zəmin yaradır.
Bəzi interaktiv təlim metodları və üsullarının mahiyyətini nəzərə
çatdırırıq:
8
AKTĠV VƏ ĠNTERAKTĠV TƏDRĠS-TƏLĠM ÜSÜLLARI VƏ
METODLARI
ROLUN ĠFA EDĠLMƏSĠ
Bu texnikadan istifadə zamanı iştirakçılar özlərindən asılı
olmayaraq, aparıcının müəyyənləşdirdiyi rolları ifa edirlər. Aparıcı
situasiya ilə tanış edir, xəbərləyir, iştirakçılara insanların tipik
davranışlarını müəyyən bir situasiyada ünsiyyətə kömək edən, ya da
qarşılıqlı razılaşmanı kəsən mexanizmləri müşahidə etmək imkanı verir.
Rolun ifası iştirakçıları fəallaşdıran üsullara aiddir. Həmçinin
yığıncağın aparıcısından iştirakçıların öz rollarını ciddi şəkildə və
çəkinmədən icra etmələrinə nail olmaq bacarığı tələb edir. Oyunun
iştirakçılarını ehtiyat və nəzakətlə seçmək lazımdır. Aparıcı yadda
saxlamalıdır ki, bəzi hallarda bir tərəfin (aparıcının) passivliyi
bütövlükdə çalışmanın icrasının qarşısını kəsə bilər. Eyni zamanda,
şəxslərin səhv seçilməsi aressivlik yarada bilər və «aktyorlar» incik
düşərlər (dəfələrlə iştirakçılar yaxınlaşır və sual verirlər: Niyə mən bu
rolu aldım, mən həqiqətənmi beləyəm?). Situasiyanı hazırlayarkən
diqqət yetirmək lazımdır ki, iştirakçılar müxtəlif baxışları təmsil
etsinlər, amma, eyni zamanda bu, onların qrup daxilində ciddi
münaqişəsinə gətirib çıxarmasın.
Rolu hazırlayarkən aktyorların tapıla biləcəyi situasiyanı yaratmaq
lazımdır. (avtobus dayanacağında keçmiş DTK-çı və bir vaxt onun
məhbusu olmuş hazırkı nazirlə təsadüfi görüş; iştirakçıların hamısının
tətil qərarı qəbul etməli olduğu həmkarlar ittifaqı yığıncağı). Situasiyanı
təsvir edərkən bütün faktları açıqlamaq lazımdır, lakin bu zaman
bunların sayı minimuma endirilməlidir.
9
Hazırlığın növbəti mərhələsi – «aktyorlar» və müşahidəçilər üçün
fərdi tapşırıqların müəyyənləşdirilməsidir. Aktyorların rolları qısa
olmalı, sadə dildə yazılmalıdır.
Çalışmanın məqsədindən asılı olaraq, bir rolu diqqətlə təsvir edə
(bax: Cehoy simnyak «İnsan hüquqları və vətəndaş azadlıqları»), yaxud
bunu etməyə (bax: «Parlament oyunu») bilərik. Bu materiallardan real
qrupda istifadə etməzdən əvvəl, onları mütləq dostlar, ya da həmkarlarla
sınaqdan çıxarmaq lazımdır. Bu çalışmanı «mərkəzi» (üz üzlərə)
adlanan (4-8 nəfər rol ifa edir, qalanlarsa onların hərəkətlərini izləyir)
üsula dəyişə, ya da iştirakçıları 3-5 nəfərdən ibarət, rolları paralel ifa
edən qruplara bölə bilərik.
ÇALIġMANI NECƏ KEÇĠRMƏLĠ:
1.Çalışmadan əvvəl aparıcı özü üçün zal, həmçinin aktyorlar üçün
rollar hazırlayır.
2.Aparıcı situasiya ilə tanış edir, aktyorları və müşahidəçiləri təyin
edir, rollar və təlimatlar verir.
3.Çalışma bitdikdən sonra, yekunlaşdırma zamanı aparıcı
iştirakçıların diqqətini aktyorların dediyi konkret sözlərə yox,
çalışmanın məqsədlərinə yönətlməlidir.
10
QƏRARLAR AĞACI
«Qərarlar ağacı» üsulu Con Patrik və Riçard Remi (ABŞ)
tərəfindən işlənilib. Bu üsul mürəkkəb və birmənalı olmayan
vəziyyətlərdə qərar qəbulunu asanlaşdırır, düşünülmüş qərar qəbul
etməyə kömək edir.
«Qərarlar ağacı» üsulunun tətbiqi üçün suallar, problemlər
götürülür ki, onların bir neçə həlli yolu vardır. Bu üsuldan istifadə
edərkən şagirdlər mümkün olan qərarların bütün variantlarını təhlil edir,
hər bir variantın müsbət və mənfi cəhətlərini göstərirlər. Bütün
variantlara baxdıqdan sonra şagirdlər müsbət və mənfi cəhətləri nəzərə
alaraq qərar qəbul edirlər – variantların birini seçirlər.
Tapşırığı yerinə yetirərkən şagirdlər aşağıdakı cədvəli doldururlar:
P R O B L E M
Variant 1
Variant 2
Variant 3
+
+
+
-
-
-
Qərar:
Tətbiq etmək qaydası:
--Əvvəlcədən təhlil ediləcək problemi və onun həlli yollarının bir
neçə variantını müəyyənləşdirin, qruplar üçün cədvəlləri hazırlayın.
--Sinfi 4-6 nəfərlik qruplara bölün. Qruplara tapşırığı izah edin.
Hər bir qrupa doldurmaq üçün cədvəl və marker verin. Tapşırığın yerinə
yetirilməsi üçün vaxt təyin edin (15-20 dəqiqə).
--Qruplar iş zamanı problemin bütün verilmiş həlli yollarını təhlil
edir, hər variantın müsbət və mənfi cəhətlərini müəyyənləşdirirlər, sonra
isə problemlə bağlı qərar qəbul edirlər – variantlardan birini seçirlər.
Qərar cədvəlin aşağı hissəsində yazılır.
--Qrupların işinə nəzarət edin, zərurət olduqda onlara kömək edin.
Dostları ilə paylaş: |