Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

­  18 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Çünki başqa analoji cinayətlərdən fərqli olaraq belə əməllərə görə əlavə cəzanın verilməsi barədəki

sanksiya imperativ xarakter daşıyır.

Maraqlı  burasındadır  ki,  cinayət  qanunvericiliyində  eyni  nəticəyə  səbəb  olan  əməllərin  qəsdən,

yaxud  ehtiyatsızlıq  üzündən  törədilməsinin  təqsirkara  təyin  olunan  cəzaya  təsir  etməməsi  kimi

anlaşılmaz  normalar  yalnız  zərərçəkmişin  sağlamlığına  az  ağır  dərəcəli  zərər  dəyməsi  hallarına

aiddir. Zərərçəkmişə daha ağır xəsarət yetirilməsi hallarında isə əməlin qəsdən və ya ehtiyatsızlıq

üzündən törədilməsindən asılı olaraq qanunvericilikdə biri ‐ digərindən xeyli dərəcədə fərqlənən

cəzalar  nəzərdə  tutulur.  Məsələn,  zərərçəkmişə  ehtiyatsızlıq  üzündən  ağır  xəsarət  yetirilməsi  6

ayadək müddətə (CM‐nin 131.2‐ci maddəsi), eyni əməllərin qəsdən törədilməsi hallarında isə 3 ildən

8 ilədək müddətə (CM‐nin 126.1.2‐ci maddəsi) azadlıqdan məhrumetmə cəzasına səbəb olur. Yaxud,

ehtiyatsızlıqdan  adam  öldürməyə  görə  CM‐nin  124‐cü  maddəsi  ilə  ən  çoxu  3  ilədək  müddətə

azadlıqdan  məhrumetmə  cəzası  nəzərdə  tutulduğu  halda,  qəsdən  adam  öldürməyə  görə  CM‐nin

120.1‐ci  maddəsi  ilə  14  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  cəzası  nəzərdə  tutulur.

Ehtiyatsızlıqdan  törədilən  əməllər  üçün  eyni  nəticəli  qəsdən  törədilən  əməllə  müqaisədə  xeyli

dərəcədə yüngül cəza nəzərdə tutulması bu misallarda qabarıq şəkildə öz əksini tapır.

Eyni nəticəli əməlin qəsdən, yaxud ehtiyatsızlıq üzündən törədilməsinə görə fərqli cəzalar müəyyən

edilməli olması barədə cinayət qanunvericiliyi ilə müəyyən edilən prinsiplər yol‐nəqliyyat hadisələri

ilə  bağlı  sağlamlığa  az  ağır  zərər  vurulması  hallarında  nədənsə  öz əhəmiyyətini  itirir.  Yəni

ehtiyatsızlıqdan törədilən başqa əməllərə nisbətən yol‐nəqliyyat hadisələri ilə bağlı cinayət əməlləri

üçün qanunla daha ağır məsuliyyət müəyyən edilmişdir.

CM‐nin Xüsusi Hissəsinin maddələri nəzərdən keçirilərkən məlum olur ki, Məcəllənin 12 maddəsində

(131.1, 222.1, 225.1, 262.1, 263.1, 263‐1.1, 265.1, 266.1, 267.1, 268.1, 350.1, 351.1‐ci maddələr)

ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər dəyməsi ilə əlaqədar məsuliyyətdən bəhs

edilir. Bu maddələrin də 8‐i (262.1, 263.1, 263‐1.1, 265.1, 266.1, 267.1, 268.1, 351.1‐ci maddələr)

yol  hərəkəti  və  nəqliyyat  vasitələrinin  istismarı  qaydalarının  pozulması  üstündə  məsuliyyətlə

əlaqədardır.

Yuxarıda qeyd edildiyi kimi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması

ilə  bağlı əməllər  də  ehtiyatsızlıqdan  törədilən  əməllər  kateqoriyasına  aid  edilsə  də  cinayət

qanunvericiliyində  həmin  əməllərə  görə  ehtiyatsızlıqdan  törədilən  başqa əməllərlə  müqaisədə

kəskin sürətdə fərqlənən daha ağır cəzalar müəyyən edilmişdir. Bunun bariz nümunəsini CM‐nin

131.1 və 263‐1.1‐ci maddələrinin müqayisə edərkən görmək olar.

Bu  məsələ  uzun  illər  ərzində  hüquq  nəzəriyyəçiləri  və  qanunu  tətbiq  edən  istintaq‐məhkəmə

orqanlarının  işçiləri  arasında  müzakirə  və  mübahisə  predmeti  olsa  da  eyni  nəticəli  əməl  üçün

müxtəlif maddələrdə ağırlığına görə biri digərindən bəzən 5 dəfə ağır olan cəza nəzərdə tutulmasına

ağlabatan  izahat  alınmamışdır.  Yalnız  belə  bir  məlum  həqiqət  vurğulanır  ki,  yol‐nəqliyyat

hadisələrinin sayı ildən‐ilə artır. Hesab edilir ki, yol‐nəqliyyat hadisələrinin baş verməsinin qarşısını

almaq, heç olmazsa onların sayını azaltmaq məqsədilə dövlət belə vasitələrə əl atmalı olur.

Məhkəmə  statistikası  göstərir  ki,  doğurdan  da  hər  il  məhkəmələrdə  CM‐nin  263.1  və  261‐1.1‐ci

maddələri ilə baxılan işlər ümumi baxılan işlərin sayı ilə müqayisədə kifayət qədər böyük xüsusi

çəkiyə  malikdir. Ölümlə,  yaxud  zərərçəkmişin  sağlamlığına  müxtəlif  dərəcəli  zərər  vurma  ilə

nəticələnən yol‐nəqliyyat hadisələrinin sayı ildən‐ilə azalmaq əvəzinə artır.

Bizim fikrimizcə, hər hansı kateqoriyadan olan cinayət əməllərinin sayının artması, yaxud azalması

CM­nin 4­9­cu maddələri ilə müəyyən edilən məsuliyyət, ədalət və humanizm prinsiplərinə təsir

etməməlidir. Haqqında söhbət açdığımız məsələyə münasibətdə bu o deməkdir ki, zərərçəkmişin

səhhətinə  hansı  alət  və  vasitə  ilə  yetirilməsindən  asılı  olmayaraq  eyni  nəticə  üçün  kəskin  fərqli

cəzalar  müəyyən  edilməsi  təqdir  olunmamalıdır.  Həm  də  eyni  nəticəli  əməlin  qəsdən,  yaxud

ehtiyatsızlıqdan törədilməsi hallarında qəsdən törədilən əməl üçün qanunla mütləq daha ağır cəza

nəzərdə  tutulması  prinsipinə  əməl  edilməlidir.  Çünki  qeyd  olunanlar  cinayət  qanunvericiliyinin

təməl prinsiplərindəndir və bu prinsipin pozulması arzu olunmaz nəticələrə gətirib çıxara bilər.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  19 ­

Ehtiyatsızlıqdan  sağlamlığa  az  ağır  zərər  vurma  ilə  nəticələnən  əməllərə  görə  cəzaların

sərtləşdirilməsinin  bu  növ  hadisələrin  aradan  qaldırılması,  yaxud  sayının  azaldılmasına  xidmət

etməsi barədəki fikirlərlərlə də razılaşmaq olmaz. Belə ki, əvvəla, statistika göstərir ki, son illərdə

Respublikamızda yol‐nəqliyyat qəzaları zamanı zərərçəkmişin sağlamlığına az ağır zərər vurması

halları üçün cinayət məsuliyyəti ağırlaşdırılsa da, bu hal həmin növ hadisələrin kökünün kəsilməsinə,

yaxud  sayının  azaldılmasına  yol  açmamışdır.  Tarixi  təcrübə  göstərir  ki,  bu  üsulla  yol‐nəqliyyat

hadisələrinin sayının azaldılması mümkün də deyildir. Çünki bu faktdır ki, ölkədə həm əhali, həm

də  nəqliyyat  vasitələrinin  sayı  ildən‐ilə  artır.  Belə  vəziyyətdə  indi  cinayət  hadisəsi  kimi

qiymətləndirilən yol‐nəqliyyat hadisələrsiz çətin ki, keçinək. Fikrimizcə texnika əsrində, avtomobil

əsrində  cəzanı  ağırlaşdırmaq  yolu  ilə  belə  hadisələrin  sayının  azalmasına  nail  olmaq  mümkün

deyildir. Yol­nəqliyyat hadisələrinin sayının azaldılması üçün görünür başqa üsullardan, məsələn

yol‐nəqliyyat strukturlarının təkmilləşdirilməsi və optimallaşdırılması, sürücülərin və piyadaların

maarifləndirilməsi və bunlara bənzər üsullardan istifadə etmək daha çox fayda verərdi.

Ehtiyatsızlıqdan zərərəkmişin sağlamlığına az ağır zərər vurulmasına görə cəza müəyyən edilməsi

ilə bağlı bir məqama da diqqəti cəlb etmək istəyirik. 2000‐ci ildən qüvvədə olan Cinayət Məcəlləsi

əvvəlki cinayət qanunvericiliyi ilə (1960‐cı Cinayət Məcəlləsi) müqayisə edilərkən məlum olur ki,

hazırki cinayət qanunvericiliyi ilə bir cox cinayət əməllərinə görə cəzalar yüngülləşdirildiyi halda

ehtiyatsızlıqdan  zərərçəkmişin  sağlamlığına  az  ağır  zərər  vurulması cinayətləri  üçün  cəza

ağırlaşdırılmışdır. Belə ki, əvvəlki cinayət qanunvericiliyində ehtiyatsızlıqdan bədənə az ağır xəsarət

yetirməyə görə ən çoxu 6 ayadək müddətə islah işləri cəzası nəzərdə tutulduğu halda, hazırki Cinayət

Məcəlləsi ilə bu əməl üçün 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir.

Nəhayət, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına zərər vurma ilə əlaqədar qanundakı bir qüsura

da diqqət yetirməliyik. CM‐nin hərbi cinayətlər əleyhinə olan fəslinin 350.1‐ci maddəsində silahla,

hərbi sursatla ... davranış qaydalarının pozma ilə əlaqədar zərərçəkmişin sağlamlığına zərər vurma

üstündə məsuliyyətdən danışılır.

Məlumdur ki, sağlamlığa vurulan zərər ağırlıq dərəcəsindən asılı olaraq fərqləndirilir (Yüngül, az

ağır,  ağır).  Həmin  maddənin  mətnində  əməl  nəticəsində  sağlamlığa  vurulan  zərərin  dərəcəsi

göstərilməmişdir. Belə çıxır ki, maddədə göstərilən əməl nəticəsində zərərçəkmişin sağlamlığına

nəinki  az  ağır, və  ya  ağır,  hətta  yüngül  dərəcəli  zərər  dəyməsi  hallarında  da  təqsirkar  cinayət

məsuliyyətinə alına bilər. Halbuki, ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına yüngül zərər dəyməsi

heç bir halda cinayət məsuliyyəti yarada bilməz.

AR  CM‐nin  350‐ci  maddəsinin  dispozisiyaları  RF  CM‐nin  349‐cu  maddəsinin  dispozisiyalarının

hərfbəhərf tərcüməsidir. Hər iki maddə nəzərdən keçirilərkən aydın oldu ki, burada sadəcə olaraq

tərcümə  zamanı  səhvə  yol  verilmişdir.  Yəni  tərcümə  zamanı  CM‐nin  350.1‐ci  maddəsinin

dispozisiyasındakı "ağır" sözü ya çıxarılmış, ya da unudulmuşdur. RF CM‐də zərərçəkmişin həmin

əməllərə görə yalnız ağır xəsarət alması cinayət məsuliyyəti yaradır. Qanundakı bu qüsurun tezliklə

aradan qaldırılmaması hərbi qulluqçuların əsassız cinayət məsuliyyətinə alınmasına səbəb ola bilər.

Bura  qədər  qeyd  etdiklərimiz  zərərçəkmişin  sağlamlığına  ehtiyatsızlıqdan  az  ağır  zərər  vurma

cinayətlərinə  görə  cəza  müəyyən  edən  normaların  anlaşılmazlığı,  bir  sıra  hallarda  isə  hətta

məntiqsizliyi  ilə  əlaqədar  idi.  Məsələ  burasındadır  ki,  təsnifatına  görə  böyük  ictimai  təhlükə

törətməyən  cinayətlər  üçün  cinayət  qanunvericiliyində  müəyyən  edilən  humanist  normalar  da

istintaq‐məhkəmə  təcrübəsində  ehtiyatsızlıqdan  zərərçəkmişin  sağlamlığına  az  ağır  zərərvurma

hallarında tətbiq edilmir, əslində həmin normaların mövcudluğuna etinasızlıq göstərilir.

Belə  ki,  AR  CM‐nin  73‐cü  maddəsinə  əsasən  ilk  dəfə  böyük  ictimai  təhlükə  törətməyən şəxs

zərərçəkmiş  şəxslə barışdıqda  və  ona  dəymiş  ziyanı  ödədikdə  və  ya  vurulmuş  zərəri  aradan

qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

Qanunun bu norması nəinki ehtiyatsızlıqdan, hətta qəsdən törədilən cinayət hadisələrinə də aiddir.

73‐cü maddənin tətbiq edilməsi üçün əsas amil törədilən cinayət hadisəsinin qanunla böyük ictimai

təhlükə törətməyən cinayətlər sırasına aid edilməsi, yəni konkrekt cinayət hadisəsi üçün qanunda

2 ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmasıdır.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə