Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

­  36 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

razılıqlarının alınmaması girov (ipoteka) müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas hesab

edilə  bilməz.  Əks  yanaşma  mülkiyyətçinin  Konstitusiyanın  29‐cu  maddəsində  təsbit  olunmuş

mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilər.

Bununla yanaşı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 152.5‐ci maddəsinə görə mülkiyyətçi  qanunda

və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə

əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə

bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz

mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü

şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui‐istifadə olmasın.

Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin

öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki

əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının

həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir.

Qeyd olunanlara uyğun olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllədə

və “İpoteka haqqında” Qanunda normativ qaydada tələb olunmasa da, ipoteka qoyan onunla birlikdə

yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərini və digər şəxsləri yaşayış evinin və ya mənzilin ipoteka

qoyulduğu barədə məlumatlandırmalı, həmçinin ipoteka müqaviləsinin bağlanması zamanı həmin

şəxslər barədə notariusa məlumat verməlidir.

Müraciətedən “İpoteka haqqında” Qanunun 59‐cu maddəsinə istinad edərək ipoteka müqaviləsinin

bağlanması  zamanı  həmin  əmlakdan  istifadə  hüququ  olan  şəxslərin  razılığının  alınmamasının

ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə əsas olub‐olmamasının müəyyən edilməsini xahiş

etmişdir.

Bununla  bağlı  Konstitusiya  Məhkəməsinin  Plenumu  qeyd  edir  ki,  Mülki  Məcəllənin  271.1‐ci

maddəsində əşyanın kim tərəfindən girov (ipoteka) qoyulması müəyyən edilir.  Mülki Məcəllənin

271.1‐ci maddəsindən fərqli olaraq, “İpoteka haqqında” Qanunun 59‐cu maddəsi ipoteka predmeti

olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi qaydalarını tənzimləyir.

“İpoteka haqqında” Qanunun 59.1‐ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu

halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3‐cü maddəsində nəzərdə tutulmuş

hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas

deyildir. Həmin Qanunun 59.3‐cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma

yönəldildikdə  və  o  satıldıqda  ipoteka  qoyan  və  onunla  birlikdə  yaşayan  ailə  üzvlərinin  və  digər

şəxslərin  tutduqları  yaşayış  sahəsini  ən  geci  bir  ay  ərzində  tərk  etmələri  üçün  iki  əsas  şərt

göstərilmişdir.  Bunlardan  birincisi  yaşayış  evi  və  ya  mənzilin  ipoteka  müqaviləsi  üzrə  kreditin

qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik

yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə)

tutma  yönəldildikdə  və  o  satıldıqda  onu  tərk  etmək  barədə  notariat  qaydasında  təsdiq  edilmiş

öhdəlik götürmüş olmalarıdır.

Göründüyü kimi, Mülki Məcəllənin 271.1‐ci və “İpoteka haqqında” Qanunun 59‐cu maddələri fərqli

məsələləri tənzimləyirlər.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, evə (mənzilə) tutma yönəldildikdə ailə üzvlərinin və

digər  şəxslərin  evi  tərk  etməsi  ilə  bağlı  yaranan  mübahisələrə  məhkəmələr  tərəfindən  müvafiq

qanunvericiliyə uyğun baxılır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki

Məcəllənin 271.1‐ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi

ilə  birlikdə  yaşayan  yetkinlik  yaşına  çatmış  ailə  üzvlərinin  və  digər  şəxslərin  razılıqlarının

alınmaması  girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz.

Azərbaycan  Respublikası  Konstitusiyasının  130‐cu  maddəsinin  VI  hissəsini,  “Konstitusiya

Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65‐67 və 69‐cu maddələrini

rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu




­  37 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

QƏRARA ALDI:

1.  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  271.1‐ci  maddəsinə  əsasən  girov  (ipoteka)

müqaviləsinin  bağlanması  zamanı  mülkiyyətçi  ilə  birlikdə  yaşayan  yetkinlik  yaşına  çatmış  ailə

üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab

edilməsi üçün əsas ola bilməz.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir

oluna bilməz.



Sədr                                                                                 

 

 

 

 

 

 

 

 

Fərhad Abdullayev


­  38 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA MƏHKƏMƏSİ

İQBAL HƏSƏNOV AZƏRBAYCANA QARŞI

(46505/08 nömrəli ərizə)

QƏRAR

15 yanvar 2015­ci il



Bu qərar Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndində təsbit edilmiş qaydada qəti qüvvəyə

minəcəkdir. Qərarda redaktə xarakterli düzəlişlər edilə bilər.

İqbal Həsənov Azərbaycana qarşı işi üzrə,

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (Birinci Bölmə):

Sədr – İzabel Berro‐Lefevr,

 

Hakimlər –

Elizabet Ştayner,

Xanlar Hacıyev,

 

Miryana Lazarova Traykovska,



 

Julia Laffranq,

Paulo Pinto de Albukerke,

 

Linos­Aleksandr Sisilianos,



və Bölmə katibi – Soren Nilsendən ibarət tərkibdə,

2 dekabr 2014­cü ildə şikayətə qapalı məhkəmə iclasında baxaraq,



M Ü Ə Y Y Ə N  E T D İ:

PROSEDUR MƏSƏLƏLƏRİ

1. Bu iş Azərbaycan Respublikasının vətəndaşı cənab İlqar Bəhmən oğlu Həsənovun (“ərizəçi”) İnsan

Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın (“Konvensiya”) 34‐cü maddəsinə

uyğun  olaraq  Azərbaycan  Respublikasına  qarşı 22  sentyabr  2008‐ci  ildə  təqdim  etdiyi  ərizə  ilə

(46505/08 nömrəli) başlanmışdır.

2.  Ərizəçi Azərbaycanda fəaliyyət  göstərən  hüquqşünas  cənab  V.Mahmudov tərəfindən  təmsil

olunmuşdur. Azərbaycan Hökumətini (“Hökumət”) səlahiyyətli nümayəndəsi cənab Ç.Əsgərov təmsil

etmişdir.

3. Ərizəçi polisdə saxlandığı vaxt onunla pis rəftar edildiyini və ölkənin dövlət orqanlarının bununla

bağlı şikayətlərini araşdırmadıqlarını iddia etmişdir.

4. 2011‐ci ilin 31 avqust tarixində ərizə mövqeyini bildirməsi üçün Hökumətə göndərilmişdir.

FAKTLAR

I.  İŞİN HALLARI

5. Ərizəçi 1974­cü ildə anadan olmuş və həbs olunmasına qədər Cəlilabad rayonunda yaşamışdır.



A. Ərizəçinin həbsi, iddia edilən pis rəftar və prokurorluq orqanlarının hərəkətləri

6. 2008‐ci il 8 iyunda əvvəllər həbs edilmiş iki şəxsin ərizəçinin narkotik alverçisi olduğu və onlara

narkotik  vasitə  satdığı  barədə  verdikləri  ifadə  əsasında  Daxili  İşlər  Nazirliyinin  Mütəşəkkil

Cinayətkarlığa  Qarşı  Mübarizə  İdarəsi  (bundan  sonra  “MCMİ”)  tərəfindən əməliyyat  həyata

keçirilmişdir.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə