Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Lakin onlar pis rəftarla bağlı iddialara məhəl qoymamış və qərarlarında bu məsələyə toxunmamışlar

(yuxarıda  16‐19‐cu  bəndlərə  bax). Ərizəçinin  pis  rəftara dair verdiyi  ayrıca  şikayətlərlə  bağlı

başlanmış  proseslərə  gəlincə,  Məhkəmə  qeyd  edir  ki,  bu  proseslərdə  ölkə  məhkəmələri  səmərəli

məhkəmə istintaqı aparmadan sadəcə ərizəçinin pis rəftarla bağlı şikayətini əsassız olduğu üçün rədd

etmişlər. Xüsusilə, ölkə məhkəmələri ərizəçi barəsində məhkəmə‐tibb ekspertizasının keçirilməsi

barədə  qərar  qəbul  etməmiş,  ərizəçini,  əməli  törətməkdə  şübhəli  şəxsləri,  ərizəçinin  kamera

yoldaşlarını  və  istənilən  digər  mümkün  şahidləri  dindirməmişlər.  Yuxarıdakılar  Məhkəmənin

ərizəçinin pis rəftara dair şikayəti ilə bağlı səmərəli istintaqın aparılmadığı nəticəsinə gəlməsi üçün

kifayət edir.

40.  Beləliklə,  bu  işdə  Konvensiyanın  3‐cü  maddəsinin  prosessual  aspektinin  pozuntusuna  yol

verilmişdir.

2.  Ərizəçinin polisin pis rəftarına məruz qalması ilə bağlı iddiası

(a) Tərəflərin izahatları

41. Hökumət ərizəçinin iddialarının əsassız olduğunu və pis rəftarla bağlı iddiasını sübut etmək üçün

hər hansı dəlil təqdim etmədiyini bildirmişdir. Hökumət xüsusilə bildirmişdir ki, 2008‐ci il 16 iyul

tarixli məktub ərizəçi 2008‐ci il 21 iyunda 1 nömrəli İstintaq Təcridxanasına gətirilən zaman  onun

bədənində hər hansı xəsarətin olmadığını təsdiq etmişdir.

42. Ərizəçi şikayətini təkrar edərək 2008‐ci il 10 iyunda MCMİ‐nin müvəqqəti saxlanma yerində etiraf

edici ifadə alınması üçün onunla pis rəftar edildiyini bildirmişdir. 1 nömrəli İstintaq Təcridxanasının

rəisinin 2008‐ci il 16 iyul tarixli məktubuna gəlincə, ərizəçi 2008‐ci il 21 iyunda 1 nömrəli İstintaq

Təcridxanasına gətirilən zaman onu müayinə etmiş həkimin məhkəmə‐tibb eksperti olmadığını və

onun ayağına yetirilmiş xəsarətlərin izlərinin 2008‐ci il 21 iyunda artıq görünmədiyini bildirmişdir.

(b)  Məhkəmənin qiymətləndirməsi

43. Məhkəmə təkrar edir ki, 3‐cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit

edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya

işgəncəni və qeyri‐insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın

və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3‐cü maddə hər hansı istisnanı

nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması

halında belə 15‐ci maddənin 2‐ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (bax:

“Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no.

25803/94

, § 95, ECHR 1999‐V) və yuxarıda

qeyd edilmiş “Assenov və Digərləri” işi, 93‐cü bənd).

44. Məhkəmə təkrar edir ki, pis rəftara dair iddialar müvafiq sübutlarla təsdiq olunmalıdır. Məhkəmə

sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür.

Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni

dərəcədə  təkzib  olunmayan  ehtimallarından  irəli  gələ  bilər  (digər  qərarlarla  yanaşı  bax:  “Avşar

Türkiyəyə qarşı” (Avşar v. Turkey, no.

25657/94


, § 282, ECHR 2001‐VII)). Bununla bağlı Məhkəmə

ərizəçinin  bədənində  xəsarətlərin  olduğunu  təsdiq  edən  məhkəmə‐tibb  ekspertizasının  rəyi,

xəstəliyin tarixçəsi və digər tibbi xarakterli sənədlər kimi tibbi sübutlara xüsusi önəm verir (digər

qərarlarla yanaşı bax: “Məmmədov Azərbaycana qarşı” (Mammadov v. Azerbaijan, no. 34445/04, §

61, 11 January 2007); “Tahirova Azərbaycana qarşı” (Tahirova v. Azerbaijan, no. 47137/07, § 40, 3

October 2013) və “Layicov Azərbaycana qarşı” (Layijov v. Azerbaijan, no. 22062/07, § 44, 10 April

2014)). Bundan əlavə, şahid ifadəsi, video yazı, səs yazısı və ya foto kimi geniş çeşidli digər sübutlar

da pis rəftarla bağlı iddianın təsdiq edilməsi üçün təqdim edilə bilər (digər qərarlarla yanaşı bax:

“Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 108, 2 April 2009); “Rizvanov

Azərbaycana qarşı” və “Nəcəfli Azərbaycana qarşı” (Najafli v. Azerbaijan, no. 2594/07, § 37, 2 October

2012)).



­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

45. Həbs yerində dövlət orqanlarının nəzarəti altında olan şəxslərin işlərində olduğu kimi baxılan

məsələlər barəsində məlumatın tam və ya böyük qisimdə dövlət orqanlarında olduğu işlərdə belə

saxlama yerində baş vermiş xəsarətlə bağlı faktlara dair güclü ehtimallar ortaya çıxır. Əlbəttə, burada

hesab etmək olar ki, sübutetmə vəzifəsi dövlət orqanlarının üzərinə qənaətbəxş və inandırıcı izahatın

verilməsi vəzifəsini qoyur (bax: “Ribitş Avstriyaya qarşı” (Ribitsch v. Austria, 4 December 1995, § 34,

Series A no. 336) və “Salman Türkiyəyə qarşı” (Salman v. Turkey [GC], no. 21986/93, § 100, ECHR

2000­VII)).  Xüsusilə,  polis  təcridxanasına  gətirilən  zaman  şəxsin  səhhəti  yaxşı  idisə,  lakin  azad

olunan zaman onun üzərində xəsarətlər müəyyən edilərsə, bu xəsarətlərin necə yarandığına dair

əsaslı izahın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və o, bunu edə bilmədikdə Konvensiyanın

3‐cü maddəsi ilə bağlı açıq məsələ ortaya çıxır (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27

August 1992, §§ 108­11, Series A no. 241­A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87‐ci bənd).

46. Məhkəmə qeyd edir ki, hazırkı işdə ərizəçi polis təcridxanasında pis rəftara məruz qalması ilə

bağlı  ətraflı  məlumat  vermişdir.  Ərizəçinin  təsvirinə  görə  pis  rəftar falakaya  (ayaq  dabanlarına

zərbələr  vurulması)  və  elektrik  cərəyanı  ilə  vurulmaqla  hədələnməyə  məruz  qalmaqdan  ibarət

olmuşdur (yuxarıda 12‐ci bəndə bax). Ərizəçi və onun vəkili eyni məsələləri ölkənin prokurorluq

orqanları və məhkəmələri qarşısında qaldırmışlar.

47. Lakin ərizəçi pis rəftara məruz qalması ilə bağlı iddiasını sübut etmək üçün hər hansı tibbi dəlil

təqdim etməmişdir. O, eyni zamanda Məhkəməyə üzərində izi görünən hər hansı xəsarətin olduğunu

təsdiq edən başqa sübut da göstərməmişdir (müqayisə üçün bax: yuxarıda qeyd edilmiş “Rizvanov”

işi, 48‐ci bənd və yuxarıda qeyd edilmiş “Nəcəfli” işi, 37‐ci bənd). Bundan əlavə, 1 nömrəli istintaq

Təcridxanasının rəisinin 2008‐ci il 16 iyul tarixli məktubunda göstərilmişdir ki, ərizəçi 2008­ci il

21 iyunda təcridxanaya daxil olan zaman bədənində heç bir xəsarət izi olmamışdır. Faktiki olaraq

iş  materiallarında  ərizəçinin  iddialarını  təsdiq  edə  biləcək  hər  hansı  sənəd  və  ya  digər  material

yoxdur.

48. Belə halda Məhkəmə tərəflərin izahatlarını və işdə olan bütün materialları nəzərə alaraq hesab



edir ki, mövcud sübutlar ərizəçinin iddia etdiyi kimi 3‐cü maddənin tələblərinə zidd olan rəftara

məruz  qaldığını  əsaslı  şübhələr  olmadan  müəyyən  etməyə imkan  vermir  (bax:  “Cənnətov



Azərbaycana qarşı” (Jannatov v. Azerbaijan, no. 32132/07, §§ 59­60, 31 July 2014)).

49.  Bununla  belə  Məhkəmə  vurğulayır  ki,  onun  mahiyyəti  üzrə  Konvensiyanın  3‐cü  maddəsi  ilə

qadağan edilmiş rəftarın baş verib‐vermədiyi ilə bağlı hər hansı nəticəyə gələ bilməməsi əsas etibarı

ilə yerli dövlət orqanlarının müvafiq vaxtda səmərəli istintaq aparmamasından irəli gəlir (“Lopata



Rusiyaya qarşı” (Lopata v. Russia, no. 72250/01, § 125, 13 July 2010) və “Qaribaşvili Gürcüstana

qarşı” (Gharibashvili v. Georgia, no. 11830/03, § 57, 29 July 2008)).

50. Beləliklə,  Məhkəmə  ərizəçinin  polis  təcridxanasında  pis  rəftara  məruz  qalması  ilə  bağlı

Konvensiyanın 3‐cü maddəsinin maddi‐hüquqi aspektinin pozulduğunu qət edə bilməz.

II. KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ

51. Konvensiyanın 41‐ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və əgər

Yüksək Razılığa Gələn Tərəfin daxili hüququ kompensasiyanın yalnız qismən ödənilməsini mümkün

hesab edirsə,  Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın ödənilməsi

barədə qərar çıxarır”.



A.  Ziyan

52. Ərizəçi vurulmuş mənəvi ziyana görə 100 000 avro kompensasiya ödənilməsini tələb etmişdir.

53. Hökumət tələb olunan məbləğin həddindən çox və əsassız olduğunu bildirmişdir.

54. Məhkəmə  hesab  edir  ki,  ərizəçi  mənəvi  ziyana  məruz  qalmışdır  və  yalnız  pozuntu  faktının

müəyyən edilməsi ilə bu ziyana görə kompensasiyanın təmin edilməsi mümkün deyil.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə