Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

­  39 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

7. 2008‐ci il 9 iyunda axşam saat 2.30 radələrində ərizəçi və onun tanışı sonuncunun maşını ilə Bakı

istiqamətində  hərəkət  edən  zaman  polis  tərəfindən  saxlanılmış  və  onların  üzərində  axtarış

aparılmışdır. Onların hər birinin üzərindən heroin paketi aşkarlanmışdır. Maşının içərisindən bəzi

başqa narkotik vasitələr də tapılmışdır. Ərizəçi və onun tanışı axtarışdan dərhal sonra həbs edilmiş

və  Daxili  İşlər  Nazirliyinin  narkotiklərlə  mübarizə  şöbəsinə  aparılmışlar.  Onlar  2008‐ci  il  9  iyun

səhər saat 9.00‐a qədər burada saxlanılmışlar.

8. 2008‐ci  il  9  iyunda  səhər  saat  9.00‐da  müstəntiq  ərizəçi  barədə  şübhəli  şəxs  qismində  tutma

protokolu tərtib etmişdir. Sonra ərizəçi MCMİ‐nin müvəqqəti saxlanma yerinə aparılmışdır.

9. Səhəri gün, 2008‐ci il 10 iyunda ərizəçi dindirilmək üçün müstəntiqin yanına gətirilmişdir. Lakin

tərtib  edilmiş  protokola  görə  ərizəçi  vəkili  olmadan  hər  hansı  suala  cavab  verməkdən  imtina

etmişdir.

10. Ərizəçinin ailəsi 2008‐ci il 10 iyunda onun üçün vəkil tutmuşdur. Vəkil müstəntiq və ərizəçi ilə

görüş təşkil etməyə çalışmış və bu görüş 2008‐ci il 11 iyun tarixinə təyin edilmişdir.

11. Ərizəçinin sözlərinə görə 2008‐ci il iyunun 10‐dan 11‐nə keçən gecə o, MCMİ‐nin müvəqqəti

saxlanma yerində dörd polis əməkdaşının pis rəftarına məruz qalmışdır.

12. 2008‐ci il 11 iyunda ərizəçi dindirmənin davam etdirilməsi üçün müstəntiqin yanına gətirilmiş

və  onun  otağında  vəkilinin  iştirakı  ilə  dindirilmişdir.  Ərizəçinin  sözlərinə  görə bu  vaxt  o  artıq

axsayırdı  və  ayaqları  xəsarətlərdən  şişmiş  və  göyərmişdi.  2008‐ci  il  11  iyun  tarixli  dindirmə

protokolundan göründüyü kimi ərizəçi əvvəlki gecə MCMİ‐nin müvəqqəti saxlanma yerində mülki

geyimli  dörd  polis  əməkdaşı  tərəfindən  narkotik  alverçisi  olmasını  etiraf  etməsi  ilə  bağlı  ifadə

alınması məqsədilə pis rəftara məruz qoyulmuşdur. Onun dabanına dəyənəklə zərbələr vurulmuş

və  bu,  təxminən  bir  saat  davam  etmişdir.  Ərizəçi  həmçinin  etiraf  etməyəcəyi  təqdirdə  elektrik

cərəyanı  ilə  vurulacağı  ilə  bağlı  hədələndiyini  demişdir.  Bunu  törədənlərin  kimliyi  məsələsinə

gəlincə, o, bu şəxsləri tanımadığını, lakin yenidən görəcəyi təqdirdə tanıyacağını bildirmişdir. Ərizəçi

və onun vəkili ərizəçinin üzərində məhkəmə‐tibb ekspertizasının keçirilməsini və başqa saxlanma

yerinə  keçirilməsini  müstəntiqdən  xahiş  etmişlər.  2008‐ci  il  11  iyun  tarixli  dindirmə  protokolu

ərizəçi, vəkil və müstəntiq tərəfindən imzalanmışdır.

13. Belə  görünür  ki,  müstəntiq  ərizəçinin  pis  rəftarla  bağlı  iddiası  ilə  əlaqədar  dərhal  tədbir

görməmişdir. 2008‐ci il 21 iyunda ərizəçinin MCMİ‐nin müvəqqəti saxlanma yerindən 1 nömrəli

İstintaq Təcridxanasına keçirilməsindən sonra 2008‐ci il 12 iyulda müstəntiq ərizəçinin təcridxanaya

çatdırılan zaman səhhətinin vəziyyəti barədə məlumat almaq üçün müraciət etmişdir. 1 nömrəli

İstintaq  Təcridxanasının  rəisi  2008‐ci  il  16  iyulda  yazdığı  məktubda  ərizəçinin  İstintaq

Təcridxanasına gətirilən zaman həkim tərəfindən müayinə edildiyini və bədənində hər hansı xəsarət

izinin aşkar edilmədiyini bildirmişdir.

14.  2008‐ci  il  29  iyulda  keçirilmiş  növbəti  dindirmə  zamanı  ərizəçi  müstəntiqə  şikayət  edərək

bildirmişdir ki, 2008‐ci il 11 iyunda dindirilən zaman pis rəftara dair şikayət etməsinə və məhkəmə‐

tibb  ekspertizasının  keçirilməsini  baxmayaraq  bununla  bağlı  hər  hansı  istintaq  hərəkəti  həyata

keçirilməmişdir.  2008‐ci  il  29  iyul  tarixli  dindirmə  protokolu  ərizəçi,  onun  vəkili  və  müstəntiq

tərəfindən  imzalanmışdır.  Bununla  belə,  belə  görünür  ki,  müstəntiq  ərizəçinin  pis  rəftara  dair

konkret şikayəti ilə bağlı hər hansı tədbir görməmişdir.

15. 2008‐ci  il  14  avqustda  ərizəçi  onun  işi  üzrə  nəzarət  funksiyasını  həyata  keçirən  Baş

prokurorunun  müavininə  şikayətlə  müraciət  etmişdir.  O,  pis  rəftara  məruz  qalması  barədə

müstəntiqə məlumat verdiyi 2008‐ci il 11 iyun tarixindən iki ay keçməsinə baxmayaraq bununla

bağlı hər hansı istintaq hərəkətinin həyata keçirilmədiyini bildirmişdir. Ərizəçinin şikayətinə cavab

verilməmişdir.



B. Ərizəçi barədə həbs qətimkan tədbirinin seçilməsi

16. 2008­ci il 11 iyunda Cinayət Məcəlləsinin 234.4.1‐ci və 234.4.3‐cü maddələri (mütəşəkkil qrup

tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitənin satışı) ilə ərizəçiyə qarşı rəsmi ittiham

irəli  sürülmüşdür.   Həmin   gün     Nərimanov     Rayon     Məhkəməsi     ərizəçi     barədə     üç     ay




­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmişdir. İşə məhkəmədə baxılan

zaman ərizəçi MCMİ‐nin müvəqqəti saxlanma yerində dörd polis əməkdaşının pis rəftarına məruz

qaldığını bildirmişdir. Lakin məhkəmə öz qərarında həmin məsələyə münasibət bildirməmişdir.

17.  Bununla  belə, işin  hallarından  göründüyü  kimi  2008‐ci  il  12  iyunda  ərizəçi  barəsində  həbs

qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul etmiş Nərimanov Rayon Məhkəməsinin hakimi

MCMİ‐nin  rəisinə  məktub  yazaraq  ondan  ərizəçinin  pis  rəftarla  bağlı  şikayətinə  dair  məlumat

verilməsini xahiş etmişdir. İşdə olan materialdan belə görünür ki, hakimin bu məktubuna cavab

verilməmişdir.

18. 2008‐ci il 12 iyunda ərizəçi birinci instansiya məhkəməsinin 2008‐ci il 11 iyun tarixli qərarından

apellyasiya şikayəti verərək inter alia, MCMİ‐nin müvəqqəti saxlanma yerində pis rəftara məruz

qalması barədə şikayətini təkrarlamışdır.

19. 2008‐ci il 20 iyunda Bakı Apellyasiya Məhkəməsi ərizəçi barəsində həbs qətimkan tədbirinin

seçilməsi barədə qərarı qüvvəsində saxlamışdır. Bununla belə, apellyasiya məhkəməsi ərizəçinin

pis rəftara dair şikayəti məsələsinə toxunmamışdır.

C. Pis rəftarla bağlı məhkəməyə təqdim edilmiş ayrıca şikayət

20. 2008‐ci il 11 iyunda ərizəçi Cinayət‐Prosessual Məcəlləsinin prokurorluq orqanlarının hərəkət

və qərarlarından şikayət verilməsini nəzərdə tutan 449‐451‐ci maddələrində təsbit edilmiş qaydada

pis  rəftara  məruz  qalması  ilə  bağlı  Nərimanov  Rayon  Məhkəməsinə  ayrıca  şikayətlə  müraciət

etmişdir.  O,  şikayətini  təkrar  edərək  bildirmişdir  ki,  2008‐ci  il  10  iyunda  MCMİ‐nin  müvəqqəti

saxlanma yerində dörd polis əməkdaşı tərəfindən dəyənəklə döyülmüş və cinayəti etiraf etməyəcəyi

təqdirdə elektrik cərəyanı ilə vurulacağı ilə hədələnmişdir. O, məhkəmədən işgəncəyə məruz qalması

faktının təsdiq edilməsini xahiş etmişdir.

21. 2008‐ci il 18 iyunda Nərimanov Rayon Məhkəməsi şikayətə ərizəçinin iştirakı olmadan, lakin

onun vəkilinin iştirakı ilə baxmışdır. Məhkəmə işgəncə barədə şikayəti təmin etməyərək ərizəçinin

şikayətini  sübut  edə  bilmədiyini  qət  etmişdir.  Qərarın  müvafiq  hissəsində  aşağıdakılar  qeyd

edilmişdir:

“Məhkəmə iclasında ərizəçinin vəkili V.H. İ.Həsənovun (ərizəçi) işgəncəyə məruz qaldığını bildirsə

də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

Məhkəmə  iclasında  ərizəçinin  vəkili  V.H.  sadəcə  bildirmişdir  ki,  İ.Həsənov  tanımadığı  dörd  şəxs

tərəfindən işgəncəyə məruz qoyulmuşdur.

İ.Həsənovun  işgəncəyə  məruz  qalması  məhkəmədə  sübut  edilməmişdir.  Bu  səbəbdən  şikayət

İ.Həsənovun işgəncəyə məruz qalmasının qanunsuz hesab edilməsinin xahiş olunması hissəsində

təmin edilməməlidir”.

22. 2008‐ci il 20 iyunda ərizəçi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti

vermişdir. O, ilk növbədə birinci instansiya məhkəməsinin pis rəftarla bağlı şikayətini lazımı qaydada

araşdırmamasından,  şikayətinə  onun  iştirakı  olmadan  baxılmasından,  pis  rəftara  yol  verənlərin

məhkəmədə dindirilməməsindən və məhkəmənin onun pis rəftara məruz qalması faktı ilə bağlı hər

hansı istintaq aparmamasından şikayət etmişdir.

23. 2008‐ci il 3 iyulda Bakı Apellyasiya Məhkəməsi ərizəçinin şikayətini təmin etməmişdir. Qərarın

müvafiq hissələrində aşağıdakılar qeyd edilmişdir:

“İşdə  olan  materiallardan  göründüyü  kimi  təqsirləndirilən  şəxs  və  onun  vəkili  İ.Həsənovun  pis

rəftara  məruz  qalması  barədə  müstəntiqə  və  ya  Azərbaycan  Respublikasının  Baş  prokuroruna

şikayət  etməmişlər.  Bu  səbəbdən  vəkilin  bununla  bağlı  məhkəməyə  şikayəti  araşdırılmadan

saxlanılmış və məhkəmə bununla bağlı hər hansı qərar qəbul etməmişdir. Buna görə də apellyasiya

şikayətinin dəlilləri əsassızdır”.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə