Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə20/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

­  41 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

D. Ərizəçinin məhkəmə işi və məhkum edilməsi

24. 2008‐ci  il  6  avqustda  prokuror  ittiham  aktını  Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Məhkəməyə

göndərmişdir.

25.  2008‐ci il 10 noyabrda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bütün ittihamlar üzrə ərizəçini

təqsirli hesab edərək on iki il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.

26.  2009­cu  il  15  yanvarda  Bakı  Apellyasiya  Məhkəməsi  ərizəçi  barəsində  çıxarılmış  ittiham

hökmünü qüvvədə saxlamış, lakin onun cəzasını doqquz il müddətinə qədər azaltmışdır.

27.  2009‐cu  il  19  mayda  Ali  Məhkəmə  Bakı  Apellyasiya  Məhkəməsinin  hökmünü  qüvvədə

saxlamışdır.



II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK

A. Azərbaycan Respublikasının Konstitusiyası

28. Azərbaycan Respublikası Konstitusiyasının 46‐cı maddəsinin 3‐cü hissəsində qeyd olunmuşdur:

“Heç kəs işgəncəyə və ya pis rəftara məruz qala bilməz. Heç kəs alçaldıcı rəftara və ya cəzaya məruz

qala bilməz…”.



B.  İşgəncəyə və qeyri‐insani və alçaldıcı rəftara görə cinayət məsuliyyəti

29. Cinayət Məcəlləsinin müvafiq vaxtda qüvvədə olmuş redaksiyasına görə saxlanılan və ya başqa

formada  azadlıqdan  məhrum  edilmiş  şəxsə  işgəncə  verilməsi  yeddi  ildən  on  ilədək  azadlıqdan

məhrumetmə ilə cəzalandırılan cinayətdir (Maddə 113). Vəzifəli şəxsin səlahiyyətlərini icra edərkən

müntəzəm döymə və ya başqa zorakı hərəkətlərlə şəxsə fiziki və ya psixoloji əziyyətlər verməsi beş

ildən  on  ilə  qədər  müddətə  azadlıqdan  məhrumetmə  ilə  cəzalandırılan  cinayətdir  (Maddə  133).

Prokuror və ya müstəntiq tərəfindən şübhəli şəxsin, təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidin

ifadə  verməyə  və  ya  ekspertin  rəy  verməyə  məcbur  edilməsi  üç  ilədək  müddətə  azadlıqdan

məhrumetmə  cəzası  ilə  cəzalandırılan  cinayətdir  (Maddə  293.1).  Eyni  əməllər  işgəncə  verməklə

edildikdə  bu  əməlləri  törədənlər  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə

cəzalandırılırlar (Maddə 293.2).

C.  Cinayət Prosessual Məcəlləsi (“CPM”)

30. CPM‐nin 37‐ci maddəsinə görə cinayət işinə törədilməsi iddia olunan cinayət əməlindən zərər

çəkmiş şəxsin şikayəti əsasında başlanılır. CPM‐nin LII fəslində cinayət prosesinin iştirakçılarının

prokurorluq  orqanlarının  hərəkət  və  qərarlarından  məhkəməyə  şikayət  vermə  qaydası  təsbit

edilmişdir.  449‐cu  maddəyə  görə  zərərçəkmiş  və  ya  onun  vəkili, inter  alia,  cinayət  işinin

başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi ilə bağlı hərəkət və ya qərarlarından

şikayət verə bilərlər. Prokurorluq orqanlarının hərəkət və ya qərarlarının qanuniliyini araşdıran

hakim bu hərəkət və ya qərarların qanunsuz olduğu nəticəsinə gələrsə, onları ləğv edə bilər (Maddə

451). Hakimin  qərarından  CPM‐nin  452‐ci  və  453‐cü  maddələrində  təsbit  edilmiş  qaydada

apellyasiya məhkəməsinə şikayət verilə bilər.



HÜQUQİ MƏSƏLƏLƏR

I. KONVENSİYANIN 3‐CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

31.  Ərizəçi  MCMİ‐nin  müvəqqəti  saxlanma  yerində  pis  rəftara  məruz  qalmasından  və  dövlət

orqanlarının onun bununla bağlı müraciətlərini araşdırmamasından şikayət etmişdir. Konvensiyanın

3‐cü maddəsində qeyd edilir:

“Heç kəs işgəncəyə və ya qeyri‐insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.

A. Ərizənin mümkünlüyü



­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

32.


Məhkəmə  qeyd  edir  ki,  bu  şikayət  Konvensiyanın  35‐ci  maddəsinin  3‐cü  bəndinin  a)

yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara

görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.

B.  Ərizənin mahiyyəti

1. Səmərəli istintaqın aparılmadığı iddiası



(a) Tərəflərin izahatları

33. Hökumət ərizəçinin pis rəftarla bağlı şikayətlərinin ölkə məhkəmələri tərəfindən qanuni şəkildə

araşdırıldığını bildirmişdir.

34. Ərizəçi şikayətini təkrar edərək dəfələrlə şikayət etməsinə baxmayaraq pis rəftarla bağlı dövlət

orqanları tərəfindən istintaqın aparılmadığını bildirmişdir.

(b)  Məhkəmənin qiymətləndirməsi

35. Şəxs 3‐cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı

tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1‐ci maddəsində nəzərdə tutulmuş

ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq

və  azadlıqlardan  yararlanmasını  təmin  etmək”  vəzifəsi  ilə  birlikdə  səmərəli  rəsmi  araşdırmanın

aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən

edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri‐insani və alçaldıcı

rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb

etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan

istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax:

“Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 102,

Reports  of  Judgments  and  Decisions  1998­VIII)  və  “Labita  İtaliyaya  qarşı”  (Labita  v.  Italy  [GC],

no.


26772/95

, § 131, ECHR 2000­IV)).

36. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə

baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və

ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd

edilmiş  “Assenov  və  Digərləri”  işi,  103‐cü  bənd  və  digərləri).  Onlar  hadisə  ilə  bağlı  sübutları

toplanması,  o  cümlədən, inter  alia,  hadisəni  görmüş  şahidlərin  dindirilməsi  və  məhkəmə‐tibb

ekspertizasının  keçirilməsi  üçün  bütün  zəruri  addımları  atmalıdırlar  (bax:  “Tanrıkulu  Türkiyəyə



qarşı” (Tanrıkulu v. Turkey [GC], no.

23763/94


, ECHR 1999‐IV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı”

(Gül v. Turkey, no.

22676/93

, § 89, 14 December 2000)). Araşdırmanın xəsarətin səbəblərini və ya

məsuliyyət  daşıyacaq  şəxslərin  şəxsiyyətini  müəyyənləşdirməyə  imkan  verməyən  hər  hansı

çatışmazlığı onun bu standarta cavab verməməsi riskini yaradır (bax: “Batı və Digərləri Türkiyəyə



qarşı” (Batı and Others v. Turkey, nos.

33097/96


 and

57834/00


, § 134, ECHR 2004­IV)).

37. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, ərizəçi 2008‐ci il 11 iyunda vəkilin

iştirakı  ilə  müstəntiq  tərəfindən  birinci  dəfə  dindirilərkən  pis  rəftara  məruz  qalması  ilə  bağlı

müstəntiqə məlumat vermiş və ondan məhkəmə‐tibb ekspertizasının keçirilməsi barədə göstəriş

verməsini xahiş etmişdir. Ərizəçinin şikayəti müstəntiq tərəfindən 2008‐ci il 11 iyunda tərtib edilmiş

dindirmə  protokolunda  qeyd  edilmişdir.  Məhkəmə  hesab  edir  ki,  ərizəçinin  müstəntiqə  etdiyi

şikayətdə kifayət qədər konkret məlumat – iddia olunan pis rəftar faktının baş vermə vaxtı, yeri və

xarakteri ‐ əks olunmuşdu (yuxarıda 12‐ci bəndə bax) və müstəntiqin səmərəli istintaq aparması

vəzifəsini yaradan əsaslı iddia idi.

38. Ərizəçi 2008‐ci il 29 iyulda müstəntiq tərəfindən dindirilərkən pis rəftarla bağlı iddiasını təkrar

etmişdir. O, həmçinin pis rəftar barədə 2008‐ci il 14 avqustda Baş prokurorun müavininə də şikayət

etmişdir (yuxarıda 14‐15‐ci bəndlərə bax). Bununla belə cinayət işi başlanmamışdır.

39. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi eyni şikayətini barəsində həbs qətimkan tədbirinin

seçilməsinə dair qərar qəbul etmiş məhkəmələr qarşısında da qaldırmışdır.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə