41
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
D. Ərizəçinin məhkəmə işi və məhkum edilməsi
24. 2008‐ci il 6 avqustda prokuror ittiham aktını Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə
göndərmişdir.
25. 2008‐ci il 10 noyabrda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bütün ittihamlar üzrə ərizəçini
təqsirli hesab edərək on iki il azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
26. 2009cu il 15 yanvarda Bakı Apellyasiya Məhkəməsi ərizəçi barəsində çıxarılmış ittiham
hökmünü qüvvədə saxlamış, lakin onun cəzasını doqquz il müddətinə qədər azaltmışdır.
27. 2009‐cu il 19 mayda Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə
saxlamışdır.
II. MÜVAFİQ DAXİLİ QANUNVERİCİLİK
A. Azərbaycan Respublikasının Konstitusiyası
28. Azərbaycan Respublikası Konstitusiyasının 46‐cı maddəsinin 3‐cü hissəsində qeyd olunmuşdur:
Heç kəs işgəncəyə və ya pis rəftara məruz qala bilməz. Heç kəs alçaldıcı rəftara və ya cəzaya məruz
qala bilməz…”.
B. İşgəncəyə və qeyri‐insani və alçaldıcı rəftara görə cinayət məsuliyyəti
29. Cinayət Məcəlləsinin müvafiq vaxtda qüvvədə olmuş redaksiyasına görə saxlanılan və ya başqa
formada azadlıqdan məhrum edilmiş şəxsə işgəncə verilməsi yeddi ildən on ilədək azadlıqdan
məhrumetmə ilə cəzalandırılan cinayətdir (Maddə 113). Vəzifəli şəxsin səlahiyyətlərini icra edərkən
müntəzəm döymə və ya başqa zorakı hərəkətlərlə şəxsə fiziki və ya psixoloji əziyyətlər verməsi beş
ildən on ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılan cinayətdir (Maddə 133).
Prokuror və ya müstəntiq tərəfindən şübhəli şəxsin, təqsirləndirilən şəxsin, zərərçəkmişin, şahidin
ifadə verməyə və ya ekspertin rəy verməyə məcbur edilməsi üç ilədək müddətə azadlıqdan
məhrumetmə cəzası ilə cəzalandırılan cinayətdir (Maddə 293.1). Eyni əməllər işgəncə verməklə
edildikdə bu əməlləri törədənlər beş ildən on ilədək müddətə azadlıqdan məhrumetmə ilə
cəzalandırılırlar (Maddə 293.2).
C. Cinayət Prosessual Məcəlləsi (“CPM”)
30. CPM‐nin 37‐ci maddəsinə görə cinayət işinə törədilməsi iddia olunan cinayət əməlindən zərər
çəkmiş şəxsin şikayəti əsasında başlanılır. CPM‐nin LII fəslində cinayət prosesinin iştirakçılarının
prokurorluq orqanlarının hərəkət və qərarlarından məhkəməyə şikayət vermə qaydası təsbit
edilmişdir. 449‐cu maddəyə görə zərərçəkmiş və ya onun vəkili, inter alia, cinayət işinin
başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi ilə bağlı hərəkət və ya qərarlarından
şikayət verə bilərlər. Prokurorluq orqanlarının hərəkət və ya qərarlarının qanuniliyini araşdıran
hakim bu hərəkət və ya qərarların qanunsuz olduğu nəticəsinə gələrsə, onları ləğv edə bilər (Maddə
451). Hakimin qərarından CPM‐nin 452‐ci və 453‐cü maddələrində təsbit edilmiş qaydada
apellyasiya məhkəməsinə şikayət verilə bilər.
HÜQUQİ MƏSƏLƏLƏR
I. KONVENSİYANIN 3‐CÜ MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU
31. Ərizəçi MCMİ‐nin müvəqqəti saxlanma yerində pis rəftara məruz qalmasından və dövlət
orqanlarının onun bununla bağlı müraciətlərini araşdırmamasından şikayət etmişdir. Konvensiyanın
3‐cü maddəsində qeyd edilir:
Heç kəs işgəncəyə və ya qeyri‐insani, yaxud alçaldıcı rəftara və ya cəzaya məruz qala bilməz”.
A. Ərizənin mümkünlüyü
42
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VIII nömrə
32.
Məhkəmə qeyd edir ki, bu şikayət Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin a)
yarımbəndinin mənasında əsassız deyil. Bundan əlavə o qeyd edir ki, şikayət istənilən digər əsaslara
görə də mümkünsüz hesab edilə bilməz. Buna görə də o, mümkün elan olunmalıdır.
B. Ərizənin mahiyyəti
1. Səmərəli istintaqın aparılmadığı iddiası
(a) Tərəflərin izahatları
33. Hökumət ərizəçinin pis rəftarla bağlı şikayətlərinin ölkə məhkəmələri tərəfindən qanuni şəkildə
araşdırıldığını bildirmişdir.
34. Ərizəçi şikayətini təkrar edərək dəfələrlə şikayət etməsinə baxmayaraq pis rəftarla bağlı dövlət
orqanları tərəfindən istintaqın aparılmadığını bildirmişdir.
(b) Məhkəmənin qiymətləndirməsi
35. Şəxs 3‐cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı
tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1‐ci maddəsində nəzərdə tutulmuş
ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq
və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın
aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən
edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri‐insani və alçaldıcı
rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb
etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan
istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax:
Assenov və Digərləri Bolqarıstana qarşı (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 102,
Reports of Judgments and Decisions 1998VIII) və “Labita İtaliyaya qarşı (Labita v. Italy [GC],
no.
26772/95
, § 131, ECHR 2000IV)).
36. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə
baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və
ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd
edilmiş “Assenov və Digərləri” işi, 103‐cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları
toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə‐tibb
ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə
qarşı (
Tanrıkulu v. Turkey [GC], no.
23763/94
, ECHR 1999‐IV, § 104 et seq.) və “
Gül Türkiyəyə qarşı
(Gül v. Turkey, no.
22676/93
, § 89, 14 December 2000)). Araşdırmanın xəsarətin səbəblərini və ya
məsuliyyət daşıyacaq şəxslərin şəxsiyyətini müəyyənləşdirməyə imkan verməyən hər hansı
çatışmazlığı onun bu standarta cavab verməməsi riskini yaradır (bax: “Batı və Digərləri Türkiyəyə
qarşı (
Batı and Others v. Turkey, nos.
33097/96
and
57834/00
, § 134, ECHR 2004IV)).
37. Məhkəmə hazırkı işin hallarını nəzərə alaraq qeyd edir ki, ərizəçi 2008‐ci il 11 iyunda vəkilin
iştirakı ilə müstəntiq tərəfindən birinci dəfə dindirilərkən pis rəftara məruz qalması ilə bağlı
müstəntiqə məlumat vermiş və ondan məhkəmə‐tibb ekspertizasının keçirilməsi barədə göstəriş
verməsini xahiş etmişdir. Ərizəçinin şikayəti müstəntiq tərəfindən 2008‐ci il 11 iyunda tərtib edilmiş
dindirmə protokolunda qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin müstəntiqə etdiyi
şikayətdə kifayət qədər konkret məlumat – iddia olunan pis rəftar faktının baş vermə vaxtı, yeri və
xarakteri ‐ əks olunmuşdu (yuxarıda 12‐ci bəndə bax) və müstəntiqin səmərəli istintaq aparması
vəzifəsini yaradan əsaslı iddia idi.
38. Ərizəçi 2008‐ci il 29 iyulda müstəntiq tərəfindən dindirilərkən pis rəftarla bağlı iddiasını təkrar
etmişdir. O, həmçinin pis rəftar barədə 2008‐ci il 14 avqustda Baş prokurorun müavininə də şikayət
etmişdir (yuxarıda 14‐15‐ci bəndlərə bax). Bununla belə cinayət işi başlanmamışdır.
39. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi eyni şikayətini barəsində həbs qətimkan tədbirinin
seçilməsinə dair qərar qəbul etmiş məhkəmələr qarşısında da qaldırmışdır.