Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Kitabxana bu yaxınlarda 2015‐ci ildəki fəaliyyətinə dair hesabatla çıxış etmiş və hesbata əsasən,

ən  çox  sorğu  olunan  kitabın  adı  isə  “Beynəlxalq  cinayətlərə  münasibətdə  dövlət  başçıları  və

rəsmilərinin toxunulmazlığı”dır.

Əslində bu kitab elmi işdir və Lokarno Universitetinin elmlər doktoru Romana Pedretti tərəfindən

yazılmışdır.  Kitabda  beynəlxalq  cinayət  törətmiş  dövlət  başçılarının  başqa  ölkələrin

məhkəmələrində mühakimə oluna bilmələri barədə beynəlxalq hüquqi təhlil öz əksini tapmışdır.

Romananın  fikrinə  əsasən,  qeyd  olunan  dövlət  başçıları  beynəlxalq  hüquqda  iki  cür

toxunulmazlıqdan yararlana bilərlər:

1) “Ratione personae toxunulmazlığı” beynəlxalq hüquq prinsipinə əsasən, sabiq dövlət və hökumət

başçılarını törətdikləri cinayətlərə görə xarici ölkələrin məhkəmələrində mühakimə olunmaqdan

qoruyur.


2) “Ratione materiae toxunulmazlığı” beynəlxalq hüquq prinsipinə görə, hakimiyyət funksiyaları

həyata keçirən vəziflə şəxslərin xarici ölkələrin məhkəmələrində mühakimə olunmağı qadağan

edir. Bu, əsasən müəyyən ölkənin başqa ölkənin ərazisində diplomatik funskiyalarını icra edən

vəzifəli şəxslərinə aiddir.

Eyni zamanda tədqiqatçının gəldiyi nəticəyə əsasən, ratione personae sabiq dövlət başçısına mütləq

toxunulmazlıq  təmin  etsə  də,  “ratione  materiae”nin  müəyyən  etdiyi  toxunulmazlıq  məhdud

xarakter daşıyır. Belə ki, ratione materiae prinsipinə uyğun olaraq tutduğu vəzifədən uzaqlaşdırılan

vəzifəli şəxs xarici ölkədə məhkəmə təqibinə məruz qala bilər. Misal olaraq çilili diktator Avqusto

Pinoçetin İspaniyada mühakimə olunması kimi. Lakin dünya tarixində ilk dəfə Beynəlxalq Cinayət

Məhkəməsi ölkə başçısına – Sudanın prezidenti Ömər Əl‐Bəşirə qarşı qərar çıxarmışdır.

Təəssüf  doğuran  hal  ondan  ibarətdir  ki,  sayca  ən  çox  oxunulmasına  baxmayaraq,  BMT‐nin

kitabxanasında Romana Pedrettinin kitabı il ərzində yalnız 2 dəfə evə aparılması üçün və 4 dəfə

kitabxanada nəzərdən keçirilməsi üçün götürülmüşdür.

“Facebook”a münasibətdə hansı

öhdəliklərinizin olduğunu bilirsiniz?

7,4  milyard...  Yəqin  ki,  bu  rəqəm  sizə  hardansa

tanışdır. Bəli, hazırda dünya əhalisinin sayı məhz bu

qədərdir. Təsəvvür edin ki, bu 7,4 milyard nəfərdən

1,5 milyardı – 20%‐i “Facebook” sosial şəbəkəsinin

aktiv istifadəçiləridir. Milyard rəqəmini gün ərzində

dəfələrlə  eşitməyimizə  baxmayaraq  1,5  milyardın

nə demək olduğunu anlamaq üçün bir misal çəkək.

Əgər siz 1‐dən 1,5 milyardadək saymağa başlasanız

və  hər  bir  rəqəmin  sayılmasına  1  saniyə  vaxt  sərf

etsəniz, bu işin öhdəsindən 48 ilə gəlmiş olarsınız.

Gündəlik istifadə etdiyimiz “Facebook” sosial şəbəkəsinin gücünü, onun gün ərzində hansı həcmdə

informasiya ötürməsi barədə təsəvvürlərimizin nə qədər kiçik olduğunun fərqinə varmalıyıq. Lakin

bu böyüklükdə məlumatların istifadəsi xaotik deyil, müəyyən qanunauyğun şəkildə həyata keçirilir.

Bunun üçün Facebook Inc. şirkəti zəruri hüquqi çərçivələr müəyyən etmişdir ki, hər bir istifadəçi

həmin qaydalara riayət etməlidir.

Beləliklə, oxucularımızın nəzərinə “Facebook”un öz istifadçilərinə münasibətdə tətbiq etdiyi və

istifadçilərin də riayət etməli olduğu aşağıdakı əsas hüquqi məqamları çatdırmaq istərdik:



1. “Facebook”da birbaşa sizə aid olan paylaşdığınız bütün şəkil, yazı və videolar sizin intellektual

mülkiyyətinizdir.  Lakin  qaydalara  əsasən,  siz “Facebook”a  qeyd  olunan  məlumatlardan  qeyri‐

hüquqi  məqsədlərə  aid  olmayan  istifadəsinə,  onu  üçüncü  şəxslərə  ötürməsinə  və  bunun

qarşılığında sizə hər hansı ödənişin edilməməsinə razılıq verirsiniz.

­  50 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

2. Əgər siz şəxsi profilinizdə məlumatları “Hamıya açıqdır” rejimində paylaşırsınızsa, siz “Facebook”

istifadəçilərinə, habelə istifadəçi olmayan digər şəxslərə paylaşdığınız məlumatdan istifadə etməyə

razılıq vermiş olursunuz. İstifadəçilər həmin məlumatların şəxsən sizə aid olduğunu ictimailəşdirə

bilərlər.



3. Siz “Facebook” səhifəsinin texniki baxımdan təkmilləşdirilməsi ilə bağlı adı çəkilən şirkətə təkliflər

göndərsəniz və “Facebook” bu təklifdən yararlanaraq proqram təminatını təkmilləşdirərsə, bunun

qarşılığında hər hansı ödənişin edilməsini tələb edə bilməzsiniz.

4. İstifadəçi olaraq siz öz profilinizdən qeyri‐qanuni şəbəkə marketinqi (maliyyə piramidaları) ilə

məşğul ola və ümumiyyətlə profilinizdən kommersiya məqsədləri üçün istifadə edə bilməzsiniz.



5. “Facebook” istifadəçiləri profilində öz əsl adı və soyadlarından istifadə etməlidirlər və özünə aid

birdən çox hesab aça bilməzlər.



6. “Facebook” sizin profilinizdən onun ümumi fəaliyyət prinsiplərinə zidd olan istənilən paylaşımı

silmək hüququna sahibdir.



7. ABŞ‐da yaşayıb yaşamadığınızdan asılı olmayaraq “Facebook” şirkətinə qarşı istənilən məhkəmə

iddiası  və  mübahisə  ilə  bağlı  yalnız  və  yalnız  Kaliforniya  ştatının  Şimal  Dairə  Məhkəməsinə  və

San‐Mateo Federal Məhkəməsinə müraciət etməlisiniz. Bu halda tətbiq olunan hüquq Kaliforniya

ştatının hüququ olacaqdır.



8.  ABŞ  rezidenti  olmayan  şəxslərə  münasibətdə “Facebook”  və  istifadəçi  arasındakı  müqavilə

“Facebook”un İrlandiyada yerləşən şirkəti “Facebook Ireland Limited” ilə bağlanmış hesab olunur.



2015­ci ilin qalmaqallı məhkəmə prosesləri

1. FİFA‐nın qalmaqalı

Beynəlxalq Futbol Federasiyası tarixində ən

böyük  korrupsiya  qalmaqalı  ötən  ilin  may

ayına  təsadüf  etmişdir.  Belə  ki,  ABŞ‐ın

sorğusu 

əsasında 

Federasiyanın 

7

yüksəkçinli  məmuru  İsveçrə  orqanları



tərəfindən 

həbs 


olunmuşdular. 

ABŞ


ədliyyəsi Dünya Çempionatı üçün şəhərlərin

seçilməsi  zamanı  rüşvət  alınması  barədə

qeyd olunan şəxslər haqqında şübhələnirdi.

Araşdırmaya  əsasən,  20  il  ərzində  bu

məmurlar 100 milyon ABŞ dollarından artıq

məbləğdə rüşvət almışlar.

Eyni  zamanda  ötən  dekabr  ayında  ABŞ

prokurorluğu  FİFA‐nın  digər  16  məmuru

barədə  dələduzluq,  çirkli  pulların  yuylması  faktı  üzrə  ittihamla  çıxış  etmişdir.  Həmin  şəxslər  də

Zürixdə  həbs  olunmuşlar.  Qeyd  olunan  şəxslər  Cənubi  Amerikada  keçirilən  turnirlərə  və  Dünya

Çempionatının  seçim  turlarına  dair  marketinq  hüquqlarının  satılması  zamanı  çoxmilyonlu

rüşvətlərin alınmasındə şübhəli bilinirlər.

1998‐ci ildən FİFA‐ya rəhbərlik edən Yozef Blatter ötən ilin iyun ayının 2‐də öz vəzifəsindən getdiyini

bildirmişdir.  Sentyabr  ayında  isə  İsveçrə  prokurorluğu  onun  barəsində  araşdırma  aparmağa

başlamışdır. Hətta təşkilatın qərargahında və Blatterin iş otağında axtarış aparılmışdır.

FİFA‐nın etika məsələləri üzrə Arbitraj Palatası dekabrın sonunda Blatter və onun müavini Mişel

Platininin 8 il ərzində futbol fəaliyyəti ilə məşğul olmaqdan uzaqlaşdırılması barədə qərar qəbul

etmişdir. Buna səbəb Blatterin 2 milyon İsveçrə frankını heç bir hüquqi əsas olmadan Platinin bank

hesabına köçürməsi olmuşdur.

­  51 ­




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə