Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

­  47 ­

1. Azərbaycan Respublikasında dini ekstremizmə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını

müəyyən  edən,  dini  ekstremizm  əleyhinə  mübarizəni  həyata  keçirən  dövlət  orqanlarının  və

vətəndaşların hüquq və vəzifələrini təsbit edən “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanun

qəbul olunmuş. 2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı

müddəalar əlavə olunmuşdur: “İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan

Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan

Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.”;

3.  “Azərbaycan  Respublikasının  vətəndaşlığı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa

vətəndaşlığın  itirlməsi  əsasları  ilə  bağlı  yeni  müddəalar  əlavə  olunmuşdur: “3‐1)  Azərbaycan

Respublikası  vətəndaşının  terror  fəaliyyətində  iştirakı  və  ya  Azərbaycan  Respublikasının

konstitusiya  quruluşunun  zorla  dəyişdirilməsinə  yönələn  hərəkətləri  həyata  keçirməsi;  3‐2)

Azərbaycan  Respublikası  vətəndaşının  dini  ekstremist  fəaliyyətdə  iştirakı,  o  cümlədən  dini

düşmənçilik  zəminində  dini  məzhəblərin  yayılması  və  ya  dini  ayinlərin  icrası  adı  altında  xarici

dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud

bu  məqsədlə  sabit  qrup  yaratması,  habelə  Azərbaycan  Respublikası  vətəndaşının  dini  təhsil  adı

altında xarici dövlətdə hərbi təlim keçməsi;”. 4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə isə

aşağıdakı  yeni  maddə  əlavə  edilmişdir:  “Maddə  168‐1.  Dini  təbliğat,  dini  ayin  və  mərasimlərin

aparılması tələblərini pozma

168‐1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının

vətəndaşı tərəfindən aparılması ‐

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum

etmə ilə cəzalandırılır.

168‐1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması –

bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

168‐1.3. Bu Məcəllənin 168‐1.1‐ci və 168‐1.2‐ci maddələrində nəzərdə tutulmuş əməllər:

168‐1.3.1. təkrar törədildikdə;

168‐1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ‐

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Hakimliyə sənəd qəbulu başlamışdır

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının

icrası  çərçivəsində  hakim  vəzifəsinə  namizədlərin  şəffaf  üsullarla,  müasir  beynəlxalq  tələblər

səviyyəsində seçilməsinə xüsusi əhəmiyyət verilir. Bununla əlaqədar ölkəmizdə hakimlərin seçiminin

Avropada  örnək  kimi  dəyərləndirilən  mütərəqqi  qaydaları hazırlanmış, son  illər  ərzində  2600

namizəd  sırasından  307  nəfər  yüksək  hazırlıqlı hüquqşünas  seçilərək  uzunmüddətli  təlimlər,

məhkəmələrdə,  o  cümlədən  xarici  dövlətlərdə  təcrübə  keçdikdən  sonra  hakim  vəzifələrinə  təyin

edilmişlər. Hakimlərin Seçki Komitəsinin dekabr ayının 14‐də keçirilən iclasında mövcud vakansiya

və  hakim  kadrlarına  ehtiyaclarla  bağlı məsələ  müzakirə  edilmiş və  hakimliyə  namizədlərin

sənədlərinin növbəti qəbulunun başlanılması qərara alınmışdır. Hakimliyə namizədlərin sənədləri

15 dekabr 2015‐ci il tarixdən Hakimlərin Seçki Komitəsi tərəfindən qəbul ediləcəkdir (ünvan: Bakı

şəhəri,  Z.Xəlilov  küçəsi,  540‐cı məhəllə).  Hakimliyə  namizədlər  üçün  əlverişli  şərait  yaradılması

məqsədilə  “Hakimliyə  Namizədin  Yaddaş Kitabçası”, tələb  edilən  sənədlərin  siyahısı, hakim

vakansiyaları barədə  və  digər  məlumatlar  Məhkəmə‐Hüquq  Şurasının  internet  səhifəsində

yerləşdirilmişdir (www.jlc.gov.az). İmtahanların keçirilməsi ilə bağlı digər aidiyyəti məsələlər barədə

əlavə məlumat veriləcəkdir.

Əlaqə telefonu: (012) 510‐22‐97; (051) 510‐22‐97

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

­  48 ­



Vəkillərin könüllü reyestri aparılır

Azərbaycan  Respublikasında  peşəkar  hüquqi

müdafiə  ‐  vəkillik  fəaliyyəti  ilə  məşğul  olan

Azərbaycan 

Respublikası 

Vəkillər


Kollegiyasının üzvlərinin qeyri‐peşəkar hüquqi

xidmət  göstərən  təmsilçi  nümayəndələrdən

fərqləndirmək  üçün

www.e­vakil.az

  internet

səhifəsində  vəkillərin  könüllü  elektron

reyesteri aparılır.

Qeyd  edilən  internet  resursu  hüquqi  yardım

axtaran  şəxslərə  vəkillər  haqqında əlavə

məlumat toplamaq imkanı verəcəkdir.

www.e­vakil.az

  internet  səhifəsində  profil  məlumatlarınızın  daxil  edilməsi  üçün  aşağıdakı əlaqə

vasitələri ilə əlaqə saxlayaraq tələb edilən məlumatları təqdim edə bilərsiniz.

Ünvan: Bakı şəhəri, Tbilisi prospekti 47/49

Tel. 012 538 6820

Mob. 050 250 3575

Email:

nihad@hgn.az



; info@e­vakil.az


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Beynəlxalq mətbuat səhifələrindən

Oskar mükafatı ilə hüquqşünaslıq peşəsi arasında ümumi nə var?

Bu  yazıda  oxucularımıza  ABŞ‐da  hüquq  peşəsinin

vəziyyəti 

ilə 


Oskar 

Kino 


Akademiyasının

nominantlarının seçilməsinin ümumi vəziyyətinə dair

məlumat  verilmişdir. Sual  oluna  bilər  ki,  qeyd

olunanlar  arasında  hansı  əlaqə  var.  Bunun  üçün

yazıya sürətlə göz gəzdirməyiniz yetərli olar.

Hər  birinin  illik  dövriyyələri  750  milyon  ABŞ

dollarından  artıq  olan  450  beynəlxalq  amerikan

şirkətləri  arasında  aparılmış  sorğuya  əsasən,

şirkətlərində  irqi,  gender  və  s.  müxtəliflik  siyasəti

tətbiq edən müəssisələr digər rəqiblərindən 2,3 dəfə

daha çox mənfəətlə işləyirlər. Eyni zamanda, tədqiqat

nəticəsində müəyyən olunmuşdur ki, müəssisədə gender məsələsində 1%‐lik dəyişiklik edilərsə

(qadınların kişilərə olan nisbəti 1% dəyişdirilərsə) şirkətin dövriyyəsi 3% artmış olar. Habelə digər

irqdən olan işçilərin sayı 1% artırılarsa, dövriyyə 9% artmış olar.

Ümumiyyətlə,  irqi  müxtəliflik  səviyyəsi  yüksək  olan  şirkətlərin  cəmiyyətdə  nüfuzu  daha  yüsək

olur. Belə şirkətlər innovasiyalara daha açıq olurlar.

Artıq bu məsələ ABŞ‐da elə bir rezonansa səbəb olmuşdur ki, iri şirkətlərdə müxtəliflik məsələsi

kadrlar şöbəsinin marağından çıxaraq şirkət rəhbərlərinin maraq dairəsinə daxil olmuşdur.

Oskar Kino Akademiyasına gəldikdə isə, qeyd olunmalıdır ki, bu il Oskara təqdim olunmuş 20 nəfər

namizədin (aktroyun) hamısı ağdərili amerikalılardır ki, bu da ABŞ əhlisinin irqi say tərkibini faiz

nisbətinə uyğun deyildir. Artıq bu hal ikinci ildir ki davam etməkdədir.

ABŞ əhalisinin Siyahıya Alınması Bürosunun 2000, 2010 və 2020‐ci il üçün proqnoz hesabatına

əsasən, eyni tendensiya hüquq şirkətlərində də davam etməkdədir.

Əslində bu cür vəziyyət neçə‐neçə qeyri‐irqdən olan bacarıqlı hüquqşünasların peşədən kənarda

qalmalarına səbəb olur. Hesabatda etiraf olunur ki, ABŞ‐da fəaliyyət göstərən hüquq şirkətlərində

işə  götürülmə  namizədin  göstəriciləri  (meritokratiya)  ilə  deyil,  əsas  etibarilə  ağdərili  şirkət

rəhbərlərinin öz irqlərindən olanlara (mirrorakratiya) üstünlük vermələri ilə bağlıdır.

BMT‐nin kitabxanası və beynəlxalq

cinayət törətmiş dövlət başçılarının

toxunulmazlığı barədə qısaca

Beləliklə,  BMT‐nin  sayca  ikinci  katibi

məşhur  diplomat  Daq  Hammarsköldün

adını  daşıyan  və  Nyu‐Yorkda  yerləşən

məşhur kitabxanası haqqında sizlərlə bir

xəbəri  bölüşmək  istərdik.  Bu  kitabxana

əsasən, BMT‐nin işçilərinin istifadəsi üçün

nəzərdə tutulmuşdur.

Kitabxananın kartotekasını zənginləşdirən

kitablar  isə  əsasən  beynəlxalq  hüquq  və

münasibətlər, iqtisadiyyat və digər bənzər mövzulara həsr olunmuşdur.

­  49 ­




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə