K. E. Qocayev Hüquq üzrə fəlsəfə doktoru



Yüklə 1,38 Mb.
Pdf görüntüsü
səhifə3/30
tarix28.08.2018
ölçüsü1,38 Mb.
#65173
1   2   3   4   5   6   7   8   9   ...   30

11
hüquq və vəzifələrə malik (subyektləri) olduğu və ailə qanunveri-
ciliyində özünün tam əksini tapan ailə münasibətləridir. Ailə müna-
sibətlərinin subyektləri siyahısına ər və arvad, valideynlər (onları 
əvəz edən şəxslər), ailənin digər üzvləri daxildir. Bu əlaqə onda 
ifadə olunur ki, bir subyektin hüququna digər subyektin vəzifəsi 
müvafiq gəlir. Adətən, ailənin hər bir üzvü eyni zamanda birbaşa 
qarşılıqlı əlaqədə olan hüquq və vəzifələrin daşıyıcısı olur. Belə 
ki, bir nəfərin hüququ digər ailə üzvü tərəfindən öz vəzifələrini 
yerinə yetirməsi hesabına təmin edilir. Ailə hüququnun subyekt-
lərin dən bəhs edərkən onu da nəzərə almaq lazımdır ki, onlar ailə 
hüquq  qabiliyyətliliyinə  malik  olmalıdırlar.  Başqa  sözlə,  ailə 
qanunvericiliyində  nəzərdə  tutulan  hüquqlara  və  vəzifələrini 
yerinə yetirməyə qadir (yəni fəaliyyət qabiliyyətli) olmalıdırlar. 
Bu siyahıya nıkaha daxil olmaq hüququ, uşaqları tərbiyə etmək 
hüququ, köməyə ehtiyacı olan ailə üzvünə (ərə və yaxud arvada, 
uşaqlara və b.) qayğı göstərmək vəzifəsi və s. daxildir.
5. Ailə-hüquq münasibətləri qanunvericilikdə nəzərdə tutul-
muş qaydada və hüquqi faktlar əsasında meydana çıxır. Ailədə 
ər-arvad  arasında,  valideynlərlə  uşaqlar  arasında,  ailənin  digər 
üzvləri arasında məhz belə faktlar konkret hüquq münasibətlərinin 
meydana çıxması, dəyişilməsi və xətm edilməsi üçün əsas olur. 
Hüquqi  faktlar  iki  yerə  –  hadisələrə  və  hərəkətlərə  ayrılır. 
Hadisələr öz-özlüyündə baş verir, hər hansı bir şəraitdən doğur, 
qısa  müddətli  (məsələn,  uşağın  doğulması)  və  uzun  müddətli 
(məsələn,  hamiləlik,  ehtiyac  və  s.)  olur.  Hüquqi  faktların  növü 
kimi  hərəkət  ailə  qanunvericiliyində  nəzərdə  tutulmuş  hüquqi 
nəticələrə səbəb olur. Belə hərəkətlərin siyahısına atalığın müəy-
yən  edilməsi,  aliment  alınması,  qəyyumluğun  (himayəçili yin) 
müəyyən  edilməsi  və  s.  daxildir.  Ailə-hüquq  münasibətlərinin 
mey dana çıxmasına, dəyişilməsinə və xitam olunmasına bir hü-
quqi fakt deyil, onların məcmusu əsas ola bilər. Məsələn, vali-
deynlərin  hüquq  və  vəzifələrinin  meydana  çıxması  üçün  əsas, 
qanunvericilik  qaydasında  qeydiyyatdan  keçən  uşağın  mənşəyi 
olacaqdır.


12
6. Ailə-hüquq münasibətlərini doğuran hüquqi faktlar arasın-
da  ər-arvadlıq  və  qohumluq  xüsusi  yer  tutur.  Yəni  qanunda 
nəzərdə  tutulan  qaydada  qeydiyyatdan  keçən  və  nikahda  olan 
şəxslər qan qohumluğu əlaqəsi ilə bağlı deyillər. Qohumlar bir-
birindən  törəyir  və  ümumi  soy-kökə  malik  olurlar  (ana-oğul, 
baba-nəvə və s.). Qohumluq yaxın və uzaq ola bilər.
7. Ailə münasibətlərini nizamlayan hüquq normala rının təsi-
rinin yayıldığı məkanın qapalı səciyyə daşıması məhz ailə hüqu-
qu kimi onların daxili məzmununu müəyyən edir. Ailə hüququ 
anlayışı özü də kifayət qədər yığcamdır. Onu, birincisi, elmin bir 
istiqaməti, ikincisi, hüququn müstəqil sahəsi, üçüncüsü, qanun-
vericiliyin müstəqil sahəsi kimi nə zər dən keçirmək olar.
8. Ər və arvad, valideynlər (onları əvəz edən şəxslər) və yet-
kinlik  yaşına  çatmayan  uşaqlar  arasında  istər  şəxsi,  istərsə  də 
əmlak xarakterli münasibətlər davamedici olur və dəqiq müddət 
sərhədinə malik deyildir. Bununla yanaşı, ailə münasibətlərinin 
nizamlanması üçün bu sahədə müəyyən dəqiqləşmələr vacibdir. 
Belə  dəqiqlik  ailə  qanunvericiliyinin  müxtəlif  müddəalarının 
müəyyənləşdirilməsi  ilə  təmin  olunur  və  müddətlərinə  görə 
müxtəlif olduğundan iki qrupa bölünür:
– hüququn (vəzifənin) mövcudluğu müddəti;
– icazə, qadağan və öhdəlik müddətləri.
9. Nikah ərizə veriləndən bir ay sonra qeydə alınır, bu müddət 
uzadıla, ya da qısaldıla bilər. Əgər uşaq nikah po zu landan və ya-
xud  etibarsız  sayılandan,  ərin  ölməsindən  sonrakı  üç  yüz  gün 
ərzində doğulmuşsa, onda uşağın atası kimi keçmiş ərin adı qeyd 
oluna bilər. Məhkəmənin qərarı qüvvəyə minəndən sonra vətən-
daşlıq vəziy yəti aktlarının dövlət qeydiyyatı (VVADQ) orqanına 
məhkəmənin qərarın dan çıxarışlar göndərilməlidir:
– nikahın etibarsız hesab edilməsi haqqında;
–  valideynlərin  (onlardan  birinin)  valideynlik  hüqu qun dan 
məhrum edilməsi haqqında; 
– uşağın övladlığa götürülməsinin müəyyənləşdirilməsi haq-
qında;


13
– uşağın övladlığa götürülməsinin ləğv edilməsi haqqında.
10. Ailə münasibətləri iştirakçılarının hüquqlarının müdafiəsi 
üçün təyin olunmuş müddətlərə iddia müddəti və başqa müddətlər 
aiddir. Bu baxımdan Azərbaycan Respublikası Ailə Məcəlləsində 
üç il müddətin müəyyən edilməsi kifayət qədər məntiqi təsir ba-
ğışlayır (AM-nin 8-ci maddəsi).


14
IV MÖVZU
AİLƏ HÜQUQU ÜZRƏ NİKAH
Nikah ailə yaratmaq məqsədilə qadın və kişi arasında ittifaq-
dır. Bu gün inkişaf etmiş ölkələrdə nikahın dövlət tərəfindən qey-
diyyata alınması qəbul olunmuşdur. Lakin bir sıra Avropa ölkə-
lərində nikahın kilsə və dövlət qeydiyyatına yol verilir. Vergi or-
qanları  bu  qəbildən  olan  konseptual  nikahı  dəstəkləmir.  Misir, 
Liviya və İranda yalnız dini qurumlarda qeydiyyata alınan nikah 
qanuni sayılır.
Qeyd edək ki, tələbələrin diqqəti ilk növbədə ona yönəldil-
məlidir ki, nikah:
– hüquqi nəticələr doğuran, qadın və kişi arasında yaranan it-
tifaqdır;
– müxtəlif cinsdən olan şəxslər arasında münasibətlər forma-
sıdır;
– istər dövlət üçün, istərsə də nikaha daxil olanlar üçün özü-
nəməxsus rəmzi məna daşıyır.
Bu mövzunu keçərkən tələbələrə izah etmək lazımdır ki, so-
vet vaxtından miras qalmış qaydalardan uzaqlaşmaq, ailənin ya-
ranmasına yeni gözlə baxmaq lazımdır. Tələbələrə sivil ölkələrin 
ailə qanunvericiliyindən sitatlar gətirmək və bildirmək lazımdır 
ki, nikaha daxil olmağa heç də tələsməsinlər. Çünki bu prosesə 
tam hazır olmadan addım atmağın axırda pis nəticələri olur. Eyni 
zamanda bu məsuliyyətli və şərəfli prosesə təkcə mənəvi cəhət-
dən deyil, həm də maddi cəhətdən hazır olmaq lazımdır.
Azərbaycan Respublikası Konstitusiyasının 34-cü mad dəsin-
də nikah hüququ haqqında dolğun konkret norma müəyyən edil-
mişdir.
Tələbələr qüvvədə olan ailə qanunvericiliyi ilə yanaşı, həm 
də  müəyyən  kateqoriya  işlər  üzrə  (valideynlik  hüququndan 
məhrumetmə  və  s.)  qanunvericiliyin  tətbiqi  təcrübəsi  haqqında 


Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə