Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   21   22   23   24   25   26   27   28   ...   73

68 
 
Zəfər idi – «Amerikanın kəşfi» tablosunda Kolumbun bayrağı üzərində Qalanın şəkli idi... 
Qala  Dali  üçün  müqəddəs  idi  –  «Maddonna»  əsərində  Qalanı  qucağında  oğlu  ilə 
Müqəddəs Məryəm obrazında çəkmişdi. Qala Dali üçün qadınlığın, insanlığın, gözəlliyin, 
zərifliyin  və  ən  əsası  ölməzliyin  təcəssümü  idi...  Sevginin  ölməzliyinin,  sənətin 
ölməzliyinin» [18]. 
Rəssam arvadını tərifləməyi (mədh etməyi) heç vaxt kəsməmiş, onu canlı mif və 
müasir  ikona  kimi  təqdim  etməkdən  yorulmamışdır.  «Dahi  ispan  sürrealist  rəssamı 
Salvador  Dali  tarixdə  təkcə  yaratdığı  əsərləri,  dizaynını  verdiyi  bəzək  əşyaları  ilə  deyil, 
həm də çərçivələrə sığmayan davranışı, əndrəbadi xasiyyəti, epatajla dolu jestləri, dəli-dolu 
bəyanatları ilə qalıb. Müsahibələrindən birində «sürrealizm – mənəm» demişdi və bununla 
da  eyni  cərəyana  aid  rəssam  dostlarını  incik  salmışdı.  Amma  doğrudan  da  nədənsə 
sürrealizm dedikdə ağıla ilk öncə Salvador Dali gəlir. Sənəti ilə həyatı bu qədər harmoniya 
təşkil edən başqa sənətkar adını çəkmək çətindir. Dali təkcə sürrealist rəssam deyildi, həm 
də sürrealist adam idi. O öz rəsmlərinə bənzəyirdi: ilk baxışdan anlamaq, məntiqlə təhlil 
etmək mümkün deyil, ayrı-ayrı elementlərə, cəhətlərə ayıranda heç bir məna tuta bilmirsən, 
amma  sənət  əsəri  olması  da  şübhəsizdi...  Dali  sadəcə  reallıqla  irreallığın  kəsişməsində 
gözəl  sənət  əsərləri  yaratmırdı,  bu  sərhəddə  yaşayırdı.  Yaxud  da  bunu  oynayırdı.  O, 
mühitin,  cəmiyyətin  diqqət  mərkəzində  olmaq  üçün  həmişə  rolda  idi;  bir  az  dəli,  bir  az 
aqressiv, gözlənilməz hərəkətlər edən, müsahibələr verən sənətkar rolunda. Salvador Dali 
xarakterində dəliliklə dahiliyin sərhəddi  azqala gözəgörünməz  idi, onun hərəkətlərini də, 
yaşam tərzini də, sənətini də müxtəlif cür yozmaq mümkün idi. Dahilik də saymaq olardı, 
dəlilik də... Məhz rus qızı Qalanın gəlişi ilə Salvador Dalinin həyatı dəyişdi. Daha doğrusu, 
adi  bir  rus  əyalətində,  Kazanda,  sadə  bir  məmur  ailəsində  dünyaya  göz  açmış  Yelena 
Dyankova, yəni Qala cığal uşaqdan Salvador Dali yaratdı desək, yalan olmaz» [18]. 
Məhz  bu  qadın  Dalinin  təkcə  seksual  allüziyaları  dünyasında  deyil,  eyni 
zamanda biznes sahəsində yolgöstərən ulduzuna çevrilir. Qala öz tərəfindən ərinin maliyyə 
işlərini əlinə alır və onu gəlir gətirməyə məcbur etməyi bacarır.  
Jurnalistlər  Qalanı  özünün  varlanması  üçün  Dalidən  istifadə  etməkdə 
günahlandırır,  rəssamı  gərgin  işləməyə  həvəsləndirməklə,  onun  əsərlərinin  satılmasına 
çalışmaqla  pislik  etdiyini  bildirirdilər.  Dalinin  muzasına
102
  çevrilən  Qala  kifayət  qədər 
dünyəvi qadın idi, onu hər vəchlə ancaq  «bu dünyanın insanı» saymaq olardı, onu heç bir 
vəchlə «o dünya üçün yaşayan insan» kimi dəyərləndirmək olmazdı, onun «Yer adamı» 
olduğu dərhal duyulurdu, çünki «göylə» işi olmazdı. Qala həyatın maddi tərəfini həddən 
ziyadə yüksək qiymətləndirir, mənəvi tərəfinə isə heç arabir boylanmaq belə istəmirdi.  
Qalanın Dalidən maddi cəhətdən istifadə etməsi fikri ilə barışmayanlar da vardır. 
Məsələn,  yazıçı  Pərvin  Ələmdar  qızı  Nurəliyeva  həmin  fikri  heç  cür  yaxına  buraxmır. 
Onun qənaətinə görə, zamanla dəbdəbəli həyat, daha çox qazanc əldə etmək istəyi, əlbəttə, 
insanın  xarakterini,  dünyaya,  münasibətlərə  baxışını  dəyişə  bilər,  amma  hər  halda  Qala 
Daliyə aşiq olub, «biz heç vaxt ayrılmayacağıq» – deyəndə rəssam heç də dünya şöhrətli 
milyoner  deyildi,  bu  fədakar  qadın  ərinin  qazancına  qənaət  etmək  üçün  uzun  müddət 
paltarlarını özü tikir, evdən maksimum dərəcədə az çıxır, ziyafətlərə qatılmırdı [18].  
«... Amma Qalanın fədakarlığı yalnız sözdə deyildi. Qala hər kəsin anlaya, duya 
bilmədiyi  sürrealist  rəssamı  dünyaya  təqdim  etmək,  tanıtmaq,  sevdirmək  üçün  hər  şeyə 


69 
 
hazır idi. Dalinin işi sadəcə rəsm çəkməkdi. Yerdə qalan bütün təşkilati məsələləri, təbliğat, 
reklam işlərini Qala öz üzərinə götürmüşdü. O, bir yandan sevgilisini ruhlandırmaq, onda 
özünə,  sənətinin  gücünə  inam  yaratmaq  üçün  əlindən  gələni  edir,  qeyri-adi  bir  ruh 
aləmində,  real  olmayan  dünyada  yaşayır,  digər  tərəfdən  də  soyuq  hesablamalar  aparır, 
sponsorlar  tapır,  rəsmləri  müxtəlif  imkanlı  adamlara  bəyəndirmək  üçün  yollar  axtarır, 
Salvador  Dali  imperiyasını  kərpic-kərpic  hörürdü...  Onun  qadın  fəhmi  menecer  kimi 
gördüyü işlərə əlavə rəng qatır, kömək olurdu» [18]. 
Əslində Qalanın pula çox həris olduğu hər addımından sezilirdi. Buna görə rus 
qadın Dalini daha artıq qazanmaq üçün həvəsləndirir, onun çox pul əldə etmək arzusunu 
gücləndirirdi.  Məhz  bunun  əsasında  tezliklə  Dalini  «Breton  qrupundan»  çıxarırlar.  Paris 
rəssamları  arasında  formalaşmış  mühitdə  elə  həmin  Bretonun  ipi-sapı  olmayan  «yüngül 
dili» ilə Dali «Avida Dollars» ayama-anaqramması alır. Dalinin adından və familiyasından 
düzəldilən  həmin  ifadə  təxmini  tərcümədə  «dollarlar  axtarıram»  deməkdir.  Tamamilə 
mümkündür  ki,  həyat  yoldaşının  pula  hərisliyi  Dalinin  yaradıcı  fantaziyasını  müəyyən 
dərəcədə  kasıblaşdırmış  və  məhdudlaşdırmışdı,  ancaq  bunun  müqabilində  ona 
ümumdünya şöhrəti qazandırmışdı. 
Qalanın  bir  qadın  kimi  xüsusi  vurğulanmağa  layiq  üstün  cəhəti  onun 
xarakterinin  möcüzəvi  tərəfindəydi.  Qala  sevdiyi  kişinin  ürəyindən  keçəni  böyük 
dəqiqliklə elə həmin andaca duyurdu, sonra həyata keçirirdi,  arzuladığını edirdi, eşitmək 
istədiyini  deyirdi.  Qala  kişinin  ehtiyacına  uyğun  qayğıkeş  ana,  mehriban  dost,  tələbkar 
sevgili, yaxud ehtiraslı məşuqə ola bilirdi. Qadının dilə gətirilməyən ehtiyacları hiss etməsi 
daha maraqlıydı. Qalanın bacısı Lidiya öz dostları ilə söhbətlərində təəccübünü gizlətmirdi: 
«Qala Dalinin uşaq kimi nazıyla oynayır. Axşamlar onun üçün kitab oxuyur, ona hansısa 
həbləri içirdir, gecənin bir aləmi ərinin vahimə və narahatlıqlarını qovmaq, pis fikirlərini 
dağıtmaq  üçün  səbrlə  nələrsə  danışır...  Dali  saatı  qonağın  üstünə  tullayanda  Qala  tez 
sakitləşdirici damcılarla onun üstünə cumur ki, birdən Allah eləməmiş ürəyi gedər...» [18]. 
Rəssam  «Bir  dahinin  gündəliyi»  əsərində  yazırdı:  «Qala  sanki  iştahadan 
kəsilmiş övladına görə narahat olan ana kimi səbrlə təkrar edirdi: «Balaca, bax gör, sənə nə 
tapmışam?! Sən bunu bir yoxla, maye ənbərdir. Özü də bişirilməyib... Deyirlər ki, Vermer 
də bundan qəbul edəndən sonra yaxşıca şəkil çəkirmiş». 
Qalanın Daliyə qayğıkeş, kövrək münasibət bəsləməsi ona heyrətamiz dərəcədə 
güclü  sakitləşdirici  təsir  bağışlayırdı.  Amma  bu  yupyumşaq,  mehriban  «ananın»  yeri 
gələndə  təzadlı  hisslər  keçirən,  emosional  böhran  dövrünü  yaşayan  sevgilisinə  «məni 
öldür!» deməsi möcüzəli görünür. Dali sevgisinin aşıb-daşdığı, emosiyalarının dözülməz 
həddə çatdığı, ilhamının coşduğu, aqressiyasının artdığı bir məqamda Qalanın boğazından 
yapışıb  yüngülcə  boğur  və  qışqıraraq  deyir:  «İndi  sənə  nə  edim,  de  görüm,  nə  edim 
səninlə?!»  Qala  həmin  möcüzəvi  cavabını  verir:  «məni  öldür!»  İstedadlı  yazıçımız  bu 
məqama xüsusi qiymət verir: «Öldür məni – deyir, ona görə yox ki, ölmək istəyir, ona görə 
yox ki, qorxur... Yox, ona görə ki, indi, məhz bu an Dali o cavabı gözləyir, o cavabı almaq 
istəyir!  Bu,  oyun  deyil,  əsla,  burada  riyakarlıq,  saxtakarlıq  da  yoxdur.  Bu,  sadəcə  qadın 
fədakarlığının daha dərin, daha gizlin məqamıdır»  [18]. 
Qala  təkcə  sevdiyi  kişilərin  həssas  damarını  deyil,  dünyanın  da  nəbzini  tuta 
bilirdi.  Şübhəsiz  ki,  qadının  hər  müşahizəsinin  maddiyyata  söykənməsi  burada  az  rol 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə