Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   23   24   25   26   27   28   29   30   ...   73

72 
 
Bunlar çox vacibdir! Gözlər heç olmasa ağıllı təsir bağışlamalıdır. Eleqant qadının üzündə 
sadəcə gözəl xanıma xas səfeh ifadə ola bilməz... Eleqant qadının dodaqlarının ətrafında 
mütləq  bir  yadlıq,  özündən  razılıq,  kədər  sezilməlidir.  Amma  hərdənbir,  həyəcanlı 
dəqiqələrdə onun siması dəyişir, başqalaşır, səmavi bir incəliklə dolur...» [18]. 
Dalinin muzası Qala sonralar deyirdi ki, rəssam məhəbbətin hər hansı şəhvani 
təzahürünə nifrət bəsləyirdi, sadəcə olaraq yad bədənə toxunmaqdan çox qorxardı, bundan 
tez vahiməyə düşərdi. 
Dali istedadının inkişaf  tarixi  bununla  məşhur  psixoanalitik  Ziqmund  Freydin 
irəli  sürdüyü  nəzəriyyənin  ümumi  müddəalarını  büsbütün  təsdiqləyir.  Qadınlarla 
münasibətində son dərəcə utancaq olan, zərif cinsin nümayəndələri qarşısında sıxılan, heç 
vaxt onlara pərəstişkarlıq etməyən, heç bir qıza, qadına, arvada seksual partnyor gözü ilə 
baxmayan, bunu bacarmayan Dali birdən-birə erotizm simvolu olur, XX əsr erotikasının 
«seks  üzrə  firma  nişanına»  çevrilir.  Rəssamın  erotik  məzmunlu  kənarlanmaları,  normal 
göstərici kimi qəbul edilmiş həddən aşkar surətdə qırağa çıxmaları onun uğursuz gəncliyi 
ilə  tam  şəkildə izah  edilə  bilər.  Çünki  həmin  illərdə gənc insanın  əsas vəzifəsi  Federiko 
Qarsia  Lorkanın  arzuolunmaz  təsirlərindən  və  müvafiq  surətdə  onun  homoseksual 
meylindən azad olmaqdan ibarət idi. Bu məqsədinə çatdıqdan sonra Daliyə xeyli müddət 
ərzində  füsunkar  qadın  bədənindən  qeyri-sağlam  qorxma  hissinin  qarşısını  almaq  üçün 
amansız  mübarizə  aparmaq  lazım  gəlmişdi.  Beləcə  seksual-erotik  hisslərin  qaynayıb-
coşduğu, kifayət qədər məhsuldar olduğu dövrdə cinsi instinktin tələblərini yerinə yetirmək 
əvəzinə  lüzumsuz  qüvvələrlə  qaçılmaz  mübarizə  aparmaq  zərurəti  yaranmışdı.  Dalinin 
cızdığı  «ssenari»  əsasında  onun  gözləri  önündə  əyilmiş  qadın  bədənlərinin  tikanlı 
konstruksiyalarla  əhatəyə  alınması,  yaxud  elastik  gözəlçələrin  bir-birinə  bağlantılarına 
çiçək  formasının  verilməsi  təsadüfi  ola  bilməzdi.  Bükülmüş  qadın  bədənlərinin  çıxıntılı 
qurğularla  dövrələnməsi  burada  sadomazoxist  motivləri  görməyə  imkan  yaradır,  çiçək 
formasının verilməsinə gəldikdə sual altında olsa belə bunu böyük ehtimalla narsissizmin 
təzahürü  kimi  şərh  etmək  mümkündür.  Əlbəttə,  anlaşılmaz  fantaziyanın  doğurduğu 
nəticələr  öz  qeyri-adiliyinə  baxmayaraq  təsviri  incəsənət  həvəskarlarında  böyük  tələbata 
səbəb olmuşdur. Dalinin əsərlərinin yaxşı satılması və Qalanın pul dağarcığının gündən-
günə böyüməsi belə bir tələbatın son dərəcə yüksək olduğunu təsdiqləmişdir. Bununla bir 
vaxtda belə şeylər freydist üçün yaradıcılıqda şəxsiyyətin seksual motivlərinin çox güclü 
şəkildə sıxışdırılmasına (sublimasiyasına) şəhadət verən faktlar kimi dəyər qazanır [41]. 
Salvador  Dali  dünyada  seksual  meylin  şüuraltı  motivlərinə  dərindən  nüfuz 
etməyi  bacarmış  çox  olmayan  rəssamlardan  biridir.  Şübhəsiz  ki,  S.  Dalinin  yaradıcı  irsi 
təkcə sənətşünaslar (incəsənət mütəxəssisləri) üçün deyil, eyni zamanda seksoloqlar (seks 
mütəxəssisləri) üçün hələlik yetərincə aparılmamış tədqiqatların nəhəng bir sahəsidir. Bunu 
araşdırmalar  üçün  geniş  bir  meydan  kimi  təsəvvür  etmək  olar.  Dali  yaradıcılığının  çox 
yaxşı öyrənilmədiyi heç kimə sirr deyildir.  
Dalinin  bəzi  əsərlərində  dəhşətli  kabuslar,  əcaib-qəraib  məxluqlar  təsvir 
olunmuşdur.  Bu  baxımdan  1931-ci  ildə  yaratdığı,  Nyu-Yorkda  Müasir  İncəsənət 
muzeyində saxlanılan «Yaddaşın sabitliyi», 1935-ci ildə ərsəyə gətirdiyi, Bazeldə Kütləvi 
bədii  kolleksiyada  saxlanılan  «Alovlanan  zürafə»  əsərlərini  xatırlamaq  olar.  Həmin 


73 
 
əsərlərdə  «qeyri-təbii  şəraitin  və  əşyaların  məntiqsiz  surətdə  qəsdən  bir-biri  ilə 
əlaqələndirilməsi yalnız zahirən real təsir bağışlayır [4, səh. 321, sağ sütun].  
Salvador Dali dini mövzuda çəkdiyi əsərlərində klassik süjetlərə ifrat dərəcədə 
ekssentrik  (qeyri-adi)  fantastika  gətirmişdir.  Buna  nümunə  olaraq  1955-ci  ildə  çəkdiyi, 
hazırda  Vaşinqtonun  Milli  İncəsənət  Qalereyasında  saxlanılan  «Məxfi  axşam»  əsəri 
göstərilə bilər. 
«...  Möhtəşəm,  güclü  Qalanın  tək  bir  düşməni  vardı:  illər.  İllər  onun  dərisiylə 
birgə ruhunu da soldurur, qocaldırdı. O, öz şuxluğunu saxlamaqdan ötrü min cür vasitəyə 
əl atırdı. Amma çifayda... xeyri yox idi! İllərin necə ciddi rəqib olduğunu başa düşüncə 
Qala təkliyə, ərinin ona hədiyyə etdiyi qədim Pubol qəsrinə çəkilir. 
Dalidən  uzaqlaşır...  Gənc  aşiqləriylə  şəxsi  qəsrində  görüşür,  onları 
«vitaminlərim»  adlandırır.  Amma  bu  «vitaminlər»  də  keçib  gedən  gəclik  təravətini 
qaytarmaqda  aciz  idilər.  Qala  Daliyə  yalnız  özünün  təyin  etdiyi  günlərdə  qalaçaya 
gəlməyə,  onunla  görüşməyə  icazə  verirdi.  Və  bu  da  onun  ərinə  qeyri-adi  münasibətinin 
daha bir göstəricisi idi... Çox güman ki, Qala bu qaydanı öncədən hazırlaşmaq, bacardığı 
qədər təracvətli görünmək üçün qoyub» [18]. 
 
 
Şəkil 42. Salvador Dalinin öz arvadı Qalaya hədiyyə etdiyi Pubol qəsri 
 
 
 
Şəkil 43. Qala Dali. Salvador Dalinin Marbelyedə ucaltdığı heykəl 
 
1968-ci ildə rəssam Qala üçün Jirona əyalətində Pubol deyilən kiçik qəsəbədə 
bir qəsr  almışdır.  Lakin  razılaşdırılmış şərtə görə  əri arvadının qabaqcadan  yazılı icazəsi 
olmadan  qəsrə  baş  çəkə  bilməzdi.  Yelena  həyatının  son  illərini  orada  keçirmişdir. 


74 
 
Həyatının son illərində Qala tez-tez təkrarlayırdı: «Ölüm günü həyatımın ən xoşbəxt günü 
olacaq!» 
Ömrü boyu güclü, cazibədar bir qadın olan Qala 1982-ci ilin 10 iyununda 88 
yaşında  ikən  İspaniyanın  Kadakes  (Cadaques)  bələdiyyəsinin  Port-Liqat  şəhərində vəfat 
etdi.  Vəsiyyətinə  görə qadın  əri  Dalinin ona hədiyyə  etdiyi  Pubol qəsrində dəfn olundu. 
Xanımının vəsiyyətini yerinə yetirmək üçün rəsam İspaniya qanunlarını pozmaqla bir riskə 
getmişdi. Məsələ burasındadır ki, ispan qnunlarına görə, insan dünyasını dəyişdikdən sonra 
rəsmi icazə olmadan onun cəsədini bir yerdən başqa yerə aparmaq qəti surətdə qadağan 
edilmişdi.  Ancaq  Dali  Qalanı  geyindirib  maşınına  qoymuş  və  tanış  bir  rahibəni  özüylə 
götürərək qəsrə yollanmışdı. Qala qəsrdə dəfn edilərkən Dali orada iştirak etmir, yalnız bir 
neçə  saatdan  sonra  qəbrə  yaxınlaşıb  xeyli  baxmış  və  demişdi:  «görürsən,  ağlamıram?!» 
[18]. 
Qaladan sonra Dali yeddi il yaşayır. Əslində Qalanın dünyadan köçməsilə sanki 
Dali  də  ölmüşdü.  Qalasız  Dali  qorxaq  uşağa,  kompleksli  yeniyetməyə,  qüsurlu  kişiyə 
bənzəyirdi. Həqiqətən Qala vəfat etdikdən sonra Dali tamam başqa bir adama çevrilmişdi, 
sarsılmışdı.  Sadəcə  olaraq  qəribə,  çoxlu  psixoloji  qüsura  malik  bir  rəssam,  rejissorunu 
itirmiş, rolunu unutmuş bir aktyor olaraq ölümünü gözləyirdi [18]. 
Salvador  Dali  1989-cu  ildə  Figerasdakı  öz  malikanəsində  öldü.  Yer  kürəsinin 
çox  ölkəsini  gəzən  sənətkarın  məhz  burada  canını  tapşırmasında  da  bir  qəribəlik  vardı. 
Həyat  ona  hər  sifətdə  ola  bildiyini  sübut  etmiş,  çox  şeyi  başa  salmış,  öyrətmiş,  enişli-
yoxuşlu yollarında onu çox mətləblərdən xəbərdar etmiş, dünyanın çox yerini gəzdirmiş, 
lakin axırda planetin üzərində işıqlı aləmə göz açdığı nöqtəyə qaytarmış, yalnız bundan 
sonra ondan ayrılmış, onunla vidalaşmışdı. Beləliklə, Dalinin məkan daxilindəki simvolik 
həyat sikli qapanmış, rəmzi yaşam dövrü başa çatmışdır, ancaq zaman daxilində onun heç 
vaxt  qapanmayacağını,  gələcək  nəsillər  üçün  daim  açıq  qalacağını  əminliklə,  tərəddüd 
etmədən söyləmək mümkündür.  
Dali adamların ayaqları altında torpağa tapşırılmasını vəsiyyət etmişdi, öləndən 
sonra  məzarı üstündə  insanların  gəzməsini  istədiyini  bildirmişdi.  Onun  vəsiyyətinə  əməl 
edildi.  Sənətkar  Figerasda  yerləşən  teatr-muzeyin  döşəməsinin  altında  basdırıldı.  İndi 
həmin muzeyə incəsənət həvəskarları Dalinin teatr-muzeyi kimi baş çəkirlər. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə