Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   26   27   28   29   30   31   32   33   ...   73

81 
 
Kandavlizm elə bir meyl pozğunluğudur ki, onun qarşısında individ tamamilə 
gücsüz olur və təslim olmaqdan başqa yolu qalmır. Kişilərin bir «azarı» olan kandavlizm 
ailə üçün ciddi təhlükədir. 
Ruslar arasında işlənən və hamıya tanış gələn atalar sözlərində deyilir ki, kişi öz 
arvadının gözəlliyi ilə öyünüb lovğalanmamalıdır, çünki bununla başqa qadınları incik sala, 
kişiləri  isə  hərəkətə  keçirə  bilər.  Belə  ki,  bir  kişinin  arvadını  çox  tərifləməsi,  onun 
gözəlliyinin misli-bərabəri olmadığından ağızdolusu danışması onu eşidən digər qadınların 
qəlbini sındıra bilər. «Gözəl olan təkcə sənin arvadın deyil» kimi sözlərin işlənməsi artıq 
zərif  cinsin  nümayəndələrinin  inciyib  küsmələrindən  xəbər  verir.  Yad  kişilərə  gəldikdə 
onlar  arvadı  ağzından  düşməyən  həmin  insanın  həyat  yoldaşının  həqiqətən  gözəl-olub 
olmadığını müəyyənləşdirmək fikrinə düşə bilərlər. 
Məşhur  fransız  yazıçısı,  tarixçi,  hüquqşünas,  maarifləndirici  filosof  və  ictimai 
xadim  Şarl  Lui  Monteskyö  (Charles-Louis  de  Montesquieu)
105
  demişdir:  «Fransızlar 
demək olar ki, öz arvadları haqqında danışmırlar: kişilər yad adamların yanında arvadları 
barəsində danışmaqdan qorxurlar, çünki kənar adamlar bu arvadları ərlərinə nisbətən daha 
yaxşı tanıyırlar». 
Ancaq kandavlist ər ataların müdrik sözlərinə məhəl qoymur, onların əleyhinə 
çıxış edir. Belə kişi qarayaxa, zəhlətökən, təngətirən olmasa da, hər halda həyat yoldaşının 
gözəl,  lətafətli,  məlahətli,  zərif  olması  barəsində  öz  fikirlərindən  əl  çəkmir,  səbatlılıq 
nümayiş  etdirir,  «sözünün  üstündə  durur».  Arvadının  gözəllikdə  tayı-bərabərinin 
olmadığını inadla söyləyir, onun incəliyini, cazibədarlığını bütün boyaları ilə, üstəlik bir 
qədər bəzək-düzək verməklə, azca şişirtməklə təsvir edir. Belə təkidli, israrlı mövqe heç 
vaxt  onu  bezikdirib  usandırmır.  Kişi  söhbəti  eşidənlərdən,  iştirakçılardan  kiminsə 
həqiqətən  onun  arvadının  yaxşı,  gözəl  olduğuna  praktikada  əmin  olmaq  fikrinə  düşə 
biləcəyinə xəlvətdə ümid edir. Heç kəs bilmədən, gizlində olan həmin arzusunun həyata 
keçməsi üçün kişi arvadını çılpaq halda nümayiş etdirməyə başlayır. Çox keçmədən ərin 
əməyi  öz  «bəhrəsini  verir».  Barəsində  tez-tez  danışılan  arvadı  məhz  çılpaq  vəziyyətdə 
çoxdan görməyə çalışan yad kişilər yaranmış vəziyyətdən dərhal istifadə edirlər. Arvadın 
gözəlliyinə,  cazibədarlığına  qəti  surətdə  əmin  olmaq  üçün  onlar  fürsəti  əldən  vermək 
istəmir, heç olmasa erogen zonalarına baxmağa hökmən can atırlar.  
Əgər arvad hər  hansı bir kişinin könlünə  yatırsa, onun baxışlarını özünə cəlb 
edirsə, kandaulezist ər bundan çox məmnun qalır. Kandaulezist ər yalnız bunu arzulayır ki, 
hər  kim  istəsə  onun  arvadını  ələ  keçirsin,  ən  müxtəlif  ekzotik  pozisiyalarda  bədəninə 
yiyələnsin. Kandaulezist ər nəyə görəsə belə bir fikirdə olur və dam bunu istəyir.  
Kandaulezist ər öz qəribə meylinə görə yeganə adam olmadığını yaxşı bilir. Bu 
mövzuda internetdə artıq xeyli sayda sayt vardır. İnsanlar məsələyə münasibətini bildirir, 
öz fikirlərini açıqlayır, verilən sualları cavablandırmağa çalışırlar. Saytlarda tarixçələr təsvir 
edilir,  şəkillər  yerləşdirilir,  belə  ailələrin  bir-birilə  tanış  olmaları  üçün  lazımi  rekvizitlər 
verilir.  Ayrı-ayrı  forumlarda  mövzu  ciddi  müzakirə  edilir.  Onlar  əsasən  əcnəbi  dillərdə 
olur. Şükürlər olsun ki, Azərbaycan dilində saytlarda belə məlumatlar hələlik çox deyildir. 
Yalnız ayrı-ayrı saytlarda epizodik xarakterli «çağırışlara» rast gəlinir. Lakin «cücərtilərin» 
olması  artıq təhlükənin  yaxınlaşmasından xəbər verir.  Seksual kənarlanmaların təbiətinə 
dair fikir yürüdəndə yalnız elmi məlumatlar əsasında qərar vermək lazımdır. 


82 
 
Kandaulezist  ər  səmimiyyətlə,  açıq  şəkildə  etiraf  edir  ki,  qeyri-adi  həvəsin 
əxlaqi-etik  və  tibbi-psixoloji  tərəfləri  onlara  qətiyyən  toxunmur.  Kandavlizmə  mübtəla 
olmuş kişi bu cür şeylərə görə zərrə qədər olsa belə narahatlıq keçirmir, ayrı-ayrı insanların 
ona hansı qiyməti verəcəklərini heç vaxt vecinə almır, buna görə anlaşılmaz və qəribə cinsi 
meyli  barəsində  görüb-eşidənlərin  ona  dərhal  tüpürəcəklərini,  onu  qeyrətsiz,  namussuz, 
şərəfsiz  hesab  edəcəklərini  qabaqcadan  yaxşı  bilir,  daim  özünü  buna  hazırlayır.  «Onlar 
hamısı  boş-boş  söhbətlərdir,  mənim  üçün  ümdə  olanı  öz  seksual  tələbatımı  təmin 
etməyimdir»  müddəası  kandaulezist  ərin  həyat  devizinə  çevrilir.  Kandavlizmdən əziyyət 
çəkən  kişi  eyni  meylə  malik  olan,  baxışlarını  bölüşən  həmcinslərilə  rastlaşdıqda  onlarla 
birlikdə məsələni məmnuniyyətlə dərindən müzakirə edir və xeyli rahatlıq tapır.  
 
§ 2.2. Kandavlizmin təsnifatı və ayrı-ayrı formalarının klinik mənzərəsi 
 
«Bizim keçirdiyimiz xəstəliklər elə min illərlə bundan qabaq olmuş 
naxoşluqlardır, lakin həkimlər onlara çox baha qiyməti olan adlar axtarıb tapmışlar».  
Naməlum müəllif 
 
* * * 
 
Səfeh İvan çarın qızı ilə evlənir və səltənətin yarısının sahibi olmaq hüququ 
qazanır. Təmtəraqlı toy edilir, məclis başa çatır, qonaqlar dağılışırlar. Yatmaq vaxtı gəlib 
çatır, gəlin onu qoyub harasa gedən İvanı xeyli gözləyir. Bəyin gəlib çıxmadığını görən 
gəlin dilxor halda onu axtarmağa başlayır. Sarayın bütün otaqlarına baxan gəlin 
mehtərlərdən İvanı görüb-görmədiklərini soruşmaq üçün at tövləsinə yollanır. Çar qızı 
adaxlısını tövlədə görəndə çox təəccüblənir və nəzakətlə ondan soruşur:  
– Mənim İvanım, sənin belə zarafat eləməyin də varmış! Bayaqdan  
səni gözləməkdən artıq yoruldum.  
Atabaxanlarla zarafat edə-edə şirin-şirin kart oynayan sarsaq İvan gəlinin 
tövləyə niyə gəlməsini soruşur:  
– Sənə nəsə lazımdır? Bura niyə düşmüsən? 
– Necə bəyəm?! Bilmirsən ki, bu gecə bizim ilk nikah gecəmizdir! Səbirsizliklə 
gözlədiyim bir gecə! Daha yubanmaq nəyə lazım, kartı qoy bir qırağa,  
sabah oynamağa vaxtın çox olacaq. 
Gəlinin «inadkarlığından» narazı kimi görünən İvan kartı saxlamaq  
fikrinin olmadığını bildirir: 
– Olsun, eybi yoxdur, indi əmr edərəm, gəlib sənin məsələni həll edərlər, bir 
pərdəni cırmaqdan ötrü oyunu bu maraqlı yerində saxlamayacağam ki?!  
İvanın necə gicliklə davranmasına məəttəl qalan mehtərlər ağızlarının suyunu 
axıda-axıda onun məhz kimə əmr edəcəyini həsrətlə gözləyirdilər... 
(Lətifə) 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə