98
görmək istəyən bəzi şou-biznes adamları çox müzakirə olunmaq üçün bilərəkdən intim
xarakterli məlumatlar sızdırırlar. Tarixin müxtəlif dövrlərində seksuallığı araşdırmış və
cinsi həyat məsələləri haqqında kitab yazmış tədqiqatçılar bir çox hallarda möhkəm
təzyiqlərə məruz qalmış, sıxışdırılmış, əxlaqsızlığı yaymaqda günahlandırılmış, titulları
əlindən alınmış, qəsdən maliyyə sıxıntısına məruz qoyulmuş, hətta bəzən zindanlara
salınmışlar. Bir sözlə, cinsi həyat məsələləri həmişə şiddətli surətdə nəzərə çarpır.
Ənənəvi nikahla başlayan seksual münasibətlərdə bir çox hallarda hədsiz sayda
qeyri-ordinar
106
hallar baş verməsi barəsində məlumatlar verilir.
Kandavlizm cinsi motivasiyanın pozulmasının bir forması olub, kişinin çılpaq
halda olan arvadını, yaxud onun surətini başqa adamlara nümayiş etdirməkdən cinsi həzz
əldə etməsilə səciyyələnir.
Kandavlizm seksual üstün tutmanın pozulmasının bir formasıdır. Kişiləri belə
tünd, kəskin bir addım atmağa məhz nəyin təhrik etdiyini söyləmək çox çətindir. Lakin
burada mazoxizmin bütün əlamətləri göz qabağındadır. Kandavlizm zamanı çox vaxt
mazoxizmlə ekshibisionizm bir yerdə müşahidə olunur. Təsadüfi deyildir ki, kandavlizm
passiv alqolaqniyanın (mazoxizmin) ekshibisionizmlə qovuşmasının mürəkkəb, qəribə,
təmtəraqlı bir formasıdır. Psixoanalitik ənənədə kandavlizm məhz mazoxizm və
ekshibisionizmin qovuşması, onların birləşməsi kimi şərh olunur.
Məşhur polyak seksoloqu Kazimej İmelinski (Kazimierz Imielinski)
kandavlizm və onun yaranma səbəbləri barəsində məlumat vermişdir.
Əlbəttə, bir seksual deviasiya olaraq kandavlizmdə müəyyən mazoxist
tendensiyalar rol oynayır [40, səh. 302].
Kandavlizm zamanı ekshibisionizmdə olan mexanizm özünü göstərir. Lakin
kandavlizm kişi ekshibisionizmindən yalnız onunla fərqlənir ki, burada fallosun (ereksiya
vəziyyətində olan kişi cinsiyyət üzvünün) yerində sevimli arvadın bədəni dayanır. Xüsusən
arvadın bədəni gözəl olduqda onun fetişizasiyası halında şəxsin qürrələnməsini və güclü
seksual oyanma əldə etməsini aydın müşahidə etmək olar. Bu zaman həqiqətən kandavlist
ər arvadının çılpaq halda göstərdiyi bədəninin gözəl olmasından fəxr duyur və həzz əldə
edir. Əlbəttə, çılpaq arvadı görən kişilərin onun gözəl olması barəsində yüksək fikirləri və
bunu təsdiqləmələri belə binamusun ürəyində əvəzsiz bir rahatlıq və özünəarxayınlıq
yaradır. «Bəxtəvərin arvadının nə gözəl bədəni var», «gözəl arvad elə bu cür bədənə malik
olmalıdır» kimi ifadələr işlədilirsə və bundan həmin kişi xəbər tutursa, sevincinin həddi-
hüdudu olmur. Yad baxışlar kişinin «xüsusi malına» ünvanlandığı üçün ona ləzzət edir.
Belə mazoxistik komponent də həmçinin kişiyə arzusunu reallaşdırmaqda müəyyən qədər
kömək edir. Buna görə polyak seksoloqu Kazimej İmelinski haqlı olaraq kandavlizmi
«mazoxizmlə birləşən ekshibisionizmin bir növü» kimi təqdim etmişdir. K. İmelinski
kandavlizmə ekshibisionizmlə mazoxizmin qovuşmasının xüsusi bir forması kimi
baxmışdır. K. İmelinski deyirdi ki, kandavlizm zamanı özünə əzab, işkəncə vermənin
mazoxist komponenti əsas rol oynayır [33].
Səbəbinə və inkişaf mexanizminə görə kandavlizmin aşağıdakı dörd forması
ayırd edilir: 1) öyünmə kandavlizmi; 2) səxavətlilik kandavlizmi; 3) görməmişlik
kandavlizmi; 4) uğurlara sevinmə kandavlizmi.
99
Əgər kişi arvadının həddən ziyadə gözəl olduğunu bildirirsə, erotik cazibədarlığa
malik belə bir qadına yiyələnməsinə görə öyünürsə, çılpaq halda göstərdiyi həmcinslərinin
ona valeh olduqlarına əmin olursa, bundan sonra dost, tanış və digər kişilər arasında
lovğalanırsa, həmin hadisəyə öyünmə kandavlizmi deyilir. Supermen
1
olduğunu zənn edən
kandavlist bununla təkcə hamının heyran olduğu arvadını deyil, eyni zamanda onun yataq
yoldaşı olan özünü də tərifləmiş olur. Arvadının gözəlliyi və cazibədarlığı ilə öyünüb
lovğalanmaqla səciyyələnən kandavlizm forması kifayət qədər geniş yayılmışdır. Öyünmə
kandavlizmi hələ lap qədim dövrlərdən müşahidə edilmişdir. Hökmdarlardan tutmuş sıravi
kişilərə qədər xeyli kişinin öyünmə kandavlizminə mübtəla olmaları barəsində ədəbiyyatda
çoxlu məlumat vardır.
Uşaqlıq illərində xəsislik üstündə möhkəm cəzalandırılmış oğlanın böyüdükdən
sonra hər şeyini, hətta arvadını belə bölüşməyə hazır olmasından ibarət olan pozğunluğa
səxavətlilik kandavlizmi deyilir. Tədqiqatçıların gəldiyi qənaətə görə, uşaqlıq illərində
xəsislik (simiclik) üstündə oğlanın möhkəm cəzalandırılması, aramsız tənbeh edilməsi
bunun üçün bir əsas olaraq xidmət göstərə, ona zəmin hazırlaya bilər. Uşağa durmadan
təlqin edilir ki, yaxın adamlar və dostlar üçün heç nəyi əsirgəmək, verdiyinə təəssüflənmək,
heyfsilənmək olmaz. Zıqqılıq üstündə bir neçə dəfə üzü danlanan, məzəmmətləndirilən,
«nəsə bir şeyi verməyə təəssüf etmək, buna peşman olmaq pis xasiyyətdir» kimi
nəsihətlərlə qulaqları doldurulan uşaq xəsisliyin yaraşmayan bir cəhət olduğunu çox
möhkəm mənimsəyir, «dərs alır», böyüyəndən sonra topladığı həyat təcrübəsinə əsasən
əlində olduğu istənilən bir şeyi həmişə və artırılmış dərəcədə mütləq mənada hamı ilə
bölüşməyin lazım gəldiyini düşünür, belə bir addımın daha doğru olduğuna şübhə etmir.
Artıq böyüyüb kişi olmuş həmin şəxs nəsihətə qulaq asaraq öz arvadını da bölüşməyə
qərar verir. Halbuki həyatda heç də hər şeyin bölüşdürülməli olmadığı elə uşaq vaxtında
ona izah edilməliydi. Oğlana elə uşaq vaxtında başa salınmalıydı ki, məhrəm hesab edilən,
gizli tutulan, məxfi saxlanan şeyləri bölüşməzlər. Xüsusən ailənin intim dünyasına aid olan
bütün əlamət və hadisələr başqalarına bildirilməməlidir, bunlar bölüşmək üçün deyildir.
Ümumiyyətlə, uşaqlıq dövründə amansız cəzalandırma heç vaxt yaddaşdan
silinmir və yaşa dolduqdan sonra özünün acı nəticəsini ortaya qoyur. Uşaqlıq dövrünün
kədərli anları yetkin yaşda insanı cürbəcür anormal meyllərə səsləyə, onu cinsi həyatda
qeyri-standart addımlar atmağa haylaya bilər. Həqiqətən uşaqlıq dövründə individin hər
hansı xoşagəlməz hadisədən həddən ziyadə məyus olması, onun pərt və dilxor halda
yaşaması yaddaşından silinmir. Sözümüzün canı ondadır ki, parafiliyaların yaranmasında
uşaqlıq illərinin ovqatı təlx edən xatirələri müstəsna əhəmiyyətə malikdir. Şübhəsiz ki,
kandavlizm bir parafiliya forması olaraq belə bir mexanizmdən kənarda qala bilməz. Gəlin,
bir klinik nümunəni nəzərdən keçirək.
2002-ci ilin sentyabr ayının 7-də Ukraynanın «Faktlar və şərhlər» adlı
qəzetində
107
tanınmış jurnalist Aleksandr Mixayloviç Qoroxovski
108
maraqlı bir məqalə
dərc etdirmişdi. Məqalədə təsvir edilən hadisənin bir klinik nümunə olaraq kandaulezizmin
etiologiyası və patogenezi haqqında söhbətə aydınlıq gətirilməsi üçün əhəmiyyətini nəzərə
alıb aşağıda onu təqdim edirik [29].
Bir neçə ildir ki, nikahda olan gənc ər-arvad iki uşaq böyüdüb tərbiyə ediblər.
Onların seksual həyatı adəti çərçivəyə salınmışdır. Tərəflər praktik olaraq oral nəvazişlərə
Dostları ilə paylaş: |