Kandavlizm Şahin Böyükağa oğlu Əlibəyli Candaulism



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/73
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5796
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

92 
 
dadmaq,  onu  yoxlamaq  arzusu  ürəkdən  gəlir  və  tamamilə  təbii  görünür.  Altıncısı,  ər  öz 
arvadının  cavan  oğlanla  intim  hərəkətlərini  kənardan  müşahidə  edir,  bundan  nəinki  pis 
olmur, əksinə, həmin aktivlik onun xoşuna gəlir. Bütün bunlar onun kandavlizmə mübtəla 
olduğuna dəlalət edir.  
Qeyri-həqiqi  kandavlizm  müvəqqəti  xarakter  daşıyır.  Çünki  tərəflər  seksual 
təminedilmənin ancaq maraq doğuran müvəqqəti üsulu kimi buna əl atırlar. Əksər hallarda 
tərəflər qeyri-adi təcrübəni davam etdirmək istəmirlər. 
Qeyri-həqiqi  kandavlizm  yeniliyə  cəhd  edən,  hər  şeydən  baş  çıxarmağı 
arzulayan, özünü və seksual partnyorunu istənilən situasiyaya hazırlamağı sevən adamın 
bir  hərəkəti  kimi  qiymətləndirilir.  İlk  baxışda  qeyri-həqiqi  kandavlizmin  sadəcə  seksual 
eksperiment  aparmanın  bir  forması  olaraq  təhlükəsizliyi,  hətta  cinsi  həyatı  rəngarəng 
etməsi  baxımından  müəyyən  qədər  əhəmiyyət  kəsb  etdiyi  qənaətinə  gəlinə  bilər.  Lakin 
məsələnin dərinliyinə vardıqda ona ötəri bir məşğuliyyət kimi yanaşmaq doğru olmazdı. 
Birincisi,  seksual  partnyorun  hətta  cəmi  bir  dəfə  çılpaq  halda  başqa  kişiyə  göstərilməsi, 
yaxud  onun  ixtiyarına  verilməsi  həyat  yoldaşına  qarşı  nifrət  hissi  formalaşdıra,  ona 
münasibətdə ikrah doğura bilər. Həyat yoldaşına qarşı rəğbət hissinin üstündən qalın xətt 
çəkən belə bir nifrət hissinin uzun müddət aradan qalxmaması mümkündür. İkincisi, qəribə 
tərzdə  cinsi  həyat  yaşamağın  dadına  baxdıqdan  sonra  tərəflərin  iyrənib  onu  birdəfəlik 
unudacağı mümkün ola bildiyi kimi, yenə təkrar etmək qərarının çıxarıla biləcəyi də istisna 
edilmir.  Həqiqətən qeyri-adi aktivliyin təcrübədən keçirilməsindən sonra tərəflərdən biri, 
yaxud nadir hallarda hər ikisi onu xoşlaya və sonradan yenidən təkrarlamaq fikrinə düşə 
bilər.  Üçüncüsü,  kandavlistik  təcrübə  hər  bir  kişinin  qəlbində  ola  biləcək  oxşar  meyl 
cücərtisinin sürətlə inkişaf etməsinə təkan verə bilər. 
Bir  çox  hallarda  kandavlizm  kişinin  həyatında  sarsılmaz  xarakter  alır,  çox 
möhkəm olur və normal cinsi həyatı tamamilə əvəz edə bilir. Adəti qaydada yaşanan cinsi 
akt kişiyə heç bir ləzzət bəxş etmir. Ancaq kişi kandavlistik təmayülünü reallaşdırdıqda çox 
möhkəm ehtiraslanır, güclü seksual oyanma və orqazm yaşayır. Odur ki, belə hal həqiqi 
kandavlizm  (candaulismus  vera),  yaxud  qeyri-yalançı  kandavlizm  adlanır.  Bəzi 
mənbələrdə  ona  əsl  kandavlizm,  yaxud  xalis  kandavlizm  deyilir.  Həmçinin  onu  total 
kandavlizm (candaulismus totalis), yaxud tam kandavlizm də adlandırmaq olar. 
Kandavlistik  meylin  gizli  və  yaxud  aşkar  olmasına  görə  kandavlizmin  latent 
(gizli) və manifest (aşkar) formaları fərqləndirilir.  
Bəzi hallarda ər arvadını çılpaq halda başqa kişiyə göstərmək istəsə də, sadəcə 
ona  fikrini  söyləməyə  dərhal  cürət  etmir.  Ancaq  kişidə  arvadının  yalın  bədənini  başqa 
kişiyə  göstərmək  arzusu  qalır  və  reallaşacağı  anı  gözləyir  ki,  buna  latent  kandavlizm 
(candaulismus  latentis)  deyilir.  Belə  hal  başqa  sözlə  gizli  kandavlizm  də  adlanır.  Gizli 
kandaulezizmdən  əziyyət  çəkən  ər  qəlbinin  dərinliklərində  gizlətdiyini  məqam  gəldikcə 
müəyyən qədər həyata keçirməyə çalışır.  
Digər hallarda ər məqsədinə nail olmaq üçün konkret tədbir görməyə başlayır ki, 
buna  manifest  kandavlizm  (candaulismus  manifestis)  deyilir.  Belə  hal  başqa  sözlə  aşkar 
kandavlizm də adlanır.  
Kandavlistik meylin həyata keçməsinin səviyyəsinə görə kandavlizmin iki növü 
ayırd edilir: fantaziya olunan və reallaşdırılan. 


93 
 
Bir sıra hallarda şəxs kandavlistik meylini yalnız xəyal edir, belə bir mövzuda 
xülyaya  qapılır,  ancaq  onu  həyata  keçirmək  iqtidarında  olmur  ki,  buna  fantaziya  olunan 
kandavlizm deyilir. Belə hal başqa sözlə xəyali kandavlizm də adlanır.  
Fantaziya olunan kandavlizmin səciyyəvi cəhəti individin belə bir arzunu yalnız 
xəyalına  gətirməklə  kifayətlənməsidir.  Kişinin  öz  arvadını  (məşuqəsini)  və  yaxud  onun 
surətini başqa adamlara göstərməsi və bundan həzz alması fantaziya olunan kandavlizmi 
fərqləndirən  əsas  əlamətdir.  Çılpaq  halda  olan  arvadının  başqa  kişilər  tərəfindən 
bəyənilməsi,  onların  nəzərlərini  özünə  cəlb  etməsi,  hətta  bir  çox  hallarda  belələrinin 
qucağına atılması, yatağına girməsi və digər səhnələr tez-tez kandavlist ərin xəyalına gələn 
başlıca mövzulardır.  
Forumlardan  birində  rus  kişinin  ürəyindən  keçirdiklərini  izləyək:  «Mənim  36 
yaşım var, arvadım məndən düz 10 yaş kiçikdir, 6 yaşlı qızımız var, arvadımı və qızımı 
çox istəyirəm. Xeyli vaxt bundan qabaq günlərin birində ani olaraq üçlükdə seksi sınamaq, 
onun dadına baxmaq tipli seksual xarakterdə fikirlər ağlıma gəldi, sonra keçirdiyim hissi 
öz-özümə təhlil edəndə belə bir səfehliyə görə özümü çox qınadım, başımın işləmədiyini, 
ruhən  xəstələnməyə  başladığımı  güman  edib  bir  qədər  qorxdum,  özümdən  çox  şey 
soruşdum,  axırda  «bu  cür  hərəkətlər  etmək  axmaqlıqdır,  giclikdir»  deyib  onların 
mənasızlığı barəsində qəti qərara gəldim. Bir müddət rahat dolandım, hər şeyin düzəldiyini, 
sarsaq  fikirlərin  arxada  qaldığını  zənn  etdim.  Ancaq  sonradan  bambaşqa  məzmunda, 
üstəlik əvvəlkinə baxanda daha kəskin formada yeni fikir yaranıb bütün beynimi məşğul 
etdi.  Böyük  ölçüdə  cinsiyyət  üzvü  ilə  elə  mənim  yanımda,  gözlərim  önündə  arvadımla 
intim yaxınlıqda ola biləcək bir kişi tapmaqdan ibarət qarşısıalınmaz arzu yarandı, sonra 
zehnimi tam çulğaladı, elə bil məni cana gətirdi, hərəkətə sövq etdi. İndi həmin arzu məni 
rahat  buraxmır.  Arvadıma  bunu  necə  deyəcəyimi  bilmirəm,  onun  şoka  düşəcəyindən 
ehtiyatlanıram, ancaq arzumu ona hökmən bildirmək istəyirəm, sadəcə nədən başlamağı, 
necə izah etməyi bilmirəm. Belə bir situasiya ilə rastlaşan kişi və qadınlardan münasibət 
bildirmələrini  xahiş  edirəm.  Düzdür,  dərhal  arzunun  normal  olmadığını  söyləyəcəksiniz. 
Ancaq nəzərə alın ki, onun qarşısını almaq iqtidarında deyiləm. Əgər birdən arvadım buna 
razılıq versə və ürəyimdən keçirdiyim baş tutsa, bundan sonra gözlənilməz hallarla üzləşib-
üzləşməyəcəyimizi  müəyyənləşdirməkdə  çətinlik  çəkirəm.  Öhdəsindən  gəlinməsi 
mümkün  olmayan  bir  arzu  reallaşacağı  təqdirdə  bizi  nələr  gözləyəcəyini  təsəvvür  edə 
bilmirəm. Bundan sonra arvadımla bir yerdə necə yaşayacağımı, onunla hansı səviyyədə 
ünsiyyət quracağımı fikirləşdikcə heç cür bir nöqtədə dayana, qərar tuta bilmirəm, fikirlər 
bir-birini  sürətlə  əvəz  edir.  Ola  bilsin  ki,  bunu  bir  dəfə  dadmaqla  şəhvət  hissinin  təzə 
qazandığı  qeyri-adi  xarakter  keçib  gedəcəkdir,  bəlkə  yeni  təcrübəni  hər  ikimiz 
xoşlayacağıq,  sonra  ona  aludə  olacağıq,  indidən  heç  nə  deyə  bilmirəm.  Ancaq  gözəl 
arvadımı  başqa  kişi  ilə  bölüşməklə  bağlı  yaranmış  anlaşılmaz  arzunu  özümdən 
uzaqlaşdırmaq, onu boğmaq istəmirəm, əksinə, bunu bir dəfə yoxlamaqla hər şeyə aydınlıq 
gətirməyin doğru olduğunu fikirləşirəm. Başına belə fikirlər gəlmiş və sonra onu həyata 
keçirmiş  insanların  məsləhətinə  ehtiyacım  var,  köməyinizi  əsirgəməməyinizi  xahiş 
edirəm». 
Əlavə  şərhə  ehtiyac  yoxdur.  Kişidə  fantaziya  olunan  kandavlistik  arzunun 
reallaşma ehtimalı çox böyükdür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə