100
qədər müxtəlif əzizləmə hərəkətlərinə yer ayırmış, hər cür aktivlik formasını təcrübədən
keçirmiş, sadəcə maraq xatirinə qeyri-ənənəvi kontaktları yoxlamış, cürbəcür seksual
oyuncaq və ləvazimatları sınamış, müxtəlif vasitələr tətbiq etmiş, erotik alt paltarı
geyinməklə seks yaşamağın dadına baxmışlar. Lakin bütün bunlar yalnız fraqmentar
109
olmuş və aralarındakı seks əsasən tipik formada keçirilmişdir. Hərçənd onlar fantaziya
düzəltməyi, xəyala qapılmağı çox sevmişlər. Çox gözəl oyun hərəkətləri etməyi bacaran
arvad bəzən əri üçün açıq-saçıq rəqs seansları təşkil etmişdir. Əgər nikahın başlanğıcında,
izdivacın əvvəlində əri öz gözəl arvadını çox qısqanırdısa, ancaq zaman keçdikcə bunu
dayandırmışdır. Gənclər özlərini tam azad insanlar kimi aparmış, ən gözəl cinsi partnyorlar
kimi bir-birinin qarşısında bütün xasiyyət və qabiliyyətlərini tam çılpaqlığına qədər açmış,
biri digərindən heç nəyi gizlətməmişdir. Daim nəsə yeni bir şeyə can atan, həyata rəng
qatmağa təşəbbüs göstərən ər-arvadın arasında açıq və səmimi münasibət qurulmuş, onlar
bir-birinə ürəkdən inanmış, etibar etmiş, könüllərindən keçirdiklərini bir-birinə
söyləməkdən çəkinməmişlər. Lakin elə bu gözəl hisslər ər-arvadla çox pis zarafat etmişdir.
«Darina» anonim konsultativ mərkəzində cütlə iş prosesində evlənənə qədər ərin zərif
cinslə münasibətlərinin elə uğurlu alınmadığı artıq məlum olmuşdur. Oğlanın görüşmək
istədiyi qızlar ondan imtina etmiş, təklifini cavabsız qoymuşlar. Lağa qoyulmasını və ələ
salınmasını istəməyən oğlan sadəcə istehza və rişxənd obyekti olmamaqdan ötrü gözəl
olmayan qızlarla münasibət qurmuşdur. Oğlan onda elə bir xüsusi hiss doğurmayan, ancaq
bunun əvəzində təklifini müsbət cavablandıran, belə demək mümkünsə, səsinə səs verən,
qarşılıqlı surətdə reaksiya nümayiş etdirən həmin gənc qızların çox da gözəl olmadıqlarını
özü etiraf etmişdir. Əlbəttə, bütün bunlar oğlanda müəyyən komplekslər əmələ gətirmişdir.
Bir külçə kimi tapdığı qızla evlənən oğlan onu ələ keçirdikdən sonra iftixar hissinin ölçüsü
bilinməmiş, sevinci aşıb-daşmış, lovğalanmağa başlamış, sanki aləmə car çəkmək, son
dərəcə zərif və məlahətli görünən, eşidilməmiş və görünməmiş dərəcədə gözəlliyə malik
olan, hər kəsi heyrətə salan, xoş mənada təəccübləndirən arvadını hamıya göstərmək
istəmişdir. Oğlan ona necə gözəl bir xanım nəsib olduğunu qışqıraraq, var gücü ilə
çığıraraq, bar-bar bağıraraq bütün dünyaya demək istəmişdir. Oğlan son dərəcə valehedici
olan, görənləri heyrətləndirən gözəl bir qızın qismətinə düşdüyünü ilk növbədə öz
yaxınlarına göstərmək həsrətilə alışıb-yanmışdır. Onun belə arzuları sonradan qəribə bir
şəkil almış və cinsi meylinin təhrif edilməsilə nəticələnmişdir. Oğlanda «kandaulezizm»
adlanan bir parafiliya inkişaf etmişdir.
İndi ərin seksual oyanması və təmin edilməsi üçün arvadını çılpaq halda başqa
kişilərə göstərməsindən ibarət qeyri-adi bir tələbat yaranmışdır. Əvvəlcə bu ərin arvadını
dərin kəsiyi (döşündə açıq yeri) olan paltar və yaxud qısa yubka geyinməsinə nail olmaq
üçün onu tilə tutmasında ifadəsini tapmışdır. Əri belə açıq-saçıq geyimin ona çox
yaraşdığını, onu həddən ziyadə füsunkar və cazibədar göstərdiyini bildirməklə məqsədinə
nail olmuşdur. Sonra fotoqrafiyalarla son dərəcə maraqlanan gənc kişi öz arvadının erotik
pozalarda şəklini çəkməyə başlamışdır. Zaman keçdikcə çəkilən şəkillər daha açıq-saçıq
olmuşdur. Kişi fotoları tanışlarına göstərərək onları nümayiş etdirən zaman xüsusi bir həzz
almış, məmnunluq duymuşdur. Bu fakt arvadda narahatlıq, sıxılma, utanma və hərəkətlərin
məhdudlaşması kimi hallar doğurmuşdur. Lakin qadın ərköyünlənmiş ərinin nazını
çəkdiyindən, onun könlünü açan hərəkətlər etməyi xoşladığından özünün narahat olması
101
kimi hissini büruzə verməməyə çalışmış, ona bildirməmək üçün əlindən gələni etmişdir.
Qəlbi məhəbbətlə dolu olan arvad bunun ərinə xoş gəldiyini yaxşı bildiyi üçün güzəştə
getmiş, özünün narahatlığını göstərməməyə çalışmış və məqsədinə nail olmuşdur.
Növbəti addım axşam qonaqlıqlarından birində striptiz göstərməkdən ibarət
olmuşdur. Seksual tələbatının təmin edilməsi üçün ər onun dostlarının toplaşacağı axşam
qonaqlığında striptiz göstərməsindən ötrü öz arvadını dilə tutmuş, çox yalvar-yaxardan
sonra onu yola gətirə bilmişdir. Arvadında striptizin çox yaxşı alınacağına onu inandıra
bilən ər təklifinə razı salmağı bacarmışdır. Kompaniya artıq kifayət qədər qızışmış və çox
açıq-saçıq rəqslər başlamışdır. Bərk həvəslənmiş kişi öz gözəl arvadının əynindəki
paltarların hamısını çıxarmış, yalnız bir trusuda saxlamışdır. Əgər bu arvadın özü və
ətrafındakılar tərəfindən sadəcə əyləncəli zarafat, gülməli bir epizod, əhvali-ruhiyyənin
yüksək olduğu vaxtda yeni və maraqlı addım kimi qəbul edilmişdisə, ancaq kişi bunu
seksual fəaliyyətinə zəruri bir yanaşma olaraq dəyərləndirmişdir. Əlbəttə, qadının çılpaq
vəziyyətə düşməsi spirtli içki qəbulundan sonra erotik elementlərin qatıldığı bir zarafatyana
hərəkət kimi qarşılana bilərdi. Halbuki kişi baş verənləri öz fəaliyyətinə əsaslanma kimi
başa düşmüşdür. Bundan sonra kişi hər vasitə ilə olursa-olsun bu və yaxud digər
qonaqlıqda, ziyafətdə arvadının striptiz göstərməsini istəmiş, onu aramsız olaraq dilə
tutmuşdur.
Hər əyləncə gecəsində ər arvadından dostları üçün striptiz ifa etməyi tələb
etmişdir. Əri öz arzusuna belə bəraət qazandırmışdır ki, başqa adamların qarşısında
arvadının soyunmağa başladığını görəndə və digər kişilərin onun çılpaq bədəninə qeyri-adi
nəzərlər yetirdiyinə əmin olanda bundan olmazın dərəcədə oyanıqlıq əldə edir və seksual
meyli şiddətlənir. Arvad başqa kişilərin qarşısında soyunmağa başlayarkən ərinin
inanılmaz dərəcədə şadlandığına və onda güclü seksual meyl yarandığına şübhə etmirdi,
artıq buna bir neçə dəfə əmin olmuşdu. Ancaq özünə yaxın bildiyi kəslərin, hətta sevdiyi
adamın sifarişi əsasında tanımadığı kişilərin kompaniyasında soyunmaq, əlbəttə, arvadın
heç cür xoşuna gələ bilməzdi. Qəribə seksual marafonun apogeyi
110
ərin rəisinin doğum
günü oldu. Ər rəisinin şərəfinə axşam təşkil ediləcək qonaqlıqda arvadının büsbütün
soyunmaqla striptiz ifa etməsini istəmiş, onu dilə tutub buna razı salmışdır. Ərinin tam
soyunmaqla bağlı xahişini yerinə yetirmək arvada çox ağır gəlirdi. Ancaq əri iddia edirdi
ki, guya arvadının atacağı həmin addım nəinki onu seksual oyandıracaq, eyni zamanda
bütün xidmət yoldaşları yanında hörmətinin daha artıq olacağına, karyerasında
111
uğur
qazanacağına və vəzifəcə yüksələcəyinə kömək edəcəkdir. Ancaq arvadı sonra danışmışdır
ki, böyük ehtimalla bu adi bir şantaj olmuşdur. Əksinə, arvadın özünü büsbütün
çılpaqlaşdırmaqla striptiz göstərməsi ərinin bir yerdə işlədiyi yoldaşlar arasında olan-olmaz
hörmətini heçə endirə bilərdi. Sadəcə olaraq ərinin «karyerada uğur qazanmağıma imkan
yaratmadın», «mənsəbə çatmağım üçün təkan verə bilərdin» kimi bitib-tükənməyən
xülyaları qarşısında aciz qalan arvad güc-bəla ilə buna razılaşır. Lakin arvad nə qədər
çalışmasına baxmayaraq son anda nəfsinə üstün gəlməyi bacarmamış, təzəcə rəqs etməyə
başlayan anda hal-təbdən çıxaraq banket zalından qaçmışdır. Əri baş verənlərdən çox
dilxor olmuş, arvadının hərəkətini təhqir (həqarət) kimi qarşılamış, onun seksual arzusuna
ehtiramsızlıq və saymazlıq kimi dəyərləndirmişdir. Bundan sonra hər ikisinin intim həyatı
Dostları ilə paylaş: |