78
etməsi onun xoşuna gəlirdi. Robert öz seksual fantaziyalarını dostu Cek Hoskoerlə elektron
poçt vasitəsilə bölüşürdü. Sonra ər öz dindar (mömin) arvadının aşkar intim
fotoqrafiyalarını dostuna göndərməyə başladı. Lakin bununla kifayətlənməyən kəşfiyyatçı
öz dostu Ceki evinə dəvət etmiş və ondan arvadı ilə cinsi əlaqəsini gizlində izləməsini
xahiş etmişdir. Henssenin evinə nadir hallarda gələn Cek dostunun mübtəla olduğu meyl
pozğunluğundan xəbərdar olduğundan onun sözünü yerə salmamış, xahişinə əməl
etmişdir. Dostunun öz ər borcunu necə yerinə yetirdiyini gizlincə müşahidə edə bilməkdən
ötrü bir neçə yol fikirləşib tapmışdılar. Belə ki, Robert arvadı ilə cinsi kontaktda olan
zaman dostu əvvəlcə evin xaricindəki pəncərədən onlara baxırdı. Sonra Robert yataq
otağının divarında kiçik deşik açır. Bunun ardınca texniki vasitələrin – yataq otağında
gizlədilən videokameraların köməyilə dostu onları müşahidə edir. Henssen qonaq
otağından yataq otağına rahat baxa bilmək üçün qapalı televiziya sistemini quraşdırmaqdan
ötrü Federal Təhqiqatlar Bürosunun video qurğularını dostunun istifadəsinə verir.
Bob Henssenin seksual qayğılı olması təkcə arvadına münasibətdə özünü büruzə
verməmişdi. Hələ 1993-cü ildə Federal Təhqiqatlar Bürosunun mənzil-qərargahında
Henssen mübahisə vaxtı kəşfiyyatçılardan olan bir analitik qadını döşəmədə sürüyüb
fırlamış, bundan sonra cəza olaraq beş sutka ərzində xidməti vəzifəsini yerinə yetirməkdən
uzaqlaşdırılmışdı. Əxlaqsız casus internet üçün pornoqrafik məzmunlu tarixcələr özündən
uyduraraq tez-tez onları yeniləyirdi. Henssen öz arvadını xəbərdar etmədən, onun xəbəri
olmadan açıq-saçıq tarixcələri sayta qoyurdu. Maraqlıdır ki, casus özünü tanıtdırdığı
oxucularının onu identifikasiya edə bilmələrindən ötrü arvadının başlıca yer tutduğu belə
tarixcələri qərəzli şəkildə internetdə yerləşdirirdi. Bundan başqa, Henssen bacısı Bonniyə
seksual meyl göstərirdi. Belə ki, bacısı uşağına süd verərkən onun döşlərindən
yapışmaqdan çəkinmirdi.
Sonralar ələ keçiriləndən sonra dindirilən casus danışırdı ki, «başqa kişilərin öz
dillərini çıxardaraq onun arvadı arxasınca qaçmalarını çox istəmişdir». Ehtiraslı casus bu
anlarda özünü Britaniya yazıçısı, jurnalist və hərbi-dəniz kəşfiyyat zabiti Yan Lankaster
Fleminqin (Ian Lancaster Fleming) romanlarının baş personajı, uydurma agent, məşhur
kino qəhrəmanı ser Ceyms Bond (Sir James Bond) kimi təsəvvürünə gətirmişdir. Böyük
Britaniyanın xarici kəşfiyyat və axtarış işləri üzrə dövlət orqanı olan, çox vaxt hərbi
kəşfiyyat (Military Intelligence) hesab olunduğundan qısaca Mİ-6 (MI-6) kimi işarə edilən
məxfi kəşfiyyat xidməti (Secret Intelligence Service) kimi mötəbər bir qurumun əməkdaşı
Ceyms Bond həqiqətən yazıçının romanlarının ekranlaşdırılmasından sonra geniş
populyarlıq qazanmışdır. Bəxti çox gətirməyən minlərlə kişi «agent 007» kimi məşhur olan
bu adamın məhəbbət qələbələrinə qibtə etmişlər.
Göründüyü kimi, pozğun casus Robert Filip Henssendə eyni vaxtda
kandavlizmlə bir yerdə sadizm (qadına qarşı zorakılıq tətbiq etməkdən çəkinməmə),
insestofiliya (bacısının döşlərindən yapışma) və pornoqrafomaniya (əxlaqsız tarixçələr
tərtib edib internetdə yerləşdirmə) təzahür etmişdir.
79
Şəkil 48. Mİ-6 məxfi xidmət agenti, ekranların unudulmaz obrazı, Böyük
Britaniyanın Hərbi-Dəniz Donanmasının kommanderi ser Ceyms Bond (Sir James Bond).
Şotland mənşəli Britaniya kinoaktyoru və prodüseri ser Tomas Şon Konnerinin (Sir
Thomas Sean Connery) ifasında.
İkinci fəsil. Kandavlizmin klinik mənzərəsi, diaqnostikası, müalicəsi və
profilaktikası
§ 2.1. Kandavlistin portreti
– Tolik, ay Tolik, gəl svinqlə məşğul olaq.
– Svinq nə deməkdir ki?
– Kül başına, dünyadan xəbərin yoxdur, svinq çoxlu sayda
insanın bir yerdə sekslə məşğul olmasıdır.
– Yaxşı, bəs kimlər olacaq?
– Başqa adam nəyimizə lazımdır, mən, sən, bir də sənin arvadın. Mənim bu işə
can-başla girişməyimi yaxşı bilirsən, sənin arvadın da etiraz etmir, yaxın vaxtlarda
söhbətimizdə dilindən eşitmişəm, qalır bir dənə sən, razılıq versən peşman olmazsan.
– Yoox! Mən istəmirəm!
– Özünü naza çəkməyin yetər, yaxşı, istəmirsən heç dünəndən istəmə, oturub
sənə yalvarası deyilik ki, siyahıda adının üstündən xətt çəkirəm...
(Lətifə)
* * *
«İnsanın portretini onun əməl və hərəkətləri əsasında tərtib etmək mümkündür.
Lakin həmin portret öz prototiplərindən əhəmiyyətli dərəcədə fərqlənir».
80
İdman radioreportajı sovet məktəbinin banisi olmuş məşhur jurnalist,
radiokommentator, 1941–1945-ci illər müharibəsinin iştirakçısı, mayor Vadim
Svyatoslavoviç Sinyavski (Вадим Святославович Синявский; 1906–1972)
Kandavlizmə mübtəla olmuş ər onun arvadının çılpaq bədənini yad kişilərin
gözlərilə yediklərini özündə ehtiva edən qısqanclıqla yoğrulmuş «şirin» mənəvi əzab
keçirir və bundan seksual oyanma hiss edir.
Kandavlist haqsız olduğu halda özünü haqlı sayan, tələbi yerinə yetiriləcəyi
təqdirdə ailəni fəlakətlə üzbəüz qoyacağını yaxşı bilə-bilə yenə onu israrla həyata
keçiirməyə çalışan, səhvini heç vaxt etiraf etməyən, verdiyi vədinə xilaf çıxan, sözünün
ağası olmayan, abır-həyanı, ədəb-mərifəti bir kənara qoyub şərəfsiz və cılız hisslər dalınca
düşən, ailəni firavanlığa aparan təxirəsalınmaz işlərdən yapışmaqdansa yaxşı gələcək vəd
etməyən lazımsız tədbirləri görməklə məşğul olan, sanki özünü gic yerinə qoyan, özünün
ağıllı məsləhətə çox ehtiyacı olduğu halda başqalarının başına ağıl qoymağa çalışan,
məntiqin qalib gəldiyinə heç vaxt inanmayan, sağlam mühakimədən uzaq olan, bütün fikri-
zikri arvadını tərifləyib soyundurmaqdan və yad kişilərə nümayiş etdirməkdən ibarət olan,
qanmaz, qalınqafa, kütbeyin, yekəbaş, dar gözlü, məhdud baxışlı kişi cinsli bir şəxsdir.
Kandavlizmdən əziyyət çəkən ərə birdən-birə iki bədbəxtlik üz vermiş olur.
Birincisi, kandavlizmə mübtəla olmuş ər özünün «ikinci yarısı» ilə öyünüb lovğalanır, tez-
tez onun gözəlliyi, erotik cazibədarlığı, seksual uğurları haqqında ətraflı məlumat verir.
İkincisi, kandavlizmli ər öz arvadını başqa kişilərlə bölüşməyə nail olduqdan sonra utanıb
xəcalət çəkmək əvəzinə böyük bir uğura imza atmış adam kimi misli-bərabəri olmayan
məmnunluq, təminolunma, qənaətlənmə hissi keçirir.
Kandavlistin seksual tələbatının təmin edilməsinə aparan yol onun məftunedici
əzab çəkməsindən keçir. Maraqlıdır ki, valehedici iztirab keçirilməsinin ardınca seksual
oyanma gəlir. Kandavlizm əzab və şəhvətin birləşdiyi, iztirab və ehtirasın qovuşduğu
qəribə bir parafiliyadır. Kandavlizm kişinin özündən asılı olmayan, iradəyə tabe etdirilə
bilməyən, əxlaqi tabu sisteminin üstündən çalın-çarpaz xətt çəkən bir pozğunluqdur.
Arzusu və ondan irəli gələn tələbləri yerinə yetirildikdən sonra kandavlist bir müddət
sakitləşir, lakin sonra yığılan seksual enerji onu növbəti addım atmağa məcbur edir. Beləcə
kandavlizm tutmaları vaxtaşırı olaraq təkrarlanır. Buna görə kandavlizm dövri olaraq
kəskinləşən bir patologiyadır.
Bəzi adamların məhrəm şeyləri öz dost və tanışları ilə, hətta bir çox hallarda
tamamilə kənar şəxslərlə bölüşmələri həmişə heyrətə səbəb olur. Belə şeyləri eşidəndə
adam çaşıb qalır. Kandavlist öz arvadı ilə məhəbbət aktının necə baş verdiyini maraq
oyadan bütün təfərrüatı ilə, incəliyinə qədər danışır, onun çılpaq fotoqrafiyasını göstərir.
Kandavlizm elə seksual perversiyadır ki, bu zaman ər öz seksual partnyoru olan
qadının (arvadının, məşuqəsinin) «nyu» stilindəki surətlərini, hətta bir çox hallarda canlı
olaraq özünü digər şəxslərə nümayiş etdirməkdən seksual həzz əldə edir. Kandavlizmin
patoqnomonik əlaməti ondan ibarətdir ki, belə patologiyalı adamlar ətrafındakılara sadəcə
hər hansı mücərrəd (qeyri-real) naturanı deyil, kifayət qədər yaxın olan bir şəxsin – həyat
yoldaşının surətini və yaxud özünü çılpaq halda nümayiş etdirir.
Dostları ilə paylaş: |