14
–
Əməliyyat riski – qeyri-adekvat və ya uğursuzluqla nəticələnmiş daxili proseslərdən,
insanlardan və ya sistemlərdən, yaxud bankdan kənar hadisələrin baş verməsindən yarana
biləcək itki riski;
–
Kontragent riski – Kontragentin öhdəliklərini icra edə bilməməsi səbəbindən ortaya
çıxan itki riski;
–
Strateji risk – bankın strateji hədəflərinə çatmaması ilə bağlı risk.
4.2. Səhm emissiyası zamanı emitentin və ya onun fəaliyyət göstərdiyi sahəyə xas olan risk
faktorları:
– Abunə yazılışı zamanı səhmlərin alınması məqsədilə verilən sifarişlər əsasında
ödənişlərin həyata keçirilməməsi;
–
Emissiyanın baş tutmuş hesab edilməsi üçün abunə yazılışı dövründə və səhmlərin
yerləşdirilməsi zamanı tələb olunan buraxılış üzrə minimum məbləğin əldə olunmaması;
–
Anderrayterin səhmlərin yerləşdirilməsi zamanı vəzifə öhdəliklərini tam yerinə yetirə
bilməməsi.
5. Təklif
5.1. Emissiyanın həyata keçirilməsindən nəzərdə tutulan xərclər və cəlb olunacaq
vəsaitlərin xalis məbləği:
Bakı Fond Birjasının səhmlərin yerləşdirilməsi üzrə komissiyası 0.05% (min. 0.5 AZN
və maks. 500 AZN) təşkil edir. Komissiya haqqı əqdin həcmindən asılı olaraq həm emitent,
həm də investor tərəfidən ödənilir.
Milli Depozit Mərkəzinə əlavə emissiyanın uçota alınması üçün xidmətin göstərilməsinə
görə emitent tərəfindən səhm buraxılışının məbləğindən (səhmlərin sayı x nominal dəyəri)
0.1% ödənilir. Emitent tərəfindən 1770 manat (ƏDV daxil olmaqla) ödəniləcək.
Anderrayter xidmətləri üçün tutulacaq komissiya 0.015% təşkil edir. Komissiya hər əqdin
məbləğindən həm emitent həm də alıcı tərəfidən ödənilir.
Emissiyanın həyata keçirilməsi nəticəsində cəlb olunacaq vəsaitlərin xalis maksimum
məbləği
39.999.999.90 (otuz doqquz milyon doqquz yüz doxsan doqquz min doqquz yüz doxsan
doqquz manat doxsan qəpik) manatdır.
5.2. Təklifin səbəbləri, gəlirlərin istifadəsi, gəlirlərin nəzərdə tutulan xalis məbləği:
İnvestisiya qiymətli kağızların bir növü olaraq hər birinin nominal dəyəri 12,39 (on iki
manat otuz doqquz qəpik) manat olan 3 228 410 (üç milyon iki yüz iyirmi səkkiz min dörd yüz
on) ədəd imtiyazlı, faizli, adlı sənədsiz səhmlərin təklifi onların səhmlərin yerləşdirilməsi yolu
ilə investorlardan sərbəst vəsaitlərin Emitentin Nizamnamə kapitalına cəlb edilməsi məqsədilə
həyata keçirilir. Emitentin fəaliyyəti nəticəsində əldə edilmiş gəlirlər Emitentin
kapitallaşmasına yönəldiləcək və pul vəsaitlərinin resurs bazasının fərqləndirilməsinə imkan
yaradacaq.
5.3. Təklifin şərtlərinin təsviri:
Səhmlərin abunə yazılışı: Səhmlərin buraxılışı dövlət qeydiyyatına alındığı tarixdən
sonrakı 16 iş gününün bitdiyi gün başlanılır.
Yerləşdirmənin başa çatma tarixi: Yerləşdirmə başlandığı tarixdən etibarən 10 gün
müddətinin başa çatdığı tarix.
Abunə yazılışı başa çatdıqdan sonra 2 (iki) iş günü ərzində səhmlərin yerləşdirilməsinin
başlanma tarixi elan edilir və abunə yazılmış şəxslərə bu barədə bildiriş göndərilir həmçinin
15
bununla bağlı “BFB” QSC-nin (
www.bfb.az
)
və
“Kapital Bank” ASC-nin
(
www.kapitalbank.az
) saytında elan olunacaqdır.
İlk növbədə, əlavə buraxılan səhmləri almaqda üstünlük hüququ olan Emitentin
Səhmdarlarının səhmlərin alınması üçün təqdim etdikləri sifarişlər təmin olunur.
Səhmlərin yerləşdirilməsinin başa çatma tarixi səhmlərin yerləşdirilməsinə başlandığı
tarixdən etibarən 7 iş günü müddəti müəyyən olunur.
Yerləşdirilmənin başlanma tarixində səhmlərin satış qiyməti səhmlərin nominal dəyərinin
100 faizini, yəni 1 (bir) ədəd səhmin satış qiyməti 12,39 (on iki manat otuz doqquz qəpik)
manat təşkil edir.
Səhmlərin dəyəri nağdsız qaydada, milli valyutada manatla ödənilir. Səhmlərin alınması
köçürmə yolu ilə anderrayter vasitəsilə həyata keçirilir. Bu vəsaitlər Bakı Fond birjasında alğı-
satqı əqdinin keçirilmə vaxtından gec olmayaraq Milli Depozit Mərkəzinin (bundan sonra
Mərkəzi Depozitar) Azərbaycan manatı ilə ödənişləri üçün nəzərdə tutulmuş aşağıdakı klirinq
hesabına köçürülməlidir.
Milli Depozit Mərkəzi
М/h АZ59NABZ01350900000000006944
Hesab nömrəsi: АZ59NABZ01350900000000006944
Emitent kodu: 210038
VÖEN: 9900012631
SWIFT: ANDCAZ22XXX
5.4. Emissiyada iştirak edən şəxslərin maraqları, o cümlədən maraqların toqquşması,
barədə ətraflı məlumat:
Bu emissiyada iştirak edən emitentin İdarə Heyətinin sədri Allahverdiyev Rövşən Şamil
oğlunun, Emitentin İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Məmmədov Emin Ağaverdi
oğlunun, kənar auditorların və anderrayterin maraqların toqquşması ilə bağlı hal mövcud deyil.
5.5. Təklif edilən səhmlərin mülkiyyətçilərinin adı və ünvanı, emitent ilə hər hansı bir
səhmdar arasında müəyyən olunmuş müddət ərzində həmin səhmdara məxsus
səhmlərin satılmaması haqqında olan müqavilələr barədə məlumat, iştirak edən
tərəflər, müqavilənin müddəti:
– Bu barədə məlumat mövcud deyil.
5.6.
Yeni səhm təklifi nəticəsində mövcud səhm mülkiyyətçilərinin paylarında olan
dəyişmə ehtimalları (miqdarı və faizi göstərilməklə):
Sıra
№-si
Səhmdarın
soyadı, adı,
atasının adı
Adi səhmin
sayı
Faiz nisbəti
Adi
səhmlərin
sayı
Faiz nisbəti
Cəmi
səhmlərin
sayı
Faiz nisbəti
Nominal
dəyəri
1
“PAŞA
Holding”
ММC
14 980 163 99,86775%
0
-
14 980 163 99,86775%
12,39
2
Digər fiziki
şəxslər
19837
0,13225%
0
-
19837
0,13225%
12,39
15 000 000
100%
0
-
15 000 000
100%
12,39