KəNDİMİZDƏ Bİr göZƏl var novellalar romani sevimli qızım Leylaya ithaf edirəm



Yüklə 1,58 Mb.
Pdf görüntüsü
səhifə22/40
tarix01.07.2018
ölçüsü1,58 Mb.
#52641
1   ...   18   19   20   21   22   23   24   25   ...   40

62 
 
Sonralar  Yeganə  ilə  görüşməyə  başladığı  ilk  günlər  Aslanın  bütün  varlığı 
gözəlliyin  əsiri  olmuşdu.  Xəlvət  bir  guşədə  bu  qadınla  üz-üzə  oturub  pıçıldaşdığı 
anları,  şəhərin  küçələrində,  parklarında  qol-qola  gəzişdiyi  dəqiqələri  o,  həyatının 
əvəzedilməz  çağları  sanırdı.  Bəzən  fürsət  tapıb  Yeganəni  qucaqlayanda,  əllərinin 
toxunduğu yerdən bədəninə gizli bir şəhvət süzülür, məstanəliyini artırırdı. Aslana 
görə onun sevgisindən başqa hamısı yalan, Yeganədən qeyrisi əfsanə idi! 
Yeganə ərdə olduğunu gizlətmişdi. “Müharibədən əvvəl Əkrəm adlı birisi ilə 
görüşürdüm...  əsgər  getdi.  O,  məni  dəlicəsinə  sevirdi,  mən  isə,  elə-belə...”  – 
demişdi.  Hətta  “həmin  oğlanın  onu  aldadıb  yoldan  çıxardığını”  da  utanmadan 
uydurmuşdu.  Əlbəttə,  o  zaman  Aslan  bunlara  inanmaya  bilməzdi.  Bir  halda  ki, 
Yeganə  onun  evlənmək  barədəki  təklifini  də  yubadaraq,  davanın  qurtarmasını 
gözləməyi  xahiş  etmişdi.  Lakin  sonralar  qadının  münasibətindəki  açıqlıq  oğlanı 
ayıltdı.  Sevdiyi  gözəl  əyləncəyə  çevrildi.  Aslan  istəməsə  də,  rəftarını  dəyişməyə 
məcbur qaldı... 
Cəbhələrdən döyüşçülərin tez-tez ölüm xəbərini eşidən Yeganə, Əkrəmin də 
qayıdacağına ümid bəsləmirdi. O, özünün gələcək həyatını düşündüyündən ürəyinə 
yatan həkim oğlandan dördəlli yapışmışdı. 
Şəhərin  mərkəzində,  ata-anasından  ayrı  yaşayan  Aslan  gündüzlər 
poliklinikada növbətçi həkim işləyir, axşamlar evində xəstə qəbul edirdi. Sol qıçını 
çəkdiyindən  onu  əsgər  çağırmamışdılar.  Müharibənin  ən  ağır  günlərində  belə, 
ehtiyacla qarşı-qarşıya  durmamışdı.  Yeganəni bu oğlanın başqa  məziyyətlərindən 
daha  çox  qabaqdakı  şan-şöhrəti  maraqlandırırdı.  Cavanlığına  baxmayaraq,  Aslan 
indidən  istedadlı  bir  həkim  kimi  tanınırdı.  Hələ  əlindəki  elmi  işini  bitirib  alimlik 
dərəcəsi aldıqdan sonra... başına bəxtəvərlik yağacaqdı. 
O, özgə təmənnada ikən ərindən gələn qəhərli bir xəbər bütün fikirlərini alt-
üst  eləmişdi.  Əkrəm  hərbi  xəstəxanadan  yoldaşına  yazdırdığı  məktubda  deyirdi: 
“...Yeganə!  Məni  yandıran  odur  ki,  dörd  il  dəhşətlər  içərisində  gecəli-gündüzlü 
vuruşdum,  heç  burnum  da  qanamadı.  Ancaq...  müharibənin  axır  çağlarında 
ömürlük  bədbəxt  oldum:  gözlərimi  itirdim!  İndi  koram!  Heç  nə,  qətiyyən  heç  nə 
görmürəm...  Bir  aya  yaxındır  günəş  işığına  həsrətəm...  Həkimlərin  apardığı 
cərrahiyyələr  də  fayda  vermir.  Hər  dəqiqə  məktublarını  gözləyirəm.  Səndən  ayrı 
təsəllim  yoxdur.  Məni  unutma,  Yeganə...”  Lakin  Aslan  bunların  hamısından 
bixəbər  idi. Qadın  nə  edəcəyini kəsdirə  bilmirdi. Təkcə  onu  bilirdi  ki, iki  gözdən 
kor bir ərin arvadı olmağı ləyaqətinə heç cür sığışdırmayacaq. 
Son  zamanlar  Aslanın  şövqdən  düşdüyünü,  əvvəlki  ehtirasının  söndüyünü 
duyan  Yeganənin  narahatlığı  birə-beş  artmışdı.  Axşam  onun  restorandakı 
qaradinməzliyi, soyuqluğu buna bir daha sübut idi. 
downloaded from KitabYurdu.org


63 
 
“Ağılsızlıq  elədim!  –  deyə  indi  divanda  uzanıb  fikirləşdikcə  özünü 
məzəmmətləyirdi. – Aslana tez təslim oldum!..” 
Bu  gecə  o,  mütləq  bir  hiylə  ilə  oğlanı  sınaqdan  çıxarmağı,  ürəyindəkiləri 
öyrənməyi qarşısına məqsəd qoydu. 
Aslan  əlində  iki  fincan  qəhvə  mətbəxdən  otağa  qayıdanda,  Yeganəni  bikef 
görüb soruşdu: 
−Nə var, gözümə birtəhər dəyirsən? 
Yeganə  cavab  əvəzinə  köksünü  ötürdü.  Oğlan  keçib  divanın  qırağında 
əyləşərək, barmaqları ilə onun saçlarını daradı. 
−Neyçün məyussan? Bəlkə xətrinə dəyən bir söz demişəm?.. 
Yeganə yerində qurcalanıb azacıq dikəldi: 
−Sən  məni  ancaq  dildə  sevirsən,  ürəyində  məhəbbət  olsaydı,  bayaq 
restoranın  vestibülündə  o  farmazonun  mənə  yaxınlaşdığını  görəndə  qısqanardın. 
Heç vecinə də almadın... 
Aslan gülümsündü: 
−Mən  arxayınam  ki,  özün  düzünü  deyəcəksən.  Dur,  bir  fincan  qəhvə  iç, 
fikrin dağılsın. 
−Lazım deyil. Evimizə getməliyəm, gecdir. 
−Hara?  Evinizə?  –  Aslan  onun  çiyinlərindən  yapışıb  özünə  tərəf  çəkdi.  – 
Səni kim buraxır? 
Yeganə bezikmiş təki üz-gözünü büzüşdürüb dartındı. 
−Toxunma mənə, xahiş edirəm! 
Aslan guya təəccübləndi: 
−Bəs onda bura niyə gəldin? 
−Bilmirəm. Yüngüllüyümdən! 
−Canın üçün, sənin bu axşamkı hərəkətlərin mənə çox qəribə görünür. 
Yeganə getməyə hazırlaşırmış kimi divandan enib, ayna qabağına keçdi. 
−Mən necə vardım, elə də qalmışam! – dedi və üst-başını səliqəyə salmağa 
başladı. – Qəribəliyi səndə görürəm! 
−Məndə?! 
−Bəli!  Siz  Aslan  həzrətlərində.  Mən  çox  eşitmişdim  ki,  bütün  kişilər  bir 
bezin qırağıdır, inanmırdım... Axırda özüm şahid oldum. 
Aslan cavab verməyə söz tapmadı. Yanındakı dolabçanın siyirtməsini çəkib, 
“kazbek”  qutusundan  bir  papiros  çıxararaq  yandırdı.  Yeganə  nə  fikirləşdisə,  elə 
sərtliklə çevrilib üzünü ona tutdu ki, saçları sifətinə səpələndi. 
−İstəyinə çatmaq üçün keçən il həmin bu otaqda dilənçi kimi yalvarırdın. Nə 
tez  yadından  çıxdı?! “Mən  həyatımı  sənsiz  təsəvvür  etmirəm,  əzizim...  –  deyə  o, 
downloaded from KitabYurdu.org


64 
 
səsini dəyişərək oğlanı yamsıladı. – Yolunda hər şeydən keçməyə hazıram...” Hanı, 
hanı ilanı yuvasından çıxaran şirin dilin?! Arada ikicə həftə rayona  getdin, mənə 
hərəsi bir palaz boyda beş-altı məktub yazdın. Yalan deyirəm?!. Bəs indi sənə nə 
olub?  Bu  gün  neyçün  ağzına  su  alıb  oturmuşdun?!.  Bəlkə  daha  məni  özünə 
yaraşdırmırsan?!  Ona  qalsa,  restoranda  yediyimi,  elə  xarabamda  da  oturub 
zəhrimar eləyə bilərdim! 
−Yeganə, axı, mən... 
Qadın  ona  danışmağa  macal  vermədi.  Saçını  üzündən  dala  atıb,  əli  ilə 
yuxarıdan-aşağı havanı yardı. 
−Səni heç eşitmək də istəmirəm! 
Aslan  düşüncəli  halda  papirosundan  bir-iki  qullab  aldıqdan  sonra  başını 
qaldırmadan, səbrlə sözə başladı: 
−Əvvəla,  mən  heç  vaxt  öz  istəyimə  çatmaq  üçün  səndən  sədəqə 
ummamışam. Danışanda, yaxşı fikirləş! Elə bilirəm aramızda olub-keçənlərə görə 
mən daha çox heyfsilənməliyəm. 
−Necə?! – Yeganə gözlərini qıyıb, kinlə Aslanı süzdü. 
−Qulaq  as.  Onu  düz  deyirsən,  mən  həyatımı,  gəncliyimi  sənə  möhkəm 
bağlamışdım. Yolunda canımdan keçməyə hazır idim. Bunu özün də hiss etməyə 
bilməzdin... 
−Bəs, niyə dəyişdin?! Həmin Aslan deyilsən?! 
−Mən həmin Aslanam, ancaq... sən o Yeganə deyilsən. Gəl bir-birimizi başa 
düşək. Hər şeyi açıb-tökməyin nə mənası! 
Söhbətin ciddi şəkil aldığını görən qadın, yumşalmağa məcbur oldu. 
−Nə isə... Bu gün səni heç özünə oxşatmıram, − dedi və keçib qəhvədən bir 
qurtum içdi... 
Onca  dəqiqə  sonra  Yeganə  yenə  divanda  uzanmışdı.  Aslan  da  yanında 
oturmuşdu.  Bir-birlərinə  baxıb,  danışmırdılar.  Qadının  yanaqlarında  yaş 
gilələnmişdi.  Gözlərindən  günahkarlıq  oxunurdu.  Bu  dəqiqə  o,  bəlkə  də  ömründə 
ilk dəfə belə miskin vəziyyətə düşmüşdü, aciz qalmışdı. Aslan  mütəəssirbir halda 
dilləndi: 
−Heyf səndən, Yeganə! 
Qadın udqundu. 
−Açıq danışsana... Mən çoxdan heyf olmuşam!.. 
−Heç bilirsənmi, o Zakir kimdir? 
−Hansı Zakir? 
−Restorandan çıxanda gözlərini qapayan adam. “Xozeyin zərgərin oğlu!..” 
−Onun kimliyinin mənə nə dəxli?! 
downloaded from KitabYurdu.org


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə