8
istehsal edilir. Son illər region ölkələrində elektronika və radioelektronika sənaye
sahələri inkişaf etməyə başlamışdır. Qonşu ölkələrə bu məhsulların əsas ixracatçısı
Argentina və Braziliyadır. Lakin region ölkələrinin bu məhsullara olan tələbatını
ödəyə bilmədikləri üçün ABŞ, Yaponiya və Qərbi Avropadan da idxal edilir.
Son illər kimya və neft-kimya sənaye sahələri daha sürətlə inkişaf etməyə
başlamışdır. Emaledici sənaye məhsulların dəyərinin 1 ∕ 5 - i bu sənaye
sahələrinin payına düşür. Neftayırma müəssisələrinin istehsal gücünün getdikcə
artması neft-kimya sənayesinin də inkişafına təkan verir. Regionda neftayırma
sənayesi Venesuela və Meksikada daha yaxşı inkişaf etmişdir. Son illərdə Braziliya
və Argentinada da inkişaf etmiş neftemalı sənayesi formalaşmışdır.
Latın Amerikasının Ümumi Daxili Məhsulunun strukturu, %-lə
1960
1970
1980
1990
2000
2005
Kənd təsərrüfatı
17,8
15,6
14,3
13,1
11,9
10,7
Hasilat sənayesi
5,9
5,8
4,9
4,7
3,2
2,8
Emal senayesi
23,4
24,7
25,4
25,7
25,9
26,5
Elektrik, qaz-su təchizat
3,6
3,4
3,8
3,5
3,2
3,1
İnşaat
19,8
20,3
19,4
18,5
16,5
15,4
Nəqliyyat və rabitə
8,7
9,2
9,7
11,8
14,6
18,8
Maliyyə
11,3
11,4
1,3
10,4
9,9
8,3
Digər xidmətlər
9,5
9,6
11,2
12,3
14,8
14,4
Cəmi:
100,0
100,0
100,0
100,0
100,0
100,0
Bütövlükdə region ölkələrinin sənayesinin strukturunda əsas yeri ənənəvi
sənaye sahələri tutur. Yeyinti sənayesi həm istehsal olunan məhsuluna, həm də
müəssisələrində çalışanların sayına görə fərqlənir. Ət istehsalı, emalı və ixracı
regionda daha yaxşı inkişaf etmiş sənaye sahələrindən olub, Meksika, Argentina,
Brazihya, Uruqvay və Paraqvayda daha qabarıq şəkildədir. Hətta ət istehsalı və
ixracının həcminə görə Argentina Avstraliyadan sonra dünyada ikinci yeri tutur.
Region ölkələri müxtəlif növ içkilərin, tütün, süd və balıq məmulatlarının emalı və
ixracı üzrə dəməşhurlaşmaqdadırlar.
Latın Amerikasının bir çox ölkələrinin sənayesində dağ-mədən sənayesi
xüsusilə fərqlənir. Burada son illər daha sürətlə inkişaf edən sahə neft hasilatıdır.
Meksika, Venesuela, Argentina, Ekvador, Kolumbiya xüsusilə fərqlənirlər. Son
illər Braziliyda da neft sənayesi yeni yataqlar hesabına genişlənməkdədir. Peru və
Çilidə dağ-mədən sənayesinin əsasını mis sənayesi təşkil edir və beynəlxalq
iqtisadi əlaqələrində mühüm rol oynayır.
Ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı istehsalının xüsusi çəkisi
getdikcə azalsa da, bütövlükdə, region ölkələrinin əksəriyyətinin iqtisadi
həyatında hələ ki, əsas yerlərdən birini tutmaqdadır.
Bir çox ölkələrin ixrac məhsulları içərisində hələ da banan, qəhvə, pambıq,
şəkər qamışı, buğda, ət va sitrus meyvələri üstünlük təşkil edir. Argentinadan
9
savayı, bir çox region ölkələri əsas ərzaq məhsullarının idxalına olduqca çoxlu
miqdarda kapital sərf edirlər.
Maraqlı cəhəti odur ki, regionda kənd təsərrüfatı iri latifundiyalara əsaslanır,
onlar da dünya bazarına istiqamətlənmişdir. Torpaqların çox hissəsi xarici
şirkətlərin əlindədir. Latifundiya sahibləri ucuz işçi qüvvəsinə, texnikiya nisbətən
daha çox üstünlük verir. Kiçik torpaq sahibləri isə qiymətli texnikadan, kübrə va
elmin nailiyyətlərindən istifadə edə bilmir. Düzdür bu heç də əksər ölkələr üçün
xarakterik deyildir. Belə ki son on ildə bir çox ölkələrdə kapitalist istehsal
münasibətləri inkişaf etdirilməyə, texnika, kübrə və müasir aqrar
münasibətlərindən səmərəli istifadə edilməyə başlanmışdır. Permer tipini
xatırladan belə təsərrüfatlar artıq Meksika, Argentina, Braziliya, Çili və
Venesuelada özünü göstərməyə başlamışdır. Onlarda da əmtəəlik məhsul xarici
bazarlara istiqamətlənməkdədir.
Latın Amerikasında balıqçılıq son 15-20 ildə sürətlə inkişaf etməyə
başlamışdır. Sahilyanı ərazilərdə balıq ovu və emalı çox da iri olmayan gəmilərlə
həyata keçirilir. Meksika, Çili, Peru və Braziliyada nisbətən ən yaxşı inkişaf
etmişdir və ixrac istiqamətlidir.
Braziliya, Çili, Argentina və bəzi region ölkələrinin iqtisadiyyatında meşə
təsərrüfatının rolu az deyildir tikinti, mebel, kağız istehsalı ilə yanaşı, kauçuk, şirə
və
S
.
istehsalında da xüsusi əhəmiyyətli ağac növləri vardır.
Latın Amerikası ölkələrinin iqtisadi həyatında beynəlxalq iqtisadi əlaqələrin
olduqca böyük əhəmiyyəti vardır. Uzun illər boyu müstəmləkə dövrü yaşayan,
xarici bazarda xammalla çıxış edən, dar ixtisasa malik olmuş, indi isə müstəqillik
şəraitində xarici kapitaldan asılı vəziyyətdə fəailyyət göstərən ölkələr getdikcə
daha fəal surətdə dünya təsərrüfatına inteqrasiya olunur. Hələ də region ölkələrinin
əksəriyyəti dünya bazarında bir-iki əmtəəlik kənd təsərrüfatı və ərzaq məhsulları
ilə çıxış edir. Ölkələrinin əksəriyyəti idxaldan, xüsusilə də yeni texnoloji avadanlıq
çatışmazlığından asılı vəziyyətdədir.
Bu regionda getdikcə xarici kapitaldan asılılığın artması, xarici borcların
iqtisadiyyata tam nəzarət etməsinə, mononoliyaların isə əksinə, varlanmasına
stimul yaradır.
Son illər sənayenin sürətlənməsi, meşələrin kütləvi şəkildə qırılmasına, dünya
bazarında xammala tələbatın artması dağ-mədən sənayesinin intensivləşməsinə,
nəticədə regionda ekosistemin pozulmasına səbəb olur. Yəqin ki, yaxın gələcəkdə
Latın Amerikası ölkələri ərazilərinin səhralaşmasına, əsrarəngiz və təkrarolunmaz
təbiətinə texnogen təsirin azaldılmasına nail olacaq, bəşəriyyətin oksigen bazasının
bərpəsı uğrunda birgə səyə nail olacaqlar.
MEKSİKA
Sahəsi – 1958,2 min. km
2
Əhalisi – 106,4 mln. nəfər (2005-ci il)
Paytaxtı – Mexiko
Dostları ilə paylaş: |