10
Təbii şaraiti, təbii ehtiyatları və onların yerləşmə xiisusiyyətləri
Keçmiş dövrdə Meksikanın əhalisi onun müasir ərazisində bir-birindən təcrid
olunmuş şəkildə müxtəlif areallarda yaşayırdılar. Lakin İspan dövrünə qədər
getdikcə sivil mədəniyyətin inkişafı onları birləşdirmiş və Yeni İspaniya vitse-
krallığı yaranmışdır. 1821-ci ildə ispan zülmündən xilas olan və müstəqillik əldə
edən Meksikanın ümumi ərazisi 5 mln. km
2
-ə qədər idi. Bu ərazi Solt-Leyk
gölündən müasir Kosta-Rika sərhədlərinə kimi uzanırdı. Artıq 1824-cü ildə
Mərkəzi Amerika dövlətləri federasiyası Meksika imperiyasından ayrılaraq özünün
müstəqilliyinə nail oldu.
1846-1848-ci illərdə ABŞ-la müharibə nəticəsində onun ərazisinin təxminən
yarısı, 2,2 mln. km
2
işğal olunmuş və müasir ABŞ ştatları olan Texas, Kaliforniya,
Arizona, Nyu-Meksika, qismən Yuta, Kolorado, Oklaxoma, Kanzas ondan
ayrılmışdır. Hal-hazırda ölkənin ərazisi 1958,2 min. km
2
-dir, ərazisinin
böyüklüyünə görə Braziliya və Argentinadan sonra Latın Amerikasının üçüncü
dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər
materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi hesab edilmişdir. Əsasən
dağlıq ölkə olan Meksikanın ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən 1000 m-
dən yuxarıda, yalnız 1/3 hissəsi isə düzənlikdə yerləşir.
Meksika sahili boyu ensiz ovalıqlar uzanır. Onların böyük təsərrüfat
əhəmiyyəti vardır. Ovalıqları kəsib keçən çaylar suvarma əkinçiliyinin inkişafına
səbəb olmuşdur. Sakit okeanın sahili boyu uzanan ovalıqların eni 250 km-ə çatır.
Ölkənin relyefi iqlimin, torpağın və bitki örtüyünün xarakterini müəyyənləşdirir.
Dağ silsilələrinin mineral və meşə resursları bir çox rayonların əhalisinin təsərrüfat
fəaliyyətinin əsasını təşkil edir. Məşhur Meksika tədqiqatçısı Kampilyo Saensin
təsnifatına əsasən ölkə ərazisinda kifayət qədər qiymətli və nadir metallar, sink,
qurğuşun, mis, manqan, civə, sürmə və digər metallar vardır. Qeyri-filiz
ehiyatlarından kükürd, flüyerit, barit, qrafıt, təbii qaz və tikinti materialları daha
zəngindir.
Ölkə ərazisində iqlimin formalaşmasına onun coğrafı mövqeyi ilə yanaşı
relyefın də böyük təsir vardır.
Yayda ən çox istilər tropik qurşaqda yerləşən ştatlarda yox, Sonora, Aşağı
Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Yağıntılarn paylanmasında
da relyefın rolu böyükdür.
Ölkə ərazisində rütubətli tropik, rütubətli mülayin və quru iqlim zonalarının
ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmişdir.
Rütubətli tropik zona orta illik temperaturun +18
o
orta illik yağıntının 750
mm-dək olması ilə xarakteriz olunur. Bu iqlim zonasına Yukatan yarımadası, Şərqi
Syerra-Madre, Syerra Madre-de-Oaxaka, Serraniya-Nofte-de-Çyapasın 1000 m-
dək hündürlüyü olan əraziləri, Meksika körfəzinin sahilindəki düzənliklər daxildir.
Rütubətli mülayim zonada ən isti ayın orta temperaturu +18°, illik yağıntının
miqdarının isə 600 mm-dək olması xarakterik haldır və əsasən dağlıq əraziləri
əhatə edir.
11
Quru iqlim zonasında yağıntının illik miqdarı təxminən 250 mm, Altar
səhrasında, Aşağı Kaliforniyanın şərqində 100 mm-dən çox deyildir. Meksikanın
fiziki-coğrafı proseslərinə ətraf okean və dənizlərin təsiri olduqca böyükdür.
Burada Meksika körfəzinin rolu daha böyükdür. Körfəz üzərində formalaşan hava
kütlələri əraziyə olduqca çoxlu rütubət gətirir. Körfəzdən keçən isti Qolfstrim
cərəyanı balıqçılığın inkişafı üçün əlverişli şərait yaradır. Kontinental şelfın zəngin
neft ehtiyatları ölkə üçün böyük əhəmiyyət kəsb edir. Karib dənizi üzərində
formalaşan hava kütlələri də əraziyə xeyli rütubət gətirir. Atlantik okeanından
fərqli olaraq Sakit okean Meksikanın iqlim şəraitinə o qədər də ciddi təsir
göstərmir. Meksika dağlıq ölkə olduğundan onun çayları hidroenerji ehtiyatlıdır,
nəqliyyat kimi az istifadə edilir.
Ölkə ərazisində qırmızı-sarı laterit torpaqlar əsasən rütubətli tropik və
rütubətli mülayim iqlim şəraitində formalaşır. Qırmızı laterit torpaqlar Verakrus
ştatında, Nayarit ştatının sahil zonasında və Serraniya-Norte-de-Çyapas dağ
silsiləsinin ayrı-ayrı ərazilərində, nisbətən bataqlıqlaşmış ərazilərdə qleyli
torpaqlar, quru səhra və yarım səhra iqlimi şəraitində isə boz torpaqlar yayılmışdır.
Daxili dağətəyi ərazilərdə qara, yüksək dağlıq yamaclarda dağ-qara və qonur,
subtropik, tropik çöl və yarımsəhra iqlimi şəraitində boz-qonur torpaqlar
yayılmışdır.
Əhalisi, əmək ehtiyatları, məskunlaşma formaları və problemləri
Meksika əhalisinin formalaşması əsasən yerli hindularla və sonradan
İspaniyadan köçüb gəlmiş ispanların qarışığı əsasında baş vermişdir. Yavaş da
olsa yeni metis etnik qrupu yaranıb, formalaşmışdır. Latın Amerikasının qədim
mədəniyyətə malik ölkələrindən xusüsilə də Peru və Boliviyadan fərqli olaraq
Meksik əhalisinin 85%-i metislərin payına düşür. Müstəmləkə dövründə bura bir
qədər zənci qullar da gətirilmişdir.
1521-ci ildə siyahayaalmanın nəticəsində məlum olmuşdur ki, ölkə əhalisinin
sayı 9.1 mln. nəfərdir və onun da 7,3 mln. nəfəri astek tayfalarıdır. Ölkə ərazisinin
müstəmləkəyə çevrilməsi, hinduların kütləvi qırğını, sonradan isə onlar ücün
yaradılan ağır şərait əhalinin getdikcə azalmasma səbəb olmuşdur. X əsrin
əvvəllərində baş verən müharibələrdə də əhalini sayının azalması müşahidə
edilmişdir. 1920-ci ildə sonra əhalinin sayı əvvəlcə sabitləşməyə və getdikcə
artmağa başlamışdır. Əhalinin çox hissəsinin mərkəz ştatlarda cəmləşməsi həm
təbii, həm də sosial-iqtisadi amillə əlaqədardır. Əhalinin, xüsusilə ispanların
ölkənin mərkəzi rayonlarına, El-Baxio, Valye-de-Toluqa, Valye-de-ulba
vadilərinin və yaylalarının yumşaq iqlimi, məhsuldar torpaqları, meşə massivləri,
xarici ticarət üçün əlverişli limanları cəlb etmişdir.
İqtisadi tərəqqi, nəqliyyat vasitələrinin yaxşılaşması, yeni şəhərlərin
yaranması, ölkədə əhalinin mərkəzdə yerləşməsinə baxmayaraq, daxili miqrasiya
əsasında yeni kənd təsərrüfatı rayonlarında əhali getdikcə artır. Ölkənin şimal
rayonlarının iqtisadiyyatında heyvandarlığın xüsusi çəkisinin artması da bura
əhali miqrasiyasına şərait yaratmışdır. Neft hasilatının artması, müvafiq sənaye
Dostları ilə paylaş: |