Kərəm Bayramov, Yunis İsmayılov


Təbii şaraiti, təbii ehtiyatları və onların yerləşmə xiisusiyyətləri



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə5/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   ...   81

10 
 
Təbii şaraiti, təbii ehtiyatları və onların yerləşmə xiisusiyyətləri 
Keçmiş dövrdə Meksikanın əhalisi onun müasir ərazisində bir-birindən təcrid 
olunmuş  şəkildə  müxtəlif  areallarda  yaşayırdılar.  Lakin  İspan  dövrünə  qədər 
getdikcə  sivil  mədəniyyətin  inkişafı  onları  birləşdirmiş  və  Yeni  İspaniya  vitse-
krallığı  yaranmışdır. 1821-ci  ildə ispan zülmündən xilas  olan  və müstəqillik əldə 
edən  Meksikanın  ümumi  ərazisi  5  mln.  km
2
-ə  qədər  idi.  Bu  ərazi  Solt-Leyk 
gölündən  müasir  Kosta-Rika  sərhədlərinə  kimi  uzanırdı.  Artıq  1824-cü  ildə 
Mərkəzi Amerika dövlətləri federasiyası Meksika imperiyasından ayrılaraq özünün 
müstəqilliyinə nail oldu. 
1846-1848-ci  illərdə  ABŞ-la  müharibə  nəticəsində  onun  ərazisinin  təxminən 
yarısı, 2,2 mln. km
2
 işğal olunmuş və müasir ABŞ ştatları olan Texas, Kaliforniya, 
Arizona,  Nyu-Meksika,  qismən  Yuta,  Kolorado,  Oklaxoma,  Kanzas  ondan 
ayrılmışdır.  Hal-hazırda  ölkənin  ərazisi  1958,2  min.  km
2
-dir,  ərazisinin 
böyüklüyünə  görə  Braziliya  və  Argentinadan  sonra  Latın  Amerikasının  üçüncü 
dövlətidir. 1959-cu il konstitusiyasındakı dəyişikliyə əsasən 200 m dərinliyə qədər 
materik dayazlığı (şelf zonası) da ölkənin Milli ərazisi  hesab  edilmişdir.  Əsasən 
dağlıq ölkə olan Meksikanın ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən 1000 m-
dən yuxarıda, yalnız 1/3 hissəsi isə düzənlikdə yerləşir. 
Meksika  sahili  boyu  ensiz  ovalıqlar  uzanır.  Onların  böyük  təsərrüfat 
əhəmiyyəti  vardır.  Ovalıqları  kəsib  keçən  çaylar  suvarma  əkinçiliyinin  inkişafına 
səbəb olmuşdur. Sakit okeanın sahili boyu uzanan ovalıqların eni 250 km-ə çatır. 
Ölkənin  relyefi  iqlimin,  torpağın  və  bitki  örtüyünün  xarakterini  müəyyənləşdirir. 
Dağ silsilələrinin mineral və meşə resursları bir çox rayonların əhalisinin təsərrüfat 
fəaliyyətinin  əsasını  təşkil  edir.  Məşhur  Meksika  tədqiqatçısı  Kampilyo  Saensin 
təsnifatına  əsasən  ölkə  ərazisinda  kifayət  qədər  qiymətli  və  nadir  metallar,  sink, 
qurğuşun,  mis,  manqan,  civə,  sürmə  və  digər  metallar  vardır.  Qeyri-filiz 
ehiyatlarından  kükürd,  flüyerit,  barit,  qrafıt,  təbii  qaz  və  tikinti  materialları  daha 
zəngindir. 
Ölkə  ərazisində  iqlimin  formalaşmasına  onun  coğrafı  mövqeyi  ilə  yanaşı 
relyefın də böyük təsir vardır. 
Yayda  ən  çox  istilər  tropik  qurşaqda  yerləşən  ştatlarda  yox,  Sonora,  Aşağı 
Kaliforniya, Koauila ştatlarının ərazisində qeyd edilir. Yağıntılarn paylanmasında 
da relyefın rolu böyükdür. 
Ölkə ərazisində rütubətli  tropik, rütubətli mülayin  və quru  iqlim zonalarının 
ayrılması təsərrüfatın ixtisaslaşmasına güclü təsir etmişdir. 
Rütubətli  tropik  zona  orta  illik  temperaturun  +18

orta  illik  yağıntının  750 
mm-dək olması ilə xarakteriz olunur. Bu iqlim zonasına Yukatan yarımadası, Şərqi 
Syerra-Madre,  Syerra  Madre-de-Oaxaka,  Serraniya-Nofte-de-Çyapasın  1000  m-
dək hündürlüyü olan əraziləri, Meksika körfəzinin sahilindəki düzənliklər daxildir. 
Rütubətli  mülayim  zonada  ən  isti  ayın  orta  temperaturu  +18°,  illik  yağıntının 
miqdarının  isə  600  mm-dək    olması  xarakterik  haldır  və  əsasən  dağlıq  əraziləri 
əhatə edir. 


11 
 
Quru  iqlim  zonasında  yağıntının  illik  miqdarı  təxminən  250  mm,  Altar 
səhrasında,  Aşağı  Kaliforniyanın  şərqində  100  mm-dən  çox  deyildir.  Meksikanın 
fiziki-coğrafı  proseslərinə  ətraf  okean  və  dənizlərin  təsiri  olduqca  böyükdür. 
Burada Meksika körfəzinin rolu daha böyükdür. Körfəz üzərində formalaşan hava 
kütlələri  əraziyə  olduqca  çoxlu  rütubət  gətirir.  Körfəzdən  keçən  isti  Qolfstrim 
cərəyanı balıqçılığın inkişafı üçün əlverişli şərait yaradır. Kontinental şelfın zəngin 
neft  ehtiyatları  ölkə  üçün  böyük  əhəmiyyət  kəsb  edir.  Karib  dənizi  üzərində 
formalaşan  hava  kütlələri  də  əraziyə  xeyli  rütubət  gətirir.  Atlantik  okeanından 
fərqli  olaraq  Sakit  okean  Meksikanın  iqlim  şəraitinə  o  qədər  də  ciddi  təsir 
göstərmir.  Meksika  dağlıq  ölkə  olduğundan  onun  çayları  hidroenerji  ehtiyatlıdır, 
nəqliyyat kimi az istifadə edilir. 
Ölkə  ərazisində  qırmızı-sarı  laterit  torpaqlar  əsasən  rütubətli  tropik  və 
rütubətli  mülayim  iqlim  şəraitində  formalaşır.  Qırmızı  laterit  torpaqlar  Verakrus 
ştatında,  Nayarit  ştatının  sahil  zonasında  və  Serraniya-Norte-de-Çyapas  dağ 
silsiləsinin  ayrı-ayrı  ərazilərində,  nisbətən  bataqlıqlaşmış  ərazilərdə  qleyli 
torpaqlar, quru səhra və yarım səhra iqlimi şəraitində isə boz torpaqlar yayılmışdır. 
Daxili  dağətəyi  ərazilərdə  qara,  yüksək  dağlıq  yamaclarda  dağ-qara  və  qonur, 
subtropik,  tropik  çöl  və  yarımsəhra  iqlimi  şəraitində  boz-qonur  torpaqlar 
yayılmışdır. 
 
Əhalisi, əmək ehtiyatları, məskunlaşma formaları və problemləri 
Meksika    əhalisinin    formalaşması  əsasən    yerli  hindularla    və  sonradan 
İspaniyadan    köçüb    gəlmiş  ispanların  qarışığı  əsasında  baş  vermişdir.  Yavaş  da 
olsa  yeni  metis  etnik  qrupu  yaranıb,  formalaşmışdır.  Latın  Amerikasının  qədim 
mədəniyyətə  malik  ölkələrindən  xusüsilə  də  Peru  və  Boliviyadan  fərqli  olaraq 
Meksik  əhalisinin  85%-i  metislərin  payına  düşür.  Müstəmləkə  dövründə  bura  bir 
qədər zənci qullar da gətirilmişdir. 
1521-ci ildə siyahayaalmanın nəticəsində məlum olmuşdur ki, ölkə əhalisinin 
sayı 9.1 mln. nəfərdir və onun da 7,3 mln. nəfəri astek tayfalarıdır. Ölkə ərazisinin 
müstəmləkəyə  çevrilməsi,  hinduların  kütləvi  qırğını,  sonradan  isə  onlar  ücün 
yaradılan  ağır  şərait  əhalinin  getdikcə  azalmasma  səbəb  olmuşdur.  X  əsrin 
əvvəllərində  baş  verən  müharibələrdə  də  əhalini  sayının  azalması  müşahidə 
edilmişdir.  1920-ci  ildə  sonra  əhalinin  sayı  əvvəlcə  sabitləşməyə  və  getdikcə 
artmağa  başlamışdır.  Əhalinin  çox  hissəsinin  mərkəz  ştatlarda  cəmləşməsi  həm 
təbii,  həm  də  sosial-iqtisadi  amillə  əlaqədardır.  Əhalinin,  xüsusilə  ispanların 
ölkənin  mərkəzi  rayonlarına,  El-Baxio,  Valye-de-Toluqa,  Valye-de-ulba 
vadilərinin  və  yaylalarının  yumşaq  iqlimi,  məhsuldar  torpaqları,  meşə  massivləri, 
xarici ticarət üçün əlverişli limanları cəlb etmişdir.  
İqtisadi    tərəqqi,    nəqliyyat    vasitələrinin    yaxşılaşması,    yeni    şəhərlərin  
yaranması,  ölkədə  əhalinin mərkəzdə yerləşməsinə baxmayaraq, daxili miqrasiya 
əsasında  yeni  kənd  təsərrüfatı  rayonlarında  əhali getdikcə artır. Ölkənin şimal 
rayonlarının    iqtisadiyyatında  heyvandarlığın  xüsusi  çəkisinin  artması  da  bura  
əhali  miqrasiyasına  şərait  yaratmışdır. Neft hasilatının artması, müvafiq sənaye 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə