Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə4/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   ...   81


 
istehsal edilir. Son illər region ölkələrində elektronika və radioelektronika sənaye 
sahələri inkişaf etməyə başlamışdır. Qonşu ölkələrə bu məhsulların əsas ixracatçısı 
Argentina  və  Braziliyadır.  Lakin  region  ölkələrinin  bu  məhsullara  olan  tələbatını 
ödəyə bilmədikləri üçün ABŞ, Yaponiya və Qərbi Avropadan da idxal edilir. 
 Son  illər  kimya  və  neft-kimya  sənaye  sahələri  daha  sürətlə  inkişaf  etməyə 
başlamışdır.  Emaledici  sənaye  məhsulların  dəyərinin    1 ∕ 5 - i   bu  sənaye  
sahələrinin  payına  düşür.  Neftayırma  müəssisələrinin  istehsal  gücünün  getdikcə 
artması  neft-kimya  sənayesinin  də  inkişafına  təkan  verir.  Regionda  neftayırma 
sənayesi Venesuela və Meksikada daha yaxşı inkişaf etmişdir. Son illərdə Braziliya 
və Argentinada da inkişaf etmiş neftemalı sənayesi formalaşmışdır. 
 
Latın Amerikasının Ümumi Daxili Məhsulunun strukturu, %-lə 
 
 
1960 
1970 
1980 
1990 
2000 
2005 
Kənd təsərrüfatı 
17,8 
15,6 
14,3 
13,1 
11,9 
10,7 
Hasilat sənayesi 
5,9 
5,8 
4,9 
4,7 
3,2 
2,8 
Emal senayesi 
23,4 
24,7 
25,4 
25,7 
25,9 
26,5 
Elektrik, qaz-su təchizat 
3,6 
3,4 
3,8 
3,5 
3,2 
3,1 
İnşaat 
19,8 
20,3 
19,4 
18,5 
16,5 
15,4 
Nəqliyyat və rabitə  
8,7 
9,2 
9,7 
11,8 
14,6 
18,8 
Maliyyə 
11,3 
11,4 
1,3 
10,4 
9,9 
8,3 
Digər xidmətlər 
9,5 
9,6 
11,2 
12,3 
14,8 
14,4 
Cəmi: 
100,0 
100,0 
100,0 
100,0 
100,0 
100,0 
Bütövlükdə  region  ölkələrinin  sənayesinin  strukturunda  əsas  yeri  ənənəvi 
sənaye  sahələri  tutur.  Yeyinti  sənayesi  həm  istehsal  olunan  məhsuluna,  həm  də 
müəssisələrində  çalışanların  sayına  görə  fərqlənir.  Ət  istehsalı,  emalı  və  ixracı 
regionda  daha  yaxşı  inkişaf  etmiş  sənaye  sahələrindən  olub,  Meksika,  Argentina, 
Brazihya,  Uruqvay  və  Paraqvayda  daha  qabarıq  şəkildədir.  Hətta  ət  istehsalı  və 
ixracının  həcminə  görə  Argentina  Avstraliyadan  sonra  dünyada  ikinci  yeri  tutur. 
Region ölkələri müxtəlif növ içkilərin, tütün, süd və balıq məmulatlarının emalı və 
ixracı üzrə dəməşhurlaşmaqdadırlar. 
Latın  Amerikasının  bir  çox  ölkələrinin  sənayesində  dağ-mədən  sənayesi 
xüsusilə fərqlənir. Burada son illər daha sürətlə inkişaf edən sahə neft hasilatıdır. 
Meksika,  Venesuela,  Argentina,  Ekvador,  Kolumbiya  xüsusilə  fərqlənirlər.  Son 
illər Braziliyda da neft sənayesi yeni yataqlar hesabına genişlənməkdədir. Peru  və  
Çilidə    dağ-mədən    sənayesinin    əsasını    mis  sənayesi  təşkil  edir  və  beynəlxalq 
iqtisadi əlaqələrində mühüm rol oynayır. 
Ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı istehsalının  xüsusi  çəkisi  
getdikcə    azalsa    da,  bütövlükdə,  region  ölkələrinin  əksəriyyətinin  iqtisadi 
həyatında hələ ki, əsas yerlərdən birini tutmaqdadır. 
Bir  çox  ölkələrin  ixrac  məhsulları  içərisində  hələ  da  banan,  qəhvə,  pambıq, 
şəkər  qamışı,  buğda,  ət  va  sitrus  meyvələri  üstünlük  təşkil  edir.  Argentinadan 



 
savayı,  bir  çox  region  ölkələri  əsas  ərzaq  məhsullarının  idxalına  olduqca  çoxlu 
miqdarda kapital sərf edirlər. 
Maraqlı cəhəti odur ki, regionda kənd təsərrüfatı iri latifundiyalara əsaslanır, 
onlar  da  dünya  bazarına  istiqamətlənmişdir.  Torpaqların  çox  hissəsi  xarici 
şirkətlərin əlindədir. Latifundiya sahibləri ucuz işçi qüvvəsinə, texnikiya nisbətən 
daha çox üstünlük  verir.  Kiçik torpaq sahibləri isə qiymətli  texnikadan, kübrə va 
elmin  nailiyyətlərindən  istifadə  edə  bilmir.  Düzdür  bu  heç  də  əksər  ölkələr  üçün 
xarakterik  deyildir.  Belə  ki  son  on  ildə  bir  çox  ölkələrdə  kapitalist  istehsal 
münasibətləri  inkişaf  etdirilməyə,  texnika,  kübrə  və  müasir  aqrar 
münasibətlərindən  səmərəli  istifadə  edilməyə  başlanmışdır.  Permer  tipini 
xatırladan  belə  təsərrüfatlar  artıq  Meksika,  Argentina,  Braziliya,  Çili  və 
Venesuelada  özünü  göstərməyə  başlamışdır.  Onlarda  da  əmtəəlik  məhsul  xarici 
bazarlara istiqamətlənməkdədir. 
Latın  Amerikasında  balıqçılıq  son  15-20  ildə  sürətlə  inkişaf  etməyə 
başlamışdır. Sahilyanı ərazilərdə balıq ovu və emalı çox da iri olmayan gəmilərlə 
həyata  keçirilir.  Meksika,  Çili,  Peru  və  Braziliyada  nisbətən  ən  yaxşı  inkişaf 
etmişdir və ixrac istiqamətlidir. 
Braziliya,  Çili,  Argentina  və  bəzi  region  ölkələrinin  iqtisadiyyatında  meşə 
təsərrüfatının rolu az deyildir tikinti,  mebel, kağız istehsalı ilə yanaşı, kauçuk, şirə 
və 
S
.
 
istehsalında da xüsusi əhəmiyyətli ağac növləri vardır. 
Latın  Amerikası  ölkələrinin  iqtisadi  həyatında  beynəlxalq  iqtisadi  əlaqələrin 
olduqca  böyük  əhəmiyyəti  vardır.  Uzun  illər  boyu  müstəmləkə  dövrü  yaşayan, 
xarici bazarda xammalla çıxış edən, dar ixtisasa malik olmuş, indi isə müstəqillik 
şəraitində  xarici  kapitaldan  asılı  vəziyyətdə  fəailyyət  göstərən  ölkələr  getdikcə 
daha fəal surətdə dünya təsərrüfatına inteqrasiya olunur. Hələ də region ölkələrinin 
əksəriyyəti  dünya  bazarında  bir-iki  əmtəəlik  kənd  təsərrüfatı  və  ərzaq  məhsulları 
ilə çıxış edir. Ölkələrinin əksəriyyəti idxaldan, xüsusilə də yeni texnoloji avadanlıq 
çatışmazlığından asılı vəziyyətdədir. 
Bu  regionda  getdikcə  xarici  kapitaldan  asılılığın  artması,  xarici  borcların 
iqtisadiyyata  tam  nəzarət  etməsinə,  mononoliyaların  isə  əksinə,  varlanmasına 
stimul yaradır. 
Son illər sənayenin sürətlənməsi, meşələrin kütləvi şəkildə qırılmasına, dünya 
bazarında  xammala  tələbatın  artması  dağ-mədən  sənayesinin  intensivləşməsinə, 
nəticədə regionda ekosistemin pozulmasına səbəb olur. Yəqin ki, yaxın gələcəkdə 
Latın Amerikası ölkələri ərazilərinin səhralaşmasına, əsrarəngiz və təkrarolunmaz 
təbiətinə texnogen təsirin azaldılmasına nail olacaq, bəşəriyyətin oksigen bazasının 
bərpəsı uğrunda birgə səyə nail olacaqlar. 
MEKSİKA 
Sahəsi – 1958,2 min. km

                   Əhalisi – 106,4 mln. nəfər (2005-ci il) 
 Paytaxtı – Mexiko  


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə