Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə3/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   ...   81


 
kv km-də 1 nəfər məskunlaşmışsa, Kolumbiya və Ekvadorda bu 24-28 nəfər təşkil 
edir. Region əhalisi əsasən Andların yaylalarında, sahil zolaqlarında, Braziliyanın 
cənub  şərqində,  La-Platanın  Atlantik  okeanma  qovuşduğu  ərazilərdə 
məskunlaşmışdır.  Geniş  düzənliklər,  Amazon  ovalığı,  tropik  meşəlik  olduqca 
seyrək və ya məskunlaşmamış haldadır. 
Hindu  şəhərləri  mədəniyyət,  din  və  inzibati  mərkəzı  funksiyalarını    yerinə  
yetirirdi.    Region    avropalıların  gəlişindən  sonra  tamamilə  başqa  görkəm  almağa 
başladı. İspanlar və portuqallar qədim hindu şəhərlərini darmadağın etdikdən sonra 
onun  xarabalıqları  üzərində  yeni  inzibati  mərkəzlər,  ticarət  və  yeni-yeni  əraziləri  
zəbt etmək üçün güclü dayaq məntəqələri yaratdılar. XVl-XVIII əsrlərdəki şəhərlər 
əsasən  faydalı  qazıntı  yataqları  yaxınlığında,  vacib  nəqliyyat  qovşaqlarında, 
sahillərdə və kənd təsərrüfatının əlverişli inkişafı üçün seçilmiş ərazilərdə salınırdı. 
Bu  şəhərlər  əsasən  düzbucaqlı  planlı  idi  və  o  dövrün  İspan  və  portuqal 
arxitekturasına  əsaslanırdı.  Müstəmləkə  dövrünün  şəhərləri  adətən  zəif  inkişaf 
edirdi. Bu həmin dövrün siyasəti idi və metropoliyaya sərf edirdi. XIX-XX əsrlərdə 
regionda,  xüsusilə  də  şəhərlərdə  əhalinin  artması  prosesi  getmişdir.  Bir  tərəfdən 
təbii  artımın,  digər  tərəfdən  isə  imiqrasiyanın  güclənməsi,  ölkədaxili  və 
ölkələrarası  iqtisadi  əlaqələrin  intensivləşməsi  şəhərlərin  böyüməsinə  və  sayını 
artmasına  səbəb  olurdu.  Bu  ilk  növbədə  liman  şəhərlərinə  aid  idi.  Belə  ki,  bu 
şəhərlərdə  xarici kapital cəmləşir, immiqrantlar məskunlaşır və dünya ölkələri ilə 
əlaqə başlayırdı.  
XX  əsr  Latın  Amerikası  ölkələrinin  yüksək  urbanizasiya  səviyyəsi  bütöv 
region üçün 65%-dirsə, bu rəqəm Braziliyada 64%, Venesuelada 76%, Argentina, 
Uruqvay    və   Çilidə   80%-dən  çoxdur.  Regionda   iri  şəhərlərin böyüməsi daha 
sürətlidir.  Belə  ki,  XIX  əsrin  70-80-ci  illərində  əhalisinin  sayı  100  min  nəfərdən 
artıq olan şəhərlərin sayı dörd (Buenos-Ayres, Rio-de-Janeyro, Santyaqo və Lima)  
idisə,    hazırda  200-dən  çoxdur.  Bu  gün  Mexiko,  Buenos-Ayres,  Rio-de-Janeyro, 
San-Paulu dünyanın ən iri şəhərlərindəndir. 
Regionda  sosial-iqtisadi  inkişafın  səviyyəsi  artdıqca  məskunlaşmada 
yaranmış problemlərdə də tədricən həllini tapır. 
Latın  Amerikası  hərtərəfli  və  müstəqil  iqtisadi  inkişaf  üçün  bütün  təbii  və 
əlverişli  imkanlara  malikdir.  Mülayim,  subtropik  və  tropik  iqlim  qurşaqılarında 
istənilən növ kənd təsərrüfatı məhsullarının ildə 2-3 dəfə istehsalını da təşkil etmək 
olar.  Regionun  meşələri  ölçülərinə  və  imkanlarına  görə  müqayisa  edilməzdir. 
Burada həm sənaye, həm də ərzaq əhəmiyyətli bitkilər olduqca boldur. Məhsuldar 
torpaqları, bol sulu, hidroenerji ehtiyatlı çayları bioloji resurslarla zəngindir. Ətraf 
dənizləri biokütləsinin miqdarına və növ zənginliyinə görə çox əhəmiyyətlidir. 
Belə  yüksək  təbii  imkanlara  malik  olan  regionun  ölkələrində  təəssüf  ki, 
məhsuldar  qüvvələrin  inkişafı  hələ  kifayət  səviyyəyə  çatmamışdır.  Regionda 
Braziliya,  Argentina,  Meksika  kimi  iri  sənayeləşmiş  təsərrüfatlara  malik,    dünya  
bazarında    özünün    istehsal    vasitələri  istehsalı  məhsulları  ilə  tanınmasına 
baxmayaraq  bütövlükdə  zəif  iqtisadi  inkişaf  hələ  də  əksər  ölkələrdə 
saxlanmaqdadır.  Ümumilikdə  milli  gəlir  qonşu  ABŞ-la  müqayisədə  10  dəfə 
aşağıdır. 



 
Region  ölkələri  arasında  iqtisadi  inkişaf,  adam-başına  milli  gəlir  olduqca 
müxtəlifdir. Sürətlə inkişa edən Braziliya, Argentina, Meksika ilə yanaş Venesuela, 
Çili,  Uruqvayda  hətta  adambaşına  milli  gəlir  bir  sıra  Cənubi  Avropa  ölkələrinin 
səviyyəsinə  çatmış,  hətta  bəzilərini  belə  ötüb  keçmişlər.  Bununla  belə,  region 
ölkələrindən  Boliviya  və  Paraqvayı  bəz  Afrika  və  Asiya  ölkələri  ilə  müqayisə 
etmək  olar.  Regionun  iri  sənayeləşmiş  ölkələri  olan  Braziliya,  Argentina  və 
Meksikada nəinki sənaye istehsalının həcmi, hətta xarici ticarətdə hazır məhsulun 
ixrac  miqdarı  da  artmaqda  davam  edir.  Yüksək  inkişaf  edən  iqtisadiyyata  malik 
olan  bu  “üçlük”  nəinki  dünya  bazarında  getdikcə  daha  çox  maşınqayırma 
məhsulları  ilə çıxış  edir, hətta xarici ticarətdə müsbət saldoya malik  olurlar. Bəzi 
mütəxəssislər  onları inkişaf etmiş ölkələrlə  eyni səviyyədə görürlər. Bu ölkələrdə 
avtomobil,  təyyarə,  gəmi  istehsalı  formalaşmış  sənaye  sahəsinə  çevrilmiş,  hərbi 
sənaye və atom energetikası yaranmışdır. 
Latın  Amerikasında  hal-hazırda  emaledici  sənayenin  ümumi  daxili  məhsul 
istehsalında  xüsusi  çəkisi  25%-dən  çoxdur.  Regionun  sənaye  məhsulu  dəyərinin 
4∕5 hissəsi üç iri nəhəngin payına düşür.  
 
 
Dünya təsərrüfatında regionun payı, %-lə 
 
 
1960 
1970 
1980 
1990 
2000 
2005 
Daxili Ümumi Məhsul  
5,9 
6,2 
7,1 
6,9 
6,7 
6,8 
Kənd təsərrüfatı məhsulu 
9,7 
11,0 
11,8 
12,1 
12,3 
12,4 
Sənaye məhsulu 
5,6 
     6,4 
7,2 
7,0 
6,8 
6,8 
O cümlədən emal 
5,5 
6,0 
7,1 
6,8 
6,5 
6,6 
İxracat 
7,1 
4,9 
4,5 
3,7 
3,3 
3,4 
 
Sənaye inkişaf edən region ölkələrinin qara metallurgiyası hələ də daxili bazar 
üçün  işləyir.  Tam  silsiləli  metallurgiya  zavodları  da  bu  üç  ölkədə  fəaliyyətdədir. 
Digər  ölkələrin  metallurgiya  müəssisələri  emaledici  sənaye  rayonlarında 
cəmləşmişdir. Regionda əlvan metallurgiya nisbətən inkişaf etmiş sahələrdən olub, 
daha  yaxşı  və  aparıcı  sahə  kimi  Çili,  Pena  və  Boliviyada    inkişaf  etmişdir. 
Regionda  maşınqayırma  sənayesinin  nisbətən  inkişaf  etmiş  sahəsi  nəqliyyat 
maşınqayırmasıdır.  Bu  sahə  ümumi  maşınqayırma  məhsulu  dəyərinin  təxminən 
yarısını  verir.  Bir  çox  ölkələrdə  istehsal  olunan  avtomobil  müəssisələri  daxili 
bazarı təmin etməyə istiqamətlənmişdir. Gəmiqayırma regionun bir çox ölkələrində 
mövcud olsa da Braziliyada daha yaxşı inkişaf etmişdir. Burada iri tonnnajlı gəmi 
istehsalı  ilə  yanaşı  iri  gəmi  təmiri  müəssisələri  də  vardır.  Regionda  aviasiya 
sənayesi  iri  sənayeləşmiş  ölkələrdə  mövcuddur  və  əsasən  də  kiçik  təyyarə  və 
vertelyot  istehsal  edir.  Onlara  aid  olan  mühərriklər  isə  xaricdən  gətirilir.  Region 
ölkələrinin demək olar ki, əksəriyyətində bu və ya digər dərəcədə kənd təsərrüfatı 
maşmqayırması  inkişaf  etmişdir.  Braziliya,  Argentina  və  Meksikada  traktor 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə