Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə2/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   2   3   4   5   6   7   8   9   ...   81


 
20-30° cənub enliyi arasında  yerləşən tropik qurşaqda passatların  təsiri böyükdür. 
Atlantik okeandan bu passatlar çoxlu miqdarda rütubət gətirir. 5-27° s.e. arasında 
And  dağlarının  qərb  yamacı  və  sahil  əraziləri  və  səhralıqdır.  Bu  ərazilər  yüksək 
təzyiqli cənubi Sakit okean antisiklonunun daimi təsiri altındadır. Qərbdə subtropik 
iqlim qurşağı zonası da həmin antisiklonun təsirinə məruz qalır. Yayı quraq keçsə 
də,  qışda  siklonlar  yağış  gətirərək,  buranın  özünəməxsus  "Aralıq  dənizi  tipini" 
yaradır. Andlardan şərqə doğru getdikcə yağıntıların miqdarı artır. 
Bütövlükdə, regionda yağıntıların miqdarı ən çox And dağlarının Kolumbiya 
yamacı, Çilinin cənub hissəsi, Qərbi Amazoniya, Qviana və Braziliya yaylalarının 
şərq  yamacı,  daxili  hissələrə  və  daxili  düzənliyinə  düşür.  Pampanın  qərbi, 
Pataqoniya və Puna, tropik qərb sahil və And daha quraqlıqdır. 
Rütubətliliyin  paylanması  çay  sisteminin  formalaşmasına,  sıxlığına, 
bolsululuğuna  təsir  edir.  And  dağlarının  meridianal  istiqamətdə  uzanaraq  Sakit 
okean  çaylarının  normal  qidalanmasını  məhdudlaşdırır.  Rütubətli  ərazilərdə  bu 
çaylar  qısa,  lakin  hidroenerji  ehtiyatlıdır.  Atlantik  hövzəsinin  çayları  geniş 
düzənliklərdən axaraq özləri ilə bol su gətirirlər. Karib hövzəsinə Andların ən iri 
çaylarından olan Maqdalena və Kauki çoxlu miqdarda şirin su gətirir. Hövzəsinin 
sahəsi  7  mln.  km
2
-dən  çox  olan  Amazon  dünyanın  ən  bol  sulu  çayıdır.  Öz 
mənbəyini  4840  m  yüksəklikdən  götürən  və  Maranyon  adlanan  bu  çay  əvvəlcə 
şimala  doğru  axıb,  dərin  çay  dərəsi  əmələ  gətirərək  şərqə  dönüb,  özünün  ikinci 
qolu olan Amerika Ukayalini qəbul etdikdən sonra Amazon adlanır. Çay il boyu 
bolsulu  olsa  da,  lakin  ən  bol  dövrü  yağışların  rejimindən  asılıdır.  Çay  öz  axarı 
boyu  4300  km  məsafədə,  sistemi  üzrə  isə  25  min  km  məsafədə  gəmiçiliyə 
yararlıdır.  Onun  hidroenerji  ehtiyatı  280  mln.  kvt  hesablansa  da  hələlik  az 
miqdarda istifadə olunur. Regionun ikinci iri çayı olan Parananın da olduqca gözəl 
əlverişli təbii şəraiti vardır. 
Regionda  iqlimə  uyğun,  xüsusilə  də  rütubətlənmə  səviyyəsinə  görə  torpaq-
bitki  örtüyü  formalaşmışdır.  Qərbi  Amazoniyada  yayla  ətəklərinədək  geniş  bir 
sahədə  Selva  yerləşir.  Selva  -  çətin  keçilən  rütubətli  ekvatorial  meşədir.  Burada 
qırmızı-sarı ferralit torpaqlar yayılmışdır. Ekvatorial qurşağın əsas ehtiyatını təşkil 
edən qiymətli, rəngli oduncağı olan ağac növləri, nadir fauna və flora nümunələri 
burada  cəmləşmişdir.  Subekvatorial  iqlim  qurşağında  seyrək  meşəlik  və 
savannalarda  qırmızı-ferralit  torpaqlar  yayılmışdır.  Mərkəzi  tropik  qurşaqda  uzun 
müddət  quraqlığa  davamlı  ağac  növləri,  qırmızı-qonur,  boz-şabalıdı  torpaqlar 
yayılmışdır. Burada olduqca qiymətli kebraço ağacı bitir. Tropik qurşağın nisbətən 
rütubətli  şərq  rayonlarında  həmin  meşələr  və  qırmızı  torpaqlar  yayılmışdır. 
Subtropik  Şərqdə  hündürboylu  otlar  üstünlük  təşkil  edir.  Uruqvayda  və  şərqi 
Pampadakı  geniş  düzənliklərdə  və  çöl  zonasında  məhsuldar  qırmızı-qara,  qara 
torpaqlar üstünlük  təşkil  edir. Andlarda hündürlüyə qalxdıqca  torpaq-bitki örtüyü 
enlik zonallığına uyğun gələrək getdikcə mürəkkəbləşir. 
Cənubi  Amerika  ərazisinə  ilk  insanların  gəlişi  15-17  min  il  bundan  əvvəl 
olmuşdur.  Bu  Şimali  Amerikaya  vaxtilə  gəlmiş  hindu  tayfalarının  nümayəndələri 
olmuşdur.  Onlar  sərgərdan  həyat  keçirmiş,  ovçuluq,  balıqçılıq  və  yığıcılıqla 
məşğul  olmuşlar.  Sonralar  əkinçilik  və  heyvandarlıq  peşələrinə  yiyələnmişlər. 



 
Avropalıların  gəlişinədək  Andlarda  möhtəşəm  ilk  imperiyası  formalaşmışdır.  Bu 
imperiya  iki  yüzillik  dövrdə  fəaliyyət  göstərdikdən  sonra  ispan  konkistadorları 
tərəfindən  dağıdılmışdır.  Hindu  tayfalarının  əksəriyyətinin  təsərrüfatında  ovçuluq 
və  balıqçılıq  sadə  əkinçiliklə  uyğunlaşdırılmışdır.  Lakin  son  dövrlərdə  aparılan 
tədqiqat  işləri  göstərir  ki,  o  dövrün  əkinçilik  sistemi  o  qədər  də  bəsit  və  iqtisadi 
cəhətdən səmərəsiz olmamışdır. Amazon  ovalığı,  Mojos  düzənliyi,  Venesuela, 
Qayana  və  Surinamin  bir  çox  rayonlarında  intensiv  əkinçilik  mövcud    olmuş,  
torpaqların  qurudulması  sisetemi  yaradılmışdır.  İnkişaf  etmiş  hindu  əkinçilik 
mədəniyyəti  dünya  ölkələrinə  bir  çox  məhsulları,  o  cümlədən  kartof,  qarğıdalı, 
maniok,  balqabaq,  araxis  və  başqa  məhsulları  hədiyyə  etmişdilər.  Materikin 
kəşfindən keçən bir əsr ərzində yerli hindu əhalisinin sayı kəskin sürətdə azalmağa 
başladı. Bu gün hindular bütün Latın Amerikası ölkələrində yaşasalar da, Boliviya 
və  Ekvadordan  başqa  digərlərində  o  qədər  də  çox  deyillər.  Müasir  hindular  öz 
əcdadları kimi bir çox dil ailələrinə mənsub olub, öz dillərində də danışırlar. Hal-
hazırda iri hindu tayfaları olan keçua, aymara və s. həmçinin də tropik meşələrdə 
yaşayan kiçik hinduqrupları öz dillərin və  mədəniyyətlərini qoruyub saxlamışlar. 
Bir çox hindu etnik qrupları isə öz dil və mədəniyyətlərini çoxdan unutmuşlar. 
Müstəmləkə  dövründə  plantasiyalarda  işləmək  üçün  Afrikadan  milyonlarla 
zənci-qullar  gətirilmişdir.  Bu  üç  irqin  nümayəndələri  müasir  əhalinin 
formalaşmasının əsasını qoymuşlar. 
Regionda demoqrafik vəziyyət təbii artımın yüksəkf səviyyəsi ilə xarakterizə 
edilir. Bu özünü daha çox  tropik zonada  göstərir. Son  on  ilin (1995-2005) təhlili 
göstərir ki, regionda təbii  artım tədricən azalmağa meyllidir. Lakin əksər ölkələrdə 
təbi  artımın  sürəti  keçən  əsrin  70-ci  illəri  müqayisəd  heç  də  azalmamışdır.  Bəzi 
tədqiqatçılar  bunu  gənclərin  ilkin  nigaha  aludəçiliyi  ilə  izah  edirlər.    Onların 
məlumatlarında  qeyd  edilir  ki,  Venesuelada  nigahda  bulunan  gənclərin  orta  yaşı 
20,  Kolumbiyada  21  və  sairədir.  Digər  tədqiqatçılara  görə  isə  çoxuşaqlılığın 
saxlanılması  artımın  əsas  səbəbi  sayılır.  Bəzi  tədqiqatçılar  təbii  artımın 
yüksəkliyini regionda katolik kilsəsinin fəal təbliğatında, əhalinin savadsızlığında, 
sosial-iqtisadi inkişafın zəifliyində tibbi xidmətin və əhali arasında aparılan izahat 
işlərinin səviyyəsinin aşağı olmasında görürlər.  
Təbii    artımın    səviyyəsi    regionda    əhalinin    yaş  strukturuna    da    təsir  
etmişdir.  Region  əhalisinin təxminən 40%-nin yaşı 15-dəkdir. Ayrı-ayrı ölkələrdə 
və  iqlim  zonalarında  daha  fərqlidir,  həmçiinn  ölkələrin  sosial-iqtisadi  inkişaf 
səviyyələrinə müvafiq  olaraq uzunömürlülük fərqi daha qabarıq görünür. Belə ki, 
Argentina,  Uruqvay  və  Venesuelada  66-72,  Boliviyada  46-51  ildir.  Son  illər  bir 
sıra  region  ölkələri  demoqrafik  siyasətin  həyata  keçirilməsində  müəyyən    fəallıq 
göstərirlər.  Proqnozlar  göstərir  ki,  2010-20  l5-cu  illərdə  region    ölkələrin 
əksəriyyətində, Boliviyadan başqa, əhalinin təbii artımı sabitləşəcəkdir. Boliviyada 
isə  təbii  artımın  yüksək  səviyyəsi    uzunömürlüyün  artması  hesabına  hələ  xeyli 
müddət saxlanılacaqdır. 
Latın  Amerikasının  ərazisində  məskunlaşmanın  xarakterində,  əhalinin 
sıxlığında da fərqli cəhətlər vardır. Region üzrə orta sıxlıq təxminən 1 kv km-də 18 
nəfərdisə, Karib hövzəsində 120 nəfərdən çoxdur. Əgər Fransız Qvianasında hər 1 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə