Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə81/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

162 
 
Montevideo  qala  kimi  əsası  qoyulmuş  və  davakar  portuqaliyalılardan 
qorunmaq  məqsədi  daşıyırdı.  Üç  tərəfdən  La-Plata  ilə  əhatələnən  qalanın 
altımetrlik  divarları  onu  tamamilə  təhlükəsiz  hala  salmışdı.  Şəhər  sonralar  liman 
kimi  xüsusi  əhəmiyyət  kəsb  etməyə  başlamışdır.  Bu  liman  vasitəsilə  ixrac-idxal 
əməliyyatları  həyata  keçirilmiş,  immiqrantlar  burada  özlərinə  dayanacaq  tapmış, 
şəhərin  kəskin  şəkildə  böyüməsinə  şərait  yaratmışlar.  Təxminən  ölkə  əhalisinin 
yansını  özündə  cəmləşdirən  paytaxt  iqtisadi  inkişafın  aynasıdır.      İri      sənaye   
müəssisələri,   xüsusilə  də,   ət   emalı müəssisələri burada cəmləşmiş, neft emalı, 
gön-dəri,    ayaqqabı,    gəmiqayırma    və  digər  sənaye    müəssisələri      özlərini   
qabarıq   şəkildə  əks etdirir.   Digər tərəfdən   Montevideo  respublikanın   əsas  
mədəniyyət mərkəzidir. Burada uruqvaylıların bütün mədəni inkişafının xarakterik 
cəhətləri və ənənələri toplanmışdır.     
 
Təsərrüfatının əsas sahələri və inkişaf perspektivləri 
 
Uruqvay  Latın  Amerikasında  nisbətən  inkişaf  etmiş  ölkələrdəndir.      Ölkədə   
aparılan      iqtisadi      siyasət      son  illərdə  onun  sürətli  inkişafını  artırmağa 
yönəlmişdir.  Ərazi  təbii  resurslarla  təmin  olunma  səviyyəsinə  görə  kasıblar 
sırasındadır.  XX  əsrin  80-ci  illərində  ölkənin  şimal  ərazilərində  müəyyən  qədər 
dəmir  filizi  ehtiyatı  aşkar  edilmişdir.  Geniş  otlaq  sahələri  heyvandarlıqda  iri  
ixtisaslaşmış   təsərrüfatların  yaradılmasına  şərait yaratmışdır.    Ümumi   daxili   
məhsulun   adambaşına miqdarına    görə    Latın    Amerikasında    ən    yüksək 
göstəricisi  olan  ölkələrdəndir.  XX  əsrin  ortalarından  başlayaraq  iqtisadiyyatında 
baş verən hərc-mərclik onun müəyyən qədər zəifləməsinə gətirib  çıxarmışdı.   70-
ci    illərin    ortalarında    baş  verən  hərbi  çevriliş  80-ci  illərin  ortalarınadək  davam 
etmiş,   nəhayət    1989-cu   ildə   ümumi   demokratik seçkilər nəticəsində stabil 
dövlət  və  parlament  formalaşmışdır.  Bu  da  yeni  iqtisadi  siyasət  strategiyasının 
fomalaşmasının  əsasını  qoydu.  Qəbul  olunmuş  iqtisadi  proqram  dövlət    
bölməsinin          özəlləşdirilməsini,      iqtisadiyyatın  liberallaşdırılmasını,    tədricən  
iqtisadiyyata  dövlət  nəzarətinin  azaldılmasını  nəzərdə  tuturdu.    Bu  gün      də   
Uruqvayda    iqtisadi      siyasət      özəlləşdirmənin  sürətləndirilməsinə,    xarici  
kapitalın  cəlb  edilməsinə, sənayenin,   xüsusilə  də  emaledici   sənayenin   inkişaf 
etdirilməsinə  istiqamətləndirilmişdir.  Əgər  keçən  əsrin    80-ci  illərinin  axırlarında    
ümumi    daxili    məhsulun    40%-i    kənd təsərrüfatının     payına    düşürdüsə,     
bu    gün    ölkə daxilində    ümumi   daxili    məhsulun  14,3%-i   kənd təsərrüfatı, 
meşə və balıq təsərrüfatlarının, 29%-i sənayenin,   eletroenergetika,   qaz  və   su   
təsərrüfatlarının,  2,9%-i      tikintinin,    6,4%-i    nəqliyyat,      rabitə    və    anbar 
təsərrüfatlarının,    48,4%-i    isə    ticarət    və    xidmət sahələrinin payına düşür. 
Uruqvay  iqtisadiyyatının  əsasını  uzun  müddət  kənd  təsərrüfatı,  xüsusilə  də 
heyvandarlıq  təşkil  edirdi  ki,  o  da  ixrac  istiqamətli  idi.  İspanlar  tərəfindən 
gətirilmiş iribuynuzlu mal-qara bol otlaq sahələrinə əsasən heyvandarlığın sürətlə 
inkişafına  təkan  verdi.  Bu  da  öz  növbəsində  xarici  ölkələrdə  geniş  maraq 
doğurduğundan  heyvandarlığın  inkişaf  etdirilməsi,  məhsulun  isə  dünya  bazarına 
çıxarılması  ilə  nəticələndi.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  artıq  Uruqvay 


163 
 
beynəlxalq əmək bölgüsündə dar ixtisaslı heyvandarlıq məhsullarının - ət, yun, dəri 
ixracatçısı kimi öz mövqeyini möhkəmləndirdi. 
a)  Kənd  təsərrüfatı.  Ərazisində  müstəmləkə  dövründə  təbii  resursların 
kasadlığı  Uruqvayın  ixtisaslaşmasında,  xüsusilə  heyvandarlıq  üzrə  inkişaf 
etdirilməsinə şərait yaratmışdır. Odur ki, heyvandarlıq təsərrüfatlarının yaradılması 
və  ixtisaslaşdırılma  prosesi  sürətlənərək  ölkənin  iqtisadi  qüdrətinin  artmasına 
imkan yaratdı. 
XIX  əsrin  ikinci  yarısından  başlayaraq  heyvandarlığın  yüksək  inkişaf  sürəti 
xarici  amillərin  təsiri  altına  düşdü.  Qərbi  Avropa  ölkələrinin  sənayesinin  sürətli    
inkişafı    onların    ərzaq    məhsullarına    olan tələbatlarını    artırdığından    digər    
Latın        Amerikası  ölkələri    kimi    Uruqvayın    da  xarici    bazara  uyğunlaşmasına   
şərait  yaradırdı.   İlkin   dövrdə   ixrac   olunan məhsullar arasında dəri,  piy, yün,  
sonradan  is    ətin  xüsusi  çəkisi  artmağa  başladı.  Məhsul  ixracına  tələbat  artdıqca 
ətin sənaye üsulu ilə istehsalı yaranmağa və inkişaf etməyə  başladı.   Əvvəlcə   piy  
və    ət    duzlama  sahələrinin  tikintisi  təşkil  edildi.  Bu  Uruqvayın  tezliklə  böyük 
miqdarda duzlu ət və piy ixracına imkan verdi. Lakin    müəyyən    dövrdən    sonra    
ispanların    bura gətirdikləri   cins   olmayan   kreol   mal-qarası   avropa bazarmın   
artan      tələbatını      ödəyə      bilmədi.      Duzlama  müəssisələrinin        əvəzinə      ət   
soyuducu   müəssisələri yarandı.    Ətin    soyudulmaqla    saxlanılması    prosesi 
getdikcə      daha      yaxşı      öyrənilməyə      başladı      və      ilkin  soyuducu  gəmilər 
meydana  gəldi ki, bu da Uruqvay  iqtisadiyyatında   yeni   mərhələnin   başlanması  
demək  oldu.  Ət  soyuducu  müəssisələr  ölkədə  ilk  iri  sənaye  müəssisələri  oldu.  
Yeni  sənaye  sahəsinin  yaranması  çoxlu  kapital  qoyluşu  tələb  etdikcə  xarici 
kapitalın ölkə iqtisadiyyatında rolu artmağa başladı. Bu ilk növbədə amerika   və   
ingilis   kapitalı   idi.   Digər   tərəfdən   ət soyuducu  müəssisələrinin  yaranması   
heyvandarlığın inkişafına da ciddi təkan verdi. Heyvandarlığın və ət təsərrüfatının 
ixrac istiqamətində inkişafı ölkədə dəmir yollarının ingilis     şirkətləri     tərəfindən     
tikintisinə başlamağa təhrik etdi. 
Avropadan  köçüb  gələnlər  buğda,  kətan,  tərəvəz  istehsal  etməyə  başladılar. 
Gəlmələrin  sayı  artdıqca  yem  bitkilərinin  də  əkin  sahələrinin  yaradılmasına 
başlandı və ilk növbədə yonca əkilərək heyvandarlığın inkişaf etdirilməsi üçün bu 
yem bazasının möhkəmləndirilməsi mərhələsi oldu. 
Uruqvayın  torpaq  fondunun  98%-i  kənd  təsərrüfatına  yararlı  torpaqlardır  ki, 
bunun da 78,5%-ni  otlaqlar, 8,4%-ni isə əkin  sahələri  təşkil  edir. Burada da digər 
Latın  Amerikası  ölkələrində  olduğu  kimi  torpaqların  təmərküzləşməsi  olduqca 
böyükdür.  Belə  ki,  sahəsi  1000  ha-dan  çox  olan  torpaq  sahələri  ümumi 
təsərrüfatların 6,5%-nin payına düşür ki, bunların da xüsusi çəkisi ümumi  yararlı 
torpaqların  55,4%-dir.  Bütün  bunlara  baxmayaraq  Uruqvayın  kənd  təsərrüfatında 
kapitalist istehsal münasibətləri Latın Amerikasının digər ölkələrindən fərqli olaraq 
daha  yaxşı qurulmuşdur. Bu özünü ilk növbədə muzdlu əməkdə, kənd təsərrüfatı 
istehsalının  nisbətən  yüksək  əmtəəliyində  və  mexanikləşdirmədə  göstərir. 
Heyvandarlıqdan    fərqli    olaraq    bitkiçilik    nisbətən  kiçik  təsərrüfatlarda  - 
çakraslarda becərilir və inkişaf etdirilir. Əkin sahələrində buğda, qarğıdalı, arpa və  


164 
 
darı  üstünlük  təşkil  edir.  Texniki  bitkilərdən  nisbətən  geniş  yayılanı  kətan  və 
günəbaxandır. Son illər şəkər çuğundurunun əkin sahələri də artmışdır. 
Montevideo  şəhərindən  şimalda  qarğıdalının  əkin  rayonu  yerləşir.  Burada 
qarışıq  təsərrüfatlar  üstünlük  təşkil  edir.  Bu  təsərrüfatlar  əsasən  quşçuluq, 
donuzçuluq,  qarğıdalı,  həmçinin  də  meyvə  və  tərəvəzçiliklə  də  məşğul  olurlar. 
Montevideodan  qərb  və  şimal-qərb  hissədə  ölkənin  “südçülük  zonası”  yerləşir. 
Burada iri heyvandarlıq təsərrüfatları ilə yanaşı südlük-ətlik istiqamətli iri və orta, 
yüksək məhsuldarlıqlı kiçik südlük təsərrüfatları da fəaliyyət göstərir. 
Uruqvay  çayının  sol  sahilində  Litoral  adlanan  rayon  ölkənin  əsas  buğda 
istehsalçısıdır. Burada həmçinin kətan və günəbaxanın böyük əkin sahələri vardır.  
Bu  rayonda  bütün  sahələr  iri  təsərrüfatlarda  ixtisaslaşmışlar.  Uruqvayın  müasir 
iqtisadi  həyatında  indi  də  heyvandarlıq  əsas  təsərrüfat  sahəsidir.  Əsasən  iri 
buynuzlu  mal-qara  və  qoyunçuluq  geniş  yayılmışdır.  Qoyunların  sayı  20  mln. 
başdan artıqdır. Onların məhsuldar növləri bura XIX əsrin ortalarında gətirilmişdir. 
Bu  qoyunlar  əsasən  zərif  yunlu  olub,  gözəl  yun  tədarük  etmək  üçün  saxlanılır. 
Bütün heyvandarlıq təsərrüfatları iri ölçüləri ilə fərqlənir. 
b)        Sənayesi.        Uruqvayın        sənayesi        onun        kənd  təsərrüfatı  ilə  sıx 
əlaqədardır,    belə  ki,  ölkədəki  əsas  sənaye  sahələri  onun  məhsullarının  emalına 
əsaslanır.  Argentinada  olduğu  kimi  burada  da  kənd  təsərrüfatı  məhsulunun 
istehsalı, emalı və ixracı ölkənin beynəlxalq   aləmdə   simasını   müəyyənləşdirir.    
Beynəlxalq əmək bölgüsündə Uruqvay qaramal və qoyun əti istehsalı ilə fərqlənir. 
Ölkənin  əsas  ət-sənaye  kompleksləri  Montevideo  və  Fraybentos  şəhərlərində 
cəmləşmişdir. 
Yeyinti sənayesinin digər inkişaf etmiş sahələrinə yağ istehsalı,  unüyütmə və 
meyvə-tərəvəz  konserv  müəssisələri  də  aiddir.  Uruqvay  üçün  ənənəvi  sənaye 
sahələrindən  biri  də  gön-dəri      və      ayaqqabı      istehsalıdır.      Bu      məhsulların 
istehsalının    inkişaf  etdirilməsi  üçün  zəngin    xammal  ehtiyatı    vardır.      Uruqvay  
dəri   məmulatlarının   ən  iri ixracatçılarındandır. 
Kənd  təsərrüfatı  ilə  sıx  əlaqəsi  olan  sənaye  sahələrindən  biri  də  toxuculuq 
sənayesidir. Bu sənaye sahəsi üçün də zəngin xammal zərif yun və kətan istehsalı 
vardır. Ağır   sənayenin   inkişafı    üçün   xammal    bazası zəifdir.   Əsas   aparıcı   
sahələri      sayılan      neftemalı      və  kimya          sənayesi          gətirilmə          xammala 
əsaslanır. 
Uruqvayda istehsal olunan elektrik enerjisi SES-lərə əsaslanır. Əgər SES-lərin 
ümumi istehsal gücükeçən əsrin 80-ci illərində 80%-idisə və onun da qalan 20%-i 
gətirilmə neftə əsaslanırdısa, hal-hazırda SES-lərin gücü 96%-ə çatmışdır. Uruqvay 
SES-lərdə istehsal olunan elektrik enerjisinin 50%-ni ixrac edir. 
Uruqvayın  nəqliyyat  şəbəkəsi  nisbətən  seyrəkdir.  Heyvandarlığın  sürətli 
inkişafı,  ət  və  ət  məhsullarının  ixracı,  Avropa  ölkələrinin  Uruqvay  məhsullarına 
tələbatının artması ölkədə dəmir yollarının salınmasına təkan verdi. Dəmir yolların 
çəkilişinə  ingilis  şirkətləri  həvəslə  qoşuldular.  Bu  gün  ölkənin  dəmir  yollarının 
ümumi uzunluğu 3 min km-dən çoxdur. Avtomobil yollarının ümumi uzunluğu 52 
min  km-dən  artıq  olsa  da,  bunun  yalnız  15  min  km-dən  çoxu  bərk  örtüklü  şosse 
yollarıdır.  Ölkədə  su  nəqliyyatının  rolu  olduqca  böyükdür.  Uruqvay  və  La-Plata 


165 
 
çayları  müstəsna  rol  oynayır.  Su  yollarının  ümumi  uzunluğu  1250  km-dir. 
Montevideo ölkənin əsas nəqliyyat qovşağıdır. 
Uruqvay  Latın  Amerikasında  sürətlə  inkişaf  edən  ölkələrdəndir.  Uruqvay 
beynəlxalq  əmək  bölgüsündə  özünün  aqrar  məhsulları,  xüsusilə  də  heyvandarlıq 
məhsulları ilə çıxış edir. İdxal etdiyi məhsullar əsasən yanacaq, kimya məhsulları 
və  sənaye  avadanlıqlarıdır.  Son  illərdə  turizm  əsas  sahələrdən  birinə 
çevrilməkdədir. 
ƏDƏBİYYAT  
 
1.  Мащбиц  Я.Г.  Мексика.  Экономика-географическая  характеристика.  М., 
1961. 
2. А. Бассольс Баталья. Экономическая география Мексики. М., 1980. 
3. Bayramov    K.B.    Meksikanın    iqtisadi-coğrafi    səciyyəsi. B.,1999. 
4. Б.Н.Дунаев. Перу. М., 1984. 
5. Кузнецов В.С. Перу. М., 1976. 
6. Лативрина Э. Колумбия. М., 1986. 
7. Мировая экономика международные отношения. М., 1993.  
8. Дино Н.С. Иностранный капитал Чили и его влияние на еконоьтческой 
развитие страны. М., 1985.  
9. Богословский В. Гайана. М., 1969. 
10. Mirzəzadə A., Bayramov K. Dünyanın iqtisadi və sosial coğrafıyasının 
tədrisinə dair. Bakı, 1997. 
11. Mirzəzadə A., Bayramov K., Uluxanlı N. Dünyanın fıziki və iqtisadi 
xəritəsinin öyrənilməsinə dair. Bakı, 2000. 
12. Bayramov K.B., Mirzəzadə A.M. And Ölkələri. Bakı, 2000. 
13. Bayramov K.B., Mirzəzadə A.M., Zeynallı Y.Q. La-Plata və Amazon hövzəsi 
ölkələri. Bakı, 2003. 
14. Ковальская А.С. Гайана. М., 1983. 
15.Харитонов В.А. Парагиай. М., 1976. 
16. Пименова Р.А. М., 1974 
17. Пименова Р.А., Шейнбаум Л.С. Аргентина. М., 1983. 
18. Страны и народы. Южная Америка. М., 1983. 
19. Максаковский В.Б. Экономическая и социальная география мира. М., 
1995. 
20. Долинин А.А. Экономические районь Чили. М., 1965. 
21. Страны мира. М., 2000. 
22. Məmmədov C.A. Vest-Hind ölkələri. B., 1998. 
Latın Amerikasının regionları 
 


166 
 

 
R
egi
on
lar
 
 
Ö
lk
əl
ər
 
Ə
raz
is
i, 
mi
n
 k
m
2
 
Ə
hal
is
i, 
mi
n. n
əfə

 
       
P
aytaxtı
 
 
 
D
övl
ət q
ur
ul

u
 







1.
 
M
ərkə
zi
 A
m
er
ika
 ö
lkə

ri
 
Meksika  
1958,2 
106,4 
Mexiko 
Federativ Respublika 
Nikaraqua 
129,5 
5,0 
Manaqua 
Respublika 
Honduras 
112,0 
6,4 
Tequsiqalpa 
Respublika 
Qvatemala 
128,9 
13,0 
Qvatemala 
Respublika 
Panama 
77,0 
3,1 
Panama 
Respublika 
Kosta-Rika 
51,1 
3,8 
San-Xose 
Respublika 
Beliz  
23,0 
0,3 
Belmopan 
Britaniya birliyinin üzvü 
Salvador  
21,4 
6,6 
San-Salvador 
Respublika 
2.
 
V
es
t-
H
ind öl


ri
 
Kuba 
111,0 
11,4 
Havana 
Respublika 
Dominikan 
48,5 
8,6 
Santa-Dominqo 
Respublika 
Haiti 
28,0 
7,0 
Porto-Prens 
Respublika 
Baham adaları birliyi 
13,9 
0,4 
Nassau 
Britaniya birliyinin üzvü 
Yamayka 
11,0 
2,8 
Kinqston 
Britaniya birliyinin üzvü 
Puerto-Riko 
9,1 
4,3 
San-Xuan 
ABŞ-la sərbəst birləşmiş 
müstəqil ərazi 
2.
 
V
es
t-
H
ind öl


ri
 
Trinidad və Tobaqo 
5,1 
1,3 
Port-of-Speyn 
Britaniya birliyinin üzvü 
Dominika 
0,8 
0,07 
Rozo 
Britaniya birliyinin üzvü 
Sent-Lyusiya 
0,6 
0,2 
Kastri 
Britaniya birliyinin üzvü 
Barbados 
0,4 
0,3 
Brictaun 
Britaniya birliyinin üzvü 
Antiqua və Barbuda 
0,4 
0,07 
Sent-Cons 
Britaniya birliyinin üzvü 
Sent-Vinsent və 
Qrenadina 
0,4 
0,1 
Kinqston 
Britaniya birliyinin üzvü 
Qrenada 
0,3 
0,09 
Sent-Corces 
Britaniya birliyinin üzvü 
Sent-Kits və Nevis 
0,3 
0,04 
Baster 
Britaniya birliyinin üzvü 







3.
 
A
nd 
öl


r

Peru  
1285,2 
28,0 
Lima 
Respublika 
Kolumbiya  
1141,7 
44,3 
Boqota  
Respublika 


167 
 
Çili 
756,9 
16,0 
Santyaqo  
Respublika 
Venesuela 
912,1 
27,8 
Karakas  
Respublika 
 Ekvador 
283,6 
14,1 
Kito  
Respublika 
Boliviya  
1098,6 
10,1 
Sukre  
Respublika 
4.
 
La
-P
la
ta
 və
am
az
on hövə
si
 öl


ri
 
Argentina 
2780,1 
40,3 
Buenos-Ayres 
Federativ Respublika 
Brazilya  
8512,0 
190,2 
Brazilya 
Federativ Respublika 
Qayana 
215,0 
0,8 
Corctayn 
Britaniya birliyinin 
üzvü, Respublika 
Paraqvay 
406,7 
6,3 
Asunsion 
Respublika 
Surinam 
163,8 
0,6 
Paramaribo 
Respublika 
Qviana 
0,9 
0,2 
Kayenna 
Fransanın “dənizarxası” 
departamenti 
Uruqvay 
176,2 
3,4 
Montevideo 
Respublika 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


168 
 
Əlvan metallurgiya kompleksi Tukuran SES-nin enerjisi əsasında Barkarena 
limanı yaxınlığında yaranmaqdadır. 
  
 
Vacib sənaye məhsul növlərinin istehsalı 
 
Məhsulun növləri 
1960 
1970 
1980 
1990 
2000 
2005 
Elektrik enerjisi, mlr kVt.s 
36 
48 
141 
186 
205 
257 
Daş kömür, mln t. 
13,2 
13,9 
13,5 
7,2 
5,3 
6,4 
Neft, mln t. 
5,3 
8,2 
9,4 
29 
36 
37,2 
Dəmir filizi, mln t. 
9,3 
56 
93 
134 
155 
166 
Marqans filizi, mln t. 
999 
2097 
2098 
2102 
2217 
2340 
Boksit, mln t. 
0,3 
0,5 
3,8 
5,2 
10 
12,2 
Mis, mln t. 
11,0 
26 
89 
147 
176 
183 
Qurğuşun, mln t. 
17 
37 
85 
88 
98 
105 
Sink, mln t. 
42 
54 
120 
121 
135 
142 
Qalay, mln t.  
18 
24 
27 
34 
44 
50 
Nikel, mln t.  

10 
14 
13 
17 
22 
Almünium, mln t. 
35 
238 
261 
897 
916 
1055 
Çuqun, mln t. 
9,8 
0,2 
12,7 
23,6 
24 
26,4 
Polad, mln t. 
3,2 
7,8 
15,3 
24,6 
26 
28,0 
Polad-prokat, mln t. 
1,8 
6,2 
12,4 
22,3 
24,7 
25,1 
Ferrorintlər, mln t. 
352 
391 
436 
818 
973 
1034 
Sement, mln t. 
15 
20 
21 
25 
20 
19,5 
Sintetik kauçuk, mln t. 
147 
193 
224 
262 
265 
274 
Avtomobil, mln ədəd 
723 
896 
865 
1248 
1605 
1602 
Traktor, mln ədəd 
19 
50 
47 
48 
50 
53 
Kağız və karton, mln ədəd 
1,5 

3,5 
4,5 
4,7 
4,6 
Sellüloza, mln t. 

1,3 

3,5 
3,8 
3,5 
Şəkər, mln t. 
3,5 



9,5 
11,5 
 
 


169 
 
 
 
 
 
Əsas kənd təsərrüfatı bitkilərinin yığımı (min t.)  
 
Bitkilər 
1960 
1970 
1980 
1990 
2000 
2005 
Qəhvə 
1975 
2246 
1180 
1321 
1106 
1215 
Kakao-paxla 
224 
336 
349 
347 
364 
376 
Pambıq-lif 
662 
586 
735 
1702 
1627 
1682 
Şəkər qamışı 
88427 
139112 
146358 
239521 
239116 
24435 
Qarğıdalı  
16309 
20374 
21098 
24709 
26786 
26930 
Çəltik  
7538 
7595 
9748 
10374 
11840 
12355 
Buğda  
2858 
2927 
2708 
5690 
6099 
6278 
Maniok  
26683 
24962 
23911 
25621 
23500 
24460 
Tütün 
395 
422 
406 
398 
439 
460 
Soya-paxla  
9717 
10240 
15153 
16979 
15319 
15445 
Yerfındığı  
441 
462 
483 
217 
195 
212 
Pambıq toxumu 
1437 
2314 
1672 
2489 
2491 
2536 
Başqa bitklər 
3289 
4348 
5813 
5975 
6014 
6164 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə