Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə79/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

158 
 
                                 
Folklend        (malvin)      adaları        Böyük      Britaniya      və  Argentina  arasında 
mərcli,  münaqişəli  ərazidir.  Cənubi  Amerikanın  sahillərində  Atlantik  okeanının 
cənub-qərb hissəsində, eyni adlı arxipelaqdır. İki böyük adalardan - Şərqi Folklend 
(Soledad) və Qərbi Folklend (Qrand-Malkina)   və  200-ə yaxın   kiçik  adalardan   
ibarətdir.  Onun  sahəsi  12,1  min  km
2
,  əhalisi  -3  min  nəfərdir.  Rəsmi  dil  -  ingilis. 
Hakim  din  -  protestant,  inzibati  mərkəzi  -  Port-Stenli  şəhəridir,  Şərqi  Folklend 
adasındadır. 
Adalar əsasən metamorfik və çökmə süxurlarından ibarətdir.    Sahilləri   çox   
girintili-çıxıntılıdır.      Adaların  əksər  hissəsi  düzənliklərdən  (200  m-yə  qədər) 
ibarətdir. Mərkəzlərində alçaq  yaylalar (hündürlüyü 500-700 m)  yerləşir.  İqlimi  - 
okean tipli, sərin, bərabər-rütubətlidir. Orta illik temperatur 10°C-dən çox olmur, il 
ərzində 600-700 mm  yağıntı düşür. Arxipelaqın çox hissəsi çəmənliklərdən      və    
torflu        bataqlıqlarla        örtülüdür.  Adalarda  çoxlu  dəniz  quşlarının  və  Malkin 
adalarının şelfində neft yataqları aşkar edilmişdir. 
Arxipelağın  əhalisi  əsasən  ingilislərdən  və  şotlandardan  ibarətdir.  Onlar 
əsasən  qoyunçuluqla,  eləcə  də  bataqlıq  və  dəniz  heyvanlarının  ovlanması  ilə 
məşğullurlar. Kənd təsərrüfatı bitkilərindən yulaf və tərəvəz becərilir. 
Adalar 1520-ci ildə kəşf edilmişdir. 1764-cü ildə fransızlar Folklend adalarını 
müstəmləkəyə  çevirmiş,  1766-cı  ildə  İspaniyaya  satmışdır.  1810-cu  ildə 
argentinalıların əlinə keçmiş, adalar üzərində 1820-ci ildə Argentinanın suverenliyi 
elan  edilmişdir.  1833-cü  ildə  Folklend  adalarını  ingilis  hərbi  desantı  tutduqdan 
sonra  İngiltərə  buranı  öz  müstəmləkəsi  hesab  edir.  Argentina  isə  Folklend 
adalarının işğalı faktını heç vaxt tanımamışdır. BMT-nin Baş Məclisi 1965-ci ildə 
qəbul  etdiyi  qətnamədə  mübahisənin  dinc  yolla  həllini  tapmağa  çağırmışdır. 
Argentina  1982-ci  ildə  Folklend  adalarına  qoşun  çıxararaq  adalar  üzərində  öz 
suverenliyini  bərpa  etməyə  cəhd  göstərirdi.  Lakin  ingiltərənin  hərbi  tədbirləri 
nəticəsində  Folklend  adaları  elə  həmən  il  yenidən  ingilislərin  hakimiyyəti  altına 
düşdü. 
 
Adalar ingilis qubernatoru tərəfındən idarə olunur. 
Bu      yaxınlaradək      adaların      təsərrüfatının  əsasını      ətlik-yunlluq   
qoyunçuluq  təşkil  edirdi.  Otlaqların  sahibkarı    ingilis    şirkəti    “Folkend    aylendz 
kompani”yə  (bütün  torpaqların  1/2-dən  çoxu)  məxsusdur.  Həmçinin  nəqliyyat 
daşımaları  da  onun  əlindədir.  XX  əsrin  80-ci  illərinin  ortalarından    əsas  gəlir 
mənbəyi balıqçılıq təsərrüfatı oldu, nəticədə milli gəlir üç dəfə artdı. Bir neçə kiçik 
yeyinti müəssisələri vardır, yun növləşdirmə fabriki fəaliyyət göstərir. 
 
Adaların xarici ticarəti tam mənada Böyük Britaniya ilə həyata keçirilir. İxrac 
məhsulları:  yun,  dəri,  ət,  balina  və  suiti  piyi;  idxalı:  məişət  malları,  maşın, 
avadanlıq, nəqliyyat vasitələri, yanacaq, sürtkü yağları və s-dir. 
 
 
 
 
URUQVAY 


159 
 
Sahəsi – 176,2  min km
2
 
Əhalisi – 3,4 mln. nəfər (2006-ci il) 
  Paytaxtı – Montevideo 
 
Ərazisinin formalaşması, təbii şəraiti, resurslarının iqtisadi cəhətdən 
qiymətləndirilməsi 
 
Müasir  ərazisinin    ölçülərinə  görə    Uruqvay  Latın  Amerikası  ölkələri 
içərisində  kiçik  dövlətlərdən  biridir.  O,      materikin      cənub-şərqində,      Uraqvay  
çayının      şərq  sahilində  yerləşdiyindən      Oriental    del      Uruqvay,    yəni  şərqi   
Uruqvay  Respublikası   adını   almışdır.   Ölkənin ərazisi cənub-qərbdə və qərbdə 
Argentina, şimalda və şərqdə  Braziliya,   cənub-şərqdə isə Atlantik  okeanın suları 
ilə  əhatələnir.  Ərazinin  Argentina  ilə  sərhəddi  Uruqvay  çayı  və  La  Plata  boyu 
keçir. 
Eldorado əfsanəsi insanların bu regiona marağını getdikcə artırırdı.  O dövrdə 
çox güclü olan  İspaniya Hindistana   dəniz  yolunu   tapmaq   üçün   bir-birinin 
ardınca  ekspedisiyalar  təşkil  edirdi.  Bu  ekspedisiyalar  isə  Kolumbun  kəşf  etdiyi 
istiqamətdə hərəkət edərək Mərkəzi Amerikaya gəlib çıxırdılar. Təxminən  20-25 
ildən sonra gəmilər materikin cənub ərazilərinə doğru istiqamətlənməyə başladılar. 
İspan  konkistadorlarının  bu  əraziyə  gəlişinədək  yerli  əhali  hindu  tayfalarından 
ibarət idi. XVI əsrdə ispanların bura gəlişi ilə digər Cənubi Amerika əraziləri kimi 
Uruqvay da böyük ispan müstəmləkəsinin     bir     hissəsinə     çevrildi.      Lakin 
Uruqvayın  ərazisi  İspaniya  ilə  Portuqaliya  müstəmləkələrinin    sərhəddində 
yerləşdiyindən    onların    arasında  uzun  müddət  mübarizə  getmişdir.  Uruqvay 
əraziləri    uğrunda  mübarizə  İspaniyanın  qələbəsi  ilə  nəticələndi.  1776-cı  ildə 
Uruqvay  Rio-de-La-Plata  vitse-krallığının  tərkibinə  daxil  edilir,  1778-ci  ildə  isə 
Montevideo  şəhərinə  İspaniya  azad  ticarət  hüququ  verir.  Bu  hüququn  verilməsi 
həm şəhər, həm də ölkə iqtisadiyatının sürətli inkişafına zəmin yaratdı. 
1806-cıildə  Montevideo  ingilislər  tərəfındən  zəbt  edilsə  də,  onlar  tezliklə 
şəhəri tərk etməli oldular. 
Ölkədə  tezliklə  milli-azadlıq  hərəkatı  genişlənməyə  başladı.  1811-cı  ildə 
Artiqasın  rəhbərliyi  ilə  azadlıq  ordusu  ispan  ordusuna  qalib  gəldi.  Müstəqillik 
uğrunda  mübarizə  uzun  illər  boyu  davam  etdi  və  bunlar  Braziliya  ilə  Argentina 
arasında toqquşma ilə nəticələndi. 1828-ci ildə Argentina ilə Braziliya arasında bu 
ərazidən qarşılıqlı surətdə imtina edilmə şərtilə müqavilə imzalanıb, həmin ərazidə 
müstəqil dövlətin yaranması barədə razılıq əldə edildi. 1830-cu ildə ilk konstitusiya 
qəbul edilərək Şərqi Uruqvay Respublikası elan edildi. 
Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına 
şərait  yaradır.  Ərazinin  relyefl  təpəli-düzənlik  xarakterlidir.  Bəzi  yerlərdə 
yüksəkliklər  nəzərə  çarpır.  Maksimum  hündürlük  600  m-dən  çox  deyildir. 
Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu 
qumlu  düzənlik  və  xırda  laqunlar  uzanır.  Bu  ərazilərdə  tez-tez  bataqlıqlaşmış 
sahələrə rast gəlinir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə