Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə75/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   71   72   73   74   75   76   77   78   ...   81

150 
 
daxili  məhsulun    istehsalının    orta    illik    artım    sürəti    Latın  Amerikasının  əksər 
ölkələrindən geri qalmaqdadır. 
Son  illərdə  fəaliyyət  göstərən  sənaye  müəssisələrinin  45%  yeyinti,  12% 
toxuculuq,  13%-i  kimya,  10%-i  müxtəlif  içki  və  tütün,  3%-i  ağac  emalı  sənaye 
sahələrinin payına düşür. 
XX   əsrin   sonlarında  demək  olar  ki,   sənayenin bütüri sahələri   paytaxtda 
cəmləşmişdir.   Hal-hazırda Mərkəzi rayonda, Asunsiyon da daxil olmaqla sənaye 
müəssisələrinin 76%-i cəmləşir. 
Emaledici  sənayenin  əsas  sahəsi  yeyinti  sənayesidir.      Ölkədə      şəkər   
istehsalı      getdikcə      təkmilləşərək  dünya  bazarında  bu  məhsulların  təlabatına 
uyğunlaşmışdır.  Əsasən  paraqvaylı  olan  və  yaxın  xaricdə  yaşayan      sahibkarlar   
ölkənin   şəkər   sənayesinin   ümumi məhsulunun   70%-ni   verir.   Bitki   yağı   
istehsalında  ölkənin  böyük  müvəffəqiyyəti  vardır.  Belə  ki,  tuiq  yağı  evir  yağı 
istehsalına  görə  dünyada  birinci  yeri  tutur.  Ölkənin  toxuculuq  sənayesi  19 
pambıqtəmizləmə  və  18  toxuculuq  fabriki  ilə  təmsil    olunur.    Yekun  məhsul 
istehsalının yarıdan çoxu amerika şirkətlərinin payına   düşür.   Ən   iri   fabriklər   
Asunsion      və      Paraqvay      çayı  üzərində  yerləşən  Pilar  şəhərində  yerləşir.  
Müəssisələrin  əksəriyyəti  yerli  pambığın  əsasında  işləyir  və  ilkin  parça  istehsal 
edir. Dəri-ayaqqabı sənayesinin müəssisələri əsasən  Asunsion  və  Puerto-Sastredə 
yerləşir.  
Gön-dəri məhsulları və ayaqqabı istehsasalı əhalinin təlabatını hələlik ödəmir, 
istehsal olunan dərinin böyük əksəriyyəti ixrac edilir. 
Taxta-şalban       sənayesinin       əsas       mərkəzləri Vilyarrika  və   Keronel-
Ovyedo   şəhərlərinin   ətrafında, həmçinin də Konsepsion, San-Pedro-Rosario və 
Enkarnosyon        rayonlarındadır.          1952-ci        ildə        Konsepsion  yaxınlığında 
Vanyeşdə sement zavodu işə düşmüş, il 12-14 milyon ton məhsul istehsal etməyə 
başlamışdır.  Ölkənin  sementə  olan  təlabatı  ödənilmiş,  qalan  hissəsi  Boliviya  və 
Braziliyaya ixrac edilməyə başlamışdır. 
Ölkədə  dəmir  filizi,  nikel  və  digər  faydalı  qazıntıların  müəyyən  qədər 
ehtiyatının  olmasına  baxmayaraq,  dağ-mədən  sənayesi  kifayət  qədər  inkişaf 
etməmişdir.  Hələ  1954-cü  ildə  İbikun  şəhəri  yaxınlığında  az  da  olsa  dəmir  filizi 
emal edilməyə başlasa da indiyədək müəyyən inkişaf nəzərə çarpmır. 
İngilis  və  amerikan  neft  krallarının  rəqabəti  1930-cu  illərdə  Paraqvayla 
Boliviya  arasında  müharibənin  başlanmasına  səbəb  oldu.  Boliviyanın  neftli 
zonasının  kənarındakı        mübahisəli        Çako        vilayəti        müharibə  nəticəsində   
Paraqvaya   nəsib   oldu.   ABŞ,    İngiltərə, Kanada,  Braziliya və digər dövlətlərin 
neft    şirkətləri  Paraqvay  Çakosu  ilə  konsessiya  danışıqlarını  davam  etdirdilər. 
Nəhayət,  amerika  şirkətləri  olan  “Pyur  oyl  of  Paraqvay”        və        “İnterneşnl    
prodaktş    korporeyşn”, həmçinin   Braziliya   firması   “Petrolera   quarani”   və 
“Karlos    Kasada    limitada”    belə    konsessiya    əldə    edə  bildilər.  1958-ci  ilin 
axırlarında “Pyur oyl of Paraqvay” şirkəti ilk neft quyularını qazmağa başladı. 
Keçən  əsrin  70-ci  illərinin  əvvəllərinədək  Paraqvay  elektroenergetikanın 
inkişaf  səviyyəsinə  görə  Latın  Amerikasında  axırıncı  yeri  tuturdu.  Cəmi  47  İES 
vardı  və  əsasən  də  gətirilmə  neftə  və  oduna  əsaslanırdı.  Elektrik  enerjisin  ölkə 


151 
 
ehtiyacının cəmi 30%-ni ödəyə bilirdi. İstehsal gücü 136 min kvt olan “Akaray-1” 
və  “akaray  -2”  SES-ləri  Akaray  çayı  üzərində  tikildikdən  sonra  enerjiyə  olan 
təlabat  ödənildi.  1973-cü  ildən  etibarən  Paraqvay  Cənubi  Amerikada  ilk 
elektroenerji ixrac edən ölkə oldu. Braziliya və Argentina ilə birgə tikilən SES-lər 
istifadəyə  verildikdən  sonra  Paraqvay  onlarla  birgə  tikilən  stansiyaların  elektrik 
enerjisinin cəmi 1,8%-ni istehlak edir, qalanını Argentina və Braziliyaya ixrac edir. 
Emaledici  sənayenin  əksər  müəssisələri,  kebraço  şirəsi  istehsal  edən  zavod, 
taxta-şalban,  şəkər  və  şərab  zavodlarından  başqa,  mərkəzi  dairələrdə  və  ya  ona 
bitişik rayonlarda cəmləşmişdir. 
Müharibədən  sonrakı  dövrdə  dənüyütmə  sənayesi  sürətlə  inkişaf  etməyə 
başlamışdır.  Əgər  müharibədən  əvvəl  o  unu  xaricdən  gətirirdisə,  Asunsion, 
Enkarnason  və  konsensionunda,  tikilən  dənüyütmə  müəssisələrindən  sonra  o, 
yalnız buğda idxal edir. 
Məhsulun dəyərinə görə yeyinti sənayesindən sonra kimya sənayesi xüsusilə 
fərqlənir. Burada aparıcı sahə kebraço şirəsi istehsalıdır. 
ç)  Nəqliyyatı.  Paraqvayın  sənayesinin  və  bütövlükdə  iqtisadiyyatının 
inkişafına nəqliyyatın və rabitə vasitələrinin zəifliyi öz mənfı təsirini göstərmişdir. 
Təxminən 140 il bundan əvvəl prezident Karlos Antonio Lopesin əmri ilə Cənubi 
Amerikanm  ən  qədim  dəmiryollarından  biri  əsgərlər  tərəfındən  inşa  edilməyə 
başlamışdır. Bu yol Asunsionu Paraquari şəhəri ilə, 1886-cı ildə Vilyarriki, 1911-ci 
ildə isə Enkarnasyonla birləşdi. İki ildən sonra Enkarnasyonla Pasadas arasındakı 
bərə  Argentina  dəmiryol  şəbəkəsi  ilə  birləşdi  və  Asunsion      Buenos-Ayreslə   
dəmiryol   əlaqəsinə   malik oldu. 
Bundan   əlavə  bir  sıra  qısa  dəmiryol   budaqları vardır ki, onlar da xüsusi 
şirkətlərə  məxsusdur.  Onların  hamısı  Çakonun  daxili  rayonlarını  portlarla 
birləşdirir.  Bu  yollarla  kebraço  ağacları  şirə  almaq  üçün  zavodlara  daşınır.    Hal-
hazırda  ölkənin    dəmiryol  xəttinin      ümumi      uzunluğu      1,5      min      km,   
yükgötürmə qabiliyyəti ildə 85-90 min tondur. 
Son  illər  Paraqvay  hökuməti  avtomobil  yollarının  salınmasına        diqqəti    
artırmışdır.        Xüsusilə        strateji  əhəmiyyət  kəsb  edən  beton  və  asfalt  yollarının 
çəkilişinə daha çox fikir verilir. 
Ölkənin vacib nəqliyyat arteriyalarından biri də çay nəqliyyatıdır. Bu sahədə 
Parana  və  Paraqvay  çayları  və  onların    qolları    mühüm    rol    oynayır.      İl    boyu  
istifadə  olunabilən  çay  yollarının  ümumi  uzunluğu  3,5  min  km-dən  çoxdur.  Bu 
yollarla  hər  il  orta  hesabla  0,5-1  mln.  ton  yük    daşınır.      İri    çay  və    orta  dəniz  
gəmiləri Asunsion, orta çay gəmiləri isə Konsensionadək qalxa bilirlər, hətta dayaz 
çökmə  gəmiləri  okeandan  2700  km  aralanaraq            Paraqvayla            Braziliya      
limanı       olan Korumbayadək   qalxa   bilirlər.   Paraqvay   və   Parana çayları  ilə  
ixrac-idxal  əməliyyatlarının   90%-i  həyata keçirilir. 
Son  illər  hava  nəqliyyatı  çox  sürətlə  inkişaf  etməyə  başlamışdır.  Daxili 
iqtisadi  və  inzibati  əlaqələrlə  yanaşı  beynəlxalq  liman  olan  Asunsion  bu  gün 
müasir təyyarə, aparatura və texnika ilə təchiz olunmuşdur. 
 
 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə