Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə72/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   68   69   70   71   72   73   74   75   ...   81

144 
 
damarıdır.  Yatağının  mütəmadi  olaraq  dərinləşməsi  nəticəsində  gəmilər 
Konsension limanına, dəniz gəmiləri isə Asunsiyonadək gələ bilir. 
Paraqvayın  mineral  resursları  hələ  o  qədər  də  yaxşı  öyrənilməmiş,  faydalı 
qazıntı  işləri  fəal  surətdə  həyata  keçirilməmişdir.  Dəmir  filizi,  manqan,  mis, 
həmçinin  kükürd,  qranit,  bazalt,  çöl  şpatı,  əhəng  və  digər  tikinti  materiallarının 
müəyyən  qədər  ehtiyatı  vardır.  Çakoda  neft  ehtiyatları  aşkar  edilmişdir.  Ölkənin 
əsas təbii ehtiyatı onun meşə resurslarıdır ki, ərazinin 56%-ni örtür. Parana Platosu 
daha  sıx  meşəliyə  malikdir,  qərbə  doğru  irəlilədikcə  onun  seyrəlməsi  müşahidə 
edilir. Rütubətli şərqdə qırmızı-ferralit torpaqlarda həmişəyaşıl meşə və kolluqlar, 
mərkəzdə  bataqlıqlaşmış  meşələr,  hündürboylu  otları  olan  savannalar  və 
bataqlıqlar  növbələşir.  Qərb  hissədə  tropik  meşələr,  qonur-qırmızı  torpaqlar 
qiymətli kebraço, alqarrobo, çanyar və digər qiymətli ağaclarla zəngindir. 
Parana Platosundan qərbə doğru palma meşəliyi yayılmışdır. Palma ağacının 
bir növü olan karnauba (mum, şam palması) geniş şöhrət qazanmışdır. Bu ağacın 
hündürlüyü 10-12 m, yarpağının diametri 2 m-ə çatır. Mum qatı cavan yarpaqları 
rütubət  itirməkdən  qoruyur.  Cır  portağal  meşələri  Paraqvayın  sol  qolları  boyu, 
həmçinin  də  Asunsiyon-Enkaraasyon  dəmiryol  xətti  boyu  uzanır.  Onların 
yarpağından  alınan  efir  yağı  ixrac    olunur.      Portağalın      mədəni      növlərinin   
meyvəsi  dadına  görə  yüksək  qiymətləndirilir.  Çakonun  quraqlığa  davamlı    
meşələrində   kebraço   ağacı  xüsusilə fərqlənir. Onun oduncağında 30%-dək tanin 
vardır ki, ondan   gön-dəri  sənayesində  işlədilən   aşılayıcı istehsal edilir. Kebraço 
meşə massivlərinin yaradılması və ondan istifadə  təsərrüfat əhəmiyyəti kəsb edir. 
Bu  ağacın  oduncağı  bərk,    ağır  və  gec  bərpa  olunandır,  uzunömürlüdür.      Buna  
görə  də kebraço  meşələrinin səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir. 
 
Əhalisi, əmak ehtiyatları və məskunlaşma formaları 
 
Müasir Paraqvayın əhalisi özünün yekcinsliyi ilə seçilir, hər     10    nəfərdən    
9-u        metisdir.    Onların  damarlarında  ispan  və  hindu  qanı  axır.  Çakoda,  Şərqi 
Paraqvayın  qapalı  ərazilərində  təmiz  qanlı  hindular ölkə   əhalisinin   cəmi  4%-
ni      təşkil    edir.      Zəncilər    və  mulatlar  sayca  az  olduqlarından  əhalinin 
qarışmasında və formalaşmasında mühüm rol oynaya bilməmişlər.       
Paraqvaylılar  Latın   Amerikasında  yeganə  ikidilli xalqdır. Rəsmi dövlət dili 
ispan dilidir, bu dildə kitablar, qəzet və jurnallar çap edilir, əhalinin beşindən dördü 
isə hindu quarani dilində danışır. 
1930-cu ildə paraqvayın əhalisi 850 min nəfər, 1963-cü  ildə 1,9  mln.   nəfər, 
2000-ci  ildə 5,3mln.nəfər, 2005-ci ildə isə 6,3 mln. nəfər, əhalinin illik artımı 2,3-
2,5 % olmuşdur. Əhalinin cins tərkibində qadınların xüsusi çəkisi daha böyükdür, 
bu ilk növbədə ölkənin tarixində baş vermiş müharibələr, kişilərin qonşu ölkələrə 
emiqrasiyası ilə əlaqədardır. 
Ölkədə   aparılan   tədqiqatlar   göstərir   ki,    kənd yaşayış məntəqələrində 
hər üç təsərrüfatdan birində kişi  yoxdur.  Son dövrlərdə əhalinin  sayı  ancaq təbii 
artımın hesabınadır. Avropalıların bura gəlişi o qədər də kütləvi olmamışdır. 1870-
ci  ildən  yarım  əsr  ərzində  köçüb  gələnlərin  sayı  12-15  min  nəfərdən  artıq 


145 
 
olmamışdır  və  əsasən  italyan,  fransız,  ispan  və  ingilislərdən  ibarət  olmuşdur. 
Onların  da  bir  çoxu  iri  torpaq  sahibkarları,  sənayeçilər,  maliyyəçilər  və 
biznesmenlər  olmuş,  ölkənin  iqtisadi,  siyasi  və  ictimai  həyatında  mühüm  rol 
oynamışlar. 
2005-ci  ildə      iqtisadi      fəal      əhalinin      43%-i      kənd  təsərrüfatında,  16%-i 
sənayedə,  11%-i  rabitə  və  nəqliyyatda,  30%-i  ticarət  və  digər  sahələrdə 
cəmləşmişdir.  Ölkə    əhalisinin      2/3    hissəsi    kənd    yaşayış      məntəqələrində   
yaşayır.      Latifundizm      və      yarımnatural      kiçik  hissələrə    bölünmüş    xırda  
təsərrüfatlar  kənddə  əsas torpaq   mülkiyyətidir.   2,5   min latifunçunun   əlində 
ölkənin  torpaq  sahəsinin  3/4-ü  cəmləşmişdir.    25  iri  torpaq      sahibkarı      ailəsinə   
ümumi      torpaq      fondunun  təxminən      yarısı      mənsubdur.      Ölkənin      qərb   
əraziləri üçün heyvandarlıq latifundiyaları ixtisaslaşmış sahələrə çevrilmişdir və iri 
estansiya (heyvandarlıq təsərrüfatı) 30-40 min baş mal-qaraya sahibdir. Şərqdə iri 
heyvandarlıq   təsərrüfatları   ilə   yanaşı   kiçik   kəndli təsərrüfatları da vardır. 
Lakin kəndli təsərrüfatlarının 2/3   hissəsi   iri   olmayan   əraziləri   ya   icarə,   ya   
da  hüququ    əsası    olmayan  zəbt    formasında    (okupantes)  becərmə  
məcburiyyətində  qalmışlar.    Muzdlu  fəhlələr kənd  təsərrüfatından  savayı  meşə 
təsərrüfatlarında  da  çoxdur.  Onlar  yarba-mate  yarpaqlarının  yığılıb,  emal 
olunmasında,     ağac    tədarükündə,     kebraço    şirəsi hazırlanmasında iştirak 
edirlər. 
Paraqvay Latın Amerikasında balaca ölkə olsa da onun ərazisində Belçika və 
ya  Hollandiya  kimi  onlarla  ölkəni  yerləşdirmək  olar.  Əhalinin  orta  sıxlığı  hər 
kvadrat  kilometrdə  4-5  nəfərdir.  Bu  göstərici  Boliviyadan  sonra  regionda  ən 
aşağıdır. Ərazidə əhali qeyri-bərabər   məskunlaşmışdır.    Ölkə   ərazisinin    60%-
ni əhatə    edən    Çakoda   ümumi   əhalinin    cəmi    5%-i cəmləşmişdir. Meşə ilə 
örtülü yüksək sahələr də zəif məskunlaşmışdır. Paraqvay çayının sol sahilində hər 
1m
2
-ə  30  nəfər  düşür.  Əhalinin  nisbətən  sıx  məskunlaşdığı    hissəsi    Asunsiyonla  
Enkaraason   şəhəri   arası   təpəli  düzənlikdir.   Şəhər əhalisinin  xüsusi  çəkisinə 
görə, Paraqvay Latın Amerikasında axırıncı yeri tutur.  Ölkədə iri şəhərlər yoxdur 
və əksəriyyətində  əhali 30-40 min  nəfərdir. Latın Amerikasının əksər  ölkələrində 
olduğu  kimi burada da şəhərlər  ispan  planauyğunluğundadır.  
Ümumi  şəhər  əhalisinin  yarıdan  çoxu  Asunsiyonda  yaşayır.        Əsası        15   
avqust    1537-ci   ildə   qoyulmuş Asunsiyonun əhalisi 1960-cı ildə 295 min, hal-
hazırda  isə 900 min nəfərdən çoxdur. XVII əsrin əvvəlinədək Asunson   La-Plata   
hövzəsində      ispan      müstəmləkəçilərinin      mərkəzi      olmuşdur.      Hal-hazırda   
ölkənin   ən mühüm   sənaye,   ticarət,   mədəniyyət  mərkəzi,   vacib nəqliyyat 
qovşağıdır. Liman və dəmiryolu ilə ixrac-idxal əməliyyatları həyata keçirilir. 
Asunsiyondan sonra ikinci iri şəhər Enkarnasondur. Parana  çayı üzərində  ən  
iri  limandır.  Çayın  digər sahilində yerləşən Argentina şəhəri Pasa-dosla dəmir-
yol  paromu  ilə  əlaqəsi  mövcuddur  ki,  Asunson-Buenosayres        dəmiryol      xətti   
buradan      keçir.        Asunsondan  şimalda,      təxminən      200      km-lik      məsafədə   
ölkənin  üçüncü  iri  şəhəri  olan  Konsensyon  limanı  yerləşir.  Bu  iri  maldarlıq 
rayonunun mərkəzidir. Braziliya ilə ticarət buradan həyata keçirilir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə