Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə69/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   65   66   67   68   69   70   71   72   ...   81

138 
 
İnzibati  cəhətdən  Qayana  üç  əyalətə  -  Essekibo,  Demerara  və  Berbisə 
bölünür.  Paytaxt  şəhəri  olan  Corctaun  Demerera  çayı  üzərində  yerləşən  iri 
limandır. Ətraf məntəqələrlə birlikdə əhalisi 200 min nəfərdən çoxdur. 
Müasir Corctaun özünün əsrarəngiz gözəlliyi, qonaqpərvərliyi, çoxlu muzeyi, 
Botanika bağı, qədim sahil zolağı, son zamanlar isə müasir dəbdə tikilmiş yaraşıqlı 
və  çoxmərtəbəli  binaları  ilə  seçilir.  İnzibati  və  mədəni  mərkəz  olmaqla  yanaşı  o, 
həm də yüngül və yeyinti sənaye sahələrinin, təmir, tikinti, anbar və digər xidmət 
sahələrinin  də  yeriəşdiyi  iri  sənaye  şəhəridir.  Dəniz      və      hava      limanlan   
vasitəsilə   dünyanın   əksər jrayonları ilə əlaqə saxlayır. 
Qayananın  çox  vaxt  “altı  xalqın  ölkəsi”  də  adlandırırlar.  Ona  bu  adı  öz 
əhalisinin  malik  olduqları  əsas  tayfalara  görə  verirlər.  Qayana  əhalisi  etnik 
cəhətdən 54% hindu, 36% zənci, 10% isə avropa, asiya və digər ərazilərdən gəlmə 
mənşəlidir. 
Müstəmləkə  təsərrüfatının  formalaşmasının  gedişi  Qayana  əhalisinin 
tərkibində öz əksini tapır. Yerli əhali olan hindu aborigenləri müstəmləkəçilərin ilk 
ovu  olmuşlar.  Lakin  onlara  hindulan  öz  plantasiyalarında  işlətməyə  məcbur  edə 
bilmək müyəssər olmamışdır. 
Qayananın  ilkin  mənimsənilməsi  dövründə  müstəmləkəçilər  zəngin  qızıl 
ehtiyatları  aşkar  etməsələr  də,  varlanmaları  üçün  şəkər  qamışı  plantasiyalarını 
genişləndirmək perspektivini başa düşdülər. Onların qarşısında duran əsas problem 
plantasiyaların  ucuz  işçi  qüvvəsi  ilə  təmin  edilməsi  idi.  Bu  məqsədlə  XVII  əsrin 
ikinci yarısından etibarən bura Afrikadan zəncilərin gətirilməsi başlandı. 
Qayanada  zənci  qulların  ağır,    bəzən  qanlı  həyat  tərzi  dəfələrlə  etiraz  və 
nümayişlərlə müşayət edilmişdir. 
1883-cü      ildə      ingilis      parlamenti      “ingilis      düşərgələrində        quldarlığın    
ləğvi    haqqında    aktı”    qəbul etdikdən bir il sonra o qüvvəyə mindi. Həmin ildə 
69,5  min  zənci-qul  azadlıq  əldə  etdi.    Quldarlığın  ləğvi  ilə  əlaqədar      zəncilər   
olduqca    əzab      çəkdikləri      və      nifrət  etdikləri      plantasiyaları      tərk    edərək   
şəhərlərə   və   iri yaşayış    məntəqələrinə    köçməyə    başladılar.    Şəkər qamışı   
plantasiyalarında   yenidən boşluq yaranma qorxusu  əmələ  gəldi.   Qayanada iki 
iri  plantasiyanın  sahibkarı Con Qladsonun təklifı ilə işçi qüvvəsinin boş qaldığı 
yeri tutmaq üçün Hindistandan müqavilə yolu ilə  hindilərin  gətirilməsi  mərhələsi   
1838-ci    ildə    baş  tutdu.  Hindistanın  az  torpaqlı  və  torpaqsız  kəndlilərini 
müqaviləyə cəlb etmək ingilislər üçün o qədər də çətin deyildi. Çünki onların belə 
bir təcrübəsi artıq var idi. Hindistandan Mavrika adasının plantasiyalarına belə bir 
cəlbetmələr olmuşdu. 
Artıq  1917-ci  ilin  əvvəllərinədək  Hindistandan  240  min  kəndli  gətirilmişdi.  
Hindli  immiqrasiyası  nəticəsində Qayana  əhalisi etnik cəhətdən daha bir iri milli 
qrupla  zənginləşdirildi  və  əsasən  də  kənd  rayonlarında  yerləşdirildi.      Şəkər      və   
çəltik   plantasiyaları fəhlələrinin əksəriyyəti hindi mənşəli qvianalılardır.  
Hindli      kəndliləriin  şəkər      qamışı      plantasiyalarından  qaçışı  artıq  onların 
gəlmələrinin  birinci  ildönümündən  sonra  başladı.  Artıq  1949-cu  ildə  75,6  min 
nəfər Qayananı tərk edərək vətənə qayıtmışdı.  


139 
 
1880-ci ildən başlayaraq ingilislər qeyri-məhsuldar  torpaq   sahələrini   az-az   
miqdarda   hindli   ailələrinə  satmaqla onların ailəsini torpağa bağlamaq siyasətini 
həyata   keçirməyə    başladılar.    Beləliklə,    Qayanada afrikalı və hind ailələrinin 
alın təri və qanı bahasına ilk təsərrüfatları yaranmağa başladı. 
1853-cü    ildə    müstəmləkə    hökuməti    Qayana plantasiyalarında işləmək 
üçün çin kəndlisini  güclə  gətirməyə başladılar. Çinlilərin  gətirilməsində dramatik 
epizodlar  olduqca  çoxdur.  Cənubi  Amerika  sahillərinə  çatanadək  immiqrantların  
1/3-i  yolda  həlak  olurdu.  Bir  çox  çinli    kəndlilər    əmək    şəraitinin    ağırlığından, 
dözülməz   istismardan   imtina   əlaməti   kimi   intihar edirdilər. 
Beləliklə,  Qayana  xalqının  formalaşma  prosesi  olduqca  mürəkkəb  və 
özünəməxsus  idi.  Qayanada  bir  millətin      digərinə      inamsızlıq      hələ      də   
qalmaqdadır.  Qayana  müstəqillik  əldə  etdikdən  sonra  da  milli  münasibətlərin 
həllinə amerika və ingilis mühafizəkarlar həmçinin də kilsə daim mane olur. 
Qayana  əhalisinin  əzgin  formalaşma  prosesi  altı  milli  qrupun  əhalisinin 
ixtisaslaşmasının  əsas  istiqamətlərini  müəyyənləşdirmişdir.  Onlar  arasında 
dominatlıq edən və sosial pillənin yuxarı hissəsində ağ elita olan ingilislər yerləşir. 
Onlardan  aşağı  pillədə  portuqal  immiqrantları  yerləşir,  ticarət,  kiçik  sahibkarlıqla 
məşğul olur, ya da xarici şirkətlərə xidmət edirlər. Çin immiqrantlarının törəmələri 
əsasən  xidmət  sahələrində  və  ticarətdə  çalışırlar.  Afrika  mənşəli  insanlar  ixtisası 
olmayan  fəhlə  kütləsi  kimi  limanlarda,  meşə  tədarükü  müəssisələrində,  zavod, 
şaxta,  daş  karxanalarında  və  s.  çalışırlar.  Onlardan  az  bir  qismi  bəzi  dövlət 
müəssisələrinin inzibati aparatında kiçik məmur sifətində çalışır. Hindli əhahsinin 
85-90%-i  kənd  təsərrüfatı  fəhləsi  kimi  şəkər  plantasiyalarında  və  kiçik  çəltik 
fermerləri kimi fəaliyyət göstərirlər. Müəyyən vaxt keçdikdən sonra hindli əhalisi 
içərisində  sosial  təbəqələşmənin  izləri  görünməkdədir.  Daha  çox  çalışqanlanrı  və 
bacanqlıları  sahibkar,  mağaza  sazhibləri  çəltik  emal  edən  kiçik  müəssisəçilərə 
çevrilmişlər.  Müasir  dövrdə  hindli  mənşəli  sahibkarlar  avropalıların  əsas  ticarət 
rəqiblərinə çevrilmişlər. 
 
Təsərrüfatının əsas sahələri və inkişaf perspektivləri 
 
Təbii resurslannın həcminə və müxtəlifliyinə baxmayaraq Qayana aqrar ölkəsi 
olaraq qalmaqdadır. Aqrar ölkəsi olmaqla yanaşı, müasir şəraitdə də xarici bazara 
istiqamətlənmişdir. ölkədə iqtisadiyyatın əsasını   təşkil   edən   kənd   təsərrüfatı   
və   dağ-mədən sənayesi   ümumi   milli   gəlirin    70%-ini   verir. Kəşf olunmuş   
ehtiyatı    1,2   mln   ton   olan   boksit, qızıl, manqan,   dəmir,   almaz   resursları   
kifayət      qədər  öz  emalını    tapmamışdır.    Emaledici    sənayesi  zəif  inkişaf  edir, 
əsasən də kənd təsərrüfatı məhsullarının emalı üzrə ixtisaslaşır. 
a) Kənd təsərrüfatı və aqrar münasibətlər. 
Qayana   regionda   nisbətən   geridə   qalmış   aqrar ölkəsi   olmaqla   şəkər   
qamışı      və      çəltik      əkini  üzrə  ixtisaslaşmışdır.  Bunlardan  əlavə  ölkədə  qəhvə, 
kakao, banan, sitrus   bitkiləri,    tütün   də   becərilir. Heyvandarlıq  daxili  bazarı  
ət və süd  məhsulları  ilə təmin    edir.    Son    vaxtlar   Qayanada    balıqçılıq 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə