Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə66/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   62   63   64   65   66   67   68   69   ...   81

132 
 
materialları sənayesi geniş inkişaf edir4 birinci növbədə sement sənayesi (ildə 30 
mln t.), məhsulun yarısı Minas-Jerays və San-Paulu ştatlarında istehsal edilir.  
Sellüloz-kağız  sənayesi  fəal  inkişaf  edir.  Bu  sənaye  sahəsi  ölkənin  cənub-
şərqində  evkalipt  bitkisinin,  həmçinin  amozon  meşələrinin  hesabına  inkişaf  edir 
(ildə 5 mln t. Istehsal olunan kağızın üçdə biri ixrac olunur). 
Yeyinti  və  yüngül  sənaye  sahələrində  milli  və  şəxsi  kapital  ağalıq  edir. 
braziliya  konsenntratlaşmış  və  dondurulmuş  portağa  şirəsinin  istehsalına  və 
ixracına görə dünyada birinci yeri və emal olunmuş quş ətinin ixracına görə ikinci 
yeri tutur.   
Pambıq  parça  istehsalı  toxuculuq  sənaye  məhsulunun  üçdə  ikisini  verir  və 
onun  çox  hissəsi  ixrac  olunur.  Son  zamanlar  süni  və  sintetik  liflərdən  istehsal 
olunmuş parça məhsulları artırılır. Toxuculuq sənaye məhsulun yarıya qədəri san-
Paulu, 25%-i isə Rio-de-Janeyra şəhərlərində istehsal olunur.  
Ölkədə  gön-dəri,  dəri  məmulatı,  dəri  ayaqqabı  istehsalı  da  yaxşı  inkişaf 
etmişdir.  Bu  sahələrin  inkşafı  üçün  Braziliyada  yerli  xammal  vardır.  Məhsulların 
əhəmiyyətli hissəi ixrac olunur. 
Kənd təsərrüfatında iqitsadi fəal əhalinin 30%-i (20 mln nəfər) çalışır. Onun 
payı ÜDM-da 10%-dir, ixrac gəlirinin 40%-ni verir.  
Kənd  təsərrüfatının  qabaqcıl  sahəsi  -  əkinçilikdir.  Əkinçilik  ancaq  ixracat 
istiqaməti ilə xarakterizə olunur. Beş əsas ixracat bitkiləri - qəhvə, kakao – paxlası, 
pambıq,  şəkər  qamışı  və  soya-paxlası,  əkim  sahəsinin  30%-dən  çoxunu  tutur  və 
bitkiçilik məhsulu dəyərin 35%-ni verir. Baxmayaraq ki, dünya qəhvə istehsalında 
Braziliyanın payı azalmışdır (30%-dən 20%-dək). O , yenədə istehsalına görə 1-ci 
yeri tutur. Qəhvə ölkənin vacib plantasiya bitkisi kimi qalmaqdadır. Kakao və soya 
istehsalına görə Braziliya dünyada ikinci yeri tutur. Pambıqçılıq və şəkər qamışı – 
barziliyanın  köhnə  plantasiya  bitkiləridir.  Ölkə  bananın  və  portağalın  yığımına 
görə dünyada birincidir.  
Əsas  ərzaq  bitkiləri  –  qarğıdalı,  qəhvəyi  lobya  və  maniokdur.  Dənli 
bitkilərdən  çəltik,  buğda,  arpa  becərilir.  Buğda  ölkəyə  çatmır.  Istifadə  olunan 
buğdanın 60%-i idxal olunur,  
Heyvandalıq  əsasən  ətlik  istiqamətində  ixtisaslaşmışdır.  Kənd  təsərrüfatı 
məhsulun 2∕5-ə qədərini verir (dəyərə görə). 
Meşə təsərrüfatı. Braziliya ərazisinin 60%-dən çoxu meşə ilə örtülüdür, ölkə 
qiymətli  ağac  növlərinin  ehtiyatına  görə  dünyada  10ci  yeri  tutur.  Lakin  nəhəng 
sərvətlər zəif istifadə olunur. Meşə məhsulunun əhəmiyyətli hissəsi ixrac olunur. 
  
 
Nəqliyyatı, iqtisadi əlaqaləri, daxili fərqləri va şəhərləri 
 
Braziliyada  son  onillikdə  böyük  səy  göstərilməsinə  baxmayaraq  ərazinin 
nəqliyyat  mənimsənilməsi  yalnız  üç  sahil  rayonlarda  nisbətən  yüksəkdir.  Dəmir 
yollar, həmişəki kimi, böhran keçirir, hətta bəzi yollar bağlanılır. Lakin ən gərgin 
sahələrdə  (məsələn,  Belu-Orizonti-Vitoriya  xətti)  onlar  yenidən  qurulur. 
Amazoniyada  və  Mərkəzi-Qərbdə  yeni  xətlər  çəkilir.  Son  15  ildə  -  3,2  min  km 
dəmir yolları çəkilmişdir. 


133 
 
Yüklərin  70%-i  və  sərnişinlərin  90%-i  avtomobil  nəqliyyatı  ilə  daşınmışdır 
(2005).  Avtomobil  yollarının,  o  cümlədən  bərk  örtüklü  yolların  uzunluğu  -  130 
min  km-dir.  Çox  böyük  çətinliklərlə  çəkilmiş  Transamazon  yolu  bu  böyük  çayın 
dairəvi  marşurutu  ilə  cənub  və  şimal  hissələrini  əhatə  etmişdir  (5  min  km 
uzunluğunda avtomobil yolu çəkilmişdir).  
Ölkədə gəmiçiliyə yararlı çayların ümumi uzunluğu - 31 min km-dən çoxdur. 
Ən  rahat  su  yolları  (Amazon  və  onun  qolları,  San-Fransisko,  Parana,  Paraqvay) 
ölkənin  əsas  təsərrüfat  mərkəzlərindən  uzaqlarda  yerləşirlər.  Atlantik  sahili 
boyunca kabataj daşınma böyük əhəmiyyət kəsb edir. 
Boru kəməri nəqliyyatı sürətlə inkişaf edir. Həm özündə çıxarılan nefti, həm 
də idxal nefti neftemalı müəssisələrə kəmərlər ilə daşınır. Təbii qaz da həmçinin, 
kimya  kombinatlarına  və  şəhərləri  qaz  ilə  təchiz  etmək  məqsədilə  kəmərlərlə 
daşınır. 
Xarici  əlaqələr  dəniz  və  hava  nəqliyyatı  ilə  həyata  keçirilir.  Dəniz 
donanmasının  ümumi  tonnajı  10  mln  br.req.  tondur  (2005-ci  il).    Vacib  portlar:  
Santus,    Riu-Qrandi,      Rio-de-Janeyro,      Vitoriya,      Resifri,      San-Luis,  Manaus.   
Ümumiyyətlə 36 dərin sulu portlar vardır. Ölkədə   1,5   min   aeroport   vardır,   o   
cümlədən   21-i beynəlxalq əhəmiyyətlidir. 
Xarici ticarətin strukturunda hazır məmulatların və qeyri ənənəvi xammal və 
ərzaq mallarının ixracatının ümumi çəkisində artım prosesi müşahidə olunur. Belə 
ki,  1975-2005-ci  illər  ərzində  ixracatda  emal  sənaye  məhsulunun  payı  20%-dən 
60%-ə qədər artmışdır.  
Ticarət  dövriyyəsi  əsasən  ABŞ,  AİB  ölkələri  və  Yaponiyadır.      Kanada,   
Afrika  və  Asiya  ölkələrilə   də ticarət edir. 
MDB ölkələri ilə də Braziliya ticarət aparır. MDB ölkələri Braziliyaya SES-
lər  üçün  turbinlər  və  generatorlar,  neft  və  neft  məhsulları,  metalkəsən  dəzgahlar, 
alətlər  satır.  Braziliyadan  isə  kakao,  şəkər,  soya,  qəhvə,  polad  prokat,  ayaqqabı, 
bitki yağı və b. mallar alır. 
Daxili  fərqlər.  Braziliyada  rəsmi  beş  iqtisadi  rayon  ayrılır.  Bunlar:  Cənub-
Şərq, Cənub, Şimali-Şərq, Şimal və Mərkəzi-Qərbdir. 
Ölkədə  iqtisadi  cəhətdən  ən  güclü  və  inkişaf  etmiş  rayon  Cənub-Şərqdir. 
Buraya  4  ştat:  Mitas-Jeras,  Espiritu-santu,  Rio-de-Janeyro  və  San-Paulu  daxildir. 
Onun nüvəsi San-Paulu ştatıdır - ölkə sənaye məhsulunun 65%-ni, bütün rayon isə 
-  82%-ni  istehsal  edir.  O,  əsasən  San-Paulu  aqlomerasiyasında  təmərgüzləşmişdir 
(bütün  milli  sənaye  istehsalının  40%-i).  San-Paulu  aqlomerasiyası  nəinki 
Braziliyada, hətta bütün Latın Amerikasında - nəhəng sənaye mərkəzidir, həmçinin 
Rio-de-Janeyro  və  Belu-Orizontida  aqlomerasiyaları  da  fərqlənirlər.  Emaledici 
sənaye  bu  rayonun  zəngin  mineral  xammal  resurslarına  əsaslanaraq  inkişaf  edir 
(Minas-Jeraye ştat üçün dağ-mədən  sənayenin  məhsul dəyərinin yarıdan  çoxunu 
verir).      Kənd    təsərrüfatı    ixracat    istiqamətində    inkişaf  edir.    Əkin    sahəsinin  
70%-dən  çoxu  əmtəə  bitkilərin  altındadır,  ən  başlıcası  -  qəhvə,  şəkər  qamışı, 
portağal və pambıqdır. 
San-Paulu  ştatının  sahəsi  -  248  min  km
2
. Əhalisi  - 30 mln nəfərdir (2005-ci 
il).  İnzibati  mərkəzi  San-Paulu  şəhəridir,  Latın  Amerikasının  və  dünyanın  ən  iri  


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə