Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə68/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   64   65   66   67   68   69   70   71   ...   81

136 
 
 
QAYANA 
                                                                            Sahəsi – 215 min km
2
 
            Əhalisi – 0,8 mln. nəfər (2005-ci il) 
            Paytaxtı – Corctaun  
Ərazisinin formalaşması, təbii şəraiti, təbii ehtiyatlarının iqtisadi cəhətdən 
qiymətləndirilməsi 
 
Böyük  Britaniyanın  keçmiş  müstəmləkəsi  olan  Qayananın  sahəsi  215  min 
km
2
  olub,  şimaldan  Atlantik  okeanı,  qərbdə  Venesuela  və  Braziliya,  şərqdə  isə 
Surinamla həmsərhəddir. 
XVI  əsrin  əvvəllərindən  ispan,  sonradan  isə  ingilis  müstəmləkəçilərinin 
diqqəti  Cənubi  Amerikanın  şimal  hissəsinin  geniş  torpaqlarına  yönəlmişdi.  Bu 
ərazilərə Orinoko çayının hövzəsi və cənubi-şərq istiqamətində Atlantik okeanının 
sahil zolağı aid idi. 
Hələ 1499-cu  ildə  ispan konkistadorları, sonradan  isə  ispan krallığının digər 
ekspedisiyaları  bu  ərazilərə  ayaq  açmağa  başlamışdı.  İstilaçıların  ruhlanmasında 
müəyyən səbəblər hökm sürürdü. Belə ki, o dövrdə belə bir rəvayət yayılmışdı ki, 
guya  bu  ərazilərdə  qızılla  zəngin  El-Dorado  (qızıllar  ölkəsi)  ölkəsi  vardır.  Buna 
görə  də  bu  ərazilərin  tədqiq  olunmasına  maraq  olduqca  güclü  idi,  lakin 
tədqiqatların  heç  biri  uğurla  nəticələnmirdi.  Belə  tədqiqatlardan  da  biri  dahi 
Şekspirin  sələfı  Uolter  Reli  idi.  O,  ingilis  donanmasının  kapitanı,  şair,  tarixçi, 
filosof  və  pirat  idi.  1595-ci  ildə  Qvianaya  ekspedisiya  səfərindən  sonra  o, 
İngiltərəyə qayıdaraq “Geniş varlı və gözəl Qviana imperiyasının kəşfi” adlı kitab  
yazır.   Bu   kitab   elə  əslində   ingilis   müstəmləkəçiləri   üçün   böyük   bir  kəşf 
oldu.      Məhz      elə    bu  vaxtdan,  yəni  XVI  əsrin  sonundan  etibarən  Britaniya 
müstəmləkə  imperiyası  yaranmağa  başladı.  İngiltərə  öz  rəqibləri  ilə,  xüsusilə  də 
İspaniya ilə ciddi mübarizəyə başlayır. 
Həmin      dövrdə    Fransa    fransız      Qvianası      adlanan  ərazidə  mövqelərini 
möhkəmləndirdi. 
Qayana  Qviana  yaylasının  şərq  hissəsində  yerləsir.  Mərkəzi  Qayanının  qərb 
hissəsi  dağlıqdır,  dağ  silsilələri  ilə  parçalanmışdır  və  orta  hündürlük  2000  m-ə 
çatır. Dağ  rayonları   Rupununi    düzənlik   savannası   ilə    iki hissəyə bölünür. 
Atlantik  okeanı  boyu  bataqlıqlaşmış  ovalıq    uzanır  ki,      şərqdə    onun    eni      100  
km-ə    çatır.  Qabarma  zamanı  manqr  bitki  örtüyü  su  altında  qalır.  Yer  qabığının 
tərəddüdü  nəticəsində  sahil  zonasında  quru  yavaş-yavaş  enir,  lakin  onun  enmə 
sürəti  qum  örtüyünün  yaranmasından  sürətli  gedir.  Buna  görə  də  sahil  zolağında 
əkin sahələrini və yaşayış məntəqələrini qorumaq   üçün   müxtəlif  tikililərdən,   su   
yayındırıcı  kanal  çəkilişindən  istifadə  edirlər.  Qayananın  paytaxtını  okeandan 
qorumaq üçün torpaq bənd yaradılmışdır. 
Sahil  zonasında  əhalinin  və  istifadə  olunan    torpağın  çox  hissəsi 
cəmləşmişdir. Burada şəkər qamışı, çəltik və digər kənd təsərrüfatı bitkisi  əkilir.   
Cənub hissəsi təpəli, qumlu düzənlikdir və ümumi ərazini dörddə birini təşkil edir. 


137 
 
Burada  ölkənin  əsas  mineral  ehtiyatı    olan    boksit    toplanmışdır.      Qviana 
yaylasının qərb  hissəsi  qızıl,   almaz  və  digər  metal   filizləri   ilə zəngindir. 
Qayananın  iqlimi  rütubətli  isti  və  subekvatorialdır.  Sahildə  orta  aylıq 
temperatur 26-28 °C-dir. Sahil zonasında yağış mövsümü aprel ayının ortalarından 
avqustun  ortalarına  və  noyabrın  ortalarından  yanvarın  axırlarınadək  davam  edir. 
Yağıntıların orta illik miqdarı 1400mm-dir. 
Yerli  hindu  dilində  Qayana  “çoxlu  sular  ölkəsi” deməkdir. Bu ad həqiqətə 
tamamilə uyğundur. Ölkədə çay, göl,  şəlalə olduqca çoxdur.  Ən hündür şəlaləsi  
olan Kayeçur Niaqaradan 5 dəfə hündürdür. 
Çayların  əksəriyyəti  öz  mənbəyini  ölkənin  qərbindəki  dağlardan  götürərək 
Atlantik  okeanına  tökülür.  Berbis,  Essekibo,  Demerara  və  Koranteyn  çaylarının 
böyük təsərrüfat əhəmiyyətləri  vardır.  Gəmiçilik üçün olduqca əlverişlidir, onlara 
meşə materialları axıdılır. 
Ölkə ərazisinin təxminən 95%-ə qədəri tropik meşələrlə örtülüdür. Meşədəki 
ağacların  əksəriyyətinin  hündürlüyü  50m-ə  qədərdir.  Ölkənin  meşə  massivləri 
qiymətli  ağac  növləri  ilə  zəngindir.  Mindən  çox  ağac  növlərinin  əksəriyyətinin 
oduncağı rəngli olduğundan mebel sənayesində geniş istifadə edilir. Argentina və 
Braziliyada “dəmir ağac”  adlanan nektandra olduqca qiymətlidir. Mütəxəssislərin 
fıkrincə tropik meşələrin əhatə etdiyi böyük ərazilərin altında olduqca zəngin təbii 
resurslar  vardır.  Çox  da  dərin  olmayan,  gətirilmə  süxurların  az  qalınlığa  malik 
olduğu,  bəzən  isə  səthə  çıxdığı  boksit  ehtiyatlar  olduqca  çoxdur  və  dünya  boksit 
istehsalının  təqribən  15-20%-i  onun  payına  düşür.  Burada  boksitdən  başqa  qızıl, 
manqan, almaz, neft və qaz ehtiyatları da aşkar edilmişdir. 
Əkinçiliyin inkişafı olduqca çətin şəraitdə getmişdir, baxmayaraq ki, buradakı 
torapaqlar  çürüntü  və  mineral  duzlarla  olduqca  zəngindir.  İş  orasındadır  ki,  yer 
qabığının  tərəddüdü  nəticəsində  quru  Atlantik  okeanının  altına  doğru  enir.  Əkin 
sahələrinin  okeanın  sularından  qorunması  üçün  çoxlu  qoruyucu  bəndlər  tikmək   
lazım   gəlir. Yüksək   temperatur   şəraitində yüksək rütubətlilik parnik atmosferi 
yaradır  ki,  bu  bitkilərin  sürətli  inkişafına  gözəl  şərait  yaradır.  Lakin  çoxlu 
miqdarda  yağan  yağışlar  torpağı  bir  növ  su  ilə  hopmuş  məsaməli  hala  salır. 
İriqasiya  tikintisinə  çəkilən  xərclər  kənd  təsərrüfatı  məhsullarının  qiymətini 
qaldırır. 
 
Əhalisinin formalaşması, əmək ehtiyatları, məskunlaşma formaları və 
iriyaşayış məntəqələri 
 
Qayana  əhalisinin  təqribən  90%-i  eni    16-32  km,  uzunluğu  432    km    olan  
Atlantik  okeanı   sahili  boyu düzənlikdə     cəmlənmişdir.     Bu     ensiz    düzənlik   
sahil zolağında əhalinin  sıxlığı hər  1 km
2
-də 70-80 nəfərdir, daxili rayonlarda isə 
sıxlıq  5  nəfərə  qədər  təşkil  edir.    Yerli  əhali  olan  hindular  əsasən  ölkənin  daxili 
rayonlarında  məskunlaşmışlar.   Hündür meşəliklərdə yaşayan   hindu   tayfaları   
digər   hindulardan   onunla fərqlənir ki, onların əksəriyyəti ingilis, ispan  illərində 
danışır,  bir  çoxları  avropasayağı  geyinir,  kişiləri  adətən  ağac  kəsmə  işlərində 
çalışmağı üstün tuturlar. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə