Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə71/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   67   68   69   70   71   72   73   74   ...   81

142 
 
Bütövlükdə ölkənin bu vaxtadək mövcud olan sənaye sahələri əsasən hasilat 
xarakterikliliyi  ilə  seçilir.  İstər  ilkin  müstəqillik  dövründə,  istərsə  də 
milliləşdirildikdən sonra emaledici sənaye olduqca ləng inkişaf edir. Mövcud emal 
müəssisələri  ya  ilkin  emal,  ya  da  kənd  təsərrüfatı  məhsullarının  emalı  üzrə 
ixtisaslaşmışdır.  Ölkənin      uzun      müddət      müstəmləkə      vəziyyətində  olması    
onun        nəqliyyat        sisteminə        də        öz        təsirini  göstərmişdir.  Şəkər  qamışı 
plantasiyalarının sahibkarları, sonradan onları əvəz  edən şirkətlərin rəhbərləri  yol   
salınmasını   özlərinə   artıq   bir  yük,   xərc   hesab etdiklərindən  plantasiyalardan  
şəkər    qamışını    Corctaun  və  Nyu-Amsterdam  limanlarına  su,  çay  nəqliyyatı  ilə 
daşımağa üstünlük  verirdilər.  İlkin  qrunt  yollarının çəkilməsi    burada   heç    də  
iqtisadi  mənafeyə  xidmət etmirdi.   Əslində   baş   verən   üsyan   və   narazılıqları 
boğmaq üçün qoşun hissələrinin ani surətdə gətirilməsinə xidmət edirdi.  İstehsalın 
və  ixracatın  genişlənməsi  sözsüz  ki,  yol  çəkilişinin  sürətləndirilməsini  də  tələb 
edirdi.  Həmin  dövrlərdə  də,  indiki  halda  da  yol  çəkilişi  bir  çox  çətinliklərlə 
üzləşmişdir.  Əgər  1962-ci  ildə  416  km  uzunluğunda  yolun  Atlantik  okeanı  sahili 
boyu 120 km-i asfalt idisə, artıq 2000-ci ildə ölkə üzrə onun ümumi uzunluğu 5,8 
min km-ə çatdırılmışdır. 
Dəmiryol  nəqliyyatında  vəziyyət  daha  pisdir.  1848-ci  ildə  ölkədə  iki  ensiz 
dəmiryol xətti salınmışdır. Bu xətlərdən birinin uzunluğu 96,8 km olub Corctaunu 
Rosinyolla,  digərinin  uzunluğu  29,6  km  olub  Vriden-Xun  və  Parike  arasındadır. 
Dövlət nəzarətində olan dəmiryolları rentabelli deyildir. Hal-hazırda ölkədə dəmir 
yollarının  həm  yenidən  qurulması,  texniki  təchizatı,  müasir  avadanlıqlarla  təmin 
edilməsi  sahəsində  müəyyən  işlər  görülür.  Qayanada  dəmir  yollarının  ümumi 
uzunluğu  müasir  şəraitdə  258  km-ə  çatdırılsa  da,  regionda  hələlik  geridə  qalmış 
sahə kimi qiymətləndirilir. 30-cu illərdən başlayaraq ölkədə hava nəqliyyatı inkişaf 
etdirilmişdir.  Ölkənin  paytaxtının  yaxınlığında  ikinci  dünya  müharibəsi  illərində 
beynəlxalq “Vatkinson-Fied” hava limanı tikildi. Bu hava limanı Şimali Amerika, 
Braziliya  və  Şimali  Afrika  arasında  tranzit  məqsədi  daşıyırdı.  Ölkənin  daxili 
rayonları  ilə  hava  əlaqəsi  saxlamaq,  Makkenzi,  Oqle,  Enmors  və  Albione 
məntəqələrinə  daimi  təyyarə  uçuşları  etmək  üçün  bir  sıra  uçuş  meydançaları 
tikilmişdir. 
Ölkənin əsas okean limanı Corctaun və Nyu-Amsterdamdır. Corctaun limanı 
Demerera çayının mənsəbində eni 0,8 km, uzunluğu isə 4 km ölçüyə malikdir. Bu 
liman  boksit,  şəkər  qamışı,  çəltik  və  odun  daşımaq  məqsədi  güdür.  Çox  da  iri 
olmayan gəmilərin təmiri üçün müəssisələri vardır. Nyu-Amsterdam limanı Berbis 
çayının  mənsəbində  yerləşir,  eni  1,6  km,  uzunluğu  6,4  km-dir.  Boksit  fılizinin 
ixracı üzrə ixtisaslaşmışdır. 
PARAQVAY 
           Sahəsi – 406,7 min km2 
          Əhalisi – 6,3 mlnş nəfər (2005-ci il) 
          Paytaxtı – Asunsion  
 
Ölkə  ərazisinin  formalaşması,  təbii  şəraiti,  təbii  sərvətlərinin  iqtisadi 
cəhətdən qiymətləndirilməsi 


143 
 
 
La-Plata    hövzəsinin    geniş    ərazilərinin    tədqiqi Xuan-Dias   de   Solisin   
rəhbərlik   etdiyi   ekspedi tərəfindən  1516-cı ildə Atlantik okeanında Parana və 
Uruqvay    çaylarının      mənsəblərinin      əmələ    gətirdikləri  körfəzdən  başlamışdır. 
Məhz  ispan  konkistadorlarının  dayaq  məntəqələri  də  elə  okean  sahillərində 
yaradılmışdı.   Sonradan   onlar  materikin  daxili   hissələrinə, quarani hindularını 
yaşadığı  Parana  və  Paraqvay  çaylarının  arasındakı  vadiyə  doğru  irəlilədilər.  
Buradakı  hindu  tayfası  yarımoturaq  həyat  tərzi  keçirir,  əkinçilik,  ovçuluq        və    
balıqçılıqla        məşğul        olurdular.        Lakin  okeandan    uzaqlıq,      təbii  varidatın  
azlığı    bu    rayonu  təsərrüfat  nöqteyi-nəzərincə  mənimsəməyə  imkan  vermədi. 
1617-ci  ildə  böyük  ərazini  əhatə  edən  Rio-de-La-Plata  iki  hissəyə  bölündü. 
Şimalda Quayara əyalətinin mərkəzi Asunsyon olmaqla Paraqvay adlandırıldı. 
Ölkənin  ərazisi  platformanın  qərb  hissəsində  yerləşir.  Paraqvay  çayı  bu 
ərazini şərq və qərb hissələrə bölür. Cənub-şərqində hündürlüyü 300-400 m-ə çatan 
Parana  Platosu  və  hündürlüyü  700  m-ə  çatan  qədim  platforma  qalxması,  Parana 
çayının  qərbində  geniş  Çako  ovalığı  yerləşir.    Bu  ovalığın  səthi  çayların  And 
dağlarından      gətirdiyi      çöküntü materialları      ilə örtülmüşdür. 
Cənub tropikinin hər iki tərəfıni əhatə edən Paraqvayın əlverişli iqlimi vardır. 
Şərqi Paraqvayın iqlimi əsasən subtropikdir, lakin Çakoda hava isti və quru tropik 
xarakterlidir.  Çakoda  yayda  (oktyabr  mart  ayınadək)  orta  aylıq  temperatur  29°C-
yə,  maksimum  isə  47°C-yə  çatır.  Təsadüfi  deyildir  ki,  materikin  təxminən 
ortasında  yerləşən  bu  vilayət  ən  isti  və  qurudur.  Şərqi  Paraqvayda  yayın  orta 
temperaturu 27°C-dir və ən isti aylar  dekabr,   yanvar,   fevraldır  ki,    materikin   
daxili, hissələrində  isti  və rütubətli küləklər əsir. Qış dövründə Şərqi  Paraqvayda 
havanın  temperaturu  15-24°C  arasında  tərəddüd  edir.  Hərdənbir  sərt  şaxtalar 
plantasiyalara  ciddi  zərər  yetirir.  Bu  adətən  Cənubda  pampadan  soyuq  hava 
kütlələlri  Pataqoniya  istiqamətindən  Parana-Paraqvay  ovalığı  boyu  əraziyə  daxil 
olarkən baş verir. Şərqi Paraqvayda qasırğalar az-az hallarda, qısamüddətli olur və 
ərazinin  bir  hissəsini  əhatə  edir.  Yağıntıların  düşməsində  mövsümilik  nəzərə 
çarpır. Şərqdən qərbə doğru onun miqdarı azalır. 
Paraqvay çayı vadisində quraqlıq dörd ay (iyun-sentyabr) ərzində davam edir, 
yalnız ölkənin şərq hissəsində il boyu bərabər miqdarda yağıntılar müşahidə edilir. 
Çakonun  Boliviya  ilə  sərhəddindən  başqa  ölkə  ərazisi  çaylarla  əhatələnir. 
Onun ən iri çayları Parana və iri qolu Paraqvaydır. 
Parana  uzunluğuna  və  hövzəsinin  sahəsinə  görə  Amazondan  sonra  Latın 
Amerikasında ikinci yeri tutur.  
Parana aşağı axarlara doğru getdikcə genəlir, sürəti azalır  və  gəmiçilik  üçün  
yararlı    olur.      Paraqvay      da  Parana      kimi      öz      mənbəyini        Braziliyadan    
götürür. 
Ümumi  uzunluğu  2,5  min  km  olan  çay  ölkə  ərazisindən  900  km  məsafədən 
keçir.  Ölkə  ərazisini  şimaldan  cənuba  doğru  kəsib  keçən  çay  özünün  yuxarı 
axarında  Braziliya,  aşağı  axarında  isə  Argentina  ilə  dövlət  sərhəddini  yaradır. 
Paranadan  fərqli  olaraq,  o,  sakit  axarlıdır  və  yatağı  boyu  düzənlikdən  keçir. 
Paranaya  qovuşan  yerdə  dərinliyi  22  m-dir.  Paraqvay  ölkənin  əsas  nəqliyyat 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə