Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə74/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   70   71   72   73   74   75   76   77   ...   81

148 
 
artmaqdadır.  Şəkər  qamışının  əkin  plantasiyalarının  əsas  rayonları  Kiindi 
şəhərindən şimalda Asunsiyondan sonra Paraqvay çayının sağ sahillərində, Vilya-
Ayes şəhərinin ətrafındadır. 
1950-ci  illərdən  etibarən  ölkədə qəhvənin  istehsalına  maraq  artmağa  başladı. 
1953-cü  ildə  Şimali  amerika        firması        “Amerikan        kofı        korporeyşn”        və    
braziliyalı      "Lunardeli"      maliyyə      qrupu      Aedro-Xuan  Kabalyero  şəhəri 
yaxınlığında,  Braziliya  ilə  sərhəddə  25  milyon  hektar  torpaq  almışdır.  Bu 
torpaqlarda hərəsi 50 ha (25 min ədəd qəhvə ağacı) olan plantasiyalar salınmışdır. 
Texniki    bitkilər    içərisində    pambıq    və    tütün istehsalı  xüsusi yer tutur. 
Bu  bitkilər geniş  şəkildə 1920-ci   ildən    sonra    əkilməyə   başlanmışdır.    Hal 
hazırda    pambıq    üçün   85-90     min    ha    əkin    sahəi ayrılmışdır. O, əsasən 
paytaxtın şərq dəmir yolu xətti boyu ərazilərdə becərilir. Onun istehsal həcmi 58-
70  min      tona      çatdırılmışdır.      Paraqvay      pambığı      yüksək  keyfıyyətli  və 
uzunliflidir. Orta məhsuldarlıq hər h-dan 700-800 kq-dır. Çiyiddən ərzaq məhsulu 
məqsədilə yağ istehsal edilir. 
Ölkədə  becərilən  ixrac  istiqamətli  bitkilərdən  biri  də  tütündür.  Tütün  əsasən 
Asunsiyondan şərqdə 5-10 min ha ərazidə becərilir və orta hesabla hər il 28-30 min 
ton  məhsul  götürülür.  İstehsal  olunmuş  tütünün  60%-ə    qədəri    Argentina,   
Uruqvay,   Qərbi  Avropa  və  Şimali   Afrika   ölkələrinə   ixrac   edilir.   Yağlı   
bitkilər içərisində   daha   geniş   yayılmışı   yer   fındığı,   yənı araxisdir. Araxisin 
vətəni  Cənubi  Afrikadır  və  Paraqvay  ərazisində  onun  əkin  sahəsi  18-20  min  ha, 
istehsal həcmi     isə     19-25     min     t-dur.     Ölkənin     kənd təsərrüfatında 
sitrus  bitkilərinin  3/4-  ü  banan,  ananas  və  digər  meyvələrin  istehsalı  xüsusi  yer 
tutur. Hər il orta   hesabla    naringi,    partağal,    limon    və    digər meyvələrin  
istehsalı 25-30 min sentnerdir.   Paraqvay çayının sol qolları boyu və Asunsiyon-
Enkarnason  dəmir  yolu      xətti      boyu      portağal      meşəliyi      uzanır.        Dünya 
portağal   yağı    istehsalının    3/4-ü   Paraqvayın    payına düşür  və  o,  tibbdə  və 
kosmetika  sahəsində  qiymətli  xammaldır.        Paraqvayda        istehsal        olunan    
mədəni  portağal  olduqca  yüksək  keyfiyyəti,  dadı,  qoxusu  ilə  Latın  Amerikasında 
müqayisəyə gəlməzdir.  
Asunsiyon şəhərinin    əsası    qoyulduqdan    dərhal sonra   ispanlar   bura   
yeddi   inək  və   buğa   gətidilər. Onlardan    törəmiş    iri    buynuzlu    mal-qara    
nəinki Paraqvayda, hətta Argentina və Uruqvayda iri sürülərin yaranmasına səbəb 
oldu. Otlaq heyvandarlığı indi də Paraqvayda   kənd   təsərrüfatının   əsas   sahəsi   
kimi özünü göstərir. Bu təsərrüfat sahəsi kənd təsərrüfatı ümumi daxili məhsulun 
1/3-ni,  ölkənin  ümumi  daxili  məhsulunun  19%-ni,  milli  gəlirin  13%-ni  verir. 
Ölkədə  üç    əsas      heyvandarlıq      rayonu    vardır.      Onlardan    biri  Paraqvay    və   
Parana      çaylarının      arasındakı      üçbucaq  şəkilli  subasarın  şirəli  otlağı,  ikincisi 
Paraqvayın sol sahili   boyu,   üçüncüsü   isə   getdikcə   daha   böyük əhəmiyyət 
kəsb edən Paraqvay Çakosunun cənub-şərq hissəsidir. Heyvandarlıq ölkədə əsasən 
ətlik  istiqamətlidir.      Yalnız      Asunsiyon      ətrafında      südlük      istiqamətli 
heyvandarlıq  inkişaf  etmişdir.    Ölkədə  heyvandarlığın  inkişafı  Argentina  və 
Uruqvayla  gərgin  rəqabət  şəraitində  gedir.  Ölkə  ərazisinin  34%-ni  çəmənlik  və 
otlaqlar  təşkil  edir.  Bunların  da  90%-i  iri  torpaq  sahibkarlarının  əlindədir, 


149 
 
heyvandarlıq  latifundiyalarında  cəmləşən  iri  bunynuzlu  mal-qaranın  da  40%-dən 
çoxu  həmin  sahibkarlara  məxsusdur.  Ölkədə  olan  mal-qara  əsasən  kreol 
növündəndir,  iqlimə  yaxşı  uyğunlaşmışdır,  lakin  az  ət  verəndir.  Cins  tərkibinin 
yaxşılaşdırmaq,  məhsuldarlığını  artırmaq  üçün  Avropadan  bir  neçə  döl  növü 
gətirilmişdir.      İxrac    işinin      artırılması    məqsədilə    heyvandarların      vergisinin   
azaldılması,   ölkəyə   gətirilən maşın   və   avadanlıqların   gömrük   rüsumunun   
ləğv  olunması,      dünya      bazarında      paraqvay      əti,      gön-dəri  məhsullarının   
rəqabətinin   tənzimlənməsi   sahəsində xeyli iş görülmüşdür. 
b)  Meşə  təsərrüfatı.  Paraqvay  iqtisadityyatında,  xüsusilə  də  xarici  ticarətdə 
meşə təsərrüfatının xüsusi rolu  vardır. Ölkə ərazisinin 56%-ni örtən  meşə ümumi 
daxili məhsulun 4%-ni, milli gəlirin 2%-ni verir. Meşə massivlərinin 92%-i xüsusi, 
5%-i  dövlət,  3%-i  kooperativ  mülkiyyətə  məxsusdur.  Ölkənin  əmək  qabiliyyətli 
əhalisinin 3%-dən çoxu meşə təsərrüfatında çalışır. 
Müstəmləkə  dövründə  əsas  meşə  sənayesi  cır  paraqvay  çayı  -  yorba-mate 
yarpağının  yığılması  olmuşdur.  Bu  çay  yarpağının  qısa  müddətdə  acgözlüklə  və 
necə gəldi yığımı ölkənin cənub-şərqində yaorba-mate bitkisinin   yox   olmasına   
gətrib   çıxarmışdır.    Qonşu Argentinada paraqvay çayına təlabatının artması onun 
yeni-yeni  plantasiyalarının yaradılmasına   səbəb   oldu. Meşələrin ağac tədarükü 
olduqca  primitiv  yolla  həyata  keçirilir.          Kəsilmiş        ağaclar        ya        fəhlələr    
vasitəsilə  müəyyən  ərazilərə  daşınır,  ya  da  Parana,  Paraqvay  və  onların  qolları 
vasitəsilə müəyyənləşmiş dayanacaqlara axıdılır. 
Çakonun şimalında Paraqvay çayının sahili boyu park   meşələrinin    kebraço   
ağacları   daha   intensiv surətdə  mənimsənilir. Argentina ilə  yanaşı  Paraqvay da 
dünya  bazarında  kebraço  şirəsi  ixrac  edir.  1941-ci  il  müqaviləsinə  əsasən  dünya 
bazarına çıxarılan kebraço şirəsinin  20%-i  Paraqvayın,   80%-i isə Argentinanın 
payına düşməlidir. Kebraço tədarükü əsasən Paraqvay çayının   qərbində   Puerto-
Qurani   və   Puerto-Pinesko rayonu ərazisində həyata keçirilir. 
c) Sənayesi. Paraqvayda sənaye olduqca zəif inkişaf etmişdir və əsasən də bir 
sıra kənd təsərrüfatı və meşə materialları emal edən  müəssisələrlə  təmsil olunur. 
İkinci dünya müharibəsi dövründə xarici məhsulların kəskin   şəkildə   çatışmaması   
Latın      Amerikası      ölkələrində  yüngül  sənayenin  inkişafına  çox  yaxşı  zəmin 
yaratdı.  Lakin  Paraqvayda sənaye əvvəlki  səviyyədə qalaraq   özünün   olduqca   
zəif  texniki   təchizatı   ilə xarakterizə   olunaraq   qalmaqda   davam   edir.   Digər 
tərəfdən sənayenin inkişafına bir sıra amillər də mane olur. Belə ki, daxili bazarın 
kasadlığı, xarici kapitalın təsiri,   kadrların   çatışmamazlığı,   yanacaq-energetika 
bazasının  zəifliyi,  nəqliyyat  vasitələrinin  çatışmamızlığı,yolların      kifayət    qədər   
olmaması   belə   amillərdəndir. Xaric kapital ölkədə ən iri sənaye müəssisələrinə 
sahibbdir.   Son illər ABŞ, İngiltərə, AFR, Fransa ilə yanaşı, Braziliya, Argentina 
sənayesinə, xüsusilə də, elektroenergetika, dağ-mədən, meşə sənaye, neft emalı və  
digər    sahələrə    marağı    artırmışdır.      Ümumi    daxili  məhsul      istehsalında   
sənayenin   xüsusi   çəkisi   uzun illərdir ki,  16-20% həcmində qalmaqdadır. Lakin 
son 10    ildə    Argentina,    Braziliya   və   Uruqvayla   birgə elektroenergetika 
sənayesinin inkişafında ciddi dönüş yaranmışdır.  Lakin buna baxmayaraq, ümumi 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə