Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə73/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   69   70   71   72   73   74   75   76   ...   81

146 
 
Paraqvay Çakaosunun şəhərləri nisbətən kiçikdir və əsasən də Paraqvay çayı 
sahilində yerləşir.  
Ölkədə kənd yaşayış məntəqələri kiçik olub 100-130 evdən ibarətdir. 
Çakonun  əl  çatmaz  rayonlarında  və    Uzaq  Şərqdə  meşə  hinduları  yaşayır. 
Onlar  avropalılarla  qarışmamış,  öz  adət-ənənələrini  qoruyub  saxlaya  bilmişlər. 
Plato  Paranasının  meşələrində,  Argentina  və  Braziliya  ilə  həmsərhəd  ərazilərdə 
hindu  tayfaları  yaşyıır.  Bu  quarani  hindu  qrupları  hələ  də  ilkin  insan  cəmiyyəti 
formasını  saxlamışdır.  Onlar  bütöv  kənd  şəklində  birgə  meşədə  ağacları  qırır, 
təmizlənmmiş yerdə hər bir ailə üçün yer ayırır və əkinçiliklə məşğul olurlar. 
Hinduların  sayı  Çakoda  getdikcə  azalmaqdadır.  Ölkənin  tərəqqipərvər 
qüvvələri  hinduların  həyat  şəaritini  yaxşıladırılması,  onlara  dövlət  qayğısı 
göstərilməsinə çalışırlar.  
Quarani  hinduları  Paraqvay  mədəniyyətinin,  xüsusilə  maddi  mədəniyyətinin  
formalaşmasında  müstəsna  rol  oynamışlar.  Qədim  dövrlərdən  indiyədək  əhalinin 
qida rasinunda qarğıdalı, paxla və maniok üstünlük təşkil edir.  
Quarani  hinduları  inkişaf  etmiş  musiqi  mədəniyyətinə  malik  olmuşlar. 
Onlarda  həm  hərbi,  həm  də  ənənəvi  musiqi  əsərləri  olmuş,  solo  mahnılar, 
insturimental  musiqi,  müxtəlif  rəqslər  hələ  də  öz  aktualığını  yerli  əhali  arasında 
saxlamışdır. 
 
Təsərrüfatının ümumi səciyyəsi və inkişaf perspektivləri 
 
Paraqvay  bütöv  Amerikada  iqtisadi  cəhətdən  ən  geridə  qalmış  İspan 
müstəmləkəsi olmuşdur. Yalnız müstəqillik əldə etdikdən yarım əsr sonra iqtisadi 
inkişaf  üçün  ilkin  addımlar  atılmağa  başlanmışdır.  İlk  əvvələr  dövlət  ölkəni 
xammal  və  ərzaq  məhsulları  idxal  etmək  və  xaricdən  asılı  vəziyyətdən  çıxarmaq 
üçün tədbirlər görməyə başladı. Heyvandalığı inkişaf etdirmək, pambıq, buğda, və 
qarğıdalı istehsalını artırma təşəbbüsündə olanları mükafatlandırırdı. Bu həmçinin 
də milli sənaye şamil edildi.  
Paraqvayın  təbii  imknaların  yüksək  məhsuldar  əkinçiliyin  və  maldarlığın 
inkişaf  etdirilməsinə,  milli  sənayesinin  yaradılmasına  gözəl  şərait  yaradır.  Lakin 
təəssüf  ki,  hələ  də  ərazinin  çox  hissəi  lazımi  şəkildə  mənimsənilməmiş,  bir  çox 
təbii,  o  cümlədən  hidroresurslar  kifayət  qədər  tədqiq  edilməmiş,  mövcud  meşə 
massivləri birtərəfli və zəif istifadəyə cəlb edilmişdir. Emaledici sənaye demək olar 
ki, rüşeym halında və bəsit formasındadır. 
Ölkə  iqtisadiyyatı  zəif  inkişaf  edir,  adambaşına  milli  qəlir  Venesuela, 
Argentina,  Braziliya,  Meksika  və  Çiliyə  nisbətən  5-6  dəfə  aşağı  səviyyədədir. 
Onun  iqtisadiyyatının  əsasını  kənd  və  meşə  təsərrüfatı  təşkil  edir.  Əmək 
qabiliyyətli  əhalinin  də  3∕4-ü  bu  sahələrə  cəlb  olunmuşdur.  Ölkə  iqtisadiyyatında 
xarici  kapitalın  xüsusi  çəkisi  getdikcə  artmaqdadır.  Burada  ABŞ,  İngiltərə, 
Braziliya  və  Argentina  müstəsan  rol  oynayırlar.  Xarici  ölkələrin  kapital 
qoyuluşunda Argentina daha üstün yer tutur.  
XX əsrin 60-70-ci illərində durğunluq keçirn ölkə iqtisadiyyatı regionda digər 
ölkələrdən  geri  qalmış,  ÜDM-un  və  milli  gəlirin  artım  sürəti  aşağı  olmuşdur. 


147 
 
Paraqvay həmçinin Latın Amerikasının  digər ölkələrində tək ÜDM-un həcmi ilə 
deyil, həm də orta illik artım səviyyəsinə görə də geridə qalır. ÜDM-un srtukturu 
göstərir  ki,  ölkədə  iqtisadiyyat  hələ  də  durğunluq  həddni  aşmır  və  dəyişməz 
qalmaqdadır.  İqtisadiyyatının  əsasını  kənd  təsərrüfatı,  xüsusilə  də  əkinçilik, 
heyvandarlıq,      meşə      təsərrüfatı      (milli      gəlirin      yarıdan  çoxunu  verir)  təşkil 
edirsə,  sənaye  cəmi  16-17%  təşkil  edir.    Son  illər  xidmət  sahələri  sürətlə  inkişaf 
edərək  istehsal    bölməsinə    sərf  ediləsi      maliyyə    imkanlarını  özünə  cəlb  edə 
bilmişdir. 
Son   10   ildə   Paraqvayın   ümumi   daxili   məhsul istehsalında tikintinin 
xüsusi çəkisi çox sürətlə artır. Bu   ilk  növbədə  amerika  krediti   əsasında   SES-
nin, strateji əhəmiyyətli avtomobil yolunun çəkilişi ilə izah edilir.   Ümumiyyətlə,   
son   50   ildə  ölkənin   iqtisadiyyatının   inkişafına   və   yenidən   qurulmasına   
xarici kapitalın   cəlb edilməsi   sürətlənmişdir.   Argentina kapitalı əsasən kebraço 
şirəsi,  paraqvay  çayı,  sement,  ağac      emalı      və      heyvandarlıq      məhsulları   
istehsalına  yönəldilmişdir.  Parana  çayı  üzərində  Argentina  ilə  birgə  tikilən    bu  
SES-nın  istehsal  gücü  3,7  mln.kVt-dır. Parana çayı üzərində ən nəhəng SES-nın 
tikintisi artıq başa   çatmışdır.   Onun   istehsal   gücü   12,6   mln.kVt miqdarında 
hesablanmışdır.  Bu  SES-ın  tikintisi  16  ilə,  tiknti  xərci  isə  18  mld.  dollara  başa 
gəlmişdir. 70-ci illərdən   etibarən   Paraqvayın   nəinki   öz  ehtiyaclarını ödəyir,   
hətta   Braziliya   və   Argentinaya   da   elektrik enerjisi ixrac edir. 
a)   Kənd   təsərrüfatı.   Paraqvayın    iqtisadiyyatının əsasını kənd təsərrüfatı 
təşkil  edir.    Ölkənin  ümumi  daxili  məhsul  istehsalında  kənd  təsərrüfatının  xüsusi 
çəkisi 27,2%-dir, ölkəyə daxil olan valyutanın 95%-ni verir.  Ölkə iqtisadiyyatının 
aqrar  xarakterli  olmasına  baxmayaraq,  əhalinin  cəmi  89%-ni  ərzaq  məhsulları  ilə 
təmin   edir,   qalan   hissəsi   isə   xaricdən,   xüsusilə Braziliya və Argentinadan 
idxal edilir. İdxal məhsullarının da 70-80%-i buğdanın payına düşür. 
Kənd  təsərrüfatı  məhsulunun  istehsal  səviyyəsi  olduqca  aşağıdır. 
Təsəarrüfatların  texnika  və  kübrə  ilə  təchizatı  çox  zəifdir.  Ölkədə  fəaliyyət 
göstərən 185  minə  yaxın təsərrüfatlarda 850  min nəfər,  yəni ölkənin iqtisadi fəal 
əhalisinin 60%-ə qədəri çalışır. 
Kənd  təsərrüfatı  məhsulu  istehsalının  çeşidində  və  həcmində  müəyyən 
dövrlərdə  olan  irəliləyişlər  adətən  ya  həmin  məhsula  təlabatın  dünya  bazarında 
artmasından,  ya  da  əlverişli  iqlim  şəraitindən  asılı  olur.  Son  illər  ixrac  olunan 
məhsulların  istehsal  həcmində  müəyyən  artım  hiss  edilməkdədir.  Vaxtı  ilə 
Paraqvay  çayı  ən  çox  ixrac  olunan  və  bölgəyə  külli  miqdarda  valyuta  gətirən 
məhsul idisə, indi o, az gəlir gətirən sahəyə çevrilmişdir. 
Ölkənin  əsas  əkinçilik  rayonu  Parana,  Paraqvay  çayları  və  şimal-şərqdən 
keçən  Asunsiyon-Enkarnason  dəmiryol  xətti  arasında  yerləşən  üçbucaqşəkilli 
ərazidir. Burada kiçik  və  orta təsərrüfatlar üstünlük  təşkil  edir. Əkinçilikdə ərzaq 
bitkisi kimi bütün təsərrüfatlarda qarğıdalı və maniok əkilir. 
Son  illər  ərzində  çəltik  əkini  və  istehsalı  da  xeyli  artırılmışdır.  Onun  əkin 
sahəsi hal-hazırda 13-15 min ha, istehsalı isə 43-50 min tona çatır. Paraqvaylıların 
qida rasionunda şirin kartof-batatın xüsusi yeri vardır, illik istehsal həcmi 110-150 
min ton təşkil edir. Şəkər qamışının əkin sahəsi artmasa da, istehsal həcmi sürətlə 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə