Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə70/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   66   67   68   69   70   71   72   73   ...   81

140 
 
müəyyən  dərəcədə  inkişaf  etmişdir.  İstər  okean,  istərsə  də      çay      balıqçılığında   
şəxsi    və   kooperativ   balıqçı müəssisələri fəallıq göstərir. 
Plantasiyalarda şəkər qamışının istehsalı  texniki cəhətdən  yüksək  səviyyədə  
qurulsa  da,   bütövlükdə ölkənin   kənd   təsərrüfatı   monokultur   olaraq   geridə 
qalmış  hesab  edilir.  Praktiki  cəhətdən  ölkənin  şəkər  qamışı  istehsalı  ingilis 
monopoliya kapitalının nəzarətindədir. 
Qayanada  şəkər qamışı  istehsalı  iqlim  şəraitinə, landşaft xüsusiyyətinə görə 
olduqca əməktutumludur. Artıq   suların   ərazidən   çıxarılması   üçün   müxtəlif 
kanalların      qazılması,      Atlantik      okeanının      sularının  ərazini  basmaması  üçün 
torpaq  qoruyucu  bəndlərin  tikilməsi,  alaqlara  qarşı  daimi  mübarizənin  aparılması 
tələb  olunur.  XX  əsrin  40-cı  illərinin  sonunadək  şəkər  plantasiyalarında      əsasən   
əl   əməyi   tətbiq   olunurdu. Bütün günü  suyun  içində alaq otları ilə mübarizə 
aparan        qadın        və      uşaq        əməyindən        geniş        istifadə  olunurdu.    Əmək 
haqqının  azlığı,  iş  şəraitinin  dözülməzliyi  həm  də  müstəmləkəçilərin  sahədə  olan 
nümayəndələrini  də  narahat  edirdi.  Hətta  onlardan  bir  çoxunun  raportlarında    
qadın        və        uşaq        əməyinin        qadağan  olunması    üçün  ciddi    tədbirlərin 
görülməsi    məsləhət  bilinirdi.  Şəkər  plantasiyalarında  mexanikləşdirmə  çox  ləng 
gedirdi  və  heç  də  bütün  sahələri  əhatə  etmirdi.  Bu  ilk        növbədə        torpaq    
işlərinin        görülməsi,        torpağın  qurudulması  və  yığılmış  məhsulların 
daşınmasında öz tətbiqini tapmışdı. 
Köhnəlmiş  şəkər  zavodlarının  yeni  avadanlıqlarla  təmin  edilib,  təmiri  və 
istifadə edilməsi son zamanlar nisbətən sürətlənmişdir. Yeni avadanlıqlarla  təmin 
olunan  zavodların  genişləndirilməsi,  istehsal  güclərinin  artırılması  bir  çox  köhnə 
və  nisbətən  balaca  zavodların  və  müəssisələrin  bağlanmasına,  rentabelsizlərin 
satılmasına səbəb olmuşdur. 
Əgər  şəkər  Qayanada  əsas  ixrac  məhsuludursa,  çəltik  ərzaq  məhsuludur. 
Onun istehsalı əsasən kiçik kəndli təsərrüfatlarında cəmlənmişdir. Qayananın iqlim 
şəraiti ildə iki dəfə məhsul götürməyə imkan verir. 
Qayana  “qızıl  buğda”  adlanan  çəltik  istehsalının  həcminə  görə  dünyada  15-
16-cı  yeri  bölüşür.  Çəltiyi  ilk  dəfə  XVIII  əsrin  əvvəllərində  Amerikanın  Karolina 
ştatından  portuqal  köçkünləri  gətirmişlər.  Hindli  immiqrantların  bu  sahədə  daha 
yaxşı təcrübəsi  olduğundan, onların gəlişi ilə istehsalın həcmi də artmış, hətta bu 
məhsulun  ilkin  ixracı  da  olmuşdur.  Çəltik  məhsulu  ilk  dəfə  Trinidad  dövlətinə 
ixrac  edilmişdir.  Ölkə  daxilində  çəltik  məhsuluna  olan  tələbat  45-50  min  ton 
olduğu halda, hər il orta hesabla 155-200 min ton çəltik istehsal olunur. 
Rupununi savannası ölkənin əsas heyvandarlıq rayonudur. Lakin əhalisinin ət 
və  süd  məhsulları  ilə  təmin  olunmasında  bu  rayonun  rolu  o  qədər  də  böyük 
deyildir. Bu ilk növbədə rayonun sahil zolağından xeyli aralı  olması,    şəhərlərə    
məhsul        daşınması        üçün  müvafiq      yolların      olmaması      ilə      izah      edilir.   
Keçmiş  dövrlərdə   heyvandarlar  “inək   çığın”   adlanan   yolla inəkləri gətirir, 
çay  bərələri  ilə  onları  Corctaun  və  Nyu-Amsterdama      çatdırırdılar.      Yolda   
heyvanlar      olduqca  arıqlayır,  ya  da  yemsizlik  üzündən  məhv  olurdular.  Hal-
hazırda   soyuducuların   geniş   yayıldığı   halda   ət məhsulları Corctauna təyyarə 
ilə çatdırılır.  Lakin bu əhalinin   artan    tələbatını   ət   məhsulları   ilə   təmin 


141 
 
etməyin heç də həlli yolu deyildir. Bunu nəzərə alaraq nisbətən    iri     şəhərlərin    
ətrafında        şəhərətrafı        tipli  heyvandarlıq  kompleksləri  yaranmaqdadır.  Son 
illərdə ölkədə iri buynuzlu malqaranın, donuzçuluq, quşçuluq və balıqçılığın sürətli 
inkişafı nəzərə çarpır.  
b) Sənayesi və nəqliyyatı 
Hələ  müstəqillik  dövründən   çox-çox   əvvəl   qızıl axtarışı  üçün   Qviana  
sahillərinə  can  atan   mifoloji zəngin   EI   Dorado   ölkəsini   arayıb-axtarmaq   
ingilis  müstəmləkəçilərini  qızıl  sadəti  ilkin  əvvəl  məyus  etsə  də,  zəngin  boksit 
ehtiyatlarının, yəni o dövrün dili ilə desək  “qırmızı qızıl”ın  kəşfi  sonradan  onlara  
böyük  gəlir      gətirməyə        başladı.        Müasir        dövrdə        Qayana  Yamayka  və 
Surinamdan sonra boksit hasilatına görə üçüncü yeri tutur. 
Ölkədə  boksit yatağı  ilk  dəfə   1876-77-ci   illərdə aşkar edilmişdir. ABŞ-ın 
nəhəng  “Alüminium  kompani  of  Amerika”  monopoliyası    (ALKOA)  dərhal  öz 
nümayəndəsini   boksit   ehtiyatları   olan   ərazilərdə   torpaq almaq    üçün    ora    
göndərdi.        Qısa        vaxt        ərzində  monopoliya  özünə  sərf  edən  qiymətə  torpaq  
sahəsi alaraq dərhal boksit hasilatı üçün tədbirlər görməyə başladı. 1940-cı ilə kimi 
“ALKOA”  ABŞ-ın  bir  çox  ölkələrdə  fılialları  olan,  alüminium  istehsal  edən  və 
satan  ən  iri  şirkəti  idi.  Mənzil-qərargahı  Düsseldorfda  yerləşən  şirkətin  əsas 
vəzifəsi  alüuminiumu  və  xammalı  Almaniya  ərazisində  satmaqdan  ibarət  idi. 
Həmçinin ALKAN digər Almaniya şirkəti olan “Vereyniqte Alüminiumverke AQ” 
ilə  birlikdə  Avropada  ən  iri  alüminium  prokatı  zavodunu  tikib  istifadəyə  verdi. 
Qayanada  boksit  yataqları  dünyanın  digər  ölkələrindəki  yataqlardan  fərqli  olaraq 
tərkibində  alüminiumun  yüksək  faizi  ilə  seçilir.  Digər  tərəfdən  Qayana 
yataqlarındakı  boksit  yer  səthinə  yaxın  yerləşdiyindən  hasilatı  açıq  üsulla  həyata 
keçirilir.  Boksit  istehsalının  və  emalının  belə  ucuz  başa  gəlməsinə  baxmayaraq 
ölkə  iqtisadiyyatına  onun  bəhrəsi  hələlik  kifayət  deyildir,  çünki  o,  ABŞ  və 
Kanadanın yüksək inkişaf etmiş alüminium sənayesi üçün xammal təminatçısıdır. 
Təsadüfi deyildir ki, ABŞ və Kanadanın alüminium sənayelərinin gəlir mənfəətinin 
90%-i Qayana, Yamayka və Surinamın boksiti hesabınadır. 
Amerika monopoliyalarının diqqətini Qayananın neft ehtiyatları cəlb etmişdir. 
Onun  bir  çox  şirkətləri,  xüsusilə  də  “Qlob  potroseum  5  LTD”  və  “Kontinental 
oversiz eyl kompani” ölkənin bir çox rayonlarında neft axtarışına və hasilatına 60-
cı illərdən başlamışdır. 
1960-cı  illərdən  etibarən  ölkədə  manqan  fılizinin  ixrac  üçün  istehsalı 
başlanmışdır.  Manqan  filizi  Essekibo  əyalətinin  şimal-qərbində  Mettus  Ric  və 
Poyət-Kaytuma rayonları ərazisindən çıxarılır. Bu fılizin istismarı ilə Amerikanın 
“Yunian  karbayd”  şirkəti  məşğuldur.  Bu  şirkət  dövlətin  razılığı  ilə  öz 
əməliyyatlarını  genişləndirmək  üçün  geoloji  kəşfıyyatlar  aparır.  Bu  geoloji 
tədqiqatlar  ölkədə  mis,  molibden,  nikel,  civə,  sirkonium  və  digər  metalların 
ehtiyatları aşkar etmişlər. 
 
Ölkədə  hələ  də  qızıl  və  almaz  istehsal  edilir.  Onun  hasilatı      ilə      əsasən   
dövlətdən   lisenziya   almış   kiçik müəssisələr və qızıl axtaranlar məşğul olur. Bu 
lisenziyaların alınmasında Qayana vətəndaşları və Britaniya təəbəliyi olan şəxslər 
üstünlüyə malikdirlər. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə