Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə78/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

156 
 
bağlıdır.  Belə  ki,  ölkədə  qəbul  olunmuş  “kabalebo”  proqramının  tədricən  yerinə 
yetirilməsinə başlanılsa da, maliyyə çətinlikləri hələ ki, mövcuddur. 
 
FRANSIZ QVIANASI 
 
Sahəsi – 91 min km
2
 
Əhalisi – 157,2 mln. nəfər (2007-ci il) 
Paytaxtı – Paramaribo  
 
Cənubi Amerikanın şimal-şərq hissəsındə Atlantik okeanı sahilində Fransanın 
əmlakı yerləşir. Sahəsinə görə Fransız Qviananı Portuqaliya kimi Avropa ölkəsi ilə 
bərabər saymaq olar, lakin əhalisinin sayına görə o, Portuqaliya əhalisinin sayından 
100 dəfə azdır. 
Şimalda  Qviana  Atlantik  okeanına  çıxır,  onun  sahili  320  km  məsafədə 
qərbdən şərqə tərəf uzanır. Braziliyadan ölkəni şərqdə Oyapoki çayı, cənubda isə 
Tuluk-Umak  dağ  silsiləsi  ayırır;  qərbdə  Surinam  ilə  sərhəd  Maroni  çayı  sahili  ilə 
keçir. 
Ölkənin  sahili-ovalıq  və  bataqlıqdan  ibarətdir.  Dördüncü  dövrün  dəniz 
çöküntüləri hesabına, formalaşmış ovalıqlar 20 km enində uzanmışdır və Atlantık 
okeanı  sahilini  əmələ  gətirmişdir,  onlar  ölkə  ərazisinin  6%-ni  tutur.  Qviananın 
qalan  hissəsini  Qviana  yaylası  tutur.  Onun  cənub  hissəsində  dəniz  səviyyəsindən 
850-900  m  hündürlüklərdən  ibarət  olan  Tumuk-Umak  silsiləsi  yerləşir.  Bu  silsilə 
ölkənin çayları arasında Atlantik okeanına    və    Amazonun    qollarına    axan    
çayların suayrıcısıdır. 
Ölkənin  iqlimi  subekvatorial  istidır,  daimi  temperaturları  25-28°C  arasında 
tərəddüd edirlər. Yağıntıların miqdarı ildə 2500-4000 mm təşkil edir. 
Qviananın  əsas  təbii  varlığı  sayılan  meşələr  ölkə  ərazisinin  94%-ni  tutur. 
Meşələrdə  500-dən  çox  ağac  növü  bitir.  Onların  arasında  qırmızı  ağac,  çəhrayı 
ağacı, tik ağacı, muskat, mora ağacı və s. kimi qiymətli ağac növləri rast  olunur. 
Lakin nəhəng (8 mln ha) meşə massivlərinin mənimsənilməsi və istismarı çətinlik 
törədir, çünki onlar praktiki olaraq əhalisi az olan yerlərdədir. 
Heyvanat aiəmi də zəngindir: meymunlar, tapir, yaquar, sürünənlər, çoxlu quş 
və həşərat var. Dəniz və  çaylar balıqla, krevetka ilə zəngindir. 
Qviana qızıl və boksat ehtiyatlarına malikdir. Ölkə qızılvə boksit ehtiyatlarına 
malikdir. İlk qızıl yatağı XIX əsrin ortalarında Aratay çayında aşkar edilmişdir. Ən 
böyük boksit yataqları Ko rayonunda     yerləşir.      Onun     ehtiyatı      50     mln.t 
qiymətləndirilir, bunlarda alüminium oksidi 40%-dir. 
Qviana   1499-cu   ildə   X.KoIumb   tərəfindən   kəşf edilmişdir.   1604-cü 
ildə  onun    ərazisində  ilk  fransız  müstəmləkəçilər  məskunlaşmışlar.  XVII-XVIII 
əsrlərdə  bu  ölkəni  hollandlar  və  ingilislər  dəfələrlə  ələ  keçirmək  istəmişlər.   
Fransanın  Qvianada  hakimiyyəti   1817-ci ildə təsdiq olunmuşdur. 
XIX əsrin ikinci yansı Fransız Qvianası üçün üç mühüm   hadisə   ilə   qeyd   
olunur;      quldarlığın      ləğv  olunması,    ölkənin  sürgün  yerinə  çevrilməsi  və  qızıl 
yataqlarının kəşf edilməsi.  Quldarlığın ləğv olunması plantasiya təsərrüfatında işçi 


157 
 
qüvvəsinin çatışmamazlığına   gətirib    çrxardı,    bu    da    Fransa    hökumətini 
immiqrasiya siyasətinə vadar etdi. 
1852-ci      ildə      Fransız      Qvianası      sürgün      yerinə  çevrildi.  Paris 
kommunasının məğlubiyyətindən sonra buraya     çox     kommunarlar     sürgün     
olunmuşdur. Təxminən bir əsr Qviana sürgün yeri olmuşdur. 1852-ci ildən 1939-cu 
ilə qədər Fransadan müstəmləkəyə 70 mindən artıq məhbus gətirilmişdir. 
Qviananın  ən  mühüm  və  daimi  problemlərindən  biri  işçi  qüvvəsinin  və 
əhalinin  çatmamazlığıdır,  müxtəlif  təbii  resurslarla  zəngin  olan  ölkənin  daxili 
rayonlarının  mənimsənilməsi  üçün  işçi  qüvvəsi  çatmır.  Təqribən  əhalinin  70%-i 
Kayenna  adasında  toplanmışdır,  sahil  zonasında  isə  ölkə  əhalinin  cəmi  90%-i 
yaşayır.  Qviana  əhalisinin  əksəriyyətini  və  yaxud  çoxsaylı  qrupu  kreollardır  ki, 
onların  sayı  40  min  nəfərə  çatır,  bunlardan  1/3-i  Fransız  Antil  adalarından 
gələnlərdir. Kreollardan sonra, əhalinin miqdarına görə avropalılar  - fransızlardır. 
Meşə  zənciləri  (2  min  nəfər),  hindular  (əhalinin  10%-i),  çinlilər,  hindlilər  və  b. 
yaşayır. Rəsmi dil fransız dilidir. Hakim din-xristianlıqdır. Zəncilər və hindularda 
qədim etiqadların qalıqları saxlanılmışdır. 
Əhalinin  orta  artım  tempi  Qvianada  -  ildə  təqribən  2%-dir.  Əhalinin  yarıya 
qədəri  20  yaşdan  cavandır.  İqtisadi  aktiv  əhali  30  min  nəfərdir,  bunlardan  1/3-i 
kənd təsərrüfatında çalışır. 
Urbanizasiyanın səviyyəsi  yüksəkdir. Əhalinin 55%-i şəhərlərdə  yaşayır. Ən 
böyük şəhər - ölkənin inzibati mərkəzi Kayenna şəhəridir. 
Fransız  Qvianası  geri  qalmış  aqrar  ölkədir.  İqtisadiyyatı  Fransa  və  ABŞ 
kapitalının nəzarəti altındadır. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. 1990-cı ildə 
DİM 250 min dollar  idi. Ərazinin  0,2%-i şumlanır, özü də əksərən sahildə. Əsas 
kənd təsərrüfatı bitkiləri: tərəvəz, banan, çəltik, şəkər qamışı, maniok, qarğıdalı və 
sitrusdur. Heyvandarlıq inkişaf edir: iri buynuzlu mal-qara - 17 min baş, donuzlar - 
10 min baş, quşlar -160 min başdır. 
Qviananın  təkində  böyük  qızıl,  boksit,  tantal  və  b.  filiz    ehtiyatı    yataqları  
vardır.   Ən   əhəmiyyətlisi qızıl hasilatıdır (530 kq). Qızıl ixracından alınan gəlir 
4,5 mln  dollar idi.   Boksit yataqları da aşkar edilmişdir (ehtiyatı 42 mln t). Ölkədə 
rom  istehsalı  fabrikləri,  qızıl  gül  essensi  fabriki,  krevetkaların  dondurması  və 
konservləşdirilməsi müəssisələri vardır. 
Bütün quraşdırılmış elektrik stansiyaların ümumi gücü - 31 min kvt-dır. 
Qviananın böyuk portları: Deqra-de-Kani, Kayenna və b. Beynəlxalq aeroport 
Roşambo (Keyseqqadan 17,5 km). 
Kuruda fransız kosmik mərkəzi var, buradan Yerin suni peykləri buraxılması 
üçün istifadə olunur. 
Əsas ticarət partnyorlan: Fransa (idxalın 62%-i, ixracatın 34%-i), AFR, ABŞ, 
Yaponiyadır. 
 
 
FOLKLEND (MALVİN) ADALARI 
Sahəsi – 12,1  min km
2
 
Əhalisi – 3 min nəfər 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə