Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə76/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   73   74   75   76   77   78   79   80   81

152 
 
 
SURİNAM 
 
Sahəsi – 163,8 min km
2
 
Əhalisi – 0,6 mln. nəfər (2005-ci il) 
Paytaxtı – Paramaribo  
 
Cənubi  Amerikanın  şimal-şərqində  yerləşən  Surinamın  ərazisi  qərbdə 
Koranteyn  çayı  ilə  Qayanadan,  şərqdə  isə  Maroni  çayı  vasitəsilə  Fransız 
Qvianasından ayrılır. Ölkənin cənubunda möhtəşəm  Braziliya ilə sərhəd başlayır. 
Ölkənin  şimalında  Atlantik  okeanı  boyu  təxminən  360  km  məsafədə  Qviana 
ovalığı uzanır. Çox da enli olmayan bu hissə dəniz və çay mənşəli çöküntülərdən 
təşkil  olunmuş,  dəniz  tərəfdən  manqr  cəngəllikləri  ilə  örtülmüşdür.  Sahilyanı 
düzənlik ölkənin içərilərinə doğru təpəli Qviana  yaylası  ilə əvəz  olunur. Savanna 
adlanan bu təpəli hissə qumlu və gilli torpaqlardan ibarətdir, məhsuldarlığı olduqca 
aşağıdır  və  kənd  təsərrüfatında  əkinçiliyə  az  yararlıdır.  Ölkənin  daxili  və  cənubu 
bütövlükdə  Qviana  yaylasının  tərkib  hissəsinə  daxildir.  Bu  ərazilər  selva  adlanır. 
Keçilməz  tropik  meşə  demək  olar  ki,  az  mənimsənilmişdir  və  ölkənin 
iqtisadiyyatında hələlik o qədər də böyük rol oynamır. 
Olduqca əlverişli coğrafı mövqeyi olan Surinamın təbiəti də gözəldir. İqlimi 
subekvatorial,  isti  və  daim  rütubətlidir.  Temperaturun  illik  amlitudu  yüksək 
deyildir,  il  ərzində  təxminən  2-3°C  dəyişkənlidir.  İlin  200  günü  yağışlıdır.  Bu 
yağışlar ən çox aprel-avqust dövründə düşür. Yağıntıların orta illik miqdarı 2000-
2500   mm-dir.    Ölkə   ərazisində   çaylar   bol   sulu, hidroenerji əhəmiyyətlidir. 
İri  çayları  olan  Koranteyn,  Surinam,  Maronidir.  Koppename  gəmiçilik  üçün 
əlverişlidir,  hətta  çox  da  iri  olmayan  gəmilər  mənsəbdənmənbəyə  doğru  300  km 
məsafədə üzə bilirlər.  Ölkədə çaylar və onlar arasında  çəkilmiş  kanallar nəqliyyat  
sistemini əmələ   gətirir,   çətin   keçilən   ərazilərin   mənimsənilməsində mühüm 
rol oynayırlar. 
Məhsuldar  qırmızı-sarı  ferraiit  torpaqlar,  temperatur  və  yağıntıların  bolluğu 
ərazidə  həmişə  yaşıl  meşələrin  inkişafı  üçün  olduqca  əlverişli  zəmin  yaratmışdır. 
Məhz bunun nəticəsidir ki, ölkə ərazisinin təxminən 90%-i meşə ilə örtülüdür. Bu 
həmişəyaşıl tropik meşələrdə qiymətli ağac növləri vardır. Çox təəssüf ki, son 25-
30 ildə bu qiymətli ağaclara qarşı münasibət dəyişməmişdir   və   onların   sürətlə   
qırılması   davam etməkdədir. 
Hələlik   ölkə   ərazisində   tədqiq   edilmiş   minerallardan ən geniş yayılmışı 
boksit  xammalıdır.    Onun  geoloji        ehtiyatına      görə        Surinam        Latın    
Amerikası  ölkələri  içərisində  yalnız  Yamaykadan  geri  qalır.  Onun  təxmini   
ehtiyatı   600   mln.   ton   miqdarında   hesablanmışdır. Bundan əlavə ölkədə dəmir 
filizi, manqan, platin, almaz, tantal, sahilin şelf hissəsində neft və qaz ehtiyatları da 
vardır.  Bu  təbii  resursların  əksəriyyəti  hələlik  kifayət  qədər  istifadə  edilmir. 
Ölkənin müasir şəraitdə    iqtisadi    inkişafinda    boksit    xammalından istifadə 
mühüm rol oynayır.  


153 
 
Ölkə ərazisinin formalaşması, əhalisi, əmək ehtiyatları və məskunlaşma 
formaları 
Surinamın ərazisi K.Kolumbun səyahəti zamanı onun konkistadorları Alonso 
de  Oxeda  və  Visente  Pinson  tərəfindən  ilk  dəfə  1499-cu  ildə  kəşf  olunmuşdur. 
Ərazinin  sıx,  keçilməz  selvadan  ibarət  olması  ispanları  o  qədər  də 
maraqlandırmadığından    yalnız  XVII  əsrin  birinci  yarısından  ehtibarən 
müstəmləkələşdirilməyə  məruz  qalmışdır.  Ölkənin  ərazisi  tamamilə  ingilislərin 
təsir  dairəsinə  alındı.  Lakin  1667-ci  ildə  Böyük  Britaniya  Niderlanda  Yeni 
Amsterdam  (müasir  Nyu-Yorkun  ərazisi)  ilə  dəyişməyi  təklif  etdi.  O  vaxtdan 
etibarən   Surinam  üç   əsr  ərzində  Niderlandın  təsiri altında olmuşdur. 
Ərazinin  əlverişli  təbii  şəraiti,  ucuz  işçi  qüvvəsi  qısa  bir  müddətdə  onu 
Avropanın  ən  iri  şəkər  təminatçısına  çevirdi.  Şəkər  qamışının  istehsalı  inkişaf 
edərək plantasiya təsərrüfatının yaradılmasına səbəb oldu. Plantasiyalarda işləmək 
üçün Afrikadan çoxlu miqdarda zənci qullar gətirilməyə başlanıldı. 
Surinamın əhalisi uzun müddət iqtisadi və siyasi müstəqillik əldə etmək üçün 
mübarizə  aparmış,  1922-ci  ildə  müstəmləkə  statusu  ləğv  olunaraq  Niderland 
krallığının  Birləşmiş  hissəsi  adlanmağa  başlamışdır.  1954-cü  ildə  nisbi 
muxtariyyat alan Surinam nəhayət ki, 1975-ci ildə müstəqillik əldə edə bildi. 
Coğrafi  mövqeyinə  görə  Surinam  Cənubi  Amerika  ölkəsi  olsa  da  etnik 
cəhətdən və dil tərkibcə daha çox karib hövzəsi ölkələrinə oxşayır.  Əhalisi keçən 
əsrin  70-ci  illərin    ortalarında        çox        sürətlə        artmış        və          1975-ci        ilin 
siyahıyalınmasma  görə  450  min  nəfərə  çatmışdı.  Təbii  artım  60-cı  illərdə  3,5% 
olsa da, 70-ci illərdə 2,3%-ə enmişdi. Digər Latın Amerikası ölkələri  kimi burada 
da  urbanizasiyanın  səviyyəsi  son  illər  artmağa  başlamışdır.  Kənd  əhalisi  əsasən 
ölkənin paytaxtı Paramariboya və onun  ətraf rayonlarına köçüb gəlirlər.  Bu  da öz 
növbəsində    ölkədə    onsuz    da    çox    olan    işsizlik probleminin   artmasına,    
əhalinin    əmək   qabiliyyətli hissəsinin  emmiqrasiyasına  səbəb olur.  Əhalinin  
də əsas hissəsi Niderlanda emmiqrasiya edir. Ölkə   əhalisinin   yaş   strukturunda   
uşaqlar   və gənclər     ümumi     əhalisinin     yarısını     təşkil     edir. Əhalisinin   
90%-ə      qədəri      ümumi      ərazinin      3-4      %-ni  təşkil  edən  sahil  zolağına 
toplaşmışdır. Əhalinin cüzi  hissəsi    isə    ümumi    ərazinin    80%-ni    təşkil    
edən rütubətli     tropik    meşə    zonasında    yaşayır.     Ölkə əhalisinin təxminən 
yarısı  onun  paytaxtı  Paramaribo  və      onun      20      km-lik    ətraf  rayonlarında   
məskunlaşmışdır.  Burada  ölkə  sənayesinin  60%-dən  çoxu  cəmləşmişdir,    ən  iri 
limanı, nəqliyyat, elm,  mədəniyyət mərkəzidir.   Paramaribo   tipik   müstəmləkə   
şəhərinə bənzərdir.   Surinam   çayı   sahilində   bir-iki   mərtəbəli  evlər  üstünlük   
təşkil  edir.   Şəhərin mərkəzinə  doğru səliqə ilə tikilmiş evlər, hamar küçələr XIX 
əsrin yadigarlarıdır.  Şəhərin bu hissəsi kiçildilmiş Amstredamı xatırladır. 
Ölkə  əhalisi  etnik  cəhətdən  olduqca  müxtəlif  olsa  da  47%  hindli,  32% 
kreollardan,  qalanları  yavalı,  zənci,  hindu,        çinli,        müəyyən        qədəri        də    
avropalılardır. Şəhərlilər içərisində kreolların və zəncilərin, kənddə isə hindli   və 
yavalıların    xüsusi      çəkisi      daha      böyükdür.  Etnik  qruplardan  təbii  artımın 
yüksəkliyi ilə hindlilər fərqlənir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə