Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə64/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   60   61   62   63   64   65   66   67   ...   81

128 
 
fəhlələrdən istifadə olunur, həmçinin ticarətdə, xidmət sahələrində, xüsusilə sosial 
xidmətlərdə muzdlu işçilərin payı artır. 
Dövlət  quruluşu.  Braziliya  federativ  respublikadır,  28  müxtəlif  ştatlanrın  və 
federal  (paytaxt)  mahalın  ittifaqı  nəticəsində  yaranmışdır.  Konstitusiyaya  görə 
(1988  il)  hər  ştatın  öz  konstitusiyası,    hakimiyyəti,    maddi  və  siyasi      hüquqları   
var. Lakin   federasiyadan   çıxmaq hüququ yoxdur.  Dövlət və hökumət başçısı,  
habelə silahlı   qüvvələrin    baş   komandanı   prezidentdir,    o səsvermə yolu ilə 5 
il müddətinə seçilir. Qanunverici hakimiyyət orqanı parlament - Milli Konqresdir. 
İcraedici hakimiyyəti prezident həyata keçirir. 
 
Brazilyanın inkişaf tarixi 
 
Braziliya  ərazisi  Neolit  dövründən  məskunlaşmışdır.  XVI  əsrin 
əvvəllərinədək  Braziliyada  müxtəlif  hindi  tayfaları  yaşayırdı.  İctimai 
münasibətlərdə  qəbilə-tayfa  təşkilatı  forması  mövcud  idi;  tayfaların  əksəriyyəti 
köçəri, yalnız tupiquaranilər oturaq həyat tərzi keçirirdi. 
1500-cü      ildə      portuqaliyalı    dəniz      səyyahı      Pedru  Kabral  Braziliya 
sahillərinə çıxdı və bu yeri Portuqaliya torpağı elan etdi. Portuqallar Braziliyadan 
“pau-brazil” adlanan qiymətli qırmızı ağac tədarük  edib apardılar (Braziliya  sözü 
də bu ağacın adından götürülmüş və bütün ölkəyə verilmişdir).   1549-cu ildə isə 
Braziliya paytaxtı   Salvador   (Bliya)   şəhəri   olmaqla   general-qubernatorluq 
təsis  edildi.  İşğal  olunmuş  torpaqlarda  iri  feodal  torpaq  mülkiyyətinin  əsası 
qoyuldu.    Şəkər  plantasiyalarının  genişləndirilməsi,  xüsusilə  də  qızıl  və  almaz 
yataqlarının kəşfi ilə əlaqədar. XVII əsrin axırlarında Afrikadan qullar gətirilməsi 
artdı.  Hindular  və  zəncilər          ağır          istismara          qarşı          inadla          mübarizə 
aparırdılar. 
XVII  əsrin  sonu  -  XVIII  əsrin  əvvəllərində  Portuqaliya  hakimiyyət 
orqanlarına qarşı Braziliyalı kolonistlərin ilk çıxışları oldu. 
Qızıl  və  almaz  hasilatı  Braziliyanı  Portuqaliyanın  ən  varlı  müstəmləkəsinə 
çevirdi.  Yeni  şəhərlər  meydana  gəldi.  1763-cü  ildə  paytaxt  Salvadordan  Rio-de-
Janeyroya köçürüldü. Portuqaliyadakı 1820-ci il burjua inqilabı Braziliyada azadlıq 
hərəkatının  yeni  yüksəlişinə  imkan  yaratdı.  1822-ci  ildə  sentyabrın  7-də  (həmin 
gün  Braziliyanın milli bayramıdır)  Braziliya müstəqil   imperiya     elan   olundu.    
1824-cü   ildə   ilk konstitusiya qəbul olundu; Braziliya konstitusiyalı  monarxiya 
elan  edildi.  1825-ci  ildə  Portuqaliya  Braziliyanın  müstəqilliyini  tanımağa  məcbur 
oldu. Lakin az sonra Braziliya iqtisadi cəhətdən İngiltərədən asılı vəziyyətə düşdü. 
1888-ci      ildə      Braziliyada      qulların      azad      edilməsi  haqqında      qanun   
(“Qızıl   qanun”)   verildi.   Monarxiya əleyhinə   hərəkat   genişləndi;   nəticədə   
1889-cu   ildə imperator   hakimiyyəti    devrildi.    Braziliya    fedarativ respublika 
elan olundu.   1891-ci il konstitusiyası ilə əyalətlər ştat adlandırıldı. 
XX əsrin əvvəllərindən başlayaraq  ABŞ inhisarları Braziliyaya      soxuldu,       
1910-cu      ildə      Braziliya  Panamerikan ittifaqına daxil oldu. 
1929-1933-cü    illərin    dünya    iqtisadi    böhranı Braziliya   iqtisadiyyatına   
böyük   ziyan   vurdu.   Kənd təsərrüfatı   və   yüngül   sənaye   tənəzzül   etdi,   


129 
 
işsizlik artdı.  Ölkənin  iqtisadiyyatında xarici kapitalın  (ABŞ, İngiltərə, Almaniya, 
İtaliya və b.) təsiri artdı. 
50-ci  illərdə  ölkədə  sənaye  xeyli  inkişaf  etdi.  Braziliya  aqrar  ölkədən  aqrar-
sənaye ölkəsinə çevrildi. Lakin iqtisadiyyatın bir çox mühüm sahəsi yenə də xarici 
kapitalın  (əsasən  ABŞ-ın)  əlində  idi.  60-cı  illərdə  neft  məhsulları  ixracına  dövlət 
nəzarəti qoyuldu, neft və neft emalı müəssisələri milliləşdirildi. 
Braziliya  70-ci  illərdə  bir  sıra    ölkələrlə  iqtisadi  ticarət  sazişi  bağlamışdır.  
Braziliyaya  dəvət  olunmuş  keçmiş  sovet  alimləri  E.Bəkirov  və  Ə.Tağıyev 
Braziliyanın  potensial  neft  ehtiyatlarının  ölkənin  ehtiyaclarını  ödəyəcəyi  fikrini 
təcrübədə  sübuta  yetirmişdilər.  1986-cı  ildə      Milli      konqresə      seçgilər  keçirdi.    
1988-ci      ilin  oktyabrında  Braziliyada  yeni  konstitusiya  qəbul  edildi  və  bu 
konstitusiya ölkə tarixində ən demokratik sayılır. 
J.Sarney hökumətinin iqtisadi siyasətinin baş  elementləri  - 60-cı  illərin axırı 
70-ci illərin əvvəlində iqtisadiyyatın  yüksək artım tempini bərpa  etməsi və sosial-
iqtisadi manevrlər etməsi idi. 1964-cü ildən sonra ölkədə qəbul edilmiş “braziliya 
modeli”  kapitalizmin  sürətli  inkişaf  kursunu  əlinə  götürmüş,  milli  kapitalın 
təmərgüzləşməsi  və  xarici  kapital  üçün  qapılarını  açması  kursu  götürülmüşdür. 
Əvvəllər belə kurs müvəffəqiyyətlə həyata keçirilirdi: 70-ci illərdə Ümumi Daxili 
Məhsulun illik artımı 10-12%-ə çatırdı və dünya “braziliya möcüzəsi”ndən söhbət 
açırdı.  1980-ci  illərdə  Braziliya  xarici  borcuna  görə  inkişaf  etməkdə  olan  ölkələr 
arasında 1-ci yeri tutdu. 
 
Təsərrüfatının ümumi səciyyəsi 
 
Son  bir  neçə  onillikdə  Braziliyanın  iqtisadi  inkişafında  əhəmiyətli  irəliləyiş 
olmuşdur.  O,  Latın  Amerikasında  böyük  ölkə  olub,  Cənubi-Amerika 
subregionunun  nüvəsidir.  Ümumi  Daxili  Məhsulun  həcminə  görə  (2005-ci  il) 
xarici ölkələr arasında 7-ci yerə çıxmışdır, Latın Amerikasında isə 1-ci yerdədir. 
Son  illər  Braziliya  müasir  sənaye  istehsalının  yaranmasında  böyük 
müvəffəqiyyət  əldə  edib,  aqrar  ölkədən  sənaye-aqrar  ölkəsinə  çevrilmişdir.  Əsas 
inkişaf  amilləri  aşağıdakılardır:  güclü  və  müxtəlii  təbii  resurs  potensialın  olması, 
çoxlu  kənd  təsərrüfatı  və  kənd  təsərrüfatı  üçün  əlverişli  torpaqların  olması,  geniş 
və  dinamik  ucuz  fəhlə  gücü  bazarı,  iqtisadiyyatın  böyük  və  manevrəli  dövlət 
sektorunun olmasıdır. 
BMT-nin    yeni    təsnifatına     görə   Braziliya    “yeni sənayeləşmiş ölkələr” 
qrupuna aid edilmişdir. 
Ümumi  Daxili    Məhsulun      həcminə    görə    (2005-ci  ildə  860  mlrd  dollar) 
Braziliya  dünyanın    "ön"    iqtisadi  inkişaf          etmiş          ölkələrinin  tərkibindədir.      
Bu          ölkə  kompyuterlər      bazarında      dünyada      6-cıdır,      silahların  nəhəng    
istehsalçısı    və    ixracatçısıdır,    onun    süni peykləri  artıq  kosmosu  fəth edib,   
mənimsəyir.   Lakin zəiflik hələ qalmaqdadır,  fəhlə gücünün  çox  hissəsi sənaye 
sahələrinə  nisbətən  kənd  təsərrüfatında  çalışır  (20    mln    və  ya    iqtisadi    aktiv  
əhalinin  30%-i),   əmək istehsalında   sahələrarası   təzadlar   çox   böyükdür və 
həyat   səviyyəsində   regionlararası   fərqlər   hələ   mövcuddur. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə