Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə60/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   56   57   58   59   60   61   62   63   ...   81

120 
 
Ölkədə      aqrar    münasibətlər    özünün      müxtəlifliyi,  sosial-iqtisadi,  siyasi 
münasibətlərin gərginliyi şəraitində qurulmuş iri torpaq sahibkarlarının yaranması 
ilə    nəticələnmişdir  və  bu  gün  ölkənin  kənd  təsərrüfatının  əsasını      latifundiyalar   
təşkil   edir.   Bu   forma   ölkəyə İspaniyadan miras qalmışdır. 
Lakin  son  onillikdə  aparılan  aqrar  islahatlar  kənd  təsərrüfatında  kapitalist 
istehsal  münasibətlərin  bərqərar  olmasına,  məhsuldarlığın  artmasına  səbəb 
olmuşdur. Ölkənin uzun müddət xarici bazara uyğunlaşması, həmçinin də daxildə 
təbii  mühit  taxılçılığın  və  heyvandarlığın  inkişafına  münbit  şərait  yaratmışdır. 
Ölkənin  kənd  təsərrüfatında  mühüm  rol  oynayan  heyvandarlıq  iri  buynuzlu  mal-
qaranın ətlik istiqamətində ixtisaslaşmışdır. İspaniya və İngiltərədən gətirilən mal-
qaranın  qarışığından  yaranan  yerli  cins  inəklər  ölkənin  bütöv  ərazilərinə 
yayılmışdır. Onların belə yüksək səviyyədə inkişafı dünya bazarında onların yağsız 
ətinə  olan  böyük  təlabatla  bağlıdır.  Məhsuldar  heyvandarlığın  inkişaf  etdiyi  əsas 
rayon Pampadır. Burada iri buynuzlu mal-qaranın 2/3 hissəsi cəmləşmişdir. Pampa 
özünün yumşaq iqlimi, rütubətli və əlverişli relyefı hesabına daha şirəli otla təmin 
olunmuşdur. Südlük istiqamətli heyvandarlıq Buenos-Ayras ətrafında və Santa-Fe 
əyalətinin cənub hissəsində cəmləşmişdir. Heyvandarlıqda ikinci ixtisaslaşmış sahə 
qoyunçuluqdur.  Argentina  qoyunçuluğun  inkişaf  səviyyəsinə,  sayına  və  yun 
istehsalının  həcminə  görə  yalnız  Avstraliya  və  Yeni  Zellandiyadan  geridə  qalır. 
Qoyunçuluq bütün ölkə ərazisində yayılsa da onun əsas ixtisaslaşmış təsərrüfatları 
Pampa və Pataqoniyadadır. 
Ölkədə   bitkiçilik   məhsulları   içərisində   ən geniş yayılanı ənənəvi sahələr 
olan taxılçılıq və yağlı bitkilər istehsalıdır. Taxıl bitkiləri içərisində əsas yeri buğda 
istehsalı tutur. Buğda istehsalının və ixracının həcminə görə yalnız ABŞ, Kanada, 
Avstraliya  və  Fransadan  geridə  qalır.  Ölkədə  ikinci  bitki  sayılan  qarğıdalı 
buğdadan     fərqli     olaraq     yerli     bitkidir,     ərzaq     və heyvandarlıqda yem 
kimi istifadə edilir. 
Taxılçılıqdan  başqa  fərqlənən  bitkilərin  sahəsi  yağlı  bitkilərdir  və  onlardan 
daha geniş  yayılanı kətan, günəbaxan, araxis, zeytun  və tunq ağacıdır. Bunlardan 
əlavə  şəkər  qamışı,  pambıq  və  çay  da  becərilir.  Ölkə  üzüm  istehsalına  görə 
dünyada fərqlənən ölkələrdəndir, əsasən də And dağlarının quru subtropik dağətəyi 
ərazilərində inkişaf etmişdir. 
v) Nəqliyyatı. 
Ölkədə  nəqliyyat  sisteminin  yaranması,  inkişafı  və  quruluşu  uzun  müddət 
xarici  bazardan  asılı  olmuşdur.  XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində    ölkədə  
ixrac   istiqamətli   məhsulların   artması   ilə xarici monopoliyalarının nəqliyyat 
sistemlərini yaratması   uyğun    şəkildə   inkişaf   etməyə    başladı.    Bu nəqliyyat 
yollarının  salınmasında  ilkin  məqsəd  ölkənin  daxili  rayonlarında  istehsal  olunan 
kənd  təsərrüfatı  məhsullarını  limanlara,  ilk  növbədə  isə  Buenos-Ayresə  daşımaq 
olmuşdur. 
Nəticədə,      mərkəzi      Buenos-Ayres      olmaqla      radial  istiqamətdə      aydın   
nəzərə   çarpan   nəqliyyat   sistemi yarandı. 
Xarici   iqtisadi   əlaqələrin   həyata   keçirilməsində dəniz və hava nəqliyyatı, 
daxili yük daşımada dəmiryol və avtomobil nəqliyyatı müstəsna rol oynayır. Dəmir 


121 
 
yolları  ilə  sərnişin  daşımasının  həcminə  görə  o,  Latın  Amerikasında  birinci,  yük 
dövriyyəsinin  həcminə  görə  isə  Braziliya  və  Meksikadan  sonra  üçüncü  yer  tutur. 
Argentina    ərazisində    düzənlik    relyefın    üstünlüyü avtomobil   yollarının   
çəkilməsini      xeyli      asanlaşdırır.  Ölkənin  bütün  yaşayış  məntəqələri  arasında 
fəaliyyət  göstərən  bu  nəqliyyat  yollarının  uzunluğuna  görə  ölkə  regionda   
fərqlənir.   Ölkənin   şimal   sərhədindən Odlu Torpaqdakı   Uşuaya   məntəqəsinə   
qədər   sahil   boyu avtomagistral keçir. 
Daxili nəqliyyatda su nəqliyyatı o qədər də əhəmiyyət kəsb etmir. Parana və 
Uruqvay çaylarının aşağı     axarları     boyu      məntəqələrdə     çay      gəmiçiliyi 
fəaliyyət göstərir. 
İkinci  dünya  müharibəsindən  sonra  boru  nəqliyyatı  sürətlə  inkişaf  etməyə 
başlamışdır. 
Dəniz  nəqliyyatı  ölkənin  xarici  iqtisadi  əlaqələrində  müstəsna  rol  oynayır. 
Bundan  əlavə  ölkənin  dənizlə  böyük  məsafədə  əhatələnməsi  dəniz  nəqliyyatının 
daxili,  limanlararası  əlaqələrində  də  əlverişlidir.  Liman  fəaliyyətinin  çox  hissəsi 
Buenos-Ayresin payına düşür. 
Argentina dünyanın   bir   çox   ölkələri   ilə   hava nəqliyyatı vasitəsilə əlaqə 
saxlayır. 
 
Daxili fərqləri, iri şəhərləri, xarici iqtisadi əlaqələri 
 
Argentinanın ərazisi altı iri iqtisadi rayona - Pampa, Şimal-Qərb, Qərb, Çako, 
Çayarası və Pataqoniyaya bölünür. Iqtisadi inkişaf səviyyəsinə görə Pampa iqtisadi 
rayonu  digərlərindən  kəskin  şəkildə  fərqlənir.  Ölkə  ərazisinin  1∕4  hissəsini  əhatə 
edən rayon ərazisində ümumi əhalinin 3∕4-ü, sənaye məhsulu istehsalının isə 90%-i 
cəmləşmişdir  o,  həmçinin  ixrac  olunan  kənd  təsərrüfatı  məhsullarının  xeyli 
hissəsini  verir. Bu rayonlardan nisbətən  yüksək iqtisadi inkişafa Qərb  rayonu nail 
olmuşdur.  Bu  rayonun  kənd  təsərrüfatı  subtropik  bitkilərin  intensiv  inkişafı  və 
istehsal  olunan  məhsulun  əmtəliyi  ilə  seçilir.  Şimal-Qərb,  Çayarası  və  Çako 
rayonlarında  kapitalist  istehsal  münasibətləri  zəif  inkişaf  etmiş,  təsərrüfatları 
xammal istiqamətində formalaşmışdır. 
Pampa. 
Bu rayon ölkənin şərq hissəsini əhatə etməklə Atlantik okeanına geniş çıxışa 
malikdir.  Pampanın  əlverişli  coğrafi  mövqeyi,  iqlimi,  məhsuldar  torpaqları 
immiqrantların  böyük  hissəsini  cəlb  edərək,  regionda  ən  iri  kənd  təsərrüfatı 
məhsulları  istehsalçısına  və  ixracatçısına  çevrilməyə  şərait  yaratmışdır.  İqtisadi 
rayon  ərazsinin  çox  hissəsi  rütubətli  subtropik,  cənub-qərb  və  qərb  hissəsi  isə 
getdikcə kontenentallaşan iqlim qurşağında yerləşir. 
Müasir Pampa özünün intensiv inkişafı, təsərrüfatının müxtəlif və mürəkkəb 
quruluşu  ilə  seçilir.  Burada  kənd  təsərrüfatının  əsas  sahələri,  müxtəlif  sənaye 
demək  olar  ki,  bütün  ağır  sənaye  cəmləşmişdir.  Rayonun  ürəyi  sayılan  Buenos-
Ayres  nəinki  Pampanın,  hətta  bütün  Aregntinanın  əsas  limanı,  sənaye  mərkəzi, 
nəqliyyat  qovşağıdır.  Dünya  bazarında  kənd  təsərrüfatı  məhsullarına  tələbatın 
artması,  Atlantik  okeanı  sahilində  əlverişli  coğrafi  mövqeyi,  buxtanın  təbii 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə