Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə59/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   55   56   57   58   59   60   61   62   ...   81

118 
 
yüksək  təmərgüzləşməsi  ilə  fərqləndiyi  halda,  bəzi  ənənəvi  sahələr  (ixrac 
istiqamətli sahələrdən başqa) hələ də kiçik və dağınıq müəssisələrlə təmsil olunur. 
Argentina sənayesinin yerləşməsinin yüksək ərazi təmərgüzləşməsi xarakterik 
hal  almışdır.  İstehsal  olunan  sənaye  məhsullarının  yarıdan  çoxu  Böyük  Buenos-
Ayresin  payına  düşür.  Ağır  sənayenin  çox  hissəsi  Parana  çayının  aşağı  axarı 
boyunda, Buenos-Ayreslə Santa-Re sənaye qurşağında cəmlənilmişdir. 
Ölkənin  energetikası  əsasən  neft  və  qaz  yanacağına  əsaslansa  da  getdikcə 
hidro  və  atom  energetikasının  da  rolu  artır.  Adambaşma  istehsal  olunan  enerjiyə 
görə o, Latın Amerikasının digər ölkələrini ötüb keçmişdir. Ölkədə tədqiq edilmiş 
neftin ehtiyatı 500 mln. ton həcmində qiymətləndirilir.  Hər il orta hesabla 42-45 
mln.     ton     nef    istehsal     olunur.     Argentina    neft istehsalının həcminə görə 
regionda üçüncü yeri tutur. 
Son      illərdə    təbii    qaz    hasilatı    və    ondan      istifadə    surətlə  artmağdadır.  
Onun  əsas  hasilatı  neftlə      birgə      həyata      keçirilir.      Əsas      hasilat      rayonları 
Nekuen,  Santa-Krus,  Salta  əyalətləri  və  odlu  Torpaq  adasıdır.  Son  on  ildə 
Argentina qaz idxal edən ölkədən onu ixrac edən ölkəyə çevrilmişdir. 
Argentina  kifayət  qədər  inkişaf  etmiş  neft  emalı  sənayesinə  malikdir.  Onun 
əsas mərkəzləri şimalda Kampo-Duran, Cənubda Kamodoro-Rivadaviya, Mendosa 
əyalətində  isə  Luxan-de-Kyodur.  Lakin  iri  neft  emalı  zavodları  La-Plata  və 
Kampanetdə  yerləşir.  Kömürün  istehsalı  həm  keyfiyyətinin  aşağı  olması,  həm 
ehtiyatının azlığı ilə əlaqədar çox da inkişaf etməmişdir. 
Ölkədə      istehsal      edilən      elektrik      enerjisi      həmişə  istilik      elktirik   
stansiyalarına      əsaslənmış,      hətta      ilk  əvvəllər      elektroenergetikanın      80%-i   
onların      payına    düşürdü.  Ölkə  üçün      böyük      əhəmiyyət      kəsb      edən 
hidroenergetika  qurularının  layihələrinə  əsasən  Limay  və    Rio-Neqro    çayları  
üzərində  Cakon,   Kolorados  və  Uruqvay    çayı    üzərində    Salto-Qrandenin    
tikilməsi  elektirik  enerjisi  təminatını  xeyli  yaxşılaşdırdı.  Argentina  regionda  ilk 
ölkədir  ki,  atom  enrgetikası  inkişaf  etməyə        başlamışdır.          1974-cü        ildə    
Buenos-Ayres yaxınlığında istehsal gücü 340 min kvt. olan “Atuça” AES  fəaliyyət 
göstərməyə,    sonra  isə    digər  AES-lərin  tikintisinə        başlandı.        Hal-hazırda    
istehsal    olunan elektrik enerjisi SES və AES-lərin hesabına artmaqdadır. 
Argentina     inkişaf    etmiş     qara     metalurgiyaya malikdir,   üç   tam   
silsiləli      zavod      və      çoxlu      təkrar  metalurgiya  müəssələri  ilə  təmsil  olunur. 
Braziliya  və  Meksikadan  fərqli  olaraq  ölkənin  metalurgiya  zavodları  gətirmə   
xammala   əsaslanır,   buna   görə   də   liman şəhərlərində yerləşir. 
Ölkədə  zəngin  xammal  olmasına  baxmayaraq  əlvan  metalurgiya  çox  da 
inkişaf  etməmişdir.  Sahələr  arasında  yerli  xammala  əsaslanan  sink  və  qurğuşun 
istehsalı  nisbətən  fərqlənir.  Qurğuşunun  istehsalı  Puerto-Vilales,  Mersedes  və 
Tablada,  sink  istehsalı  isə  Komadora-Rivadavid,  Sarat  və  Rio-Terseroda 
cəmləşmişdir. 
Maşınqayırma ölkənin gənc sənaye sahələrindəndir. Region ölkələri içərisində 
mürəkkəb  strukturu,  yüksək  istehsal  səviyyəsi  ilə  seçilsə  də  iqtisadi  cəhətdən 
inkişaf  etmiş  ölkələrdən  hələ  çox  geri  qalır.  Ölkənin  maşınqayırması 


119 
 
metaltutumluluğu  ilə  fərqlənir,  digər,  sahələrə  nisbətən  yüksək  istehsal 
təmərgüzləşməsinə malikdir. 
Nəqliyyat,  kənd  təsərrüfatı  maşmqayırması,  elektrotexnika  nisbətən  inkişaf 
etmişdir, mürəkkəb olmayan bəzi dəzgahlarla özünü təmin edir. Avtomobilqayırma 
nəqliyyat maşınqayırma sənayesində əsas yeri tutur və tamamilə xarici şirkətlərin 
nəzarəti  altındadır.  “Fiat”,  "Ford",  "Ceneral  motors"  və  "Reno"  firmalarının 
zavodları  Buenos-Ayres  və  Kordovada  cəmlənmişdir.  Gəmiqayırma  sənayesinin 
inkişafına  görə  o  Braziliyadan  geri  qalır,  istehsal  olunan  müxtəlif  tip  gəmilər 
region  ölkələrinə  ixrac  edilir,  əsas  mərkəzləri  isə  Buenos-Ayres  və  Ensenadadır. 
Regionun ən iri təyyarəqırma müəssisəsi Kordovada yerləşir. 
Kənd      təsərrüfat    maşınqayırması    nisbətən    köhnə  sahə      olub,      əsasən   
traktor istehsal edir.   Ölkə  kənd təsərrüfat 
Digər sahələrə nisbətən  maşınqayırma  daha çox ərazi    təmərgüzləşməsinə    
malikdir    və    əsasən  də Buenos-Ayres və Kordovada cəmləşmişdir. 
Ölkənin  kimya  sənayesi  əsasən  üzvi  sintez  kimyası  ilə  təmsil  olunur,  əsas 
xammalı da neft və təbii qazdır. Neft-kimya   müəssələri  neftemalı  zavodları   ilə  
vahid kompleks təşkil etdikləri üçün neftemalına, həmçinin də istehlak rayonlarına 
meyllidirlər. 
Argentina  nisbətən  inkişaf  etmiş  meşə  sənayesinə  malikdir.  Ağac  tədarükü 
əsasən  ölkənin  şimal  və  şimal-şərqində  cəmləşir.  Burada  selüloz-kağız  və  ölkə 
üçün spesefik olan kebraço şirəsi istehsalı inkişaf etmişdir. Selüloz-kağız istehsalı 
üçün  meşə  resusları  ilə  yanaşı  Parana  çayının  deltasında  bitən  qamış  da  xammal 
rolunu  oynayır.  Bu  sənaye  sahəsi  ölkədə  ən  sürətlə  inkişaf  edən  və  perespektivli 
hesab edilir. 
Toxuculuq  sənayesi      ölkədə      ən      qədim      və      yaxşı  inkişaf  etmiş  
sahələrdəndir,    yerli  xammala    əsaslanır,  lakin  istehsal  mərhələləri  arasında 
təzadlıq mövcud dur. 
Yun, kətan və pambıq parça istehsalı daha, yaxşı inkişaf etmişdir. Ölkə  üçün  
spesifik  və  daha geniş yayılmış    sənaye    sahələrindən    biri    inkişaf   etmiş 
heyvandarlığa  əsaslanan  gön-dəri  ayaqqabı  sahəsidir.  Argentina  dünyanın  ən  iri 
dəri ixracatçılarındandır. 
Ölkədə yeyinti sənayesi ənənəvi sahələrdən olub, zəngin   və   müxtəlif  kənd   
təsərrüfatı   məhsullarına əsaslanır.  Bu məhsulların dəyəri digər sənaye sahələrinə 
nisbətən aşağı olsa da ixrac istiqamətində xeyli inkişaf etmişdir.  İxrac məhsulları 
içərisində ət-sənaye məhsullarının xüsusi çəkisi böyükdür. 
b) Kənd təsərrüfatı. 
Latın  Amerikası  ölkələri  içərisində  Argentina  kənd  təsərrüfatının  inkişaf 
səviyyəsinə, istehsal olunan məhsulun  çeşidinə,  ümumi  daxili  məhsulda  xüsusi 
çəkisinin  dəyərinə  görə  fərqlənir.  Əhalinin  artan  təbatını  tamamilə  ödəyən  ölkə 
dünya  bazarında  ərzaq  məhsullarının  ən  iri  ixracatçılarındandır.  Müasir  dövrdə 
dünya bazarında getdikcə kəskinləşən rəqabət şəraitində o yalnız ABŞ, Avstraliya, 
Kanada  və  bəzi  Avropa  ölkələrindən  geri  qalır.  Bu  da  hələlik  ölkədə  əmək 
məhsuldarlığının onlara nisbətən aşağı olması ilə izah edilir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə