Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə56/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   52   53   54   55   56   57   58   59   ...   81

112 
 
 
ARGENTİNA 
 
Sahəsi – 2,8 mln km

Əhalisi – 40,3 mln. nəfər (2007-ci il) 
Paytaxtı – Buenos-Ayres 
 
Təbii şəraiti, təbii ehtiyatlarının iqtisadi cəhətdən qiymətləndirilməsi 
 
Argentina        ərazisinin        böyüklüyü        və        relyefinin  mürəkkəbliyi  onun 
təbiətini  çox  müxtəlifləşdirmir.  Səth  quruluşuna  görə  şimal  və  şərq  hissəsi 
düzənlik,  qərb    və  cənub    hissəsi    dağlıq  xarakterlidir.    Alp  dağ  əmələgəlməsi 
dövründə yaranan möhtəşəm And dağları ölkənin  təbii qərb  sərhədlərini  əmələ 
gətirir.   Şimal-şərqində 3000-4000 m hündürlükdə geniş və qapalı vulkanik   yayla   
olan   Puna   yerləşir.    Onu qərbdən əhatələyən dağların  hündürlüyü  6500  m-ə  
çatır  və  qarla  örtülü  “Navades”  adlanan  zirvələr  onlara  vüqarlı  dağlar  əzəməti 
verir. And dağları cənuba doğru daralsa da,   ən   hündür  hissələri  mərkəzdədir.   
Burada    And  dağlarının  ən  hündür  zirvələri  olan  Akonkaqua  (6960  m),   
Tupunqato,      Mersedaryo      ucalır.      Müxtəlif    relyef  formalarının        uzlaşması,    
yamacların    müxtəlif   rəng çalarları And dağlarına ölkə ərazisində gözəl landşaft 
görkəmi  verir. And dağları 40° c.e-dən cənuba doğru  getdikcə   alçalaraq    daha   
çox   parçalanmış,   müasir buzlaqların əmələ gətirdiyi relyef formaları ilə seçilir. 
Şimalda  sərhəddən  Parana çayına qədər olan  şərq hissədə allüvial çölküntüləri və 
qırıntı materiaiları ilə örtülmüş Qran-çako düzənliyi uzanır. 
Parana və Uruqvay çayarası vadi əsasən düzənlikdir. Düzənliyin şimal hissəsi 
Braziliya yaylasının cənuba davamı olan lava örtüklü yayladan ibarətdir. Şimalda 
Rio-Salado  və  cənubda  Rio-Kolorado  çayları  arasında  geniş  düzənlik  olan  Pampa 
yerləşir. Pampanı dioqonal şəkildə böldükdə (yəni Syerras-de-Kordavadan Bamya-
Blanka  körfəzinədək)  şimal-şəqrdə  rütubətli  və  alçaq,  cənub-qərbdə  quru  və 
hündür hissə nəzəri cəlb edir. 
Özünün sənayesini inkişaf etdirmək üçün Argentina olduqca müxtəlif mineral 
xammal ehtiyatlarına malikdir. Müasir dünyada o, xüsusilə də, strateji resuslar olan 
uran filizi, berellium və volframla daha çox fəqlənir. 
Yanacaq-energetika  resusları  içərisində  ölkə  neft,  təbii  qaz  və  uran  xammalı 
ilə  fərqlənir,  lakin  uran  xammalının  əhəmiyyəti  getdikcə  daha  da  artır.  Təsadüfi 
deyil  ki,  uran  filizinin  ehtiyatına  görə  Argentina  dünyanın  on  ən  zəngin  ölkəsi 
sırasındadır.  Neft  və  təbii  qaz  ehtiyatları  əsasən  Pataqoniya  platformasının 
mezozoy çöküntülərin toplandığı əyilmələrdə, həmçinin And və Kordilyer dağarası 
çökəkliklərindəki Mendosa, Salta və Neuken əyalətləri ərazisindədir. 
Metal tərkibli filiz ehtiyatları əsasən And qırışıqlığı qurşağında cəmləşmişdir. 
Dəmir  filizlərinin  əsas  ehtiyatları  Syerra-Qrandedə  cəmlənmişdir.  Ölkə  həmçinin 
lehirləyici metallarla, xüsusilə də, manqan filizi ilə yaxşı təmin olunmuşdur. Əlvan 
metallurgiyanın  inkişaf  etdirilməsi  üçün  olduqca  yaxşı  xammal  təminatı  vardır. 
Mis,  qurğuşun-sink  filizləri  And  dağlarının  şimal  və  mərkəzi  hissələrində,  onun 


113 
 
dağətəyi  zonalarında,  volfram  və  berelium  filizləri  Kordirlyer  və  Bamka 
təpəliklərində toplanmışdır. 
Qeyri  filiz  ehtiyatlarından  təbii  kükürd  And  dağlarının  şimal-qərbində,  təbii 
bora Puna ətrafında cəmləşir və bu resurslar əczaçılıq sənayesində, xüsusi növ şüşə 
istehsalında isə qiymətli xammal kimi istifadə edilir. 
Ölkədə tikinti sənayesi üçün xammal, xüsusilə mərmər,  qranit,   əhəng daşı,  
gil,  qum  və  s.   kifayət  qədərdir. Ölkənin faydalı qazıntılarının əsas ehtiyatları  
az     məskunlaşmış,     nisbətən    zəif    mənimsənilmiş ərazilərində cəmləşmişdir, 
əsas  iqtisadi  mərkəzlərindən  uzaqdadır.      Bu    da  onlardan    səmərəli    istifadə  
etməyi müəyyən qədər çətinləşdirir, xammalın maya dəyərini artırır. Digər tərəfdən 
isə  həmin  ərazilərin  planauyğun  şəkildə        mənimsənilməsinə,        iqtisadi        fəal    
əhalinin  bütövlükdə        məhsuldar      qüvvələrin        ərazi        təşkilinin  yenidən    
qurulmasına,    ölkənin    əksər    ərazilərinin proporsional iqtisadi inkişafına şərait 
yaradır. 
Argentinanın  ərazisi  tropik,  subtropik  və  mülayim  iqlim      qurşaqlarında   
yeriəşir.   Orta illik tempratur istənilən ərazidə 0
0 C-
dən
 
aşağı düşməyərək 24°C  ilə 
3,5°C arasında   tərəddüd   edir.   Şimal   ərazilərində   şaxtasız günlərin sayı 260, 
cənubda  isə  60-dır.  Ölkədə  ən  isti  olan  yanvarın  orta  temperaturu  şimal 
ərazilərində +29°C,  cənubda  +14°C,  ən  soyuq ay olan  iyulun  orla temperaturu 
şimalda  +17°C,  cənubda  +2°C  olur.  Ölkədə  iqlimin  formalaşmasına  Atlantik 
okeandan gələn hava kütlələrinin  təsiri  olduqca böyükdür.   Bununla  belə, ölkə 
ərazisinin təxminən yarıdan çoxu kifayət qədər rürubət almır. 
Ərazidə  enlik  istiqamətində  dağ  qurşaqlarının  olmaması  ölkəyə  cənubdan 
soyuq,  şimaldan  isə  quru  tropik  hava  kütlələrinin  asanlıqla  daxil  olmasına  şərait 
yaradır.  Pamperos  adlanan  cənub  hava  kütlələri  Qrançakoya  kimi  çox  böyük 
sürətlə  yayılaraq  temperaturun  sürətlə  aşağı  düşməsinə  səbəb  olur.  Quru 
pamperoslar küllü miqdarda toz, rütübətli isə leysan yağışlar və qar əmələ gətirir. 
Ölkə  ərazisinin  çayları  əsasən  Atlantik  okeanın  hövzəsinə  aiddir.  Çay 
sistemləri  rütubətli  şimal-şərq  raayonlarında  daha  yaxşı  inkişaf  etmişdir.  Parana 
uzunluğuna və hövzəsinin sahəsinə görə materikin ikinci ən iri və bol sulu çayıdır. 
Misyones  əyalətində  çay  astana  və  şəlalələrdən  ibarət  olub,  nəqliyyat  üçün 
əlverişsizdir,  lakin  hidroenerji  əhəmiyyətlidir.  Dağarası  çökəklikdən  sonra  əsas 
qolu  olan  Paraqvay  çayı  ilə  birləşərək  düzənlik  çayına  çevrilir  və  bəzi  yerlərdə 
onun eni 1-1,5 km-ə çatır. Parana çayı ölkə iqtisadiyyatında mühüm rol oynayır. O, 
həm  gəmiçilik,  həm  də  su  təminatı  üçün  əvəzedilməzdir.  Belə  ki,  çayın  aşağı 
axarında  yerləşən  çoxlu  miqdarda  su,  tələb  edən  sənaye  mərkəzlərinin 
təminatçısıdır.  Paranaçayı  hələ  lazimi  səviyyədə,  xüsusilə  də,  enerji  istehsalı 
istiqamətində kifayət qədər istifadə edilməmişdir. 
Hidroeneji məqsədilə istifadə etmək üçün Pataqoniya çayları daha əlverişlidir. 
Belə  ki,  buradakı  nisbətən  iri  çaylar  olan  Rio-Neqro,  Rio-Kolorado,  Çubut, 
Deseado, Santa-Krus mənbələrini And dağlarının rütubətli yamaclarından götürür, 
qarışıq  qidalanır,  suyun  səviyyəsini  göl  kimi  tənzimləyən  təbii  sututarlardan 
keçirirlər, Pataqoniyada buzlaq mənşəli göl çoxdur və onlardan nisbətən iriləri olan 
Nauel-Uani,  Buenoa-Ayres,  Vyedma,  Arxentino  daha  əhəmiyyətlidir.  Ölkə 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə