Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə53/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   49   50   51   52   53   54   55   56   ...   81

106 
 
həm  də  sahillərindən    çıxarırlar.    Rayonda  neft  emalı,    neft  kimya,        yeyinti,    
maşınqayırma,    tikinti    materialları sənaye   sahələri   inkişaf  edir.   Neft-qaz   
kəmərlərinin  şəbəkələri  sıxdır.  Rayonun  cənubunda  kakao  və  şəkər  qamışı 
plantasiyaları yerləşir. İqtisadi rayonun mərkəzi Marakaybo şəhəridir. 
Marakaybo  şəhəri  Karib  dənizi  sahilində  böyük  portdur.  Əhalisi  1,3  mln. 
nəfərdir.  Marakaybo  neft  sənayesi  rayonunun  mərkəzidir,  dünyada  neft 
portlarından biridir. Şəhərdə yeyinti, toxuculuq, neft-kimya, elektrotexnika, metal 
emalı, avtomobilqayırma, kağız, və kimya sənaye inkişaf edir. 
Üçüncü  rayon  Lyanos  Orinokodur  -  geniş  tropik  otlaq  düzənliyidir.  Rayon 
şimalda  dağlıq  ölkəsi,  cənubda  Qviana  yaylası  arasındadır.  Hələ  müstəmləkə 
dövründən  ətlik  istiqamətində  iri  buynuzu  qara  mal  bəslənilməsi      üzrə 
ixtisaslaşmışdır.      Təbii    şəraiti,      zəif  mənimsənilməsi,  bazarlardan  uzaqlarda 
yerləşməsi, dəmir yollarının olmaması rayonun iqtisadiyyatının inkişafını ləngidir. 
Rayonda  dağ-mədən,  neft  emalı,  yeyinti,  yüngül  sənaye,  kimya,  metallurgiya, 
maşınqayırma sənayesi və b. inkişaf edir. 
Qviana  yaylası  -  Orinoko  çayından  cənubda  böyük  rayondur,      bir      hissəsi   
savannalarla,   bir   hissəsi   isə tropik meşələrlə örtülüdür, çox zəif məskunlaşmış 
və demək olar ki, heç də tam mənimsənilməmişdir. Rayon hələ zəif öyrənilmişdir, 
lakin  onun  faydalı  qazıntılarla  zəngin        olması        artıq        məlumdur.        Burada    
yüksək  keyfıyyətli          dəmir        və        manqan        filizlərinin        böyük  ehtiyatları,   
həmçinin   uran,   boksit,   qızıl   və   almaz yataqları    vardır.     El-Kalyao     qızıl    
mədəni          hələ  müstəmləkə  dövründən  (1880-ci  illərdən  dünyada  ən  nəhəngi    
sayılırdı),    mənimsənilir.    Böyük    meşə    və hidroenerji ehtiyatları var, lakin 
rayonun  məskunlaşması  və  iqtisadi  mənimsənilməsi  yolların  olmaması  və  yol 
rabitələrindən uzaqda olması onun mənimsəməsini ləngidir.    Hazırda   dəmir   və   
manqan   filizləri   hasil olunur. 
 
 
EKVADOR RESPUBLİKASI 
 
                                        Sahəsi – 283,6 min km

                                                           Əhalisi – 14,1 mln. nəfər (2006-cı il) 
                        Paytaxtı – Kito 
 
Ekvador   -   Cənubi   Amerikanın   şimal-qərbində, Sakit  okeanın   sahilində 
yerləşmişdir.      Şimal-şərqdən  Kolumbiya  ilə  590  km  məsafədə  sərhədlənir, 
cənubda və şərqdə Peru ilə 1420 km məsafədə quru sərhəddi keçir. Qərbdə Sakit 
okeanı  onun  sahillərini  2237  km  məsafədə  yuyur.  Qalapaqos  adaları  və  Sakit 
okeandakı bir sıra başqa adalar ona aiddir. 
İqtisadi  coğrafi  mövqeyi  əlverişlidir.  Sakit  okean  suları  vasitəsilə  Ekvador 
dünyanın çox ölkələri ilə əlaqəli saxlaya bilir. 
Ekvadorun  təbiətində  3  sahə  aydın  seçilir:  şimal-şərqdə      rütubətli      meşəsi   
olan      dağətəyi      düzənlik  -  Oryente,  mərkəzdə  meşəli-çəmənli  yüksək  vulkanik 
And yaylası   -   Syerra   və   qərbdə   meşəli-savannalı   Sakit okeanyanı  düzənlik 


107 
 
-  Kosta.    Oryente    ölkə    ərazisini  yarıya  qədər  tutur,  az  öyrənilmiş  və  az 
mənimsənilmiş sahədir.   İsti   rütubətli  ekvatorial  iqlimi  var.   Burda Ekvadorun   
əksər   çayları   axır,   çay   şəbəkəsi   sıxdır (Amazon çayının qolları). 
Syerra  ölkənin  mərkəzində  yerləşir.  Hündürlüyü  3900  m-dək  olan  mərkəz 
massivlərdən,  qərbi  və  Şərqi  Kordilyer  And  dağlarından  ibarətdir.  600  km 
məsafədə uzanmışdir,  eni 100-200  km-dir. Şərqi  Kordilyerlərdə çoxlu  sönmüş  və 
fəaliyyətdə  olan  (30-a  qədər)  vulkanlar  vardır.  Bunların  içərisində  Sanqay  (5230 
m)  ən  fəal  vulkandır.  Qərbi  Kordilyer  dağlarında  ölkənin  ən  hündür  nöqtəsi 
Çimberaso  dağı  (6310  m)  yerləşir.  Syerranın  iqlimi  yüksək  dağlıq-ekvatorial, 
cənubda subekvatorial, mülayim-istidir. Məhsuldar dağarası çökəklər əkilir, yaxud 
otlaq kimi istifadə olunur. 
Ölkənin  qərbində  sahilyanı  düzənlik  -  Kosta  yerləşir.  Düzənliyin  maksimal 
eni 150 km-dir. Kostanın cənubunda geniş ovalıq, ondan qərbdə Sakit okean boyu 
hündürlüyu  300-700  m  olan  plato  yerləşir.  Kosta  ərazisində  yağıntının  miqdarı 
şimaldan-cənuba  azalır  (ildə  3000  mm-dən  200  mm-dək)  və  subekvatorial   
qurşağın   bütün   təbii   zonaları   aydın görünür. 
Təbii sərvətlərdən neft, təbii qaz, mis, qızıl, platin, uran, vanadium, qurğuşun, 
gümüş, kükürd və tikinti materialları yataqları aşkar edilmişdir. 
Rütubətli  ekvatorial  meşələr  (Selva)  düzənliklərin  çox  hissəsini  və  dağların 
yamaclarını  örtür.  3000  m  hündürlükdə      dağlarda      -    yüksək    çəmənliklər    - 
paramos yerləşir. 
Heyvanat aləmi zəngindir. Burada yırtıcılardan ayı, vəhşi pişik, skuns, laska 
və  b.  rast  gəlmək  olar.  Çoxlu  quşlar  var.  Şimali  Amerikadan  çoxlu  quşlar 
Ekvadorda qışlayır. Qalapaqos adalarında (milli parkdır) nəhəng dəniz tısbağaları, 
dəniz iquana və pinqvinləri yaşayır. 
Əhalisi.    Əhalinin    95%-i    Syerrada   və   Kostada cəmləşmişdir. 
Ekvadorda  təbii  artım  hər   1000  nəfərə görə 20 nəfər təşkil edir. 
Latın  Amerikasının  digər  ölkələri  kimi  burada  da  urbanizasiya  prosesi 
yüksəkdir (65%). 
Əhalinin  etnik  tərkibi  də  müxtəlifdir.  Belə  ki,  mövcud  əhalinin  50%-ə 
qədərini  metislər,  25%-ni  hindular,  10%-ni  avropalılar,  qalanını  isə  digər 
regionlardan  vaxtilə  gəlmiş  əhali  təşkil  edir.  İqtisadi  fəal  əhalinin  34  %-i  kənd 
təsərrüfatında, 21%-i sənayedə, tikintidə, nəqliyyatda və kommunal təsərrüfatında, 
13%-i xidmət sahələrində çalışır. 
1526-cı  ildə  F.Pissaro  başda  olmaqla  ispan  konkistadorların  ekspedisiyası 
yerli  əhalinin  müqavimətini  qıraraq,      Kito      ərazisini      işğal      etdi.      İşğalçılar 
hinduların  torpaqlarını  əllərindən  alır,  kotolikliyi  zorla  yayır,  müxtəlif  istismar 
formaları  tətbiq edirdilər. Bu isə   getdikcə yerli   əhalinin   narazılığına   səbəb 
oldu, hindu və kreollar İspaniya hökmranlığına qarşı mübarizəyə qalxdılar. 1830-
cu  ildə  isə  Ekvador  Respublikası  müstəqil  dövlət  elan  olundu.        Vətəndaşlara    
bəzi  hüquqlar  versə  də,  Ekvadorun  1-ci  konstitutsiyası  (1830)  ölkənin    sosial-
iqtisadi  quruluşunu    dəyişmədi.  Kreol  mülkədarları  və  ruhanilər  ispanların 
mülkiyyəti hesabına   hakim   siniflərə   çevrildilər.   Yeni   imtiyazlı hərbi kasta 
meydana gəldi. Hindu kütlələr əvvəlki kimi feodal asılılığında qaldılar. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə