Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə51/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   47   48   49   50   51   52   53   54   ...   81

102 
 
kakao,  şəkər  qamışı,  tütün,  maniok,  banan,  ananas,  sitrus,  ərzaq  bitkiləri  (çəltik, 
qarğıdalı, buğda və b.) becərilir və il ərzində 2-3 dəfə məhsul yığılır. 
Venesuelanın  bitki  örtüyü  müxtəlif  və  zəngindir.  Əsasən  lyanoslar  (savanna 
tiplidir),  kserofit  kolluqlar,  çay  dərələrində  və  dağ  yamaclarında  rütubətli  tropik 
meşələr  vardır.  Ölkə  ərazisinin  yarıdan  çoxu  meşələrlə  örtülüdür.  Meşələrdə 
qiymətli  ağac  növləri  vardır.  Çoxlu  endemik  bitkilər  yetişir.  Dağlarda  şaquli 
zonalıq  üzrə  bitki  növlərinin  yerləşməsi  daha  da  onun  müxtəlifliyini  artırır. 
Qiymətli ağac növlərindən sandal, qırmızı ağaclar, heveya, koka ağacı və təbabətdə 
istifadə olunan xinin ağacı (malyariyanı müalicə edir) vardır. 
Venesuelanın  heyvanat  aləmi  zəngin  və  özünəməxsusdur.  Ölkə  faunasının 
əksəriyyət növləri endemikdir. 
 
Əhalisi, dövlət quruluşu və inkişaf tarixi 
 
Ölkənin   əhalisi   27,8 mln. nəfər olub əsasən kreollardan, metislərdən, mulat 
və  sambolardan  ibarət  Venesuelalıdır.  Onun  58%-i  metislər,  30%-i  ağlar,  10%-
zəncilər  və  2%-i  hindulardır.  Avropalıların,  xüsusilə  də      ispanların      gəlişinə   
qədər      əhali      müxtəlif      hindu  tayfalarından  ibarət  idi.  Müstəmləkəçiliyin 
başlanması ilə   əlaqədar   yeni   etnik   qruplar   meydana   gəlməyə başladı.    XIX    
əsrin        ortalarından        başlayaraq        ölkə  ərazisinə      immiqrantların      axını   
güclənmiş      dünyanın  əksər      regionlarından              mühacirlər      köçüb      gəlməyə 
başlamışlar.   Onların   arasında   ingilislər,   fransızlar, italyanlar   və   hollandlarla  
yanaşı  yaponlar,   çinlilər, hindlilər, pakistanlılar və digər asiyalılar da çoxdur. Bu 
xalqlar  artıq  ölkə  ərazisində  assimlyasiyaya  uğramış,  yerli  xalqlarla  qaynayıb 
qarışmışlar. 
Əhalinin  əksəriyyəti  (95%-i)  katolikdir,  ispan  müstəmləkəsində  konkista 
dövründən yayılmışdır və uzun müddət yeganə rəsmi din olmuşdur. 
Konkista  dövründən  Avropalılar  ölkədə  öz  dillərini  yayırdılar.  Roman  dil 
qrupuna aid olan ispan dili dövlət dili olmuşdur.   
XX əsrin 40-cı illərindən başlayaraq əhalinin  sayı kəskin   surətdə   artmışdır.   
Əhalinin    say   artımının intensivliyi     ölümün     sürətlə     aşağı     düşməsi     ilə 
əlaqədardır. Doğum isə yüksək olaraq qalırdı. 30-cu illərin ikinci  yarısından   80 -
ci      illərin    ikinci    yarısına  qədər  hər  min  nəfərə  ölümün  göstəricisi  25-dən  9-a 
qədər azalmışdır. 
Venesuelada orta həyat ömrü artmış və inkişaf etmiş ölkələrin göstəricilərinə 
çatmışdır.   
Milyonçu      şəhərlərin    sayı    4-ə    çatmışdır.      Ölkənin  paytaxtı  Karakas  ən 
böyük  şəhərdir. Ətrafı ilə brlikdə  Karakasda   4,5   mln.   əhali  yaşayır.   Ölkədə ən 
böyük şəhər aqlomerasiyasıdır. İkinci böyük şəhər Marakaybo (1,3    mln.    nəfər),    
üçüncü    şəhər    Valensiya    (1,1 mln.nəfər),   dördüncü   Barkisimeto   (1   mln.-a   
yaxın) şəhəridir. 
Venesuelada  urbanizasiyanın  spesifik  cəhəti  ondan  ibarətdir  ki,  «milyonçu» 
şəhərlərin  ətraflarında  «gecəqondular»  ispanca  «favellər»in  yaradılmasıdır  ki,  bu 
da yalançı urbanizasiyaya gətirib çıxarır. 


103 
 
İşləyən        əhalinin    təqribən        30%-i  sənayedə,  25%-i  kənd  təsərrüfatında, 
qalanları  başqa  sahələrdə  çalışır.  Ölkədə  muzdlu  əməkdən  çox  istifadə  olunur. 
İqtisadi fəal əhalinin 58%-i muzdlulardır. 
Dövlət  quruluşuna  görə  Venesuela  -  federativ  respublikadır.  Dövlətin  və 
hökumətin  başçısı,  habelə  silahlı  qüvvələrin  baş  komandanı  prezidentdir.  O, 
səsvermə yolu ilə beş il müddətinə seçilir, nazirləri təyin edir, konqresə rəhbərlik 
edir.  Qanunverici  hakimiyyət  orqanı  ikipalatalı  (deputatlar  palatası  və  senat) 
parlament  -  Milli  Konqresdir.  İcraedici  hakimiyyəti  prezident  həyata  keçirir.  O, 
hökuməti təşkil edir. 
Amerikanın  kəşfinə  qədər  Venesuela  ərazisində  müxtəlif  hindu  tayfaları 
(aravaklar,  kariblər  və  b.)    yaşayırdı.  1498-ci  ildə  Xristofor  Kolumb  Venesuela 
sahillərini  kəşf  etdi.  1499-cu  ildə  ispaniyalı  səyyah  de  Okeda  Marakayb  gölündə 
hinduların  dirəklər  üzərindəki  komalarını  görərək  Venesuela  -  «kiçik  Venesiya»       
adlandırdı.  XVI  əsrdə  İspaniya  konkstadorları  Venesuelanı  müstəmləkəyə 
çevirməyə  başladılar.  Müstəmləkə  Venesuelanın  əsas  işçi  qüvvəsini  Afrikadan 
gətirilmiş qullar və yerli hindular təşkil edirdi. İspan işğalçılarına qarşı uzun sürən 
mübarizədən  sonra  1830-cu  ildə  Venesuela  Kolumbiyadan  ayrılıb  müstəqil 
respublika oldu. 
XIX əsrin 70-ci illərində Venesuelada neft yataqlarının kəşfi ilə ölkəyə xarici 
kapitalın  axını  gücləndi.  Birinci  dünya  müharibəsindən  sonra  ölkənin  neft 
sənayesində  Amerika  şirkətlərinin  mövqeləri  möhkəmləndi.  Neft  sənayesinin 
sürətli inkişafı fabrik-zavod fəhlələrinin formalaşmasına şərait yaratdı. 
 
Təsərrüfatın ümumi səciyyəsi 
 
Təsərrüfatın     inkişaf     səviyyəsinə     və     iqtisadi potensialına görə, 
Venesuela Latın Amerikasında   4-cü yeri  tutur (Braziliya,   Meksika,  
Argentinadan  sonra). Venesuela     sənaye-aqrar     ölkəsidir.     Ölkədə dövlət  
bölməsi sənayenin əsas sahələrinə, neft hasilatı, neft emalı, qara və əlvan 
metallurgiya, kimya sənayesinə vəb. sahələrə nəzarət edir. 
Ölkənin iqtisadiyyatında neft hasilatı və neft emalı sənayesi qabaqcıl rol 
oynayır, ÜDM-nun 24%-ni təmin edir. Büdcəyə gəlirin 45%-ni və ixracat 
həcminin 70%-ni təşkil edir.  Qabaqcıl sənaye sahələrinə,  həmçinin yeyinti,   
toxuculuq,  tikiş,  kimya,  metallurgiya,  neft emalı,     maşınqayırma     aiddir.     
ÜDM     istehsalında sənayenin payı 48%, kənd təsərrüfatının isə 6%-dir. 
Venesuela Latın Amerikasında neftin hasilatına görə birinci, dünyada isə 
beşinci yerdədir. Hasil edilən neftin 80%-i Marakaybo gölünün payına düşür. 
Bundan əlavə neft Lyanosda çıxarılır. Marakaybo rayonunda neftlə yanaşı zəngin 
təbii qaz yataqları da var. 
Ümumi  daxili   məhsulda  dağ-mədən  sənayesinin payı   yalnız   1%-dir.   
Dəmir   filizinin   hasilatına   görə Venesuela   Latın   Amerikasında   Braziliyadan   
sonra ikinci yeri tutur. Çıxarılan dəmir filizinin 60%-i   ixrac olunur. Ölkədə hər il 
qızıl (3,9 t) və almaz (199 mi karat) hasil edilir. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə