Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə54/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   50   51   52   53   54   55   56   57   ...   81

108 
 
Təsərrüfatın ümumi səciyyəsi. Uzun müddət ərzində Ekvador iqtisadayyatının 
əsasını kənd təsərrüfatı təşkil edirdi.  1967-ci ildə neftin nəhəng yataqlarının aşkar 
edilməsi  ölkənin  iqtisadi  inkişafını  sürətləndirdi.  70-ci  illərdə      ümumi      daxili   
məhsul   ildə   10-11%   artırdı. Xüsusilə sənaye istehsalı daha sürətlə artırdı.  Buna 
baxmayaraq    iqtisadiyyatı  xarici    bazardan    və    Şimali  Amerika  kapitalından 
asılıdır. ÜDM artım sürəti 80-ci illərdə    zəiflədi.     Sənaye    cəhətdən     inkişaf    
etmiş ölkələrdən   asılılıq   artdı   və   gücləndi.   Ölkəyə   xarici kapitalın axını 
gücləndi. Faktiki olaraq xarici kapital iqtisadiyyatın bütün sahələrində hökmranlıq 
edir. 
Sənayenin  əsas  sahəsi  neft  hasilatı  sənayesidir.  Hasil          edilən          neftin     
99%-i          ölkənin          şimal-şərq  yataqlarından  alınır.  Neftin  ümumi  ehtiyatı  220 
milyon  ton    hesablanmışdır.      Kəşf    olunmuş    qaz    ehtiyatı      10  mlrd.  m
3
,  illik 
hasilatı isə 461 mln.m
3
-dir. 
Ölkədə mis, qızıl, platin, uran, vanadium, kömür, kükürd, sink, qurğuşun hasil 
edilir.    Son  illər  dağ-mədən  sənayesinin  inkişafına  ciddi  fikir  verilir.  Neft 
ixracından      alınan      gəlirin      hesabına      emaledici sənayesinin inkişafı 
sürətləndi. Neft emalı müəssisələrinin texniki təchizatı yaxşılaşdı. Ölkədə ənənəvi 
yeyinti,   toxuculuq,   gön-dəri,   ayaqqabı,   tikiş,   metallurgiya, maşınqayırma, 
kimya,  sement  istehsalı,  tikinti  materialları  sənayesi,  ağac  emalı,  mebel  və  başqa 
sənaye sahələri inkişaf etmişdir. Neft-kimya, əsas kimya, mineral kübrələr istehsalı 
və  s.  kimya  məhsulları  istehsalı  artmışdır.  Sənaye  əsasən  Quayakil,  Kito,  Manta 
şəhərlərində inkişaf etmiş və mərkəzləşmişdir. 
Quraşdırılmış  elektrik  stansiyalarının  ümumi  gücü  2  mln.  kvt-dır.  Elektrik 
enerjisinin istehsalı 6 mlrd. kvt. s.-dır (2000-ci il), onun 42%-i SES-lərdə istehsal 
olunur. 
İqtisadi  fəal  əhalinin  34%-i  kənd  təsərrüfatında çalışır.   Ölkə  ərazisinin  
9%-i  şumlanan  torpaqlardır, onun 1∕5 suvarılan torpaqlar, ərazinin 44%-i meşə ilə 
örtülüdür.  Kənd təsərrüfatında iri torpaq mülkiyyətçiliyi üstünlük təşkil edir. Kənd 
təsərrüfatı  torpaqları  ibtidai  üsullarla  becərilir.  Ölkədə  istehsal  olunan  kənd 
təsərrüfatı    məhsullannın  yarısı          ixrac  olunur.    Əsas  ixracat  məhsulları  banan, 
kakao, qəhvədir. Həmçinin çəltik, (bataqlaşmış ovalıqlarda) qarğıdalı, buğda, arpa, 
portağal,  ananas,  maniok,  şəkər  qamışı,  pambıq  və  s.  yetişdirilir.  Ekvadorda 
heyvandarlıq əkinçilikdən sonra ikinci  kənd  təsərrüfatı  sahəsidir.   İri  buynuzlu  
mal-qaranın sayı 4 mln. baş, donuzlar 4,2 mln. baş, qoyun və keçilərin sayı isə 2,0 
mln.  başdır. Tunes, krevet, lanqust ovlanır. Heveya şirəsi yığılır, qiymətli oduncaq 
tədarük  edilir.    Ekvadorda  nəqliyyatın  bütün  sahələri  inkişaf      etmişdir.    
Dəmiryolların   uzunluğu   972   km magistral avtomobil yollarının uzunluğu 41  
min km-dir, bunlardan bərk örtüklü 20 min km-dir. Əsas dəniz portu Quayakildir. 
Kito və Quayakildə beynəlxalq hava limanları vardır. 
 
 
 
 
 


109 
 
 
BOLİVİYA RESPUBLİKASI 
                                          Sahəsi – 1098,6 min km

                                                            Əhalisi – 10,1 mln. nəfər (2006-cı il) 
                                                   Paytaxtı – Sukre, faktiki La-Pas 
Boliviya  Respublikası  Cənubi  Amerika  materikinin  mərkəzində  yerləşir. 
Şimalda və Şərqdə Brazilya (sərhəddin uzunluğu 3400 km-dir), qərbdə - Çili (861 
km)  və  Peru  (900  km),  cənubda  -  Argentina  (832  km),  cənub-şərqdə  -  Paraqvay 
(750 km) ilə həmsərhədir. Sərhədlərin ümumi uzunluğu 6743 km-dir. Boliviyanın 
dənizə  çıxışı  yoxdur.  Quru  sərhədlərdən  səmərəli  istifadə  edir.  Qonşu  ölkələrlə 
iqtisadi, mədəni və b. əlaqələri vardır. 
Ölkənin cənub-qərb hissəsi And dağlıq ərazisindədir. Boliviyada Andların ən 
enli sahəsi yerləşir. Dağ sistemi iki hissəyə ayrılaraq Şərqi və Qərbi silsilə əmələ 
gətirir. Bu silsilələr arasında, orta hündüriüyü 4000 m-ə çatan yayla yerləşmişdi. 
Boliviya faydalı qazıntılarla zəngindir. Ölkədə qalay, volfram, qurğuşun, sink, 
mis fılizi, gümüş, neft, dəmir filizi və s. yataqlar aşkar edilmişdir. 
Boliviyada təbii qaz ehtiyatı 150 mlrd m
3
, neft ehtiyatı 125 mln. tondur. Latın 
Amerikasında olan qalay ehtiyatının (2 mln. t) 55 %-i sürmə fılizinin (667 min, t) 
50 %-i (dünyada birinci yerdədir), Litium filizinin (25 mln.t) 50 %-i Boliviyadadır. 
Dağlıq  hissəsinin  iqlimi  dağ,  yarımsəhra  və  səhra  tiplidir.  Punada  orta 
temperatur  iyulda  3-7°C,  yanvarda  9-11°C    illik  yağıntı  150-600  mm,  şərq 
yamaclarında  2000  mm-ə  qədərdir.  Düzənliklərin  iqlimi      rütubətli    
subekvatorialdır.        Orta      temperatur  iyulda  17-22°C,  yanvarda  24-28°C,  illik 
yağıntı 1300-1600 mm, cənubda 800 mm-dir. 
Dağlarda  dağ-çöl,  laterit,  düzənliklərdə  qırmızı  və  qırmızı-qəhvəyi  torpaqlar 
yayılmışdır. Bu torpaqlarda dənli, texniki, tərəvəz və bağ bitkiləri becərilir. 
Dağ  və  dağarası  yaylaların  bitkisi  yarımsəhra  tiplidir.  Düzənliklər  müxtəlif 
növlü bitki və heyvanları (meymun, vəhşi lama, armadil, timsah, əfi ilan və s.) olan 
rütubətli tropik meşə və savannalardır. Çoxlu quş, çaylarda isə çoxlu balıq növləri 
vardır. 
Əhalisi.  Boliviya  əhalisinin  63  %-i  hindular  (keçua-33  %  və  aymara-30  %), 
avropalılar  (əsasən  ispanlar)-15%,  metislər  isə  22%-dir.  Dövlət  dili  ispan  dilidir. 
Əhalisinin   təqribən  yarısı  keçua,   aymara,   quarani dillərində danışır. 
Əhalinin təbii artımı yüksəkdir. Hər  1000 nəfərə görə doğum 32 nəfər, ölüm 
8 nəfər, təbii artım 24 nəfər təşkil edir. 
Boliviyada  əhali  qeyri-bərabər  yerləşmişdir.  Puanada,  ölkənin  qərbində  və 
mərkəzində hər 1 km
2
-ə 20-35 nəfər düşür. Əsasən əhali çay sahillərində və 3000-
4000 m hündürlüklərdə məskunlaşrmşdır. 
Əmək qabiliyyətli əhali əsasən kənd təsərrüfatında (50%), xidmət sahələrində 
və kommunal təsərrüfatında (26%), sənayedə (14%) çalışır. 
Şəhər    əhalisi    50%-dir.    İri    şəhərləri:    La-Pas, Koçabamba, Oruro, 
Sukre, Patosidir. 
La-Pas  şəhəri  Boliviyanın  paytaxtıdır.  La-Pas  əyalətinin  inzibati  mərkəzidir. 
Ölkənin siyasi, iqtisadi və mədəniyyət mərkəzidir. And dağlarında, La-Pas çayının 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə