Kərəm Bayramov, Yunis İsmayılov



Yüklə 6,95 Kb.
Pdf görüntüsü
səhifə57/81
tarix23.01.2018
ölçüsü6,95 Kb.
#22030
1   ...   53   54   55   56   57   58   59   60   ...   81

114 
 
ərazisinin  üçdə  biri  ya  axarsızdır,  lya  da  daxili  axarlıdır.  Çakonun  mərkəzi 
vilayətləri,  Ön  Kordilyerin  qapalı  depressiyası,  Pampanın  qərb  və  cənub   
hissələrinin   çayları   qısa,   dövrü   axarlı   olub qumluqlarda vəya şoranlıqlarda 
itib-batırlar.  Rütubətli  Pampada,    Mendosa,  Tukuman,    Bamya-Blanka,  San-Xuan 
şəhərlərinin yaxınlığında su resusları kimi yeraltı sular böyük əhəmiyyət kəsb edir. 
Argentina      çaylarının      iqtisadi      hidropotensialı  30  mln.kvt  həcmində 
qiymətləndirilir  və  bunun  da çox  hissəsi   Parana,   Uruqvay    və    Pataqoniya   
çaylarının payına  düşür.   Hidroresuslardan   istifadə   səviyyəsinə görə ölkə digər 
Latın Amerikası öikələrindən, xüsusilə də Braziliya, Meksika və Çilidən geri qalır.  
Son  illar  Parana,  Uruqvay,  Neuken,  Limay,  Rio-Tarsero  çayları  üzərində  iri 
hidroenerji  qurğuları  tikilir  və  ya  mövcud  olanların  təkmiləşdirilməsi  üçün 
tədbirlər görülür. 
Pataqoniya sahillərində hündürlüyü 8-9 m-ə çatan qabarmaların böyük enerji 
ehtiyatları vardır. Təbii mühütün müxtəlifliyi torpaq örtüyünün də rəngarəngliyinə   
səbəb   olmuşdur.   Şimalında,   tropik Çakoda şabalıdı-qırmızı, nisbətən rütubətli 
şərq hissədə çəmən və bataqlıq, quru və yüksək qərbdə qırmızı qonur və şorakət, 
çayarası  vadinin  şimalda,  Misyones  əyalətində          qırmızı-ferralit,          mərkəzi     
hissədə     gilli, bataqlıqlaşmış,    cənubda,    subtropik    çöldə    çəmən torpaqları 
yayılmışdır.   Rütubətli  Pampanın  qara və çəmən torpaqları böyük məhsuldarlığa 
malikdir. 
Öıkənin    bitki  örtüyündə    də  böyük  rəngarənglik    seçilir,  şimalda  tropik 
meşələrdən  Pataqoniya  və  Puna  yarımsəhralarına    qədər    fərqli    xüsusiyyətlər  
mövcuddur. 
Qran-Çakoda  su  rejiminin  dəyişməsi  ilə  əlaqədar  olaraq  bitki  örtüyü  də 
müəyyən  qədər  növbələşir.  Qran-Çako  ərazisinin  təxminən  üçdə  biri  quru 
meşələrlə  örtülüdür  və  burada  bərk  oduncağı  olan  kebraço  ağacı  xüsusilə 
qiymətlidir.  “Kebraço”  ispand  ilində  “baltanı  sındır”  mənasını  daşıyır.  Cənuba 
doğru  getdikcə  açıqlıqda  otlu  bitkilərin  geniş  sahələri  tutması,  pampa  çöllərinin 
böyük ərazilərini əhatə etməsi nəzəri cəlb edir. Keçua hindularının dilində pampa 
“ağacdan  məhrum  olmuş  ərazi”  mənasını  daşıyır.  Bir  vaxtlar  rəngarəng  çalarları 
olan müxtəlif ot bitkiləri ilə zəngin geniş pampa çölləri əkilmiş, otlaq kimi istifadə 
edilərək görkəmi xeyli dəyişdirilmişdir. 
Rio-Neqro      vadisində      söyüd      meşələrindən      başqa  Pataqoniyada  qədim 
ağac və kol örtüyü qalmamışdır. Çayların subasarları dənli bitkilərlə örtülüdür. 
And dağlarının quru şərq  yamaclarının bitki örtüyü  yarımsəhra xarakterlidir. 
37°  c.e.-dən  cənuba  doğru  yağıntıların  artması  nəticəsində  Andın  bitki  örtüyü  də 
dəyişir.  Rütubətli  Pataqoniya  Andında  qanşıq  meşələrlə  həmişəyaşıl  ağacların 
qovuşması,  endemik  bitkilərin  artması,  hündürlüyə  qalxdıqca  isə  tədricən 
kolluqların alp və subalp çəmənlikləri ilə növbələşməsi müşahidə edilir. Argentina 
ərazisində torpaq fondunun 12%-i meşə ilə örtülüdür. 
Argentina faunası digər Latın Amerikası ölkələrinə nisbətən kasıbdır. Onların 
müxtəlifiiyinə  Pataqoniyanın  bəzi  mənimsənilməmiş  ərazilərində,  çako 
savannalarında, yarımsəhralarda, göl və bataqlıqlarda rast gəlmək olur. 
 


115 
 
Əhalisi, əmək ehtiyatları, məskunlaşma formaları 
 
XVI əsrədək Argentina ərazisində müxtəlif hindu tayfaları yaşayırdı. Onların 
sayı az olsa da etnik cəhətdən olduqca müxtəlif idi. Şimal-qərbdə diakit və keçua 
tayfaları  yüksək  mədəniyyətə  və  inkişafa  malik  idi.    Onlar  oturaq  həyat  keçirir, 
sənətkarlıqla məşğul olur,     yollar,      körpülər     salır,     irriqasiya      tikililəri 
yaradırdılar ki, onların bir çox nümunələri  bu günə qədər saxlanmaqdadır. Şimal-
şərqdə yaşayan quarani tayfaları əkinçiliklə məşğul olurdu. 
XVI        əsrdə      Argentinanın        müstəmləkələşdirilməsi  hindu      tayfalarının   
amansızcasına   məhv   edilməsinin əsasını    qoydu.    XIX    əsr Pataqoniyada  
yaşayan hindular üçün daha faciəli olmuşdur. Burada xüsusilə hərbi   ekspedisiya   
hinduların      tamamilə      məhv  edilməsinə  səbəb  olmuşdur.  Bu  əməliyyat  hindu 
tarixidə  ən  qəddarlığı  ilə  seçilir.  XX  əsrdə  avropalı  imiqrantların  təzyiqi      ilə   
hindular   sistemli   şəkildə   az   məhsuldar ərazilərə doğru sıxışdırılmağa başlandı. 
Digər  hindular  isə  az  maaşlı,  əmək  tutumlu,  ixtisas  tələb  etməəyən,  olduqca  ağır 
şəraiti olan əmək sahələrinə cəlb edildi ki, bu   da   onların   getdikcə   qırılmasına,   
ictimaiyyətdən  aralanmasına,      iqtisadi,      siyasi      və      mədəni      həyatdan 
uzaqlaşdırılmasına    səbəb    oldu.    Yalnız    son   illər ictimaiyyətin və alimlərin 
diqqətini  cəlb  edən  hindular    barəsində  əməli  tədbirlər  görülməyə  başladıqdan 
sonra hinduların özlərinin fəallaşması başlanmışdır. 
Çox az rayonlarda hindular öz əvvəlki məşğuliyyətini saxlamışlar. Onların bir 
hissəsi  selvada  sərgərdən  həyat  tərzi  keçirir.  Onlar  müəyyən  ərazidə 
veyyillənməklə     ovçuluq,      bəziləri      primitiv     əkinçiliklə məşğuldurlar. 
İspanlar          tərəfındən          Argentinanın          müstəmləkələşdirilməsi      üç   
istiqamətdən        həyata      keçirilməyə  başladı:    Şimal-qərbdə    Boliviya  və    Peru,  
qərbdə Çili, okean tərəfdə Parana və Uruqvay çayları istiqamətinindən. Məhz XVI 
əsrdə  də  bu  istiqamətlərdə  ilk  ispan  şəhərləri      olan      Santyaqo-del-Estero,   
Mendosa,   San-Xuan, Tukuman və Saltanın əsası qoyulmuşdur. 
Pampanın ucsuz-bucaqsız şərq hissəsində əhaliyə nadir hallarda rast gəlinirdi 
və onlara da “qauço”  deyirdilər. Sonralar bura köçüb-gəlmiş şotlandlar,  igilislər, 
irlandlar və basklar mal otarmaq, vəhşi heyvanları əhlləşdirməklə məşğul olmağa 
başladılar.  Hal-hazırda  Argentinada  gəlmələr  çobanlara  və  ranço  sahibkarlarına 
qauço adı verirlər. 
İspan  konkistadorlarının  davamçıları  olan,  Argentinada  doğulduqları    üçün  
kreollar adlanan  insanlar ölkənin  gələcək  əhalisinin  nüvəsinə  çevrildilər.   Hal-
hazırda da kreollar yerli milli əhali hesab edilir. 
Kapitalizmin    inkişafı,    ölkədə   iqtisadi   inkişafın təməli Avropadan gələn 
imiqrantların kütləvi axını ilə başlamış və Argentina fəal surətdə beynəlxalq əmək 
bölgüsünə qoşulmuşdur. Bu isə ilk növbədə Argentina xalqının    formalaşmasında    
həlledici    mərhələ    oldu. Müstəmləkə dövründə xaricilərin ölkəyə gəlişi praktiki 
olaraq  qapalı  surətdə  idi.  Ölkə  müstəqillik  əldə  etdikdən  sonra  imiqrantların  fəal 
ictimai və iqtisadi həyata cəlb   edilməsi   ölkə   hökumətinin   apardığı   siyasətin 
əsasını təşkil etməyə başladı. 


Yüklə 6,95 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə